138
möcüzələrindən bəhs olunur. Bu səyahətlərdə Apollonios çoxlu möcüzələr
göstərir. Məsələn, Efesdə olarkən o əhalini orada yayılmıĢ taun xəstəliyindən
qurtarır. Sonra onu həbs edib mühakimə edəndə, o məhkəmə zalından
möcüzəvi Ģəkildə qeyb olub, Ġtaliyada və Yunanıstanda öz fəaliyyətini
davam etdirmiĢdi. Apollonios özünü Pifaqorasın təcəssümü hesab edirdi.
Yeni platoçuların baĢqa görkəmli nümayəndəsi Qadesli Moderatus (I
əsr) olmuĢdu. O hesab edirdi ki, rəqəmlər cisimsiz obrazların və
substansiyaların ifadəsidir. Onun təlimində hər Ģeyin əvvəlində bütün
varlıqlardan uca olan Vahid (Hen)
dayanır. Vahid elə bir varlıq ki, onun
haqqında heç bir Ģey demək olmaz.
Hətta onun mövcud olması haqqın-da
da bir Ģey demək mümkun deyil.
Çünki onun mövcudluğu haqqında
ifadə edilən hər bir fikir, artıq onun
təyin edilməsi deməkdir. Hər bir təyin
etmə isə məhdudiyyət demək-dir.
Vahiddən sonra ideyalar aləmi
və kosmik ruh gəlir. Bunlar ikinci dərəcəli Vahiddir. Onların hər ikisinin
mənĢəyi ilk Vahidə aiddir, lakin ondan fərqli olaraq onlar daha da aĢağı
dərəcəli varlıqdırlar. Bu səbəbdən onlar haqqında düĢünmək olar.
Burada Vahid haqqında anlayıĢ qədim pifaqorçuların anlayıĢıdır.
Ġdeya və kosmik ruh platoçuluğun anlayıĢlarıdır. Gələcəkdə Vahid, ideyalar
aləmi və kosmik ruh üçlüyü Plotinusun fəlsəfəsində təkrar olunub, daha da
inkiĢaf etdirilmiĢdir.
II əsrin ikinci yarısında yaĢayan Apameyalı Numenius da özünü
pifaqorçu hesab edirdi. O, 1, 2 və 3 rəqəmlərini ilahiləĢdirmiĢdir. Birinci
tanrı bütün digər rəqəmlərin mənbəyidir. O özünəməxsus bir aləmdir və
sükunətdədir. Ġkinci tanrı özünə görə ziddiyyətli və ikilidir. Bir tərəfdən o bir
əql olaraq birinci tanrını görüb, ondan ilhamlanır, digər tərəfdən isə o özünə
qarĢı yönəlib, materiyaya meyillidir. O artıq duyulan substansiyadır və
materiyanı hərəkətə gətirir. Beləliklə ikinci tanrı yaradıcıdır. Ġlk növbədə o,
Numenius tərəfindən ilahiləĢdirilən üçüncü fövqəl varlığı – ruhu yaradır. Bu
ruh kosmosun əvvəli, ortası və axırıdır. 4 rəqəmini isə Numenius təbiətə aid
edir, lakin o artıq tanrı deyil.
Ġnsan da Numeniusa görə ikili təbiətə malikdir. Onun ruhu, eyni
zamanda, həm alçaq və həm də ucadır. Ruhunun alçaq hissəsi ilə insan ruhu
təbiətin çirkabındadır, ali hissəsi ilə isə birinci tanrı (nus) ilə təmasdadır. Bu
təmas insanı ruhi sakitliyə, əzabsızlıq və mənəvi həzzə gətirir.
139
Antik dünyanın ən tanınmıĢ mütəfəkkirlərindən biri olan Heroneyalı
Plutarxus (Plutarchus) (46-127) da əqidəsi pifaqorçuluq və platoçuluğa
yaxınlaĢırdı. Plutarxus bir sıra tarixi, əxlaqi və fəlsəfi əsərlərin müəllifi idi.
Onun tanrılar haqqında fikirləri «De Iside et Osiride» (Ġsida və Osiris
haqqında), əsərlərində əks olunmuĢdu. O hesab edirdi ki, əsl varlıq yalnız
vahid olan tanrıya məxsusdur. O, zaman və məkan anlayıĢlarından ucadır.
Dünyada olan duyulan Ģeylər isə sözün əsl mənasında varlıq deyillər. Onlar
daim dəyiĢir, məhv olur. Əsl varlıq olan tanrı isə bütün anlaĢılan Ģeylərdən
daha ucadır. O hər Ģeydən aralı və sonsuz uzaqlardadır. Bu keyfiyyətdə
Plutarxus tanrısı Platonun Xeyri ilə eyniləĢir. Bu tanrının adı, Plutarxusa
görə, Osirisdir. Qədim Misir mifologiyasındakı digər qadın tanrısı Ġzida
(Ġsis) isə ona can atan, onu arzulayan varlıqdır. Osiris Ģərin mənbəyi deyil, o
yalnız xeyir tanrısıdır. ġərin mənbəyi isə yunan mifologiyasının baĢqa
personajı olan Tifon ilə bağlıdır.
Yeni pifaqorçular üçün fəlsəfə bir məqsəd deyil, yalnız nicat tapmaq
üçün bir vasitədir. Onun vasitəsi ilə onlar, ruhun bədəndən ayrılmasını,
duyğu aləmi ilə bağlılığının zəyifləməsi yollarını və digər mistik praktikaları
əsaslandırmağa çalıĢırdılar. Aydındır ki, belə olan təqdirdə ön plana
dünyadan mistik tərzdə xaric olma, meditasiya, dini ekstazlar, ucada olan
Vahidlə ruhən birləĢmə cəhdləri, abidlik, zahidlik ideyaları ortalığa
çıxmıĢdır. Əksər hallarda yeni pifaqorçuluq və digər mistik təlimlər Asiya və
Misirdə olan dini təlimlərlə qarıĢmıĢ, onların da mistik ənənələrini davam
etdirmiĢdilər. Beləliklə onlar antik fəlsəfi məktəblərinə – epikurçuluğa,
Stoya məktəbinə qarĢı çıxıĢ edirdilər. Sonda, Roma imperiyasını siyasi,
iqtisadi və mənəvi böhranlar bürüyən zaman, mistika, müxtəlif tanrıların
kultu, mövhumatlar çox geniĢ yayılmıĢdı və onlar, hətta qədim yunan fəlsəfi
məktəblərinin gələcək inkiĢafına təsir etmiĢdilər. Bununla da antik fəlsəfə öz
süqutuna doğru gedirdi. Gələcəkdə yalnız yeni platoçular qismən də olsa,
antik fəlsəfi ənənəni davam etdirmiĢdilər. Lakin onların da təlimi mistika ilə
qarıĢıq idi. Nəhayət, Romada Xristianlığın dövlət dini elan olunmasından
sonra, qədim fəlsəfə tamamilə məhv olub aradan çıxarılmıĢdı.
STOYAÇILAR
Stoisizm e.ə. IV əsrdə yaranan və 529-cu ildə Bizans imperatoru
Yustinian tərəfindən bütün fəlsəfi məktəblərin bağlanması əmrini verməsinə
qədər mövcud olan və hellinizm dövrünün ən məĢhur fəlsəfi məktəblərindən
biri olmuĢdur.
Stoisizmin yaradıcısı Zenon (e.ə. 336-264) adında bir mütəfəkkir
olmuĢdu. O Kıbrıs (Kipr) adasında ana dan olmuĢdur, sonra isə Afinada
Dostları ilə paylaş: |