4.4.Qərbi Avropanın iqtisadi inkişafının hərəkətverici qüvvələri
4.5
.Qərbi Avropanın iqtisadi inkişafında AFR-nın rolu
4.6.Qərbi Avropanın iqtisadi inkişafında Böyük Britaniyanın rolu
4.7.Qərbi Avropanın iqtisadi inkişafında dövlət tənzimlənməsi
§5. İnkişafda olan ölkələr və dünya iqtisadiyyatında onların
mövqeyi
5.1.İnkişafda olan ölkələr və onların əsas əlamətləri
5.2.İnkişafda olan ölkələrin qruplaşdırılması
VIII FƏSİL. DÜNYA SƏNAYESİ VƏ İQTİSADİYYATIN
İNKİŞAFINDA ONUN ROLU
234-280
§1.Sənaye –iqtisadiyyatın xüsusi bölməsidir
§2.Sənayenin aparıcı rolunun mahiyyəti
§3.Sənayenin coğrafiyası
§4.Dünya sənayesinin sahə strukturu
4.1.Dünya sənayesinin sahə strukturuna təsir edən amillər
§5.Emal sənayesinin inkişafı
§6.Sənayedə müəssisələrin ölçüləri
§7.İstehsalın səmərəliliyinin yüksəldilməsində kiçik müəssisələrin
rolu
§8.Dünya maşınqayırma sənayesi
§9.Maşınqayırma sənayesinin coğrafiyası
IX FƏSİL. ELMİ-TEXNİKİ TƏRƏQQİ VƏ DÜNYA
İQTİSADİYYATI 281-312
§1.Elmi-
texniki tərəqqinin
məzmunu
§2.Elmi-
texniki tərəqqinin xüsusi istiqamətləri
§3.Elmi-
texniki tərəqqi və istehsalın səmərəliliyi
§4.Elmi-
texniki tərəqqinin idarə edilməsi sahəsində dünya
təcrübəsi
X
FƏSİL.DÜNYA
İQTİSADİYYATINDA
KƏND
TƏSƏRRÜFATI
313-328
§1.Dünya təsərrüfat sistemi və aqrar bölmə
§2.Kənd təsərrüfatı istehsalının strukturu
§3.Kənd təsərrüfatının inkişafına təsir edən amillər
§4.Kənd təsərrüfatı məhsulları istehsalının coğrafiyası
§5.Aqrar-
sənaye kompleksləri
XI FƏSİL.İNSAN RESURSLARI VƏ ONLARDAN
İSTİFADƏNİN YAXŞILAŞDIRILMASI YOLLARI 329-
352
§1.İnsan resursları və iqtisadi inkişaf
§2.İnsan amili və sosial-iqtisadi inkişafda onun rolu
§3.Bazar və dövlət mexanizmlərinin uyğunlaşdırılması
XII F
ƏSİL. AZƏRBAYCAN DÜNYA TƏSƏRRÜFAT
SİSTEMİNDƏ
353-453
§1. İqtisadi inkişafın ümumi mənzərəsi
§2.Xarici iqtisadi fəaliyyət
2.1.Xarici iqtisadi əlaqələrin göstəriciləri
2.2.İxracın və idxalın əmtəə strukturu və XİƏ-in saziş növləri
2.3.Xarici
iqtisadi əlaqələrin coğrafiyası
2.4.Dünya təsərrüfat sisteminə inteqrasiya və onun
gücləndirilməsi
2.5.İqtisadiyyatın açıqlılıq səviyyəsi
§3.Azərbaycan Respublikasının sənayesi
3.1.Sənayenin ümumi xarakteristikası
3.2.Sənayenin sahə strukturu
3.3.Sənayenin ərazi stukturu
§4.Azərbaycan Respublikasının kənd təsərrüfatı
§5.Respublika iqtisadiyyatının bəzi inkişaf perspektivləri
ƏDƏBİYYAT SİYAHISI
554
G İ R İ Ş
Artıq on ildən çoxdur ki, Azərbaycan xalqı öz milli
iqtisadiyyatının səmərəli formalaşması uğrunda əzmlə mübarizə aparır
və qalib gəlir. Respublikamızın Prezidenti Möhtərəm Heydər Əliyev
cənabları demişkən : “Müstəqil Azərbaycan dövləti yaşayır, bundan
sonra da əbədi,uğurla yaşayacaqdır.”
Azərbaycan dövləti qarşıda qoyulan məqsədlərə çatmaq
üçün əsas vasitə kimi bazar iqtisadiyyatı sistemi seçmişdir.Belə bir ciddi
sistemin seçilməsi idarəetmənin bütün pillələrində isə yaradıcı
yanaşmağı,bütün daxili və xarici imkanları ortaya çıxartmağı,onlardan
bacarıqla istifadə etməyi, sonra isə elmin,texnikanın və texnologiyanın
son nailiyyətlərinə əsaslanaraq dünya standartlarına uyğun məhsullar
istehsal istehsal etməyi və xidmət göstərməyi tələb edir.
Onu da qeyd edək ki, rəqabətin gücləndiyi indiki dövrdə
istər sosial və istərsə də sırf iqtisadi məsələlərin həlli insanlardan və
xüsusən də iqtisadçılardan və iqtisadiyyatı idarə edənlərdən hərtərfli
bilik tələb edir. Bu heç də asan iş deyil.Mütəxəssislər və iqtisadiyyatı
idar
ə edənlər yüksək biliyə malik olmalı, dünyada gedən qloballaşma
proseslərindən baş çıxarmalıdırlar. Dünyada isə olduqca mürəkkəb
proseslər cərəyan edir.Bu proseslər özünün çevikliyi,mütəhərrikliyi,
çoxsürətliliyi və bəzən də dağıdıcılığı ilə fərqlənirlər. Belə bir şəraitdə
məlumatsızlıq və biliksizlik ciddi səhvlərin baş verməsinə və ölkə
iqtisadiyyatının zəifləməsinə səbəb ola bilər.Mənfi halların baş
verməməsi üçün həm ölkə daxilində və həm də digər ölkələrdə baş
verən iqtisadi inkişaf meylləri dərindən öyrənilməlidir. (heç olmasa ona
görə ki, dünaynın digər ölkələrinin bazar iqtisadiyyatı sahəsində geniş
və müsbət təcrübələri vardır). Tədqiqat göstərir ki, bu cür təcrübələri
mənimsəmədən dövlətin sosial-iqtisadi inkişaf üçün optimal planlar
tərtib etmək mümkün olmur. Gənc nəsil və xüsusən də gənc iqtisadçı –
mütəxəssislər dünya təsərrüfatının formalaşması və inkişaf etməsi
problemlərini, dünyada və onun yarımsistemləri olan ayrı-ayrı
dövlətlərdə baş verən dəyişiklikləri , ölkələr arasında yaranan əlaqələri
və onların başlıca xüsusiyyətlərini,dünyanın aparıcı (sənaye cəhətdən