17
dəfnəgilənar, mahoniya, maqnoliya, kameliya və b.
kölgəsevən bitkilər; zoğal, yemişan, bir sıra ot tipli bitkilər
və b. kölgəyədavamlı bitkilər hesab olunur.
Bitkilərin işığa tələbatı həm də onun hansı torpaq-iqlim
şəraitində bitməsindən asılıdır. Əksərən tünd-yaşıl yarpağı
olanlar kölgəyədavamlı, açıq-yaşıl və digər rəngdə olanlar
isə işıqsevən olurlar.
Hava amili
Havanın daimi hərəkəti digər amillərin də, xüsusilə
havanın
nisbi
rütubətinin
və
temperatur
rejiminin
nizamlanmasında böyük rol oynayır. Hava amili əsasən
örtülü şəraitdə becərilən bitkilər və çətiri sıx olan bitkilər
üçün əhəmiyyətlidir. Bitkilərin dibinin yumşaldılması,
torpaqda havalanmanı yaxşılaşdırmaqla, köklərin inkişafına
müsbət təsir göstərir. Dəniz, çay və göllərin ətrafındakı hava
bütün canlılar üçün daha sərfəli və keyfiyyətli hesab olunur.
Temperatur amili
Torpaqdakı üzvi maddələrin minerallaşması, bitki
kökləri vasitəsilə sorulması, bitki orqanizmində gedən
biokimyəvi, fizioloji proseslər, fotosintez və s. istiliklə
əlaqədardır. Bitkilərin temperatur rejimi dedikdə, həm istilik,
həm soyuq, həm də şaxta nəzərdə tutulmaqla, onların havada
və torpaqda miqdarı nəzərə alınmalıdır. Temperatura
münasibətdə də bitkilər çox müxtəlifdir ki, bu da onların
filogenetik inkişaf tarixi və yeri ilə sıx bağlıdır. Ona görə də
bitkilər tropik, subtropik, mötədil və şimal bitkiləri adı
altında qruplaşdırılmışlar. Bitkilərin əkilməsi üçün ərazilərin
18
seçilməsi zamanı onların hansı iqlim zonasına xas
olmalarının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Yəni
tropik qurşaqda (ekvadorun hər iki tərəfindən 23-27,5°-yə
qədər) bütün bitkilər əsasən həmişəyaşıl olmaqla istiyə
tələbkar bitkilər olduğundan, onların şimal (arktik) qurşaqda
becərilməsi çətin olur. Bu bitkilərə ananas, banan, manqa,
aqava, əzvay və b. aiddir. Azərbaycan ərazisində tropik zona
yoxdur. Eyni ilə subtropik iqlim bitkiləri də şaxtaya
davamsız bitkilər hesab olunur: nar, sitrus bitkiləri, əncir,
xurma, çay, kameliya və b. bura aiddir.
Azərbaycan ərazisində İ.M.Axundzadənin təsnifatına
görə 3 subtropik bölgə mövcuddur:
1. Rütubətli subtropik bölgə. Buraya Talış dağ silsiləsinin
ətəklərində yerləşən rayonlar aiddir.
2. Yarımrütubətli subtropik bölgə. Bura Böyük Qafqaz
dağlarının cənub ətəklərində yerləşən rayonlar daxildir.
3. Quru subtropik bölgə. Bura Abşeron yarımadası, Kür-
Araz ovalığı, Naxçıvan MR və Qarabağ rayonları aiddir.
Qida amili
Bütün canlılarda olduğu kimi, bitki hüceyrə və
toxumalarının qurulması üçün qida maddələri – üzvi
birləşmələr, zülallar, yağlar, karbohidratlar lazımdır. Bitkilər
bu birləşmələri qeyri-üzvi maddələrdən özləri hazırlayır.
Bitkilərə
daha
çox
lazım
olan
elementlər
makroelementlər (azot, fosfor, kalium, oksigen, hidrogen),
nisbətən az tələb olunanlar isə mikroelementlər (dəmir,
kalsium, kükürd, mis və b.) adlanır.Bütün bu qida
elementlərini bitkilər havadan və torpaqdan sorur. Müxtəlif
19
tip torpaqlarda bu elementlər az və ya çox dərəcədə olur.
Bitkilər hidroponika üsulunda becərildikdə isə bu qidalar
süni şəkildə suyun içərisinə əlavə olunur. Torpaqda qida
maddələrinin miqdarının təyin edilməsi, bitkilərin becərilmə
şəraitində xüsusi əhəmiyyət kəsb edir. Çünki qida
maddələrinin çoxluğu və ya azlığı bitkinin inkişafına mənfi
təsir edir. Məsələn, azotun çatışmazlığı bitkinin böyüməsinə
mənfi təsir etdiyi halda, onun çoxluğu məhsulun keyfiyyətini
aşağı salır. Ona görə də bitki becərilən torpağın tərkibi
mütləq öyrənilməlidir. Əks halda üzvi və mineral gübrələrin
tətbiqi düzgün olmaz. Bununla belə, vizual müşahidələrlə
bitkinin böyümə və inkişafını mütəmadi izləməklə də
torpaqda hansı qida maddəsinin azlığı və ya çoxluğu barədə
fikir demək mümkündür.
Beləliklə, bitkilərin böyümə və inkişafında qeyd olunan
bu həyat amillərinin hər birinin ayrılıqda xüsusi əhəmiyyətli
olması, onların hamısının yalnız birlikdə təsiri zamanı
mümkündür. Yəni, onların hamısı bitki üçün eyni dərəcədə
əhəmiyyətlidir və biri digərini əvəz edə bilməz. Məsələn,
toxumun cücərməsi üçün digər bütün həyat amilləri (rütubət,
işıq, qida, hava və b.) normada olub, lakin istilik yoxdursa bu
halda toxum cücərməz. Yəni qeyd etdiyimiz həyat
amillərindən hər hansı biri çatışmadıqda bitki böyüyüb
inkişaf edə bilmir. Ona görə də bütün həyat amillərini bitki
üçün eyni dərəcədə yaratmaq zəruridir. Həyat amillərinin
öyrənilməsi də məhz bu məqsədə xidmət edir.
20
III FƏSİL
BİTKİLƏRİN ÜMUMİ BECƏRİLMƏ PRİNSİPLƏRİ
Sahənin əkinə hazırlanması
Bitki əkini üçün sahə həmişə tam yararlı halda olmur.
Xüsusilə daşlı-kəsəkli, az münbit, bəzi hallarda şoran
torpaqlar olur ki, həmin ərazilərdə bir sıra meliorativ
tədbirlər – daş-kəsəkdən təmizləmə, suvarmanıasanlaşdırmaq
üçün səthin relyefinin nizamlanması, münbitliyi artırmaq
məqsədilə tam normada üzvi, mineral gübrələrin verilməsi və
b. aparılmalıdır.
Torpağın əkinə hazırlanması
Torpağın
hazırlanması,
onun
şumlanmasından,
yumşaldılmasından (ikinci şumlamadan), malalanmasından,
səthin hamarlanmasından (ütüləmə), əkiləcək bitki və ya
səpiləcək toxum üçün yerlərin (çalaların, şırımların, ləklərin)
hazırlanmasından ibarətdir.
Şumlama – Yerin üst qatının 30-80 sm dərinlikdə
yumşaldılaraq əkin üçün yararlı hala salınmasıdır. Qidalı
təbəqəsi az olan torpaqlar dayaz, çox olanlar isə dərin
şumlanır. Bundan əlavə bostan-tərəvəz bitkiləri və digər
birillik bitkilər (dənli-taxıl, dənli-paxlalı və b.) üçün
torpaqlar dayaz (25-30 sm), ağac-kol bitkiləri əkini üçün isə
dərin (50-80 sm) şumlanır. Yazda əkiləcək bitkilər üçün
torpaq payızda, payızda əkiləcək bitkilər üçün isə yazda və
yayda şumlanmalıdır. Əsaslı şum aparmaq üçün laydırlı
(torpağı çevirən) kotanlardan istifadə olunur. Vaxtında
şumlanmış sahə əkinqabağı yenidən 15-20 sm dərinlikdə
yumşaldılmalıdır. Bu əməliyyat geniş sahələrdə laydırsız-