1
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI A.A.BAKIXANOV
ADINA TARĠX ĠNSTĠTUTU
ƏHMƏD ZƏKĠ VƏLĠDĠ
AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI
Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix
İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilir.
“TƏHSĠL”
Bakı-2009
2
Türkcədən çevirəni, ön sözün, Ģərh və qeydlərin,
göstəricilərin müəllifi
əməkdar elm xadimi, tarix elmləri doktoru, professor
Budad-Vaqif Piriyevdir.
Elmi redaktor: Y.M.Mahmudov
əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor
Rəyçilər:
ġ.F.Fərzəliyev, tarix elmləri doktoru, professor
T.Nəcəfov, tarix elmləri namizədi
Əhməd Zəki Vəlidi
M52 Azərbaycanın tarixi coğrafiyası. Bakı “Təhsil”, 2009, 112 səh.
Ə.Z.Vəlidinin “Azərbaycanın tarixi coğrafiyası”na həsr olunmuĢ əsəri
(məruzələri) bu sahədə atılmıĢ mühüm addım olması və elmi əhəmiyyətinə görə
diqqəti cəlb edir. Əsərdəki 700-ə yaxın yer adları - toponimlər Azərbaycanın,
xüsusilə ġirvan bölgəsinin zəngin tarixə malik olduğunu bir daha təsdiqləyir.
Müəllifin orta əsrlərə dair əksər mənbələrdən bəhrələnməsi onun əsərinin yüksək
elmi səviyyədə meydana gəlməsinə imkan vermiĢdir. Məruzələrin Azərbaycan
dilində nəĢri Azərbaycan oxucusunun, ilk növbədə bu sahə ilə maraqlananların əsər
ilə yaxından tanıĢ olmalarına Ģərait yaradır. Əsər tarixçi mütəxəssislər,
coğrafiyaĢünas alimlər, tələbələr və həmin sahə ilə maraqlanan geniĢ oxucu kütləsi
üçün nəzərdə tutulur.
M 4306020600 2009
053
© “Təhsil”, 2009
3
ƏHMƏD ZƏKĠ VƏLĠDĠ TOĞANIN “AZƏRBAYCANIN TARĠXĠ
COĞRAFĠYASI” DOĞMA DĠLĠMĠZDƏ
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Ġnstitutunda Azərbaycan
tarixinə dair müxtəlif dillərdə olan və xarici ölkələrdə saxlanılan ilk mənbələrin və
qiymətli tədqiqat iĢlərinin nəĢrini və tərcüməsini nəzərdə tutan proqramın icrasına
baĢlanmıĢdır. Türk dünyasının görkəmli siyasi xadimi və istedadlı alimi kimi
Ģöhrət qazanmıĢ Əhməd Zəki Vəlidi Toğanın “Azərbaycanın tarixi coğrafiyası”
əsərinin Azərbaycan dilinə çevrilərək nəĢr olunması da həmin proqram
çərçivəsində həyata keçirilir.
Ə.Z.V.Toğanın zəngin elmi yaradıcılığında türk xalqlarının tarixi, ictimai-
siyasi və mədəni həyatı mühüm yer tutur. Görkəmli alimin diqqətini cəlb edən əsas
ölkələrdən biri də Azərbaycan idi. Onun Azərbaycanın etnoqrafiyası, tarixi və
tarixi-coğrafiyasına həsr olunmuĢ əsərləri elmi dəyərinə görə xüsusilə seçilir.
Müəllifin “Ġslam ensiklopediyası”nda nəĢr olunmuĢ “Azərbaycan” məqaləsi bu
baxımdan diqqəti daha çox cəlb edir. Həmin məqalədə Azərbaycan tarixinin,
demək olar ki, bütün dövrləri, mərhələləri, yığcam Ģəkildə də olsa, iĢıqlandırılır.
Alimin “Araz”, “Arran” və digər məqalələri də tariximizin araĢdırılmasında
mühüm əhəmiyyət kəsb edir.
Ə.Z.V.Toğanın Azərbaycana həsr olunmuĢ tədqiqatları içərisində
“Azərbaycanın tarixi coğrafiyası” əsəri daha çox maraq doğurur. Bu əsər əslində
alimin 1928-1931-ci illərdə Ġstanbul universitetində oxuduğu mühazirələrdən ibarət
olsa da, elmi səviyyəsinə görə digər əsərlərindən geri qalmır. Görkəmli alimin 4
mühazirədən ibarət olan bu əsərində əsasən Azərbaycanın Ģimal bölgəsinin -
ġirvanın, ġəkinin və baĢqa yaĢayıĢ məntəqələrinin tarixi-coğrafi vəziyyətindən
bəhs olunur. Müəllif Dərbənd, Bərdə, Samur körpüsü, Abxaz, Quba, ġabran,
ġamaxı, Bərzənc, Bakı, ƏrəĢ, ġəki, Zaqatala ərazilərinin toponimlərindən söhbət
açır, onların mənasını, tarixini açıqlayır. Əsərdə 700-ə qədər toponimin (eyni
toponimin müxtəlif variantları daxil olmaqla) verilməsi alimin nə qədər zəngin
elmi biliyə malik olduğunu göstərir. Ərəb, fars, rus, türk, baĢqırd dilləri ilə yanaĢı
alman və avropa dillərindən bəhrələnməsi ona elmi yaradıcılığında böyük uğurlar
qazandırmıĢdır. Həcmcə çox da böyük olmayan bu əsərdə (cəmi 51 səhifə) alim
50-ə qədər ilk mənbədən istifadə etmiĢ, bir çox görkəmli ĢərqĢünas alimlərin
əsərlərindən bəhrələnmiĢdir.
Ə.Z.V.Toğan öz mühazirələrində haqqında danıĢdığı hər bir toponimin
müxtəlif deyiliĢ formalarını nəzərə çatdırmaqla, onun müxtəlif dövrlərdə, ayrı-ayrı
xalqların dilində səslənmə variantlarını da açıqlamağa cəhd göstərmiĢdir. Bu
baxımdan AbĢeron, Bakı, ġabran, ġəki, Dəhnə, Dərinq və b. toponimlərin müxtəlif
deyiliĢ variantları diqqəti cəlb edir. Əsərin məziyyətlərindən biri də budur ki,
müəllif toponimlərin adlarını əksər hallarda türk dilində versə də əski (ərəb) əlifba