37
2012/
IV
“Sivko qaçır, yalnız yer titrəyir, gözlərindən alov saçılır, burnunun de -
şiyindən tüstü dirəkdən çıxar kimi çıxır”.
b) Zamanla və rəqəmlə bağlı formullar.
Sehrli nağıl yaradıcılığında istər zaman, istərsə də rəqəmlə bağlı for-
mullar mifoloji xarakter daşıyır. Qəhrəmanın sehrli vasitələrin köməyi ilə
bir anda bir yerdən digər yerə getməsi kimi rəqəmlər də sakral xarakter
daşıyır. Ümumiyyətlə, üç, dörd, yeddi, qırx, slavyan nağıllarında otuz rə -
qəmləri sakral rəqəmlər sırasına daxildir.
İstər zamanla, istərsə də rəqəmlə bağlı formulları bir-birindən ayırmaq
o qədər də məqsədəuyğun olmadığı üçün bu formulları bir arada müqay-
isə etməyi lazım bildik.
Türk mətnlərində:
“Bir göz qırpımında”
“Üç gün yol getdi. Dördüncü gün haman dağa yetişdi” (3, 254).
“Ertəsi gün sübh tezdən” (1, 122).
“Doqquz ay doqquz gün doqquz dəqiqə doqquz saniyə keçdi” (3, s.6).
“Hər ikisi gəlib çatdı on beş yaşına” (1, 54).
“Qırx gün qırx gecə”.
Eləcə də “üç qardaş, üç bacı, qırx harami, yeddi başlı əjdaha və s.
sehrli nağıl formulları üçün ənənəvi haldır”.
Rus mətnlərində:
«За тридевять земель, в тридевятом царстве за огненной рекою
живет баба-яга» (7, 190).
Mətnin tərcüməsi:
“Otuz torpaq kənarda, otuzuncu çarlıqda, odlu çayın arxasında baba-
yaqa yaşayır”.
«Лег спать и спал непробудном сном девять суток» (7, 196).
Mətnin tərcüməsi:
“Uzanıb yatdı və doqquz gün doqquz gecə dərin yuxuya daldı”.
«Воевал он с бабой-ягою, золотой ногою, а после бою на две над -
цать суток спать» (7, 198).
Mətnin tərcüməsi:
“Döyüşdü o, qızıl ayaqlı baba-yaqa ilə, döyüşdən sonra isə on iki gün
yatdı”.
c) Rəng formulları.
Sehrli nağıllarda rəng formulları da öz əksini tapmışdır. İstər türk, is -
tər sə də slavyan nağıl mətnlərində rəng formulları insana, heyvana, eləcə
38
2012/
IV
də qeyri-adi varlıqlara şamil olunur. Öncə bəhs etmək istədiyimiz rəng ağ
və qara rənglərdir. Nağıllarda bu rənglərdən geniş istifadə olunur. Əsası
mifoloji təfəkkürə bağlı olan bu rənglərdən ağ xeyirin, işıqlı dün ya nın,
qara isə şərin və qaranlıq dünyanın rəmzi kimi göstərilir. Mə sə lən, Mə lik -
məmməd nağılında deyilir:
“O vaxt döyüşə-döyüşə iki qoç gələcək: biri ağ, biri qara” (3, 174).
Nağılı oxuduğumuzda aydın olur ki, qəhrəman ağ qoça minsə işıqlı
dünyaya, qara qoça minsə qaranlıq dünyaya düşəcək.
Yaxud Azərbaycan nağıllarında ağ, qara və sarı rəngli divlərdən söz
açılır.
Qara və ağ rənglər eyni zamanda estetik xarakter də daşıyır. Qara saç,
ağ bəniz gözəlliyin tərənnümüdürsə, göy göz və sarı saç və seyrək diş da -
ha çox şərin təzahürüdür. Məsələn, Azərbaycan nağıllarında rast gəli nən
göygöz kosa şərin tərənnümüdür. Yaxud nağıllarda göy gözlü, seyrək dişli
adam təhlükəli adam kimi təqdim olunur.
İlanlar üçün ağ ilan, qara ilan qızılı ilan kimi ifadələr xarakterikdir.
Yaxud atlar üçün ağ at (3, 286), qara at (3, 184), çil madyan (3, 250) rəng
formulu kimi ortaya çıxır.
Qızılı, gümüşü rəng elementləri də nağıl yaradıcılığında geniş yayıl -
mış dır. Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi, qızıl ilan (I, s.294) qı -
zıl-gümüş ördəklər (1, 90), yaxud qızıl və ya gümüş saçlı qəhrəman ob -
razları türk nağıl yaradıcılığı üçün xarakterikdir.
Rus mətnlərində də biz qızıl, gümüş, yaxud qızılı, gümüşü rəng ele-
mentlərinə də rast gəlirik.
Rus mətnlərində:
“Царский дворец весь из золота” (9, 100).
Mətnin tərcüməsi:
“Şah sarayı bütün qızıldan idi”.
“Конь наполовину из золота с самоцветами, наполовину из сереб -
ра” (7, 100).
Mətnin tərcüməsi:
“Atın öz rəngi yarı qızıldan, yarı gümüşdən idi”.
Roşiyanunun fikrincə, qızıl saray, yarı qızıl, yarı gümüş at ifadələri
günəş şüasının rəmzi ifadəsi idi. Müəllif bu haqda yazırdı: “Görünür,
burada şüa deyərkən bu söz hərfi mənada anlaşılır. Qəhrəmanlar hər za -
man qızılı və gümüşü boyalarda təqdim olunmurlar. Əgər nəzərə alsaq ki,
nağıllarda qızıl, gümüş əsl rəng hesab olunurdu (qızıl və gümüş saraylar,
39
2012/
IV
qızıl saçlar, qızıl və gümüş körpülər) onda belə fərz etmək olar ki, ən azı
ilk dövrlərdə günəşlə müqayisə olunan metal işıltısı (qəhrəmanların pal-
tarlarının işıltısı) konkret element kimi çıxış edirdi. Bu əlaqə qızıl və gü -
müş elementli formulları qəhrəmanın yalnız paltarına deyil, eyni za man -
da fiziki görkəminə də yansıması həddinə qədər davam etmişdir” (9, 100).
Ümumiyyətlə, slavyan mifologiyasında qızıl o biri dünyanın rəmzi hesab
olunurdu. Bununla bağlı bir çox folklorşünas alimlər, o cümlədən V.Y.
Propp və Uspenski də öz tədqiqatlarında maraqlı fikirlər irəli sürmüş dü lər.
Propp sehrli nağıllarda öz əksini tapmış qızıl elementi ilə bağlı yazırdı:
“Qızılı rəng o biri dünyanın möhürüdür. Qızıl o qədər tez-tez və o qədər
parlaq və müxtəlif formalarda ortaya çıxır ki otuzuncu çarlığı qızıl çarlıq
adlandırmağa tam hüquq verir” (8, 264).
Magik formullar
Şifahi xalq yaradıcılığının demək olar bütün növləri kimi sehrli nağıl
yaradıcılığında da yetəri qədər magik elementlərə rast gəlmək müm kün -
dür. Mifoloji təfəkkürün nəticəsi kimi magiya ibtidai cəmiy yətlərdə geniş
yayılmış düşüncə tərzi idi. Antropoloji məktəbin məşhur nümayəndə lərin -
dən olan C. Frezer “Qızıl budaq” əsərində ibtidai cəmiy yətlərə magiyanın
iki növünün kontagioz və simpatik magiyanın mövcudluğundan bəhs
edir di. İbtidai düşüncədə insan magiya vasitəsi ilə təbiət qüvvələrinə təsir
edəcəyini düşünürdü. Bu hal zamanla sehrli nağıllara da öz təsirini göstər-
mişdi. Bir çox magik elementlər isə zamanla sehrli nağıl formullarına
çevrilmişdi. Nağıllarda magik formullar əsasən söz şəklində ortaya çıxır.
Bu formullar bir çox hallarda sözlə bəzi hallarda isə söz və hərəkətlə birgə
icra olunur. Məsələn, qəhrəmana sehrli heyvan öz tükündən verir və
qəhrəmana dara düşdüyü zaman bu tükü yandırmasını söyləyir. Qəhrə -
man tükü yandıran kimi həmin heyvan qəhrəmanın köməyinə çatır. Yaxud
möcüzəli əşyaları əldə edən qəhrəman onlara gərəkən magik sözləri söy -
ləyir və həmin əşyalar qəhrəmanın arzusunu yerinə yetirir. Möcüzəli
doğum motivində də magik formula rast gəlmək olar. Övladı olamayan
şəxsə dərviş alma verir. Bu almanı yeyən şəxsin doqquz ay sonra övladı
dünyaya gəlir. Bu hala türk, eləcə də sehrli nağıllarda yetəri qədər rast
gəlmək mümkündür.
Türk mətnlərində:
“Elə ki, mən dediklərimə əməl elədin, bu tükümü oda tut, mən hazır
olaram, səni işıqlı dünyaya çıxardaram (3, 175) .
Dostları ilə paylaş: |