Orta əsrlərdə Avropada texnikanın inkişafı
143
mar və ov alətlərindən ibarət idi. O dövrdə dəmirçilik sənəti
ixtisaslaşmadan çox uzaq idi. Ehtimal olunur ki, ustalar sadəcə bir neçə
sahəni yaxşı bilirdilər. Dəmirçilər başqa sənətkarlar kimi sifarişlər
əsasında işləyirdilər. Sifarişçilər qızıl və gümüş əşyalar hazırlatmaq
istədikdə, lazım olan xammalı özləri ilə gətirirdilər. Xammala olan
ehtiyac çox vaxt antik dövrdən qalan ehtiyat əsasında ödənilirdi. Köhnə,
əlvan metallardan olan əşyalar ərdilir və onlardan yeniləri hazırlanırdı.
Kənd təsərrüfatı texnikasının geniş tətbiqi nəinki məhsulların
artırılması, hətta yeni torpaq sahələrinin emal edilib yararlı hala
salınmasına gətirib çıxarmışdır. Bu inkişaf eyni zamanda əhalinin
artmasına şərait yaratmışdır, belə ki, 1150
−
1200 illərdə Avropada artim
20%-dən çox idi [1.19]. Əhalinin artımı ilə bağlı olaraq sənətçilik
texnikasına
olan
tələbat
da
artmışdır.
Sənətçilikdə
yaranan
çatışmamazlıqlar insanlar və heyvanların istehsalın artan miqdarı və
sürəti müqabilində öz fiziki hədlərinə çatması ilə bağlı idi. Atlardan
sənətçilikdə istifadə olunması enerji mənbəyini genişləndirsə də,
sənətçiliyin sürətlə yayılması nəticəsində güclü və fasiləsiz işləyən
enerji mənbəyinə yaranan ehtiyacı ödəyə bilmirdi. Bu tələbat orta
əsrlərdə su və küləklə işləyən dəyirmanların yaranması və tətbiqinə
təkan vermişdir.
Orta əsrlərdə tətbiq olunan su dəyirmanları antik dövrdə yaşamış
Vitruvinin işlərində təsvir olunmuş maşınlar ilə identik idi.
Şəhərlərdə su dəyirmanlarının tikilməsi, böyük miqdarda xərclə bağlı
olduğundan kilsələrin əlində cəmləşmişdir. Sadə kəndli və sənətkarlar
bu enerjidən istifadə etmələri üçün pul ödəməli idilər. Ayrı-ayrı
dəyirmanların ətrafında cəmləşən sənaye və istehsal bu ərazilərdə
qəsəbələrin yaranmasına gətirib çıxarmışdır.
X
Ι
əsrdən su dəyirmanları Şimali Avropa ərazilərində yayılmağa
başlayır. X
Ι
əsrin sonunda İngiltərədə 500-dən çox su dəyirmanı
mövcud idi. Tarixi qaynaqlara görə bu dəyirmanlar V
ΙΙΙ
əsrdə Fars
dövlətinin ərazisində yaradılmış şaquli vallı dəyirmanların əsasında
düzəldilmişdir [1.71, 1.19]. Su və külək enerji mənbələri
insan və
Orta əsrlərdə Avropada texnikanın inkişafı
144
heyvan güclərinin potensialını daha da artırmışdır. Bu enerji mənbələri
ilə işləyən maşınların ixtira edilməsi onun effektini artıraraq, həm də
onların özlərinin istehsalını asanlaşdırmışdır. Beləliklə, su və külək
dəyirmanlarının yaranması, orta əsrlərdə əl əməyindən maşın
texnologiyasına keçid üçün əsas addım idi.
Maşınlar əsasən fırlanma hərəkəti lazım olunan işlərdə tətbiq
olunurdu. Bu, hər şeydən əvvəl buğdanın üyüdülməsində, mişarlama və
pardaqlamada tətbiq olunurdu. Bəzi hallarda torna dəzgahı da su ilə
hərəkət etdirilirdi. Başqa işlər üçün isə fırlanma hərəkətini irəli-geri
hərəkətə çevirən mexanizm düzəldilməli idi. Bu dirsəkli valların tətbiqi
ilə reallaşdırılırdı. Dirsəkli val fırlanma hərəkətini çevirərək çəkic və
mişarların hərəkət etdirilməsini, metalların əridilməsi üçün tətbiq olunan
hava üfürcəklərinin işləməsini mümkün etmişdir. Enerji istehsal edən
maşınların işçi maşınlarla kombinasiyası əl əməyinə əsaslanan istehsalın
tədricən mexanikləşdirilməsi üçün əsas bünövrə olmuşdur. Buna
baxmayaraq orta əsrlərdə mexanikləşmə lazım olan şəkildə baş
verməmişdir. Bunun səbəbi bir tərəfdən maşınların müəyyən yerlərə
bağlı olduğundan aşağı çevikliyə malik olması idi. Digər tərəfdən
sənətçiliklə məşğul olanların konservativ ənənəyə malik olmaları idi.
Ustalar
mexanikləşdirmənin
tətbiqi
nəticəsində
iş
yerlərinin
itirilməsindən qorxurdular.
X
ΙΙΙ
əsrdə çəkiclə işləyən döymə maşınları geniş yayılmağa başlayır.
İş prinsipinə və quruluşuna görə fərqlənən iki növ çəkic məlum idi.
Çəkic əsasən ağacdan hazırlanmış və ox ətrafında dönə bilən sapaqdan
və onun ucuna keçirilmiş metal üzükdən ibarət idi (şəkil 1.92).
Sapağın digər sərbəst ucu, üzərində dirsəklər olan valın altında
yerləşdirilirdi. Dirsəkli val döndükdə çəkicin sapağını aşağıya itələyir və
beləliklə çəkicin digər ucunun (başının) yuxarıya qalxmasına gətirib
çıxarırdı. Val sapağı sərbəst buraxdıqda çəkic aşağıya hərəkət edərək
zindanın üzərinə qoyulmuş pəstahı zərbə ilə əzir. Bu çəkiclərin döymə
tezliyi dəqiqədə böyüklərdə 60-70, kiçiklərdə isə 150-yə bərabər idi.
Kiçik çəkiclər dəmirçilikdə daha geniş yayılmışdır. Tarixi
mənbə-