14
NİTQ HİSSƏLƏRİ
Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik
olur. Bu baxımdan həmin sözlər ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq
hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı
olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə
fərqlənir. Dilimizdə 11 nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.
ƏSAS NITQ HISSƏLƏRI KOMƏKÇI NITQ HISSƏLƏRI
Isim, sifət, say, əvəzlik, fel, zərf qoşma, ədat, bağlayıcı, modal sözlər,
nida
ƏLAMƏTLƏR
*Ancaq qrammatik mənası olur,
leksik məna ifadə etmir; Hec bir suala cavab vermir;
ayrılıqda heç bir cümlə üzvü olmur.
QEYD: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır. Leksik şəkilçilər sözə
qoşularkən sözün yalmz mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişə bilir.
Sual 17 – cavab
İsim. İsimin qurluşca növləri, ümumi və xüsusi isimlər haqqında məlumat
verin.
Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim
deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus
cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük. İsmə məxsusdur: *Konkret və
mücərrəd olur. *Ümumi və xüsusi olur. *Tək və ya cəm olur. *Mənsubiyyətə görə
dəyişir. *Hal şəkilçisi qəbul edir (hallanır). *Şəxs (xəbərlik) şəkilçisi qəbul edir.
Isimlər iki qrupa ayrılır:
l.Ümumi isimlər 2. Xüsusi isimlər
Bunlar arasında oxşar cəhətlər var. Hər ikisinin əşya adı bildirməsi, hallanması və
mənsubiyyətə
görə
dəyişməsi
və
quruluş
baxımmdan
üç
yerə
bölünməsi
oxşar
cəhətlərdəndir.
Ümumi isimlər eynicinsli əşyalara verilən adlardır: ağac, gül, küçə, daş, kənd və s. Eynicinsli əşyaları bir-
birindən fərqləndirmək üçün onların hər birinə verilən adlara xüsusi isimlər deyilir: "Mehman"(povest),
"Azərbaycan" (qəzeti Araz və s. Xüsusi isimlərin ümumi isimlərdən bir sıra fərgli cəhətləri va:*İşIənmə
ƏLAMƏTLƏRI
*Müstəqil leksik mənaya malik
olur;
*Müəyyən bir suala cavab
verir;
*Cümlə
üzvü
olur.
:*
Şəkilçi qəbul edərək cəhətdən
dəyişir.
15
yerindən asılı olmayaraq ilk hərfi həmişə böyük yazılır. *Ancaq konkret olur. *Sinonimi, omonimi
olmur. Xüsusi isiml bir sıra növlərə bölünür:
l.İnsan adlarını və soyadlarını bildirənlər: Vidadi, Məhəmməd, Elşən, Zərdabi Gəncəvi, Axundov və s.
2.Yer adlarını bildirənlər: Təbriz, Xankəndi, Şuşa,Türkiyə və s.
3.Əsər və mətbuat adlan: "İsgəndərnamə", "Vaqif', "Səs"(qəzet) və s.
4.Heyvanlara verilən adlar: Dürat, Alaş, Məstan, Bozdar, Alapaça və s.
Xüsusi isimlərin əksəriyyəti sadə, düzəltmə, mürəkkəb, konkret, mücərrəd olan ümumi isimlərdən yaranır.
Məs.: Hikmət, İsmət, Arzu, Ulduz, Topxana, Tovuz və s. Bəzi hallarda xüsusi isimlər də ümumiyə çevrilir.
Məs.: sirab, badamlı, şampan, kalaşnikov, plombir, mersedes və s.
İsimlərin quruluşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə isimlər heç bir leksik şəkilçi qəbul
etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məs.: şeir-şerimiz, ağac-ağaclar,
maşın-maşına, kitab-kitabdır və s.
Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və fellərə
leksik şəkilçilər artırmaqla yaranır. Yalnız –lıq
4
şəkilçisinin köməyi ilə isim, sifət, say, əvəzlik və zərfdən
isim düzəltmək olur. Məs.: istilik, düzlük, çoxluq, mənlik, gerilik, yaxınlıq və s. Bu cür isimlər mücərrəd
isimlərdir.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır.
Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yazılanlar.
Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir. Bu
cür sözlər əmələ
gəlmə
üsullarına görə bir neçə qrupa bölünür:
l.İki müxtəlif mənalı və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi
ilə: Kürdəmir, Qarabağ, istiot, Elşən, kəlləpaça və s.
2.Mənsubiyyət şəkilçili sözlərin iştirakı ilə: suiti, kəklikotu, Nəbioğlu, dağkeçisi,
Bazardüzü və s.
3.Sadə və düzəltmə sözün birləşməsi ilə: soyqırım, Rüstəmxanlı, qəlbisınılıq.
beşillik və s.
4.İkinci tərəfi feli sifət olan mürəkkəb isimlər: falabaxan, yelqovan, əlüzyuyan,
tozsoran və s.
5. Aga, xanım, bəy, şah, xatun kimi sözlərin iştirakı ilə: Ağasəlim, Bəyəli, Gülxanım,
Saraxatun və s.
Defislə yazılan mürəkkəb isimlər aşağıdakılardır:
1. Yaxın mənalı sözlərin birləşməsi ilə:söz-söhbət, qapı-pəncərə, qayda-qanun, adət-
ənənə və s.
2.Əks mənalı sözlərin iştirakı ılə: dərə-təpə, enış-yoxuş, gedış-gəlış, ev-eşık və s.
3.
Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərin iştirakı ilə: kol-kos,
kagız-kuğuz, zir-zibil, dəmir-dümür, sür-sümük və s.
4. İzafət tərkibi formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ,
tərcümeyi-hal və s.
Sual 18- cavab