qlobal təsərrüfatın əhatə dairəsini daraldırdı.Lakin istər dünya bazarının
və istərsə də dünya iqtisadiyyatının inkişafı yavaş olsa da inkişaf edirdi.
İqtisadi münasibətlərin mürəkkəbliyinə,ziddiyiyyətliyinə baxmayaraq
iki ictimai sistemin ölkələri arasında iqtisadi əlaqələr müəyyən
tələbatların ödənilməsi nöqteyi nəzərincə inkişaf etdirilirdi.
Ücüncü.
Müasir dünya iqtisadiyyatının bu pilləsində qlobal
təsərrüfata təsir etməsi baxımından müsbət proses kimi, yəni kapitalist
dünya iqtisadiyyatında sahibkar kapitalının ixracını və onun inkişaf
etməsini göstərmək olar.Sahibkar kapitalına sərbəstlik verilməsi və
onun ixracı istehsal əlaqələrində prinsipcə yeni strukturların meydana
gəlməsinə və inkişaf etməsinə təkan verdi. Nəticədə transmilli
korporasiyalar (TMK) sürətlə inkişaf etməyə başladı. TMK öz
mahiyyəti nöqteyi-nəzərincə beynəlxalq xarakterə malik, xarici
ölkələrdə aktvləri olan iri firmalardır.TMK beynəlmiləl firmalardır ki,
onlar da öz fəaliyyətini əsasən ölkələrindən kənarda – digər xarici
ölkələrdə qururlar. Onlar hər hansı məhsulun yaradılması, istehsalı
,reallaşdırılması, maliyyələşdirilməsi, kreditləşdirilməsi, yayılması ilə
məşğul olan beynəlxalq istehsalları formalaşdıra bildilər və bununla da
dünya iqtisadiyyatının inkişafına və istehsalın dünyəvilik səviyyəsinin
yüksəlməsinə şərait yaratdılar.
Dördüncü.
Sosializm yolu ilə getməyən ölkələr arasında
getdikcə genişlənməyə başlayan hərtərəfli iqtisadi əlaqələr. Onların
genişlənməsinə müsbət təsir göstərən amil ABŞ-ın iqtisadi gücü
idi.İkinci dünya müharibəsi vaxtı daha da güclənən ABŞ Qərb
ölkələrinə və digər ölkələrə iqtisadi yardımını həyata keçirməyə başladı.
Bu
real kömək idi və tarixə “Marşall planı” kimi düşən xüsusi planlar
həyata keçirilirdi. Köməyin ümumi həcmi 17 milyard dollar (indiki
qiymətlə 90 milyard) təşkil edirdi. Bu məbləğin yarısından çoxunu
Böyük Britaniya, Fransa və Qərbi Almaniya dövlətləri aldı.Qərbi
Avropa ölkələrinə Amerikanın xüsusi kapitalı birbaşa kapital qoyuluşu
və kredit şəklində yönəldilirdi.
Qərbi Avropa ölkələrinə maliyyə köməyi ikitərəfli
razılaşmalar əsasında edilirdi və Amerikanın qoyduğu əsas şərt bu
ölkələrdə azad sahibkarlığa diqqəti artırmaq və onlara həqiqi mənada
azadlıq vermək idi. Köməyin ümumi məbləğinin 70% -ini ərzaq,
yanacaq,gübrə kimi mallar təşkil etməsinə baxmayaraq, “ Marşall
planı” Qərbi Avropa sənayesinin inkişafına, ölkələrarası ticarətin
genişlənməsinə və onların valyutalarının möhkəmlənməsinə yaxşı təsir
göstərdi. Bütün bunlar dünya iqtisadiyyatını gücləndirirdi.
“Marşall planı” üzrə göstərilən kömək 1951-ci ilə qədər
davam etdi. Bundan sonra kömək proqramları inkişafda olan ölkələrə
y
önəldildi. Bunun iki səbəbi var idi: birincisi, kolonializmin
dağılması,ikincisi, bazar iqtisadiyyatlı ölkələrinin sayının artması.
Beşinci. Keçən əsrin 60-cı illərinin ortalarında koloniya
sisteminin dağılması dünyada bu günə qədər xüsusi yer tutan bir qrup
ölkələrin –inkişafda olan ölkələrin meydana gəlməsinə səbəb oldu.
Kolonial münasibətlər getdikcə iqtisadi münasibətlərlə əvəz olunurdu.
İnkişaf etmiş Qərb ölkələri bu ölkələrə köməklik göstərmək yolu ilə
onları özlərinin təsir dairəsində saxlayırdılar.Lakin buna baxmayaraq,
prosesin özü dünya iqtisadiyyatının inkişafı üçün müəyyən şərait
yaradırdı.
1970-
ci il bu cəhətdən əlamətdar idi. Məhz bu ildə Qərbi
Avropanın Almaniya, İngiltərə və s.bu kimi inkişaf etmiş ölkələrinin
ümumi daxili məhsulu ABŞ-nın müvafiq göstəricisinin səviyyəsini aşdı.
Belə ki, əgər 1960-cı illərdə bu ölkələrin ÜDM –nin həcmi ABŞ-nın
ÜDM –
nın 74% -ni təşkil edirdisə, 1970-ci ildə bu faiz artıq 114-ə
çatmışdı. Ayrı-ayrı ölkələrin iqtisadi inkişafındakı gerilik isə davam
edirdi.Lakin Amerika ilə rəqabətə girə bilən qütblərin meydana gəlməsi
prosesi demek olar ki, başa çatmışdı.Dünyada bir-biri ilə rəqabət
aparmaq üçün böyük mərkəz (ABŞ-Yaponiya-Qərbi Avropa
)yaranmışdı...Keçən əsrin son üç onilliyini dünya iqtiadiyyatı
baxımından yeni dövr adlandırmaq olar. Bu dövrün əsas fərqləndirici
cəhətlərinə beynəlxalq məhsuldar qüvvələrin formalaşması,
iqtisadiyyatın dünyəvilik səviyyəsinin yüksəlməsi, dünya istehsalının
genişlənməsi və beynəlmiləlləşməsi, bütün iqtisadi sferalarda qarşılıqlı
təsirlərin və asılılığın güclənməsi daxildir.Qeyd edək ki, proses keçən
əsrin 70 –ci illərindən başlayaraq güclənmiş və insanların
psixologiyasında və onların dünyagörüşündə inqilabi dəyişikliklər
etmişdir və bu cür proses indi də davam edir.
Dünya iqtisadiyyatının təkamül yolu ilə formalaşması
etaplarından danışarkən keçən əsrin 90-cı illərinin əvvəlini xüsusi qeyd
etmək lazımdır. SSRİ adlanan bir qrumun dağılması ilə əlamətdar olan
bu dövrü haqlı olaraq dünya təsərrüfatının yeni inkişaf dövrü
adlandırmaq lazımdır. Bu dövrün əsas xüsusiyyəti onda idi ki,dünya