53
altında ağ kifəbənzər örtük görünür. Yağmur və günəşli
günlərin bir-birini tez-tez əvəz etdiyi günlərdə xəstəlik
sürətlənir və bir neçə günə yarpaqlar qonurlaşır və quruyaraq
tökülür. Eyni əlamət çiçək qruplarında və xırda gilələrdə də
baş verir. Günlər yağmurlu keçdikdə xəstəlik payız aylarına
qədər davam edir. Yağmursuz aylarda isə (iyul-avqust) zəif
inkişaf edir.
Xəstəliyə qarşı mübarizə zəif aparıldıqda və ya
aparılmadıqda, yağmurlu illərdə üzüm məhsulu tamamilə
məhv olur. Artıq üzümçülüklə məşğul olan hər bir şəxs aydın
bilir ki, yaz-yay ayları üzüm tənəkləri mütləq müvafiq
dərmanlarla dərmanlanmalıdır. Lakin dərmanlanmaya qədər
bir sıra aqrotexniki tədbirlər görülərsə, dərmanlanmanın həm
sayı azalar, həm də effektivliyi artar. Bunlar aşağıdakılardır:
1. Üzüm tənəklərinin hündürştamplı formada becərilməsi;
2. Üzümlüklərin relyefi düz olan ərazilərdə salınması;
3. Bütün vegetasiya dövrü ərazidə normal havalanmanı
təmin etmək məqsədilə yaşıl budama və bağlama işlərinin
vaxtında, düzgün aparılması;
4. Sahədə alaq otlarının inkişafına yol verilməməsi;
5. Payızda tökülmüş yarpaqların sahədən kənarlaşdırılması;
6. Suvarılan üzümlüklərdə payızdan dərin şum aparmaqla
dondurma (qış) suyunun verilməsi.
Bütün aqrotexniki tədbirlərə ciddi riayət olunmasına
baxmayaraq, üzümlükdə yenə də mildiu xəstəliyi müşahidə
olunduqda, 1-2%-li Bordo (Göydaş) məhlulu ilə bir neçə
dəfə çiləmə aparılmalıdır. Çiləmələr çiçəkləməyə qədər 2
dəfə və çiçəkləmədən dərhal sonra aparılmalıdır. Bundan
sonra yağmurlu havalardan asılı olaraq 2-3 dəfə çiləməni
təkrar aparmaq lazımdır. Bordo (Göydaş) məhlulunun
hazırlanması çətin olduğundan son zamanlar bu məqsədlə
Bordo mayesinin (kuprazon) 0,5%-li məhlulundan (hər 10 l
suya 50 q Bordo mayesi tozu qarışdırılır), sinebin 0,5%-li,
54
polikarpatsinin 0,5%-li məhlulundan da istifadə olunur. Qeyd
olunmalıdır ki, mildiu xəstəliyinə Abşeron üzümlüklərində
çox az təsadüf olunur.
Oidium (unlu şeh, sibrə) – geniş yatılmış və çox
ziyanlı xəstəliklərdən biridir. Xəstəlik tənəyin bütün yaşıl
hissələrini və salxımını zədələyir. Xəstəliyin ilk əlamətləri
belədir: təzə əmələ gəlmiş cavan yarpaqlar kənardan içəriyə
doğru bükülür, qıvrılır və üzərində bozumtul-kül rəngli
təbəqə əmələ gəlir. Ən çox çiçək qrupu zədələnir.
Zədələnmiş çiçək və yarpaqlar quruyaraq tökülür. Xəstəlik
sonrakı mərhələdə giləli salxıma keçir və gilələrdə cadarlı-
qonur ləkələr əmələ gəlir, gilələr çatlayır, çürüyür və məhv
olur.
Mildiunun inkişaf etməsi üçün mütləq su damcıları
lazım olduğu halda, oidiumun inkişafı üçün istilik lazımdır.
Oidiuma respublikanın bütün zonalarında rast gəlinir.
Oidiumla ən effektli mübarizə üsulu toz kükürdlə (hər
hektara 20-25 kq) tozlama aparmaqdır. Digər halda mildiuya
qarşı Bordo mayesi çilədikdə əlavə əmək və vəsait sərfi
olmasın deyə, hazırlanmış məhlula 1%-li kolloid kükürd
qarışdırılır.
Həyətyanı sahələrdə, çardaqlarda və digər kiçik
üzümlüklərdə oidiuma qarşı Topsin-M, topaz və s.
preparatlardan da istifadə etmək olar.
Ziyanvericilər. Üzümün ən geniş yayılmış və daha
təhlükəli ziyanvericiləri salxım yarpaq bükəni, torlu gənə,
unlu yastıca və filloksera həşəratlarıdır.
Salxım
yarpaq
bükəni
respublikanın
bütün
üzümlüklərində müşahidə olunmuşdur. Əsasən tırtılları
ziyan vurur. May ayının əvvəllərindən ilk tırtıllar hələ
çiçəkləməmişsalxımlarda görünməyə başlayır və 15-20 gün
ərzində çiçək topası ilə qidalanaraq özlərinə tordan yuva
qururlar. Məhv edilmədikdə həmin torun içində toplaşaraq
55
sonrakı nəsillər üçün mənbəyə çüvrilirlər. Yağmursuz keçən
illərdə 3 nəsil verirlər. 1-ci nəsil qönçə və çiçəklərə, 2 ci nəsil
çiçəkləmə tam qurtardıqdan 25-30 gün sonraqoralara, 3-cü
nəsil isə yetişməkdə olan gilələrə ziyan vurur.
Mübarizə tədbirləri kimi tənəklərdə vaxtlı-vaxtında
yaşıl əməliyyatlar aparılması çox vacibdir. Çünki, kəpənəklər
öz yumurtalarını həmişə günəşdən və küləkdən mühafizə
olunan yerlərə qoyurlar.
Kimyəvi mübarizə məqsədilə tırtıllar (sovkalar) ilk
görünən kimi avantaj, mayestro, karate və b. kimyəvi
preparatların biri ilə 0,2-0,3%-li məhlul hazırlayıb tənəklərə
çiləmək lazımdır. Kimyəvi mübarizəkəpənəyin hər nəsli
üçün təkrar olunmalıdır, yəni, vegetasiya ərzində hər 25-30
gündən bir çiləmə təkrar olunmalıdır.
Üzüm tənəklərində torlu gənə və unlu (çanaqlı)
yastıcalar müşahidə edildikdə sistem təsirli preparatlardan
(Bi-58, Omayt, Akreks və b.) biri ilə 0,2-0,3%-li məhlul
hazırlayıb vegetasiya dövrü 2-3 dəfə çiləmə aparılmalıdır.
Tənəyin ən qorxulu ziyanvericisi fillokseradır. Gözlə
çətin görünən narıncı-sarı rəngli həşərat olub, əsasən kök
hüceyrələrini parçalayaraq onu çürüdür və tənəyin yerüstü
hissəsi ilbəil zəifləyir, böyüməsi dayanır və quruyaraq məhv
olur. Bir vegetasiya dövrü 6-8 nəsil verir. Geniş
üzümlüklərdə tənəklərin tala-tala (ocaqşəkilli) zəifləməsi və
bu talaların ulbəil genişlənməsi filloksera ziyanvericisinin
nişanəsidir. Filloksera ilə əsasən aqrotexniki üsullarla,
xüsusilə bitkilərin üzvi və mineral gübrələrlə intensiv
yemləndirilməsi yolu ilə və fillokseroya davamlı calaqaltı
tənəklərə (Amerika mənşəli üzüm növləri) yerli sortlar
calamaqla mübarizə aparılır. Burada qeyd olunmalıdır ki,
qumlu torpaqlarda (Abşeron) filloksera yayıla bilmir.
56
Meyvə bitkilərinin əsas zərərvericiləri,
xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Meyvə bitkiləri üzərində çoxlu növdə zərərvericilər
müşahidə olunur. Onlar bitkilərin kökündən tutmuş
meyvələrinə, toxumuna qədər bütün orqanlarına ziyan
vururlar. Onlar çox müxtəlifdir və müxtəlif yaş dövrlərində
ziyan vururlar. Məs. kəpənəklər tırtıl (sovka) mərhələsində
yarpaqları, çiçəkləri, meyvə və toxumları gəmirərək
zədələyir. Mənənələr, yastıcalar, gənələr isə yarpaq və
zoğlarda fəaliyyət göstərərək xortumları ilə bitkinin hüceyrə
sitəsini somurmaqla ziyan vururlar. Ziyanvericilərin növ
tərkibi çox olduğundan, onlara qarşı müxtəlif mübarizə
üsullarından – aqrotexniki, mexaniki, bioloji, karantin –
istifadə olunur. Burada aqrotexniki mübarizə üsulu xüsusi
qeyd olunmalıdır. Zərərverici həşəratlar adətən torpaqda,
payızdan tökülmüş yarpaqların arasında, bitkinin quru budaq
və qabıqlarında qışlayırlar. Aqrotexniki mübarizə, məhz
həşəratın qışladığı həmin əraziləri qışda və yazqabağı ləğv
etməklə, onun məhvinə yönəldilən tədbirlərdir. Bura
tökülmüş yarpaqların, alaq otlarının sahədən kənarlaşdırı-
lması, bitki diblərinin və cərgəaralarının dərin (25-30 sm)
şumlanması, qurumuş budaqlardan, qabıqlardan təmizlən-
məsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda
gövdələrin əhənglə ağardılması və s. aiddir. Yaz-yay ayları
çətirdə sıxlığın çoxalmasının qarşısını almaqla, ərazidə
normal havalanmanı və işıqlanmanı təmin etməklə də
həşəratların çoxalmasının qarşısını almaq olar. Bu mübarizə
üsulları səmərə vermədikdə, yəni, zərərvericinin ziyanı
çoxaldıqda kimyəvi mübarizə qaçılmaz olur. Hal-hazırda
bağbanlar maksimum çalışmalıdır ki, kimyəvi mübarizə
üsulundan az istifadə etsinlər.