Atomun Tomson və Rezerford modeli



Yüklə 3,37 Mb.
tarix13.05.2022
ölçüsü3,37 Mb.
#86973
1fizika


Atomun Tomson və Rezerford modeli

Alimlər atomun bərabər sayda müsbət mənfi yüklü zərrəciklərdən təşkil olunduğunu XIX əsrin əvvəllərindən bilirdilər. İngilis fiziki C.C.Tomson (qısaca Ci- Ci[2]) 1897-ci ildə elektronu kəşf etdi və müəyyən olundu ki, elektron hidrogen atomunun kütləsindən təxminən 2000 dəfə kiçikdir. Bir tərəfdən bu fakta, digər tərəfdən atomun neytral olması faktına əsaslanaraq Ci- Ci 1903-cü ildə atomun quruluşunun ikinci modelini irəli sürür.[3]



This Photo by Unknown Author is licensed under CC BY-NC-ND

Ernest Rezerford

Rezerford sürətli a-zərrəciklərinin (ikiqat ionlaşmış helium atomları) nazik metal təbəqədən səpilməsini öyrənərkən atomun planetar modelini verdi.Rezerforda görə atom,mərkəzində yerləşmiş kiçik ölçülü müsbət yüklü nüvədən və nüvə ətrafında fırlanan mənfi yüklü elektronlardan ibarətdir.Atomun,demək olar ki,bütün kütləsi onun nüvəsində toplanmışdır



Şəkilə əsasən yaza bilərik

Burada v-səpilmə bucağı, p-hədəf məsafəsi(bu minimal məsafədən başlayaraq a-zərrəcikər səpilir), m α və ϑ α uyqun olaraq a-zərrəciyinin kütləsi və sürəti, z elementin nömrəsi, e-elektron yüküdür.Təcrübə göstərirki,a-zərrəcikləri 0-dan 180 səpilirr. P-hədəf məsafəsi kiçik olduqca qarşılıqlı təsir güclənir və səpilmə bucağı v böyüyür.



Beləliklə Rezerford modeli atomun aşağıdakı parametrlərini,nüvənin yükünü,,atomun kütləsini və ölçüsünü,elementin sıra nömrəsini və s. Müəyyən etdi. Lakin Rezerfordun atom üçün təklif etdiyi planetar model müəyyəən çətinliklərlə üzləşdi:

1.Klassik elektrodinamika qanunlarına görə nüvə ətrafında təcillə fırlanılan elektron enerji şüalandırmalı və elektron çox kiçik zaman ərzində spiralvari trayektoriya boyunca nüvənin üzərində düşməlidir.

2.Nüvənin ətrafında qapalı orbit boyunca təcillə hərəkət edən elektron arası kəsilmədən elektromaqnit dalğası şüalandırmalı və atomun şüalanma spektri xəttidir.

3.Planetar modelin çatışmayan cəhətlərindən biri də Rezerfordun elektrona klassik zərrəcik kimi baxmasıdır.

Atom nüvədən və onun ətrafında hərəkət edən elektronlardan ibarətdir. Atomun nüvəsi öz növbəsində protonlardan və neytronlardan ibarətdir. Elektron -1 elektrik yükünə, proton +1 elektrik yükünə malikdir, neytron elektrik yükü daşımır. Bütün elementlərin atomları eyni elektron, eyni proton və eyni neytronlardan yaranmışdır. Lakin elementlər atomlarındakı protonların sayı ilə fərqlənirlər. Nüvədəki protonların sayı elementin atom nömrəsini təşkil edir. Proton və neytron ikisi birlikdə nukleon, yəni "nüvəyə (ingilis: nucleus) aid olan" adlanırlar.
Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə