439
Dünyada məlum olan iqlim qurşaqlarının çoxunun Azərbaycanda
olması, 800 km –dən çox bir məsafədə Xəzər dənizi ilə əhatə olunması
sənayenin xammal bazasının genişləndirilməsi üçün yaxşı şərait yaradır.
Azərbaycan Respublikası ərazisinin süni balıq yetişdirilməsi üçün
gözəl inkişaf perspektivləri vardır. Bunun başlıca amili havanın yüksək
orta illik hərarəti və il ərzində günəşli günlərin çox olmasıdır.
Sənayedə istifadə olunması üçün Azərbaycanın kifayət qədər bitki
növləri vardır. Təbii bitki resursları imkan verir ki, respublikada qida
məhsulları üzrə bolluq yaradılsın, yüngül və yeyinti sənayelərinin
i
nkişafı üçün xammal bazası genişləndirilsin.
Azərbaycan Respublikasında sənayenin gələcək inkişafını təmin
etmək üçün təbii zəminlərdən başqa, iqtisadi, elmi, texniki və texnoloji
zəminlər də mövcuddur. Keçmiş SSRİ dövründə mövcud olan
müəssisələrin çoxu ya heç ya da tam gücü ilə işləmir. Nisbətən köhnəlsə
də Azərbaycan Respublikasında sənayeni inkişaf etdirmək üçün
material-texniki baza
kifayət qədər vardır. Əsas fondların dəyəri 2000-
ci ildə 92,3 trilyon manat təşkil etmişdir ki, bunun da 69,7 faizi əsas
istehsal fondlarının payına düşür. Sənayenin sərəncamında olan əsas
fondların dəyəri isə baxılan dövr üçün 29,3 trilyon manata bərabər olub.
Nəzərə alsaq ki, hazırda bu fondlardan istifadə səviyyəsi tələb
olunandan çox aşağıdır, sənayeni gələcəkdə inkişaf etdirmək üçün daxili
imkanların olması məlum olar.
Əldə olunan əsas istehsal fondları təbii resurslarla birlikdə
sənayenin ərazi cəhətdən təşkilini yaxşılaşdırmaq üçün münasib şərait
yaradır. Çatışmayan cəhət odur ki, əsas istehsal fondları Azərbaycanın
iqtisadi rayonları arasında qeyri-bərabər şəkildə formalaşmışdır.
Abşeron rayonunda əsas istehsal fondlarının əksər hissəsi
yerləşdirilmişdir. Əli-Bayramlı–Salyan, Gəncə-Daşkəsən, Mingəçevir-
Yevlax kimi sənaye qovşaqlarında əsas istehsal fondlarının çox az
hissəsi (12-15%) cəmlənmişdir. Şəki-Zaqatala zonasında, Naxçıvan
Muxtar Respublikasında, Lənkəran-Astara zonasında isə əsas istehsal
fondları lap azdır.
440
Bundan başqa, nəqliyyat şəbəkəsi də Azərbaycanda sənayeni
inkişaf etdirmək üçün zəmin rolunu oynayır. Demək olar ki,
respublikanın bütün sənaye qovşaqlarının dəmir yollarından aralılığı 30
km–
ə qədərdir. Relssiz nəqliyyatlar üçün isə bu məsafə orta hesabla 10
km təşkil edir.
Respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsi sürətlə gedir.
Bu
prosesin özü də sənayenin gələcək inkişafı üçün yaxşı zəmindir.
Söhbət burada əsasən özəlləşdirmənin kompleks və səmərəli həyata
keçirilməsindən və bu sahədə iqtisadi rayonlara maksimum sərbəstlik
verilməsindən gedə bilər.
Bazar iqtisadiyyatı şəraitində ölkənin əhalisi və onun əmək
qabiliyyətliliyi sənayenin inkişafı üçün mühüm amildir. Azərbaycan
Respublikasında bu cəhətdən çoxlu istifadə edilməyən daxili imkanlar
vardır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2001- ci ilin
yanvar ayının 1-nə respublika əhalisinin ümumi sayı 8.081 min nəfərə
bərabər olmuşdur. Müqayisə üçün göstərək ki, 2000-ci ildə isə 7.131
min nəfər təşkil edirdi. Deməli, keçən on il ərzində təbii artım bir
milyona yaxın olmuşdur. Əhalinin ümumi sayında kişilərin xüsusi
çəkisi 49%-ə yaxındır. Əmək ehtiyatlarının xüsusi çəkisi 2000- ci ildə
54%-
dən çox təşkil etmişdir ki, bu 5,6 milyon nəfərdən də çoxdur.
Bundan başqa, Azərbaycanda iki yüz mindən çox təcrübəli sənaye işçisi
var. Onlar işləmirlər. Bu cür vəziyyətin əmələ gəlməsi 1990-cı illərin
əvvəlində baş vermiş məlum hadisələrlə bağlıdır.
2000-
ci ildə məşğul olan əhalinin ümumi sayının cəmi 7%-i
sənayedə cəmlənmişdir. Bu bazar iqtisadiyyatı üçün yaxşı göstərici
hesab edilə bilməz. Müqayisə üçün qeyd edək ki, elə dövr olub ki,
sənayedə çalışanların xüsusi çəkisi iqtisadiyyatda çalışan fəhlə və
qulluqçuların tərkibində 25% təşkil edib.
Ümumiyyətlə götürdükdə yaxın gələcəkdə Azərbaycan
Respublikasında işçi qüvvəsinin təbii artımı, müxtəlif səbəblərdən indi
faydalı ictimai işlə məşğul olmayan iqtisadi fəal əhalinin istehsala cəlb
edilməsi, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsala tətbiq edilməsi
441
nəticəsində xalq təsərrüfatının digər sahələrində və sənayenin özündə
ixtisara düşən fəal və ixtisaslı işçilər üçün yeni iş yerlərinin yaradılması
zəruriliyi, səna-yenin həm intensiv (yüksək texniki – texnoloji
səviyyədə yeni istehsalların yaradılması, fəaliyyətdə olan müəssisələrin
yenidən qurulub texniki silahlandırılması və avtomat müəssisələrinin
yaradılması) və həm də ekstensiv (əl əməyi üstünlük təşkil edən,
mexanikləşdirilmə və avtomatlaşdırma səviyyəsi nisbətən aşağı olan,
hətta ilk vaxtlar yerli tələbatların ödənilməsini nəzərdə tutan və həm də
yerli resurslardan istifadəyə və əl əməyinə əsaslanan kiçik və orta
müəssisələrin yaradılması və fəaliyyətdə olan müəssisələrin bu
istiqamətdə profilinin dəyişdirilməsi) inkişaf etdirilməsi üçün gözəl
zəmindir. Bu sahədə İqtisadi İnkişaf Nazirliyinin əsas vəzifəsi məqsədli
proqramlar tərtib edib həyata keçirmək və ilk növbədə daxili imkanları
səfərbər etməklə ölkədə işsizliyin azaldılmasına, işləyən müəssisələrin
səmərəliliyinin yüksəldilməsinə, iqtisadi rayonların kompleks inkişaf
etdirilməsinə, iqtisadiyyatın respublika ərazisində proporsional
yerləşdirilməsinə və ən başlıcası isə maddi-enerji, təbii və insan
resurslarından tam, səmərəli və kompleks istifadə edilməsinə nail
olmaqdan ibarət olmalıdır.
Respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri
formalaşdırılarkən nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatına keçid
şəraitində və ondan sonra respublikanın sosial-iqtisadi inkişafında
sənayenin rolu daha da artır. Lakin bu hər hansı bir artım yox, istehsalın
səmərəliliyinin qat-qat yüksəlməsi ilə müşahidə olunan artım olmalıdır.
Ümumi şəkildə götürdükdə istehsalın səmərəliliyinə təsir edən amil və
şərtləri iki mühüm qrupa bölmək olar. Birinci qrupa sənayenin və onun
sahələrinin öz xüsusiyyətindən irəli gələn amillər daxildir. İkinci qrup
amillərə isə sənayenin ərazilər üzrə təşkilindən irəli gələn amillər
daxildir
. İstehsalın idarə olunmasında hər iki qrup amillərə ciddi fikir
verilməsini bazar iqtisadiyyatının yazılmayan qanunları tələb etsə də bu
gün müxtəlif səbəblər üzündən istehsalın səmərəliliyinin yüksəldilməsi-
nin ərazi amillərindən zəif istifadə edilir. Bu da istehsalın bazar
442
iqtisadiyyatı şəraitində tələb olunan səviyyədə yüksəldilməsinə imkan
vermir.
Hazırkı dövrdə sənaye istehsalının səmərəliliyinin yüksəldilmə-
sində ərazi amillərinə diqqətin artırılması və bu baxımdan istehsalın
regionlar üzrə təşkilinin təkmilləşdirilməsi zəruriliyi aşağıdakılarla izah
olunur: mülkiyyətin formasının dəyişilməsi və sahibkarlığın inkişafı;
ərazilərin iqtisadi sərbəstliliyinin yüksəldilməsi zəruriliyi; ərazilərin və
orada
yerləşdirilən
sənaye
vahidlərinin
ixtisaslaşma
və
kooperasiyalaşma səviyyəsini maksimum mümkün olan həddə qədər
yüksəltmək; ərazidə yaşayan əhalini faydalı işlə təmin etmək və elmi-
texniki tərəqqi və onun nailiyyətlərinin istehsala gecikmədən tətbiq
etmək yolu ilə yüksək əmək məhsuldarlığına nail olmaq zəruriliyi;
regionun optimal səviyyədə kompleks inkişafını bazar iqtisadiyyatı
tələblərinə uyğun təmin etmək; gündəlik tələbat malları üzrə ərazilərin
özünütəminatını genişləndirmək və bu işi bazara keçidlə əlaqədar
görülən tədbirlərlə yanaşı yerinə yetirmək zəruriliyi.
Bütün bunları təcrübədə həyata keçirmək üçün istehsalın ərazilər-
də optimal təşkil edilməsi yolu ilə respublikanın sosial iqtisadi inkişafını
sürətləndirmək proqramı işlənib hazırlanmalıdır. Proqramın bölmələri
hər bir iqtisadi rayona həsr olunmalı və onların kooperasiya əlaqələri
optimallaşdırılmalıdır.
Azərbaycan Respublikasında əmək resursları artıqlığı mövcud
olduğuna görə sənayenin əmək tutumlu sahələrinin üstün inkişaf
etdirilməsinə diqqət artırılmalıdır. Nəzərə alınmalıdır ki, qadınların
arasında işsizlər daha çoxdur. Qadınların istehsala cəlb edilməsi
probleminin də aktuallığı bazar iqtisadiyyatında artır. Qadınlara xoş
gələn iş yerlərinin yaradılmasını nəzərdə tutan məqsədli proqramların
tərtib edilib həyata keçirilməsi vaxtı çatmışdır.
Sənayenin inkişafı və xüsusən də emal müəssisələrinin kütləvi
şəkildə yaradılması zəruriliyi bir mühüm cəhətdən də meydana gəlir. Bu
cəhət kənd təsərrüfatı ilə əlaqədardır. Statistik məlumatlara görə iqtisadi
fəal əhalinin 40%-dən çoxu kənd təsərrüfatında çalışır. Say etibarı ilə bu
443
1,6 milyon nəfər deməkdir. Sirr deyildir ki, bunların çoxu özəlləşdirmə
nəticəsidə quru torpaq alan və onu becərməyə çətinlik çəkən rayon və
kənd əhalisidir. Kənd təsərrüfatında islahatlar öz bəhrəsini hərtərəfli
göstərməyə başladıqdan və özəl iri kənd təsərrüfatı müəssisələri
yaradıldıqdan sonra, kənd təsərrüfatı proseslərinin mexanikləşdirilməsi
və avtomatlaşdırılması, istehsalın təşkilinin yaxşılaşdırılması,
idarəetmənin optimallaşdırılması nəticəsində yaxın gələcəkdə çoxlu
sayda kənd təsərrüfatı işçisi ixtisara düşə bilər. Onların da işlə təmin
edilməsi ağırlığı yenə də sənayenin üzərinə düşəcək. Bu təkcə bizim
respublikamızda belə deyildir. Bütün dünya ölkələri kənd təsərrüfatında
işləyənlərin sayını minimuma (5-10%-ə) çatdırmış və ilk növbədə azad
olan iqtisadi fəal əhalini işlə, sənayedə iş yeri yaratmaqla təmin
etmişdir.
Sənayenin qeyri-neft bölməsində yüngül sənayenin inkişaf
etdirilməsi imkanları daha çoxdur. Belə imkanlar həmişə olub və tarix
göstərir ki, dövlət tərəfindən müəyyən qayğı gös-tərilən dövrlərdə
Azərbaycanda yüngül sənaye inkişaf etdirilib. Məsələn, keçmiş SSRİ
adlanan imperiya dağılmamışdan qabaq 220- dən çox yüngül sənaye
müəssisəsi fəaliyyət göstərirdi və yüngül sənayenin ümumi sənaye
məhsulundakı xüsusi çəkisi 20%-dən çox təşkil edirdi. Sənayedə
işləyənlərin 25,2%-i burada çalışırdılar. Bu o dövrlər üçün (1985-1990-
cı illər üçün) 100 mindən çox fəhlə və qulluqçu demək idi. İndi bazar
iqtisadiyyatı şəraitində yüngül sənayeni o dövrlərdəkindən də səmərəli
inkişaf etdirmək üçün əlverişli şərait yaranmışdır. Məsələ burasındadır
ki, o vaxtlar Azərbaycanın yüngül sənayesi əsasən Moskvanın tərtib
etdiyi perspektiv planlara uyğun inkişaf etdirilirdi və əsas və başlıca
nöqsan o idi ki, yerli xa
mmalın hamısı kompleks emal edilmirdi.
Məsələn, pambıq əsasən mahlıc şəkilində reallaşdırılırdı. Digər kənd
təsərrüfatı malları da xam material şəkilində mərəkəzə ötürülürdü.
Müstəqillik əldə etdiyimiz indiki zamanda problemlərin həllinə
yaradıcılıqla yanaşılarsa biz yüngül sənayeni hazır (son) məhsul
istehsalı istiqamətində inkişaf etdirə bilərik.
444
Ümumiyyətlə gələcək dövrlərdə Azərbaycanda yüngül və yeyinti
sənayelərini sürətlə inkişaf etdirmək üçün lazımi iqtisadi şərait
(yanacaq-
enerji bazası) müxtəlif tərkibdə, çeşiddə və həcmdə maddi
baza, hazır məhsulun reallaşdırılması üçün daxili və xarici bazar
münasib istehsal gücləri və ixtisaslı işçilər vardır. Yeyinti və yüngül
sənayeni səmərəli inkişaf etdirmək üçün Azərbaycan ərazisində coğrafi
tədqiqatları gücləndirmək, müəssisələrin məqsədyönlü yerləşdirilməsi
sxemini tərtib etmək və yerli resurslardan və ilk növbədə insan
resurslarından səmərəli və tam istifadə etməklə yüngül və yeyinti
sənayelərin sahə komplekslərinin ərazi cəhətdən formalaşmasını elmi
cəhətdən formalaşdırmaq lazımdır. Ərazilərin öyrənilməsi yeyinti
sənayesinin inkişafında mümkün daxili imkanların da ortaya çıxmasına
səbəb olar. Məsələn, balıqçılığı və xüsusən də süni yetişdirmə yolu ilə
balıqçılığı və münasib yeyinti sənaye sahəsini inkişaf etdirmək üçün
ərazimizdə yaxşı şəraitin olması mütəxəssislər tərəfindən təsdiq edilir.
Lakin buna baxmayaraq Azərbaycanda balıq sənayesi yaxşı inkişaf
etməmişdir. Bunun bilavasitə nəticəsi də budur ki, il ərzində
adambaşına istehlak edilən balıq məhsullarının həcminə görə
Azərbaycan Respublikası dünya ölkələri arasında axırıncı yerlərdən
birini tutur. Məsələn, əgər respublikamızda adambaşına istehlak edilən
balıq və balıq məhsullarının miqdarı cəmi 2,7 kq. təşkil edirsə (2000-ci
il) bu rəqəm Rusiyada 9,9 kq (1999), ABŞ-da 10 kq (1987), Almaniyada
15,1 (1998), İtaliyada 17,3 kq (1996) təşkil etmişdir.
Neft emalı, neftin dərin emalı sahəsində daxili imkanlar kifayət
qədərdir. Azərbaycanda 22 milyon ton neft emal etmək olar. Hazırda isə
5-6 milyon ton n
eft emal edilir. İstehsal güclərindən istifadəni layihə
səviyyəsinə qaldırmaqla neftayırma sənayesinin intensiv inkişafını
təmin etmək olar.
Qeyd edək ki, sənayenin və onun digər sahə və yarımsahələrinin
inki
şaf etdirilməsi imkanları böyük olduğuna görə, bazar iqtisadiyyatına
keçidlə əlaqədar olan bütün texniki, təşkilati, iqtisadi, sosial-psixoloji,
struktur tədbirlər sənayenin hərtərəfli inkişaf etdirilməsi baxımından
445
həyata keçirilməlidir. Məsələ brasındadır ki, sənayenin inkişafı istər-
istəməz xalq təsərrüfatının digər sahələrinin və ilk növbədə kənd
təsərrüfatının inkişafına da təkan vermiş olacaq. Bu cür yanaşmağın
səmərəliliyi sənayecə inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin
təcrübəsi ilə çoxdan sübut edilmişdir. Sənayenin məqsədyönlü inkişafı
iqtisadiyyatın digər sahələrinin məqsədyönlü inkişafını təmin etməyə
imkan verir. Deməli, proseslər elmi cəhətdən idarə olunmalı və optimal
variantlar üzrə həm sənayenin və həm də bütövlükdə iqtisadiyyatın
səmərəli inkişafını təmin etmək lazımdır.
ƏDƏBİYYAT SİYAHISI
1. A.A.Əliyev, A.Ş.Şəkərəliyev. Bazar iqtisadiyyatına keçid: dövlətin
iqtisadi siyasəti. Bakı, 2002.
2. A.Ş.Şəkərəliyev. Keçid iqtisadiyyatı və dövlət. B., 2000
3. A.Ş.Şəkərəliyev. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi
münasibətlər. B., 1999
4. Ə.Q.Əlirzayev. Azərbaycanın iqtisadi inkişafının konsepsi-yası və
proqramı. B., 1999
5. Ə.Q.Əlirzayev. Azərbaycanda sahibkarlığın inkişafı problemləri və
həlli yolları. B., 2000
6. İ.Ş.Dadaşov. Real bazar iqtisadiyyatının atributları. B., 1996
7.
İ.Ş.Dadaşov. Elmi-texniki tərəqqinin istiqamətləri və onların
səmərəliliyi. B., 1992
8.İ.Ş.Dadaşov. Sənayedə özəlləşdirmə aparılması mexanizminin
təkmilləşdirilməsi istiqamətləri. İqtisad elmləri: nəzəriyyə və praktika.
B., 2002
9. Azərbaycan nefti dünya siyasətində. B., 1997
10.Azərbaycan sənayesi (statistik məcmuə). B., 2001
11. Azərbaycanın beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələri. B., 1997
12. M.Abdullayev. Azərbaycan-Türkiyə əlaqələri. B., 1998
446
13. T.Əliyev və b. Azərbaycanda kiçik biznesin təşkili və idarə
edilməsinin bəzi səmtləri. B., 2001
14.
Доклан ООН. Человеческие развития в Азербайджане. Б.,
1996
15. Z.Həsənova. Dağ-mədən sənayesi və ətraf mühit. B., 1996
16. M.Qasımov. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri).
B., 1997
17. Всемирный Банк. Знание на службы развития: отчет о мировом
развитии. 1999
18. Домичев В.И. Международная торговля. М., 2000.
19. Всемирный Банк Азербайджан: Оценка бедности. Доклад
№156001 – Аз 27 феврал 1997.
20. Экономика. Учебник. М., 1999
21. Мировая экономика. Учебник, М., 1999
22. Ломакин В.К. Мировая экономика. М., 1998
23. Кудров В.М. Мировая экономика. М., 1999
24. The world Bank Global Economic Prospects and the Developinq
Countries. 2002
Document Outline - Cədvəl 19
- Cədvəl 21
- Cədvəl 54
- Cədvəl 55
- Cədvəl 62
- Cədvəl 63
- Azərbaycan Respublikasının kənd təsərrüfatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin sayı
- və maliyyə nəticələri
- O cümlədən, zərərlə işləyənlər
- Cədvəl 64
- Cədvəl 19
- Cədvəl 21
- Cədvəl 54
- Cədvəl 55
- İllər
- 1990
- 1993
- 1995
- 2000
- Cəmi
- Ölçmə
- Məhsulların
- Ölçmə
- Məhsulun
- Cədvəl 62
- Cədvəl 63
- Azərbaycan Respublikasının kənd təsərrüfatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin sayı
- və maliyyə nəticələri
- O cümlədən, zərərlə işləyənlər
- Cədvəl 64
- İllər
- 1990
- 1993
- 1995
- 2000
- Cəmi
- Ölçmə
- Məhsulların
- Ölçmə
- Məhsulun
Dostları ilə paylaş: |