Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   54   55   56   57   58   59   60   61   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
174
 
 
söyləmlərə  parçalanır.  Başqa  sözlə  desək,  birinci  intellekt 
obrazları  söyləmlər  şəklində  xırda  qruplarda  birləşir,  birinci 
intellekt  obrazları  ikinci  intellekt  obrazlarına  və  onlar  da  öz 
növbəsində sözlərə transformasiya olunur. Bu pillənin sonunda 
söylənəcək ilk söyləm leksik səviyyədə hazır olur. 
Dördüncü  pillədə  aktiv  yaddaşda  leksik  səviyyədə  hazır 
olan  söyləmin  fonetik,  qrammatik,  sintaktik  baxımdan  bütün 
boşluqları doldurulur və ünsiyyətə xidmət edən kommunikativ 
nitqin ilk söyləmi səsləndirilmək üçün tam hazır olur. 
Göründüyü  kimi,  ünsiyyətə  xidmət  edən  kommunikativ 
nitqin yaranması gerçəklik elementinə ekvivalent olan intellekt 
kodu  daxilində  baş  verən  çevrilmə  və  ya  əvəzlənmələrin 
nəticəsidir.  Belə  ki,  ilkin  fikir  şəklində  sıralanan  birinci  sıra 
intellekt obrazları ikinci sıra intellekt obrazları ilə, onlar da öz 
növbəsində  sözlərlə  əvəzlənir  və  nəticədə  kommunikativ  nitq 
yaranmış olur. Bu tədqiqat çərçivəsində bu əvəzlənməyə kütlə-
vi və ya total modullaşma deyilir.  
Bütün  dərketmələr  obyektiv  aləmdə  var  olan  gerçəklik 
vahidlərinin  dərk  edilməsi  olmadığı  kimi,  bütün  qurulan  nitq 
söyləmləri  də  sadəcə  modullaşma  nəticəsində  yaranan  nitq 
deyil.  İnsan  sinktual  dərketmə  nəticəsində  yeni  gerçəklik 
elementi  yaratdığı  kimi  intellektual  nitq  də  yarada  bilir. 
İntellektual  nitq  ümumi  dərketmənin  ikinci  aktında  reallaşan 
sinktual  dərketmənin  birinci  və  ikinci  fazalarında  yaranır  və 
əsas yaddaşa qeyd olunur, yəni dərk edilir.  
İnsan  gündəlik  ünsiyyətdə  həm  kommunikativ  həm  də 
intellektual  nitq  növlərindən  qarışıq  şəkildə  istifadə  edir. 
Qarışıq  şəkildə  istifadə  olunan  belə  nitqə  bu  tədqiqat 
çərçivəsində kombinal nitq deyilir.  
Əmələ  gəlmə  üsulundan  və  məqsədindən  asılı  olmayaraq 
kommunikativ,  intellektual  və  ya kombinal  nitq dinləyən şəxs 
üçün  gerçəklik  vahidi  haqqında  informasiya  almağa  xidmət 
edir.  Buna  görə  də  bütün  nitq  növləri  dinləyən  şəxs  üçün 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
175
 
 
kommunikativ nitq mahiyyəti daşıyır. Onlar vizual və ya vokal 
dərketmə  aktının  birinci  fazasında  cərəyan  edən  dörd  ardıcıl 
pillədə  mənimsənilərək  dərk  olunur.  Bu  pillələrin  reallaşma 
sxemi  kommunikativ  nitqin  yaranma  sxeminin  əks  ardıcıllığı 
ilə cərəyan edir.    
Yeddinci  nəticə:  kommunikativ  nitq  istənilən  dərketmə 
aktının  dördüncü  fazasında,  intellektual  nitq  isə  sinktual 
dərketmənin birinci fazasında baş verən total modullaşma yolu 
ilə yaranır; kombinal nitq kommunikativ və intellektual nitqdən 
birgə  və  ya  qarışıq  şəkildə  istifadə  etmək  nəticəsində  yaranır; 
mənimsəmə  baxımından  nitqin  bütün  növləri  kommunikativ 
nitq mahiyyəti daşıyır, bu səbəbdən də vizual, vokal dərketmə 
aktının  birinci  fazasında  total  modullaşma  və  ya  adekvat 
əvəzlənmə yolu ilə mənimsənilərək dərk olunur.    
 
Dil  və  dərketmə  qarşı-qarşıya  qoyulmuş  güzgülərə  bənzər 
iki  eyni  tipli  sistemdir.  Dərk  olunan  şeylər  dil  sistemində,  dil 
sistemində  var  olan  şeylərsə  dərketmə  sistemində  öz  əksini 
tapır.  Amma  onlar  arasına  tam  bərabərlik  işarəsi  də  qoymaq 
olmaz.  Belə  ki,  dil  sistemində  olan  hər  şey  istisnasız  olaraq 
dərketmə  sistemində  öz  əksini  tapır.  Amma  dərketmə 
sistemində  olan  o  şeylər  dil  sistemində  öz  əksini  tapır  ki, 
onlarla  bağlı  danışmaq,  informasiya  vermək  və  ya  almaq 
ehtiyacı  yaransın.  Dərk  edilən,  amma  haqqında  danışmaq 
ehtiyacı  yaranmayan  şeylər  dil  sistemində  öz  əksini  tapmır. 
Deməli dərketmə sistemi dil sistemindən daha zəngindir.  
Dərketmə  sistemindən  kənarda  olan  dil  ölü  dil  və  ya 
bilinməyən  dildir.  Dərketmə  sistemindən  kənarda  olan  dil 
struktur vahidləri – ağ kağız üzərindəki mənasız əyri xətlərdən 
və  ya  efir  boşluqlarındakı  maqnit  dalğaları  selindən  başqa  bir 
şey deyil. Dil özünün aktiv sistem mahiyyətini məhz dərketmə 
sistemi və təfəkkür prosesləri ilə yenidən birləşdikdə qazanır. 
Səkkizinci  nəticə:  dilin  struktur  vahidləri  və  beyin 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
176
 
 
fəaliyyəti ümumi və aktiv dil sisteminin tərkib hissələridir.  
Майыл Б.Аскеров 
ТЕОРИЯ  
ЛИНГВО-ПСИХОЛОГИЧЕСКОГО ЕДИНСТВА  
(Резюме) 
Главные  причины,  которые  толкнули  нас  к  созданию 
«Теории лингво-психологического единства», являются ошибки 
и  неточности,  замеченные  в  теоретических  подходах  психо-
лингвистических школ или направлений, существующие на сей 
день, а также наше желание исправить эти ошибки. Общее коли-
чество этих школ колеблется от трех до пяти, в зависимости от 
их  психологических  и  лингвистических  основ,  а  также  опре-
деляющих  их  параметров.  Главные  характеристики  этих  школ 
или  направлений  с  позиции  минимальных  единиц  и  методо-
логиических основ следующие.  
Первое  психолингвистическое  направление,  созданное  Ч.Е. 
Осгудом
1
,  называется  бихевиоризм.  Психологической  основой 
этого  направления  является  схема  «стимул-реакция»,  предло-
женная  Д.Ватсоном.  А  с  лингвистической  позиции  это  направ-
ление основывается на «регулирующие функции языка», выдви-
нутые  Л.Блумфильдом
2
.  Методологии,  усвоенные  этим  направ-
лением,  являются  сугубо  психологическими.  Решаемые  проб-
лемы тоже носят чисто психологический характер
3

Второе  психолингвистическое  направление,  названное  нео-
бихевиоризмом,  тоже  разработано  Ч.Е.Осгудом
  4
  совместно  с 
Н.Хомским. Психологической основой этого направления явля-
ется  схема 
«стимул-диспозиция-реакция», 
предложенная 
Ч.Моррисом,  а  лингвистической  основой  данного  направления 
является теория «порождающей грамматики» Н.Хомского
5
.  
                                                           
1
  Psycholinguistics.  A  survey  of  theory  and  research  problems.  Ed.  By  Ch.E. 
Osgood and T.A. Sebeok. Baltimore, 1954.
 
2
 Блумфильд Л. Язык. Москва, «Прогресс», 1968, 607 с.
 
3
 Подробно см.: Əsgərov M.B. Linqvopsixologiya və  ya dilin psixologiyası. Bakı, 
“Elm və təhsil”, 2011, s. 39-42.
 
4
 Osgood Ch.E. Psycholinguistik//Psycholinguistik. Darmstadt, 1980, 242 s.
 
5
 Хомский Н. Язык и мышления. Москва, “МГУ”, 1972, 122 с.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə