154
Ruha da Proklus üçlük prinsipi nöqteyi-nəzərindən baxırdı. Deməli
dünya triadasının üçüncü tərkib hissəsi olan Ruh, öz növbəsində Ġlahi,
Ģeytani və insani üçlüyünə bölünür. Onların hər birində də öz bölgüsü var.
Bu dünya və materiya Proklusun fəlsəfəsində qaranlıqla (zülmətlə)
eyniləĢir. Onlar iĢığın (nurun) yoxluğudur. Lakin Plotinusdan fərqli olaraq,
Proklus materiyanı Ģər kimi təsəvvür etmirdi. Bu dünya nə Ģər, nə də
xeyirdir. ġərin isə səbəbi materiyada yox, aĢağıda olan dünyanın uca olan
idealdan ayrılması, uzaqlığıdır.
ĠĢığa (nura) qayıtmaq, ona qovuĢmaq üçün insan tanrıya tərəf
yönəlməlidir. Bu yolda da, Proklusa görə, triada vardır. Bu Eros, həqiqət və
iman triadasıdır. Tanrıya qayıdıĢın qüvvəsi elm deyil, ekstazdır. Eros
(məhəbbət cazibəsi) insanı ekstaz halına hazırlayır, həqiqət onu tanrıya
yaxınlaĢdırır, iman isə onu tanrı ilə qovuĢdurur. Lakin bu cür ekstatik hallar
çox nadir hallarda olduğu üçün, tanrı ilə tam qovuĢma yalnız ölümdən sonra
baĢ verir.
Yeni platoçuluğun və antik fəlsəfənin sonu
Plotinusun ardıcıllarından biri Kilikiyalı Simplikius (Simplicius)
olmuĢdur. O Plato və Aristotel təlimlərinin birliyini iddia edirdi. Onun
fikrincə, onların arasında fərq yalnız sözlərdə, ifadələrdədir. Öz əsərlərində
Simplikius Zenondan, Empedoklesdən, Anaksaqorasdan (Anaxagoras),
Parmenidesdən və baĢqa qədim filosoflardan sitatlar gətirib və buna görə də,
o mütəfəkkirlərin bir çox fikirləri bizə məlum olub.
Afina fəlsəfə məktəbinin sonuncusu sxolaxı (baĢçısı) Damaskius
(Damascius) olmuĢdu. O neoplatonizmi daha da təkmilləĢdirmiĢdi və
Vahidin haqqında hər hansı biliyin əldə edilməsinin mümkünsüzlüyünü iddia
edirdi. Onun təlimində Vahid, Proklusun və Yamblikosun fəlsəfəsində
olduğu kimi, ikiyə yox, üçə bölünür. Birinci Vahid mütləq, ikinci və üçüncü
Vahidlər isə nisbətən dərk olunmazdırlar. Sonra varlığın vahidi olan monada
ilə cütlük (diada) bir-birinə qarĢı qoyulur, və bu qarĢıdurma nəticəsində
mahiyyət yaranır.
Afinada antik dünyagörüĢünün ənənələrini davam etdirən məktəbin
olmasına baxmayaraq, ümumiyyətlə qədim yunan və roma dinlərinin,
dünyagörüĢünün, ənənələrinin iflasa uğraması prosesi artıq V-VI əsrlərdə
tamamilə baĢa çatmıĢdı. Antik ənənə artıq Roma imperiyasında yayılmaqda
olan Xristianlıqla rəqabət apara bilmirdi. Bəzi hallarda Xristianlıqla
bütpərəstliyin mübarizəsi təkcə ideoloji müstəvidə getmirdi. Əvvəlcə bəzi
roma imperatorları və hakim dairələri xristianları təqib edirdilər. Sonra isə,
Xristianlığın yayılması daha da sürətlənəndən sonra və kilsə xadimlərinin
155
cəmiyyətdə nüfuzunun artdığından sonra əks proseslər baĢ vermiĢdir.
Xristian təəssübkeĢləri bütpərəstlərə hücümlar təĢkil edirdilər, onların
məbədlərini və kitablarını məhv edirdilər. Bütpərəstliyə sonuncu zərbəni
ġərqi Roma imperatoru Yustinianos (Iustinianos) vurmuĢdu. 527-ci ildə o,
hakimiyyətə gələrək, bütpərəstliyi qanundan kənar elan etdi. Onun
hakimiyyəti dövründə bütün bütpərəst məbədlər bağlandı, yaxud məhv
edildi. Xristianlığı qəbul etməkdən imtina edən adamları isə, vətəndaĢ
hüquqlarından məhrum edirdilər.
Yustinianos Afinada yerləĢən fəlsəfə məktəbinin də bağlanması
haqqında əmr verdi. 531-532-ci illərdə orada çalıĢan filosoflar, təqiblərdən
qurtarmaq üçün, Ġrana mühacirət etdilər. Onların arasında Damaskiy və
Simplikiy də var idi. Sonra onlardan bəziləri geriyə döndülər, lakin artıq yeni
məktəblər yarada bilmədilər. Beləliklə qədim antik fəlsəfəsi və dünyagörüĢü
tarixdən silindi. Lakin buna baxmayaraq neoplatoçuların və baĢqa
məktəblərin təlimləri bütün orta əsr xristian ilahiyyat və fəlsəfəsinə güclü
təsir etmiĢdir.
Ġrana mühacirət edən filosof və alimlər isə, ölkənin bir çox
Ģəhərlərində fəlsəfi və elmi məktəblər (akademiyalar) yaratmıĢdılar. Bu
məktəblərin arasında HundiĢapur akademiyası əhəmiyyətli yer tutmuĢdu.
Burada fəlsəfədən baĢqa, riyaziyyat, astronomiya, təbabət, coğrafiya kimi
elmlər də inkiĢaf edirdi. Antik dünyanın elmi-fəlsəfi irsinin böyük hissəsinin
Bizansda xristianlar tərəfindən darma-dağın olunması Ģəraitində, Ġranda
fəlsəfi məktəblərin nümayəndələri o irsin təsadüfən salamat qalmıĢ bəzi
nümunələrini suriya və fars dillərinə tərcümə etmiĢdilər.
VII əsrdə, xəlifə Ömərin dövründə Ġran, müsəlmanlar tərəfindən fəth
edildi. Bunun nəticəsində antik elmi-fəlsəfi irs müsəlmanların əlinə keçdi.
Onlar, xristianlardan fərqli olaraq, onu məhv etmədilər. Əksinə, bu irsə
böyük maraq göstərib, onu ərəb dilinə tərcümə edərək, inkiĢaf etdirdilər. Bir
neçə əsr keçdikdən sonra, avropalılar darmadağın olunmuĢ antik irslə
müsəlmanların vasitəsi ilə yenidən tanıĢ oldular.
156
XRĠSTĠANLIĞIN SĠMVOLLARI
1. Balıq
Balıq ilk xristian simvollarından biri olmuĢdur. O Ġsanın rəmzi
mənasını daĢıyırdı. Buna səbəb Ģəkildə göstərilən yunan hərflərinin
abreviaturasıdır (ĠXTUS). Bu abreviatura yunan dilində "Xilaskar Ġsa Məsih
Tanrının oğludur" sözlərinin birinci hərflərindən yaranmıĢdır. "ĠXTUS" sözü
isə yunanca balıq deməkdir.Eyni zamanda Ġsanın ilk ardıcıllarının bir neçəsi
balıqçı olmuĢdur. Buna görə xristianlar özlərini "insan ruhunu tutanlar"
adlandırırdılar.
Dostları ilə paylaş: |