Toplu Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İntitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Baş redaktor: Tofiq HACIYEV
Redaksiya heyəti:
İsrafil Abbaslı, Kamal Abdulla, Anar, Şükrü Haluk Akalın
(Türkiyə), Amanmırat Baymıradov (Türkmənistan), Nizami
Cəfərov, Məhərrəm Cəfərli, Paşa Əfəndiyev, Əfzələddin
Əsgərov, İsa Həbibbəyli, Muxtar İmanov, Kamran Əliyev,
Hüseyn İsmayılov, Tofiq Məlikov (Rusiya), Elxan Məmmədli,
Törə Mirzəyev (Özbəkistan), Qara Namazov, Oljas Süleymenov
(Qazaxıstan), Osman Fikri Sərtqaya (Türkiyə), Sadık Tural
(Türkiyə), Fikrət Türkmən (Türkiyə)
Baş redaktorun müavini:
Seyfəddin Rzasoy
Məsul katib:
Tahir Orucov
İngiliscəsinə məsul:
Seyran Əliyev
Ruscasına məsul:
Aslan Məmmədli
Nəşrinə məsul:
Əziz ƏLƏKBƏRLİ
“Dədə Qorqud”. Elmi-ədəbi toplu, IV. Bakı, “Nurlan” nəşriyyatı,
2012
ISBN 5-86874-062-7
© Folklor İnstitutu, 2012
3
2012/
IV
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: atif_islamzade@mail.ru
OĞUZ EPİK ƏNƏNƏSİNDƏ “QARACUĞIN QAPLANI”
OĞUZ EPİK ƏNƏNƏSİNDƏ “QARACUĞIN QAPLANI”
XAN STATUSUNUN FUNKSİONAL GÖSTƏRİCİSİ KİMİ
XAN STATUSUNUN FUNKSİONAL GÖSTƏRİCİSİ KİMİ
XÜLASƏ
Bu məqalədə Oğuz epik ənənəsində, həmçinin bu ənənənin əsas bünövrəsini təşkil
edən “Dədə Qorqud kitabı”nda Qazan xan obrazının xan statusunun göstəricilərindən
biri kimi “Qaracuğın qaplanı” semantemi funksional səviyyədə araşdırıl mış dır. ”Qa -
racuğın qaplanı” Qazan xan obrazının digər təyin-titullarından biri olaraq obrazın
səciyyələnməsində ciddi rol oynayır. Elə bu baxımdan da “Qaracuğın qaplanı” söz bir-
ləşməsinin tədqiqat obyekti olmasına ehtiyac hiss olunmuşdur.
Açar sözlər: “Dədə Qorqud kitabı”, Qazan xan, “Qaracuğın qaplanı”
“GARAJUGIN GAPLANI” IN THE OGHUZ EPIC TRADITION AS A
“GARAJUGIN GAPLANI” IN THE OGHUZ EPIC TRADITION AS A
FUNCTIONAL INDICATOR OF KHAN STATUS
FUNCTIONAL INDICATOR OF KHAN STATUS
SUMMARY
In the article in the Oghuz epic tradition the semantem of “Garajugin gaplani” one
points of Gazan khan character in “The book of Dede Gorgud” forming the main foun-
dation of this tradition is investigated in the functional form. “Garajugin” being the other
definite position of Gazan khan character takes important part in the characterizing of
the character. That is why it is needed to investigate the word combination “Garajugin
gaplani”.
Key words: “The book of Dede Gorgud”, Gazan khan, “Garajugin gaplani”
“ГАРАДЖУГЫН ГАПЛАНЫ” КАК ФУНКЦИОНАЛНЫЙ
“ГАРАДЖУГЫН ГАПЛАНЫ” КАК ФУНКЦИОНАЛНЫЙ
ПОКАЗАТЕЛЬ ХАНСКОГО СТАТУСА В ОГУЗСКОЙ
ПОКАЗАТЕЛЬ ХАНСКОГО СТАТУСА В ОГУЗСКОЙ
ЭПИЧЕСКОЙ ТРАДИЦИИ
ЭПИЧЕСКОЙ ТРАДИЦИИ
PEЗЮМЕ
В этой статье на функциональном уровне была исследована семантема “Га -
раджу гын гапланы” как один из показателей статуса образа Газан хана в Огузской
эпической традиции, а также в книге “Книга моего Деда Горгуда”, составляющую
ос нову этой традиции. “Гараджугын гапланы” являясь одним из других титулов
определения образа Газан хана, играет важную роль в характеристике образа.
Именно с этой точки зрения ощущалась необходимость в исследовании слово соче -
та ния “Гараджугын гапланы”.
Ключевые слова: “Книга моего Деда Горгуда”, Газан хан, “Га раджу гын гап -
ла ны”
Məsələnin qoyuluşu. Qazan xan obrazının bir obraz kimi həm Oğuz
epik ənənəsində, həm qeyri oğuz epik ənənələrində geniş səviyyədə sə -
ciy yələnməsi “Xan öyüncü” şərti adı ilə adlandırdığımız məlum təyin-
4
2012/
IV
titul larından keçir. Bu semantemlərdən biri də “Qaracuğın qaplanı”birləş -
mə sidir. “Qaracuğın qaplanı” təyini nəinki Oğuz-türk, hətta qeyri türk
top lumlarının qədim inanc və mədəni görüşlərinə, epik nümunələrinə
trans formasiya olunaraq müxtəlif şəkillərdə təzahür edir. Epik-təsviri sə -
viyyələrlə bərabər bu təyin vasitəsilə mifoloji-totemistik baxışlara da ay dın -
lıq gətirmək olur. Bu tədqiqat işində bu kimi məsələlərə toxunulmuşdur.
İşin məqsədi. Qazan xan obrazının mifoloji strukturunun aydınlaş -
dırılması baxımından “Qaracuğın qaplanı” semantemi ciddi informasi ya
verir. Təhlil göstərir ki, bu mifoloji struktur vahidi ilk növbədə məkan və
rütbə işarəsidir. DQK mətnində coğrafi-inzibati Oğuz məkanını və ali sta-
tusu inikas edir. Qaracuğun qaplanı təyini əksər oxunuşlarda eyni şəkildə
olub mübahisəsiz qəbul olunur. Lakin təbii olaraq anlama münasibət fərq-
lidir. Əsasən də Qaracuq və qaplan sözü ayrı-ayrılıqda götürü lərək araş -
dır malara cəlb olunmuş, ən müxtəlif iddialar irəli sürül müşdür. Bizim də
məqsədimiz bu məsələlərə münasibət bildirməklə “Qaracuğın qaplanı”
semanteminin dəqiq məna yozumunu aşkara çıxarmaqdan ibarətdir.
Qaracuq sözü DQK-də üç dəfə işləndiyi yerdə məhz Qaracuğun qap la -
nı söz birləşməsini ifadə etdiyi üçün Qaracuq sözünün araşdırılması elə
ey ni anla mı əsaslandırmağa xidmət etmişdir. Qaracuğu toponim olaraq
qəbul edən tədqiqatçılar əksərən dağ anlamında Qaracuq dağı anlayışını
ifadə etdiyini bildirmiş, lakin bu dağın hansı ərazidə yerləşdiyi barədə
yekun fikrə gəlməmişlər. Z.Gökalp dağ olduğunu qeyd etmiş, eyni adlı
da ğın Mosul yaxınlığında da olduğunu bildirmişdir. Xüsusən də bu dağ -
ların Türk mə nistanda yerləşən Qaracuq dağına bənzədiyinə görə bu adı
al dığını qeyd etmiş, E.Rossi də bu fikri dəstəkləmişdir (1, 170; 2, 171).
Bun dan əlavə Qaracuq dağın Xorasan vilayətində – Bəlxdə (M.F.Qır -
zıoğlu) Cənubi Azər baycanda (H.Araslı) da yerləşdiyi barədə təd -
qiqatçılar bilgi vermişlər (1, 171; 2, 171). M.Qaşqari lüğətində Qara cuq
dağı Çebeli-Qa ra cuq adı ilə göstərilmişdir (1, 171). Eyni zamanda
Qaşqari Qaracuğun Oğuz şəhərinin adı olduğunu söyləmişdir. “Karaçuk:
Fərab şəhərinin adı: Bu Oğuz şəhərlərindən biridir” (1, 469). Əbülqazi
Bahadır xanda da Qa ra cıq olaraq (bu yazılışda vav (u) səsi yoxdur (3, 416
(205) dağ anlamında “Qaracıqtaq kimi işlənmişdir” (4, 75). F.Sümər
L.V.Toğana istinadən onun örnək göstərdiyi Ş.Ə.Yəzdinin “Zəfərnamə”
əsərində Karacuk (Qaracuq) dağından söhbət getdiyi və bu dağın
M.Qaşqarinin və Ə.Ba hadır xanın bəhs etdiyi eyni dağ olduğu, sonra isə
adının Kara tay adlandırıldığı barədə bəhs açır (5, 55-56).