39
Yunan yazısı
Yunan yazisi bir sıra əlifbalar, o cümlədən latın və kiril əlifbaları üçün əsas olmuşdur. Bir çox yunan sözləri
(gimnaziya, xor, tragediya, komediya, orkestr, xronologiya və s) müasir dillərə, eləcə də Azərbaycan dilinə keçmişdir.
Din
Başqa qədim xalqlar kimi yunanlarda allahların təbiəti idarə etdiyinə inanırdılar. Onların inancına görə üç qardaş
Zevs, Poseydon və
Aid dünya hakimiyyətini öz aralarında bölmüşdülər. Yunanlara görə allahlar
Olimp dağında
yaşayırdılar. Qədim Yunanıstanda adamlar aşağıdakı allahlara inanırdılar:
Zevs –
göy allahı idi və Baş allah hesab olunurdu.
Poseydon –
dəniz allahı idi.
Aid -
yeraltı ölülər səltənətinin allahı idi.
Helios –
günəş allahı idi.
Apallon –
işıq və incəsənət allahı idi.
Demetra –
əkinçilik və məhsuldarlıq allahı idi.
Dionisi –
şərabçılıq allahı idi.
Hefest –
dəmirçilərin himayəçisi idi.
Hermes –
ticarətin himayəçisi idi.
Afina –
müdrüklük və müharibə allahı idi.
Afrodita -
Sevgi və gözəllik ilahəsi idi.
Artemida -
Ovçuluq və Ay ilahəsi idi.
Yunan mədəniyyətinin əhəmiyyəti
Qədim Yunanıstan mədəniyyəti dünya mədəniyyətinin inkişafına aşağıdakı töhvələri vermişdir
Qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, onu daha da zənginləşdirmişdi.
Yunanların yaratdıqları bir sıra elmlər (botanika, fizika və.s) müasir elmlərin əsasını təşkil edir.
Yunan yazısı
bir çox əlifbalar, o cümlədən kiril əlifbası üçün əsas olmuşdu.
Memarlıq abidələri və heykəllər sonrakı dövrlərin memarları və heykəltəraşları üçün əsas olmuşdu.
Yunanlar elmə gimnaziya, xor, tragediya, komediya, orkestr, xronologiya və.s terminlər gətirmişdilər.
Bir çox ölkələrə səpələnərək ümumi ellin mədəniyyəti yaratmışdılar.
Müasir teatrın əsası məhz qədim Yunanıstanda qoyulmuşdu.
Bu gün dünyanın hər yerində keçirilən olimpiya oyunları Yunanıstanda yaranmışdı.
Akrapol və Parfenon məbədi, Afina şəhəri (müasir foto)
E.ə V əsrdə Yunanıstan mədəniyyətində baş vermiş yeniliklər
E.ə V
əsr
Teatr yarandı
Tarix elminin əsası qoyulduı
Parfenon məbədi inşa olundu
Heykəltəraşlıq inkişaf etdi
Yunan Allahaları
40
İlk şəhərlər e.ə III minillikdə yaranmışdı
Quldar dövlətlər olmuşdular
Özlərinə məxsus əlifbası və yazısı
olmuşdu
Qədim Hindistan və Yunanıstan tarixi
üçün oxşar cəhətlər
Əhəmənilərin (İran) və Makedoniyalı İskəndərin
hücumuna məruz qalmışdı
E.ə II minillikdə şimalda
yaşayan köçəri
tayfaların hücumuna məruz qalmışdı
Möhtəşəm saray və məbədlər inşa etmişdilər
Qədim
Yunanıstan
Drakon qanları və
Borc daşı mövcud
olmuşdu
Ellin mədəniyyəti
yaranmışdı
İran və Makedoniya
çarlığı ilə müharibələr
aparmışdı
Əhalisi
iki yerə -
aristokratiya və
demosa bölünmüşdü
İlk olimpiya
oyunlarının və teatrın
vətəni olmuşdu
İlk dövlətlər e.ə III-
II minilliklərdə
yaranmışdı
Koloniyalar
yaratmışdılar
Balkan
yarımadasında
yerləşirdi
41
Makedoniya imperiyası
Afina-Sparta müharibəsi (e.ə 431-404)
E.ə IV əsrin birinci yarısında yunan şəhər dövlətləri arasında ziddiyyətlər dərinləşdi və onlar tədricən tənəzzül
etməyə başladılar. Yunan şəhər dövlətləri arasında ziddiyyətlərin və ya rəqabətin səbəbləri aşağıdakı amillərlə bağlı idi:
1.
Dəniz ticarətində üstünlük qazanmaq.
2.
Qonşu dövlətləri özlərinə tabe etmək.
3.
Çoxlu qənimət ələ keçirmək.
Bu dövrdə Yunanıstanın ən qüdrətli şəhər dövlətləri hesab olunan Afina ilə Sparta arasında
daxili ziddiyyətlər daha
da dərinləşərək uzunsürən müharibəyə səbəb oldu..
E.ə. 431-ci ildə başlanan müharibə kiçik fasilələrlə
404-cü ilə qədər
davam etdi. Afina ilə Sparta arasında baş verən və bu müharibə nəticəsində:
Sparta dövləti Afina üzərində tam qələbə qazandı.
Yunan şəhər-dövlətləri zəiflədi və sonralar qonşu Makedoniyanın hakimiyyəti altına düşdü.
Yunanıstanın Makedoniyanın hakimiyyəti altına düşməsi. Xeroneya döyüşü
Makedoniya dövləti
Balkan yarımadasının şimalında ( Yunanıstanın şimal-şərqində)
yerləşirdi.
E.ə. IV əsrin ortalarında, II Filippin (e.ə 359-336) dövründə:
Makedoniya çarlığı güclü dövlətə çevrildi.
Güclü dövlət və nizami ordu təşkil edildi.
Yunan şəhər dövlətləri Makedoniya padşahlığının işğalına məruz qaldı.
II Fillip zəifləmiş Yunan şəhər dövlətləri öz tərəfinə çəkmək üçünəsasən
pulla şəhər
əhalisinin bir hissəsini ələ almaq üsulundan istifadə edirdi. Əhali isə şəhər darvazalarını II
Fillipin üzünə açırdı.
E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında Makedoniya ilə birləşmiş yunan ordusu
arasında həlledici döyüş baş verdi. Xeroniya döyüşü
nəticəsində:
Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu.
Yunan şəhər dövlətləri Makedoniya çarlığının hakimiyyəti altına düşdü.
Beləliklə,
e.ə IV əsrdə Yunan-şəhər dövlətləri
Makedoniya ordusu tərəfindən işğal olundu.
II Xeroneya döyüşündə yunan şəhər dövlətlərinin azadlığına son qoyulduğu üçün o vaxt deyirdilər:
“Xeroneyada
həlak olanların cəsədləri ilə birlikdə yunanların azadlığı da dəfn olundu”.
Filippin 18 yaşlı oğlu İsgəndər ilk dəfə
Xeroniya döyüşündə sərkərdəlik məharətini nümayiş etdirmişdi.
QEYD:
Fermopil və Xeroneya döyüşlərində
yunanların məğlub olması bu döyüşlər üçün oxşar cəhət təşkil edir.
Xeroniya döyüşündə yunanları məğlub etdi
Nizami və güclü ordu yaratdı
Dövlət daha da gücləndi və ərazisi genişləndi
Yunanıstanı Makedoniya çarlığına birləşdirdi
II Fillip
II Filipp