1-
ci bölmə
Ümumi qaydalar
1-
ci fəsil
Əsas qaydalar
Maddə L Mülki məhkəmə icraatı haqqında qanunvericilik
J . l . Azərbaycan Respublikasımn məhkəmələrində mülki İşlər və
iqtisadi mübahisələr
üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr
və hakimlər haqqından Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar,
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
1.2.
Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının
bütün ərazisində ali hüquqi qüvx’əyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası
Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında
ziddiyyət olduqda Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.
1.3.
Mülki prosessual fəaliyyət sahəsində insan və
vətəndaşın hüquq və azadlıqlarını
ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı
məhkəmənin müstəqilliyini və (ərlərin
çəkişmə primsipini pozan, eləcə də sübutlara
əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz.
1.4.
Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına
uyğunlaşdırılmalıdır.
1.5.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual
qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq
edilir.
1.
Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr
üzrə məhkəmə icraatınm qaydası aşağıdakı qanunvericilik aktlan ilə müəyyən edilir:
1)
Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra Konstitusiya) məhkəmə
hakimiyyətinin həyata keçirilməsi (125-ci maddə), hakimlərin müstəqilliyi, ədalət
mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri (127-ci maddə), hakimlərin
toxunulmazlığı (128-ci maddə), məhkəmə qərarları, onun icrası (129-cu maddə) və s.
müddəaları müəyyən etmişdir;
2)
Məhkəmələr və hakimlər haqqmda Azərbaycan Respublikasınm Qanunu
Azərbaycan Respublikasmda məhkəmə icraatmın əsas prinsiplərini, qaydasmı, quruluşunu,
hakimlərin statusu və səlahiyyəti, hakimlərin maddi və sosial təminatı, hakimlərin
səlahiyyətinə xitam verilməsi və intizam məsuliyyəti ilə bağlı münasibətləri tənzimləyir;
3)
Azərbaycan Respublikasmm Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM)
məhkəmələrdə mülki və iqtisadi mübahisələrə baxılmasmm prosessual qay- dasmı, mülki
işlərin məhkəmələrə aidiyyətini, işdə iştirak edən şəxslərin hüquq və vəzifələrini, mülki
prosesin mərhələlərini, mülki mühakimə icraatınm növlərini və s. prosessual normaları
müəyyən edir;
4)
digər qanunlar dedikdə, mülki mühakimə icraatma birbaşa və ya dolayı aid
olan qanunlar anlaşılmalıdır. Məsələn, Müflisləşmə və iflas haqqında Qanunda məhkəmə
qaydasmda iflas olmanm prosessual qaydası müəyyən edilib;
5)
Azərbaycan Respublikasımn tərəfdar çıxdığı beynəlxalq müqavilələr {1.5-ci
maddənin şərhinə bax).
2.
Konstitusiyanm 147-ci maddəsinə uyğun olaraq Əsas Qanunun Azərbaycan
Respublikasmda ən yüksək, birbaşa hüquqi qüvvəsi vardır və o, qanunvericilik sisteminin
əsasıdır.
Konstitusiyanm ən ali, birbaşa hüquqi qüvvəsi olması, onun ümumxalq səsverməsi
nəticəsində (referendumda) qəbul edilməsi ilə şərtlənir.
Konstitusiyanm 149-cu maddəsinə uyğun olaraq qanunlar Konstitusiyaya zidd
olmamalıdır.
Konstitusiyanm normalan ilə məhkəmə İcraatı qaydasmı tənzimləyən normalar arasmda
ziddiyyət olduqda, Konstitusiyanm normaları tətbiq olunur.
3.
Konstitusiya ilə müəyyən edilən normalara zidd olaraq, mülki prosesdə fiziki və
hüquqi şəxslərin hüquq və vəzifələrmi məhdudlaşdıran və ya ləğv edən, mülki mühakimə
icraatmm aparılması qaydalarmı və prinsiplərini pozan qanunvericilik aktları qəbul edilə
bilməz.
1.3-cü maddədə
«qanunvericilik aktları qəbul edilə bilməz» dedikdə, yuxarıda
sadalanan hallan özündə ehtiva edən aktların qəbul edilməsinin və hətta qəbul edilən belə
qanunlarm normalarmm tətbiq olunmasınm yolverilməzliyi anlaşılmalıdır.
4.
1.1-ci maddədə göstərildiyi kimi, Müflisləşmə və iflas haqqmda Qanunda iflas
olmanm prosessual qaydası nəzərdə tutulub. «İflas prosesinə məhkəmə vasitəsilə başlanması»
bölməsində (4-13-cü maddələr) borclunun iflas prosesinə başlaması, iflas haqqmda ərizəyə
əlavə edilən sənədlər, iflas haqqmda iş üzrə məhkəmə baxışı barədə elanm verilməsi, iflasla
bağlı iş üzrə məhkəmə baxışmm prosessual nəticələri, məhkəmə qərarmdan şikayət verilməsi
ilə bağlı normalar müəyyən olunub. Bu normalar MPM-də nəzərdə tutulmuş tələblərə cavab
verir, əks təqdirdə, ya qanunun normalan MPM-ə uyğunlaşdınimalı, ya da MPM-in normaları
tətbiq edilməlidir.
5.
Konstitusiyanm 148-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasmm tərəfdar
çıxdığı beynəbcalq müqavilələr Azərbaycan Respublikasmm qanunvericilik sisteminin
ayrılmaz hissəsidir.
Azərbaycan Respublikasmm qanunvericilik sisteminə daxil olan normativ hüquqi
aktlarla (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan
Respublikasmm tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasmda ziddiyyət yaranarsa,
həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiya, 151-ci maddə).
Bu müddəalar MPM-in normalan ilə beynəlxalq müqavilələrin normalarmm uyğun
gəlmədiyi hallara da şamil olunur.
Maddi) 2. Mülki məhkəmə icraatının vəzifələri
2.1.
Mülki İşlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər birfiziki
və yaxud hüquqi şo.xsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və
digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq
olunmasıdır.