32
ildə SSRİ Yazıçılar İttifaqının Milli Komissiyasının növbəti iclasında S.Vurğunun rus
dilində buraxılmış kitabının müzakirəsi zamanı tənqidçi P.Q.Skosıryev «Aslan
qayası»nı tarixi təhrif edən zərərli bir əsər adlandırmışdır. Heç şübhəsiz ki, poemada
Azərbaycanın Rusiyanın tərkibinə daxil olması dövrünün hadisələri qələmə alındığı
üçün burada çar Rusiyasına qarşı, onun işğalçılıq siyasətinə qarşı mübarizə motivləri
vardı. Bu motivlər bədxah, vulqar-sosiologizm təsəvvürlərindən ayrılmamış ayrı-ayrı
tənqidçi və ədəbiyyatşünaslara xoş gəlmirdi. Onlar böyük beynəlmiləlçi olan
S.Vurğunun şair mövqeyini şübhə altına almaq istəyirdilər. P.Q.Skosıryev S.Vurğunu
nəzərdə tutaraq deyirdi: «Millətçilik qalıqları elə adamların kitablarına daxil olur ki,
onlar özlərini bu qalıqlara qarşı mübariz sayırlar».(179, 122)
Beləliklə, «Aslan qayası»na 1948-ci ildə Moskvada, SSRİ Yazıçılar İttifaqında
göstərilən bu münasibət əsərə Azərbaycan ədəbiyyatşünaslarının da (əlbəttə,
hamısının yox!) münasibətini müəyyənləşdirmişdir.
Göründüyü kimi, bundan sonra ədəbiyyatşünaslarımız bu əsər barədə çox
ehtiyatla danışmış, yaxud heç danışmamağı üstün tutmuşlar. Görəsən, hamının çox
ehtiyatla davrandığı 1938-ci ildə çap olunmuş bu poemanın 1948-ci ildə hansı cəhəti
tənqidçini narahat etmişdir? Əsər on ildən sonra niyə belə hücuma məruz qalmışdır?
Görəsən, zərərli olan nə imiş?
Poemanın məzmununu xatırlayaq: 1806-cı ilin fevral ayıdır. Keneral Sisyanovun
başçılığı ilə çar Rusiyasının qoşunları Bakı şəhərini mühasirəyə almışdır. Tələb
aydındır: Bakının açarı generala təqdim olunmalı, şəhər əhalisi rus təəbəliyini qəbul
etməlidir. Xalqın qeyrətli oğlu Aslan (o, bir qədər əvvəl müsabiqədə qalib gələrək
Bakı xanının qızı Manniyarla evlənmişdi) şəhərin açarını generala təqdim etməyi öz
üzərinə götürür və həmin mərasimdə onu xəncərlə vurub öldürür. Rus qoşunu geri
çəkilir... Lakin yadellilərin ikinci hücumunun qarşısını almaq mümkün olmur. Aslan
düşmənin əlinə keçməmək üçün sevgilisi Mahniy-
33
arla birlikdə Xəzər dənizinə atılır...
Göründüyü kimi, əsər Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk illərindən
bəhs edir və şair folklor motivləri ilə tarixi faktları əlaqələndirmişdir. Tənqidçini razı
salmayan isə məlum şeydir: Bakının yadellilər tərəfindən işğalının və işğalçı çar
generalının qətlə yetirilməsinin qələmə alınması. Qeyd etmək lazımdır ki, «Aslan
qayası» bu gün də rus dilinə tərcümə olunmamışdır. Bəs Skosıryev nəyə istinad
etmişdir? Əlbəttə, S.Vurğunun «qələm dostlarının» məlumatına.
«Aslan qayası» poemasında hadisələr bir-biri ilə möhkəm əlaqədə olan iki xətt
üzrə inkişaf etdirilir. Birinci xətt Bakının hakimi Hüseynqulu xanın yeganə övladı və
vərəsəsi «bir elin yaraşığı», «saray qızı Mahniyar», ikinci xətt isə Bakının rus
qoşunları tərəfindən işğalı ilə bağlıdır. Hər iki xəttdə Aslan əsas sima olaraq qalır.
Xan qızı Mahniyar ölkədən uzaqlarda da tanınır. «Ağ kələğay başında, Qız
gəlinlik yaşında» olan Mahniyar «boynunda göz muncuğu, döşündə zərli Quran»
gəzdirir. Bu, Mahniyarı yaman gözdən qorumaq üçündür.
Təbiidir ki, gözəl xan qızının pərəstişkarları da çoxdur. Lakin Mahniyar
«Qarabağdan, Şirvandan, şahlar yurdu İrandan» gələn elçilərə məhəl qoymur.
Atasının istəyi isə budur ki, qızı elçi düşən xanlardan birin seçsin. O öz qızını -
yeganə vərəsəsini məhz xan nəslindən olan adama vermək istəyir. Bunun səbəbini
Mahniyar da başa düşür. Mahniyar anlayır ki, yağılar onun atasının taxt-tacına göz
dikmişlər. Lakin o, şöhrət, var-dövlət üçün hər adama könül verə bilməz. Onun da öz
«qəlbi, arzuları var». Buna görə də Mahniyar belə bir şərt qoyur:
Çox da güvənməsin güçünə xanlar,
Mənim də qəlbim var, arzularım var:
Əlimdə tikdiyim bax bu ağ çuxa
Hansı bir igidin əyninə olsa,
34
Bir də ağ atımı kim minə bilsə,
O şah da deyilsə, xan da deyilsə,
Olsa da adi bir qapı nökəri
Onundur qəlbimin gizli telləri... (133, 175)
Bu xəbəri eşidənlər müxtəlif yerlərdən, o cümlədən Azərbaycandan uzaqlardan
Bakıya axışıb gəlirlər. Əsərin ən maraqlı yerlərindən biri Mahniyara sahib olmaq
istəyənlərin müsabiqəsinin təsviridir. Bu səhnədə müsabiqənin canlılığı və bir də
şairin milli qürur hissi ön plandadır. Ağ at Mahniyara sahib olmaq istəyənlərin
hamısını yerə çırpır:
Cilovu dartaraq at
Qulağını şəklədi,
Əlilə təpiklədi
Xanın qarnını birdən.
Qışqırdılar dörd yerdən-
O gəlmişdi İrandan. (133, 175)
Bundan sonra daha bir neçə adam, o cümlədən Dağıstandan gələn xan Ağ atın
ayaqları altına sərilir.
Burada bir cəhəti qeyd etmək lazımdır. Əsərin əvvəlində bu müsabiqəyə Şəki,
Şirvan, Lənkəran, Qarabağ kimi Azərbaycan əyalətlərindən gələnlərin olduğunu
göstərən şair onların məğlubiyyəti barədə heç bir söz demir. Bu da onun
vətənpərvərliyindən, milli qürurundan irəli gəlir.
Müsabiqənin ən dramatik yeri Aslanın Ağ atla qarşılaşmasıdır. Şair öz
qəhrəmanını yarışa belə çağırır:
Gəl, ey qaçaq Aslanım!
Gəl, ey qoçaq Aslanım!
Gəl ki, meydan sənindir,
Tülək tərlan sənindir! (133, 176)
35
Bu səhnədə şairin milli qürur hissi bariz şəkildə özünü göstərir. Mahniyara sahib
olmaq istəyənlərin hamısını yerə çırpan Ağ at Aslana mehribanlıq göstərir, çünki
onun sahibi bu yurdun oğludur. Xan isə bundan çox mütəəssir olur, «çölün bir
gədəsinin» onun gürəkəni olmasını istəmir. Bununla belə Aslanla Mahniyara xeyir-
dua verir. Beləliklə, yurdun öz oğlu yurdun qızına sahib olur.
Qeyd etdiyimiz kimi, poemanın digər xətti çar Rusiyasının Azərbaycanı işğal
etməsi ilə baqaıdır. Şair burada Rusiyanı təmsil edən iki surət yaratmışdır. Bunlardan
biri general Sisyanov, digəri sıravi rus əsgəridir.
Sisyanov tarixi şəxsiyyətdir. Qafqazı, o cümlədən Azərbaycanı işğal etmiş rus
qoşunlarının komandanı olmuşdur. 1806-cı ildə Bakı şəhərində qətlə yetirilmişdir.
Şair onun simasında çarın müstəmləkəçilik siyasətini həyata keçirən, Azərbaycana
yuxarıdan, məhz qarətçi gözü ilə baxan, özündən razı və əlbəttə ki, işğalçı bir general
obrazı yaratmışdır. O, Hüseynqulu xana belə bir ultimatum göndərir:
Bakının hakimi Hüseynqulu xan
Səhər, yuxusundan ayılan zaman
Bütün dövlətini, bütün varını,
Şəhər qalasının öz açarını
Knyaz Sisyanova təslim verməli!
Yoxsa, ordumuzun dağıdan əli
Sizin də ölkəni yandıraçaqdır,
Yerdə padşahların dediyi haqdır. (133, 178-179)
Göründüyü kimi, bu ultimatum rus çarının işğalçılıq siyasətini aşkar əks etdirir.
Çarın planında təkcə Bakı deyil, bütün Azərbaycan, bütün Qafqaz «böyük Rusiya»ya
tabe olmalıdır. Əks halda başqa ölkələr kimi, Azərbaycan da odlara qalanacaqdır.
Çar bütün bu talanları, qarətləri özünün «sədaqətli, yaxın nö-
Dostları ilə paylaş: |