5
Beynəlxalq ictimaiyyət cari minillikdə bəşəriyyətin inkişaf məqsədlərini müəyyənləşdirərkən demokratiyanın inkişafını,
sosial ədalət və tolerantlığın əldə olunmasını gender bərabərliyindən asılı olduğunu müəyyənləşdirmişdir. Bu baxımdan
gender
bərabərliyi cəmiyyətdə sosial,
mədəni normalar,
dəyərlər, inkişaf modellərinin mərkəzində dayanır.
Milli və regional xüsusiyyətləri, müxtəlif tarixi, mədəni və dini amillər nəzərə alınmaqla, bütün dövlətlər öz siyasi, iqtisadi
və mədəni sistemlərindən asılı olmayaraq, insanların bütün hüquq və fundamental azadlıqlarını, eləcə də sağlamlıq
hüquqlarının təmininə cavabdehdirlər. Belə bir fəaliyyətin insanın bütün hüquqlarına və fundamental azadlıqlarına müvafiq
qaydada, o cümlədən milli qanunlar çərçivəsində həyata keçirilməsi və strategiyaların, siyasətin, proqramların və inkişaf
prioritetlərinin müəyyən edilməsi hər bir suveren dövlətin vəzifəsidir.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə həyata keçirdiyi dövlət qadın siyasəti
qadınların cəmiyyətdəki rolunun artmasına geniş imkanlar açmışdır. 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyası
qadınların kişilərlə bərabər hüququnu təsdiq etmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının
hüquqi bazasını yaratmış, bu isə milli siyasətin, bir çox dövlət proqramlarının, strategiya və islahatların həyata keçirilməsilə
əhalinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməkdədir.
Qloballaşan dünyada qadınların problemləri ümumi xarakter daşıyır. Bu il 20 illiyi qeyd olunan Pekin Fəaliyyət
Platformasının
da bəyan etdiyi kimi, bu problemlərin həlli bütün dünya dövlətlərindən davamlı təşəbbüslər tələb edir.
Xüsusilə də natamam ailələrə başçılıq edən, tənha analar, o cümlədən kənd yerlərində məskunlaşmış, qaçqın, məcburi köçkün,
habelə, məhkum və miqrant qadınlar daha çox diqqət və qayğı tələb edir. Bu sırada icma səviyyəsində ailə planlaşdırılması, eləcə
də, uşaq və gənclərin reproduktiv sağlamlığının təmin olunması istiqamətində işlər ehtiyac duyulan məsələ olaraq qarşıda durur.
Bu baxımdan 1995-ci ildən etibarən ilk təşəbbüs olaraq, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin başladığı və əsas
məqsədi əhali arasında reproduktiv sağlamlığın, sağlam analığın, ailə planlanmasının, cinsi yolla yoluxan xəstəliklərin və
onlardan qorunma yollarının icma səviyyəsində maarifləndirmə işi aparmaqla, reproduktiv yaş dövründə olan şəxslərin bu
sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə, o cümlədən xidmətlər göstərməklə abortların sayının azalmasına,
körpələrin sağlam doğulmasına və böyüməsinə, nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, sağlam
gəncliyin formalaşmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaq istiqamətində həyata keçirdiyi fəaliyyət
uğurlu model və müsbət ölkə təcrübəsi olaraq tətbiq oluna bilər.
Bü gün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi də tövsiyə edir ki, ailə
planlaşdırması və reproduktiv tibbi maarifləndirmə qızlar və oğlanlar arasında geniş aparılsın, xüsüsi ilə cinsi yolla yoluxan
HİV və AİDS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetrilsin.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının qadağan olunmasına dair Konvensiya (CEDAW) da daxil olmaqla, insan
hüquqları sahəsində beynəlxalq sənədlərlə müdafiə olunan cinsi və reproduktiv sağlamlıq hüquqları yoxsulluqla mübarizədə
əhəmiyyətli rol oynayır və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində əsas amil olaraq qəbul edilmişdir.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidentinin 11 noyabr 2004-cü il tarixli, 517 nömrəli Sərəncamına
əsasən Azərbaycan Respublikasında demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail
olmaq, əhalinin orta ömür yaşını artırmaq, ana və uşaqların sağlamlığını, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın
tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı
sahəsində Dövlət Proqramı” təsdiq edilmiş və ötən dövr ərzində bu sənədin icrası istiqmətində işlər görülmüş, lakin
ehtiyac duyulan məsələlər də qalmaqdadır.
Hazırda isə bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndində ölkənin uzunmüddətli inkişaf
xəttinə uyğun olaraq, “Demoqrafiya və əhali sakinliyi” sahəsində 2025-ci ilədək dövrü əhatə edən Dövlət Proqramının qəbul
edilməsi, həmin proqramda əhalinin kəmiyyət və keyfiyyət artımı məsələlərinin öz əksini tapması ilə bağlı müddəaların təsbit
edilməsi təqdirəlayiqdir və icraçı qurumlar üzərinə
mühüm vəzifələr qoymaqla, ictimaiyyətin təşəbbüslərini də tələb edir.
Bu baxımdan hesab edirəm ki, BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyi ilə birgə Universal Dövrü İcmal Prosesi və BMT-
nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi çərçivəsində ölkəyə verilmiş tövsiyələrinin
icra vəziyyətinin qiymətləndirilməsi üzrə həyata keçirdiyimiz fəaliyyət də ən yaxşı təşəbbüslərdən biridir, cinsi və reproduktiv
sağlamlıq hüquqlarının təbliği, mövcud çətinliklərin müəyyənləşdirilməsi istiqamətində atılmış uğurlu addımlardandır.
Eyni zamanda qeyd etmək istərdim ki, hazırladığımız bu qiymətləndirmə materialı Minilliyin İnkişaf Məqsədlərinin
başa çatması və Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi ilə 2015-ci ildən sonrakı dövr üçün reproduktiv sağlamlıq
və ailə planlaşdırılması, ana sağlamlığının yaxşılaşdırılması sahəsində, habelə HİV/AİDS, hepatitlər və digər xəstəliklərə
qarşı
mübarizə, gender bərabərliyinin təmini istiqamətdə hədəflərin müəyyən edilməsinə öz töhfəsini verəcəkdir.
professor Elmira Süleymanova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
ÖN SÖZ
ÖN SÖZ