Qatil və ya tənha qadının elegiyası…
“Qatil” tamaşasından səhnə. Qadın – Münəvvər Əliyeva, Oğlan – Hikmət Rəhimov
Dünya ədəbiyyatı belə mövzularla çox zəngindir: Qatil… Qadın… Tənhalıq… Lakin bu
mövzunun
zənginliyi onun maraqlılığına, aktualllığına xələl gətirmir.
Milli ədəbiyyatımızda isə Azərbaycanın görkəmli dramaturqu, Xalq yazıçısı Elçinin müəllifi
olduğu “Qatil” bu mövzuda yazılan əsərlərdən dərin məna qatı ilə, geniş əhatə dairəsi ilə, reallığı
əyani şəkildə əks etdirməsi ilə fərqlənir. Aktual mövzulu bədii ədəbiyyat nümunəsi kimi müxtəlif
teatrların səhnəsində geniş kütləyə təqdim olunur.
Yazıçının önə çəkdiyi problematik mövzu qadın tənhalığı, ümumiyyətlə isə insan
mövcudluğunun bu konteksdə varolmasıdır. Tənhalıq mövzusu yazıçının qələmində
M Ö H T Ə Ş Ə M S İ R R olaraq bir qadının simasında əsaslandırılır. Qadın və dünya, qadın
və Allah, qadın və insanlıq (“dialoji personalizm”) özünün real boyalarla, estetik özəllikləri ilə,
bununla yanaşı, üzücü yaşamı ilə gerçəkliyin ən acı nöqtələrindən biri olaraq qabardılmış olur.
M Ö H T Ə Ş Ə M S İ R R
Akademik Milli Dram Teatrının səhnəsində rejissor Mehriban Ələkbərzadənin (Naxçıvan MR-
nın Əməkdar İncəsənət Xadimi) yaratdığı tamaşanın ümumi kompozisiyasını mən belə də
adlandırardım.
Diqqətinizə çatdırım ki, xanım rejissorun yenidən bərpa etdiyi tamaşa nə əvvəlki tamaşanın
işlənməsidir, nə də tamamilə yeni tamaşa deyil. Tamamilə fərqli, yeni rejissor konsepsiyasının
yeni aktyor ifasının “möhtəşəm sirr”li harmoniyasıdır.
Tənha qadının elegiyası lokal bir məkanı (qadının evi) əhatə edir. Müəllimə bu məkanı səliqə ilə
düzülmüş ev avadanlıqlarından başqa, bir də gecələr düşüncələri və özü ilə təklikdə qalmamaq
üçün uydurduğu şagirdlərin (məsələn Həsənzadə) varlığı ilə doldurur.
Cəmiyyətdə fəal bir vəzifəni (müəllimə) daşıyan qadın heç də tənha deyil. Ən azından ona görə
ki, onun həyatını bəzəyən bir neçə əsas var. Və bir də ki… bu tənhalıq nisbidir. Sual oluna bilər,
niyə də mən tənha olmayım? Mən Şərq ulduzundan, cənub küləyindən və ya aprel yağışından, və
ya evdə olan hörümçəkdən də tənha deyiləm ki… Qadının seçdiyi ulduzda, ona olan yaxınlığıda
(transsendalist) tənhalıqdan təbiətə, onun bir hissəsi olmağa çalışmağın bir yoludur.
Qadının tənhalıqda qurduğu “oyun” onun hərəkətlərini, psixoloji durumunu müəyyənləşdirir.
Əgər o tənha deyilsə, onda nə üçün təklikdə-kimsənin olmadığı bir otaqda dəftərlərini yoxladığı
şagirdləri ilə danışır. Ona görə yox ki, onun şagirdlərinə qeyri-adi, fövqalədə bir sevgisi var.
Sadəcə, bu oyun vasitəsilə Qadın “bu gündən həzz almaq” duyğusunu itiməməyə çalışır, daha
dəqiq desək, yaşamaq üşün ona səbəb və stimul lazımdır. Qadının qurduğu oyunun strukturu ona
“yaşamaq”, “davam edən həyat” prosesinə qoşulmaq, bu prosesdə “selin axarı” ilə gedən
insanlar kimi olmaq imkanı verir. Eləcə də, bu eyni zamanda bir otaq çərçivəsində həyacandan,
“rahatolmayan” həyatdan kənar olmaq imkanı yaradır.
Insan tənha ola bilməz! Təklik-Allaha məxsusdur! Bu təklik (solipsizm) tənhalıq deyil. Ona görə
də Qadın (əməkdar artist Münəvvər Əliyeva) müxtəlif ünsiyyət obyektləri seçərək bu darlıqdan,
qeyri-
normal yaşamdan azad olmağa çalışır.
Hər gün dəftərləri yoxlamaq, şagirdləri ilə danışmaq (qiyabi olaraq), bir neçə nəfərlik nəzərdə
tutulan yemək hazırlamaq, evin səliqəsini pozacaq bir kimsənin arzulanması və… sonsuz şəkildə
davam edən tənha gecələr. Aktrisanın çox səbrlə yaşadığı və nümayiş etdirdiyi təmkinli
oyunonu elitar bir cəmiyyətin kübar bir üzvü kimi xarakterizə edir. Bu kübarlıqda qadın
incəliyi, qadın
gözəlliyi də əskik deyil. M.Əliyeva bu xarakterlərin bütöv bir vəhdətini-bura onun
çılğınlığı da,
küsəyənliyi də daxildir-canlandıraraq, tələsmədən “ulduz”unun, təbiətin onun
sükunətini pozacaq “gözlənilməz qonağ”ın gəlişini seyr etməkdədir.
G Ö Z L Ə N İ L M Ə Z Q O N A Q
Bir anlıq sükut pozulur… Leysan yağış kəsilmir… Sanki təbiətdə bu qonağın gəlişinə biganə
qalmır. O, özünün gəlişi ilə qısamüddətli xoşbəxtlik gətirir. Qadını bir qadın kimi xoşbəxt edir.
Onun həyatını, yaşamını, gündəlik tərzini-hətta geyimini, adətlərini dəyişir. Və budur… ev
dağınıqdır. Qadının həyatı kimi. Kimdir bu gözlənilməz və çağrılmamış qonaq?…
“Möhtəşəm sirr”in başqa bir qəhrəmanı. O, kosmik tənhalığın (qadından sadəcə fərqi bu)
sahibidir. O da tənhadır. Özünün “yaşam proqramını” həyata keçirə bilmədiyi üçün, həyatın isə
qısa və amansız olduğunu bildiyi üçün, “tarixdə heç bir iz qoya bilmədiyi üçün”… o da həyat
kimi
amansızdır, insanlara nifrət edir, sısqındır, qorxaqdır, yalançıdır. Hikmət Rəhimovun
yaratdığı bu simanın vəhdətində Dostoyevskini Allah bilən cavan oğlan dayanır. Oğlan üçün
“hətta Allah mövcud olsa belə, bu heç nəyi dəyişməyəcək”-çünki həqiqətdə o, ateist deyil, öz
hərəkətlərinin məsuliyyətini dərk edən, ağıllı, hətta intelektual canidir.
Burada haşiyə çıxaraq məhz aktyor H.Rəhimovun emosional, hətta sözlə ifadə edə bilməyəcəyim
qədər real qətiyyətlə səhnədə nümayiş etdirdiyi oyunu xüsusi olaraq qeyd etmək istərdim.
Rejissorun gənc aktyora inanaraq həvalə etdiyi rol, bizə yeni bir simanı tanıtdırmış oldu.
Əlbəətdəki, oyun varsa, demək onun qaydalarana uyğun olaraq rəqib olan, əks mövqedə dayanan
və bütün gücü ilə qalib gəlmək istəyən qarşı tərəf var. Qadının qurduğu oyunu Oğlan pozur. O
bu oyuna qoşulmaq istəmir. Səbəb isə bəllidir. Qadının qurduğu oyunun qaydaları ona sərf etmir.
Kitabxana
çı işləmək, cəsarətli insan olmaq, zəhmətlə pul qazanmaq; Bir də axı onun da öz
“oyun”u var. Cinayət, oğruluq, yalan və ölüm.
Qadının tənhalığı onu ağır depressiyaya, təəsüfə, intihara, “ekzistensional vakuma” gətirib
çıxartmır. Lakin… cəmiyyətin ali yaradılışlarında biri olan Oğlan-gözlənilməz qonaq nəcib bir
qadını qatilə çevirir.
Sonda Qadın həyatın təkcə sadəlövh şagirdlərdən, parlaq Ulduzlardan ibarət olmadığını
“yaşadığı həyat olaylarının” nümunəsində anlayır. O dünyanın, insanların onun üçün deyil,
s
adəcə özlərinin yaşamı üçün var olduğunu anlayır. Qadın dünyanın əsil mahiyyətinə varır. Biz
yaşadığımız müddətdə dünyaya öz düşüncələrimizi, məqsədlərimizi “sırıyırıq”, əslində isə dünya
düşüncə və məqsədlərin “dışında” mövcuddur. Belə dünyada ya yaşamaq lazımdır, ya “üz
çevirmək” (narkomaniya, sərxoşluq) yaxud da intihar etmək. Qadın intiharıseçir… Öncə o,
“dünya” bildiyi Oğlanı məhv edir -sonra isə dünyadan kənarda yaşaya bilməyəcəyi özünü-tənha
Qadını.
Tamaşanın M Ö H T Ə Ş Ə M S İ R R İ sonda özünün qəti məntiqini tamaşaçı üçün açıq-aydın
tamamlamış olur. Qadın həyatının birinci dövründə yaşadığı “rahatlığı” dəyərləndirmir. Çünki,
insan üçün mövcud olmaq-
əzab çəkməkdir. Insan “rahatlığın” dəyərini o zaman anlayır ki, onda
əzabın, ondan gələn acının nə olduğunu bilir. Amansız həyat labirinti kəskin və dolaşıq
mövcudluğu ilə bir daha özünün amansız üzünü göstərmiş olur.
T A M A Ş A Ç I
Əlbəətdəki, oyun gedirsə, demək tamaşa var. Tamaşa varsa, demək onun tamaşaçısı var. Qonşu
(xalq artisti Səidə Quliyeva) və onun yoldaşı Polis (əməkdar artist Elxan Quliyev) oyunun
seyrciləridirlər. Qadının həyatının, bu gününün və sonunun görüntüləri bu insanların, köhnə
qonşuların gözü qarşısında bütöv bir film kimi yaşanır.
Qonşu ənənəvi “ev qadını”nın, “evdar xanım” kimi milli anlayışların qəhrəmanıdır.
S.Quliyevanın ifası bu məişət tərzini özündə çox səmimi əks etdirdiyi üçün AMDT-nın
tamaşaçısı da onun hər replikasını alqışlarla qəbul edirdilər.
Polisin qələbəsi bu ailə dramının məğlubiyyəti və faciəsinin nəticəsində olur. O, neçə illərdir
arzuladığı “Qatil”i tapır.
Mən əminliklə söyləyə bilərəm ki, tamaşanın “möhtəşəm sirr”lərindən biri də, bəstəkar Aygün
Səmədzadənin müəllifi və ifaçısı olduğu bəstə idi. Əgər sadəcə bəstə adlandırmaq düzgünsə.
Musiqişünasların daha yaxşı qiymətləndirə biləcəyi bu “əsər”i mən böyük sevgi ilə dinlədim.
Həzin notların üzərində çalınan və həzin səslə ifa edilən bu “əsər” tamaşanın döyünən ürəyi kimi
qəlbləri fəth etməyi bacardı. Tamaşanın ritmi ilə ahəngdarlıq təşkil edən kompozisiya rejissor
tərəfindən zamanında və məqamında dəqiq işlədilmişdir.
Səhnə tərtibatında rejissorun video vasitəsilə daxil etdiyi məqamlar, xüsusilə Qadının yuxusunu
əks etdirən kadrlar çox uzun sürsədə (bəlkə bu vaxt qazanmaq üçün lazım idi), tamaşaçını
yormur, üm
umi prosesə xələl gətirmirdi.
Rejissorun peşəkar işi-musiqinin, səhnə tərtibatının, aktyor oyununun vahid həlli- sayəsində
tamaşaçılar milli səhnəmizdə psixoloji dram janrında son dərəcə maraqlı film-tamaşanı seyr
etdilər.
M Ö H T Ə Ş Ə M S İ R R kimi zövqümdə və qəlbimdə yaratdığınız 1 saat 40 dəqiqəlik “həyat
hadisəsi”nə görə bütün heyətə təşəkkürlər və uğurlar!
Aygün Süleymanova
teatrşünas