24
•
Xüsusi yuvaya birləşdirilmiş mərkəzi prosessor-
mikroprosessor. Adətən onu soyutmaq üçün ventilyatordan-
cooler istifadə olunur;
•
Məntiqi sistem mikrosxemləri-çipsetlər;
•
İkinci səviyyəli (xarici) keş-yaddaş mikrosxemi;
•
Operativ yaddaş
1
yerləşdirmək üçün yuvalar
2
;
•
Kart genişlənmələri (videoadapter, səs kartı, modem və
s.) üçün yuvalar;
•
BIOS Kompüterin test yoxlamasnı, əməliyyat sisteminin
yüklənməsini, qurğuların drayverini və s. yaddaşda saxlamaq
üçün proqramlaşdırılmış yaddaşa malik mikrosxem;
•
Interfeys kabellərinin, ardıcıl və paralel portların
qoşulması üçün yuvalar;
•
BlOS-un cari sazlanmasını yadda saxlamaqdan ötrü
CMOS tipli mikrosxem və onu cərəyanla təmin etmək üçün
batareya və elektron saat (sistem saatı).
Ana platanın bütün komponentləri bir-birilə informasiya
mübadiləsini aparan keçirici xətlərlə birləşdirilir. Bu cür
keçirici xətlər birlikdə informasiya şini və ya sadəcə, şin
adlanır.
Mikroprosessorlar.
Mikroprosessor – kompüterin
“beyni” hesab edilir və kompüterdə verilənlərin emalını,
ötürülməsini və xarici qurğuların idarə edilməsini saniyənin
milyonda bir hissəsində təmin edir. Mikroprosessorun əsas
xarakteristikası onun işçi gərginliyi, takt tezliyi, takt tezliyinin
3
daxili çoxaltma əmsalı, keş-yaddaşının tutumu və
dərəcəliliyidir. Mikroprosessoru işçi gərginlik ilə ana palata
təmin edir. Intel firmasının əvəllər istehsal etdiyi
1
Operativ yaddaş. Kompüter şəbəkəyə qoşulan zaman verilənləri müvəqqəti
saxlamaq üçün istifadə olunan mikrosxem toplusudur.
2
SIMM tipli operativ yaddaş üçün 72 oyuqlu, DIMM tipli operativ yaddaş
üçün 168 oyuqlu yuva istifadə olunur.
3
Takt tezliyini bəzən kompüterin və mikroprosessorun sürəti də
adlandırırlar.
25
mikroprosessorlarda gərginlik 5.0 volta bərabər idisə, indiki
zamanda firma tərəfindən buraxılan mikroprosessorlarda bu
qiymət 3.0 volta çatdırılmışdır. İşçi gərginliyinin qiymətinin
aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar
işləməsini təmin edir.
Takt tezliyi bir saniyə ərzində kompüterdə yerinə
yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və
həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir.
Takt tezliyi meqaherslərlə (Mhs) ölçülür. Takt tezliyi artdıqca
mikroprosessorun qiyməti ilə yanaşı onun məhsuldarlığı da
artır və mikroprosessor çoxlu sayda əmrləri yerinə yetirə bilir.
Takt siqnallarını mikroprosessor ana lövhədən qəbul edir.
Mikroprosessoru daha yüksək takt tezliyi ilə təmin etmək üçün
onun daxilindəki takt tezliyinin daxili çoxaltma əmsalından
istifadə olunur (Məsələn, 3.0, 3.5, 4.0, 4.5, 5.0 və daha artıq).
Takt tezliyinin daxili və xarici növü vardır. Daxili takt
tezliyi mikroprosessorun yerinə yetirdiyi əməliyyatların
tezliyini, xarici takt tezliyi isə kompüterin operativ yaddaşı ilə
mikroprosessor arasında informasiyanın dəyişmə tezliyini
göstərir.
Prosessorun daxilində reqistr adlanan müəyyən sahə var
ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır.
Prosessorun dərəcəliliyi mikroprosessorun daxilində yerləşən
reqistrlərin dərəcəliliyilə təyin olunur və bir takt ərzində
prosessorun neçə bit
1
informasiya mübadilə etdiyini xarakterizə
edir. Qeyd edək ki, ilk istehsal olunan mikroprosessorlarda
dərəcəlikli 8 idi. Müasir dövrdə istehsal olunan
mikroprosessorlarda bu parametr 64-ə çatdırılmışdır.
Çipsetlər
. Çipsetlər kompüterin sistem
komponentlərinin qarşılıqlı əlaqəsini təmin edir. Ana lövhə
üzərində şimal və cənub körpü adlanan iki çipset yerləşir.
1
Bit informasiyanın ən kiçik ölçü vahididir.
26
Operativ yaddaş
. Kompüterin digər əsas elementi
onun operativ yaddaşıdır
1
. Mikroprosessorlar emal edəcəyi
proqram əmrləri və ilk verilənləri operativ yaddaş vasitəsilə
əldə edir. Operativ yaddaşın mənfi cəhəti kompüter elektrik
şəbəkəsindən ayrıldıqda onda olan informasiyanı özündə
saxlaya bilməməsidir. Texniki ədəbiyyatlarda operativ yaddaşı
çox vaxt RAM (Random Access Memory) adlandırırlar.
Operativ yaddaş digər mikrosxemlərdən fərqli olaraq
tranzistorlardan deyil, hər biri tutumu bir bit olan
mikrokondensatorlardan yaradılıb.
2
Operativ yaddaşın tutumu kompüterin işləmə sürətinə
təsir edir. Operativ yaddaşın tutumu kifayət qədər olmayanda
istənilən informasiyanın mikroprosessor tərəfindən axtarılması
üçün mikroprosessor artıq əməliyyatları yerinə yetirməyə
məcbur olur. Nəticədə proqramın yerinə yetirilmə vaxtı uzanır.
Bu səbəbdən operativ yaddaşın tutumu qənaətbəxş olmayanda
bəzi proqramlar kompüterdə ya işləməyəcək, ya da ki,
həddindən artıq ağır işləyəcəkdir. Məsələn, kompüterlərin
Windows XP əməliyyat sistemilə işləməsi üçün operativ
yaddaşın tutumu minimum128 Mbayt-a bərabər olmalıdır.
Fərdi kompüterlərdə operativ yaddaşın müxtəlif
növlərindən istifadə edilir:
Adi yaddaş.
Ona bəzən DRAM da deyirlər. Yaddaş
istənilən kompüterdə qurula bilər. Onun əsas xüsusiyyəti
yaddaşa müraciət etmə vaxtıdır. Bu parametr 60 n.saniyəyə
bərabərdir. Qeyd etmək lazımdır ki, 70, 80, 90 və 100
n.saniyəlik yaddaşlar da istehsal olunurdu. Amma qeyri-
müəyyən səbəblər üzündən onların istehsalı dayandırıldı.
EDRAM yaddaş
. Ondan istifadə etdikdə DRAM tipli
yaddaşla müqayisədə kompüterin işləmə sürəti orta hesabla 2%
1
Yaddaş həddindən artıq cəld işlədiyinə görə operativ adını almışdır.
2
Məsələn, 256 mbayt tutumu olan operativ yaddaş 2,147,483,648 sayda
mikrokondensatordan təşkil olunmuşdur.
Dostları ilə paylaş: |