BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2015
UOT 727/479.243/”94-99”
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ TARİX
VƏ ƏDƏBİYYAT ELMİNİN ÖYRƏNİLMƏ SƏVİYYƏSİ
B.E.NƏBİYEV
Bakı Dövlət Universiteti
bextiyar030@hotmail.com
1918-
ci ilin mayında Azərbaycan Demokratik Respublikasının yaranması tarixə də
marağı artırdı. Bu dövrdə Azərbaycanın keçmişinə dair ümumiləşdirilmiş əsərlər yazılmasına
diqqət artdı. 1920-ci illərdə bu sahədə işlər genişləndi. Y.Paxomov, R.İsmayılov, C.Zeynaloğlu,
V.Sısoyev, V.Bartold, Q.Passek və B.Latininin əsərləri bu qəbildəndir. Bu əsərlərin əksə-
riyyətində, xüsusilə Y.Paxomov, V.Sısoyev, Q.Passek və B.Latıninin əsərlərində bilavasitə Şi-
mali Azərbaycan tarixi nəzərdən keçirilirdi. Lakin bütövlükdə 1920-ci illərdə Azərbaycan tarixi
anlayışı və onun məzmunu tam müəyyənləşdirilə bilinmədi.
Açar sözlər: çağdaş Azərbaycan, V.Bartold, tarixi konsepsiya, tarix cəmiyyəti,
ədəbiyyat nəzəriyyəsi
M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan tarixi “adlı çıxışında demişdir:
”Milli Azərbaycan Respublikasının qurulduğu 1918-ci ilin 28 mayı qədər çağ-
daş Azərbaycan tarixinin ünlü bir günü yoxdur, çağdaş Azərbaycan tarixinin
ib
tidasını on doqquzuncu əsrin başlanğıcından saya bilərik. Bu tarixdən bəri
Azərbaycan cəmiyyəti düşdüyü çətin şəraitə baxmayaraq orta çağların əsasla-
rını zehniyyətlərindən sıyıraraq çağdaş mədəniyyətə doğru getmişdir. Həmin
ta
rixdə, bir necə feodal xanlıqlar halında istilaya uğrayan Azərbaycan 1918-ci
ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və res-
pub
lika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi. Çağdaş
Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə
bilər” Azərbaycan milli istiqlalının elan edilməsi və işdə həyata keçirilməsi
Azərbaycan tarixinə tamamilə yeni baxış yaratdı, tarixə maraq genişləndi”.
Azərbaycan tarixinin ADR dövrü öz rolunu bununla başa vurmadı. Əlamətdar
haldır ki, 1980-ci illərin sonunda Azərbaycan Tarixinə artan tələbatın başlıca
istiqaməti də məhz 1918-1920-ci illər dövrünə yönəlmişdir.
ADR dövrünün ədəbiyyatı həmin dövr tarixinin salnaməsi olmaqla qal-
59
mamış və bununla birgə hadisələrə tarixi qiymət verilməsi sahəsində də böyük
nailiyyət qazanmışdır [8, 20-22].
ADR dövrünə uyğun gəlir. Çox maraqlıdır ki, burada hər hansı funda-
mental tarixi tədqiqatdan bəhs etmək mümkün deyil. Lakin bir neçə səhifədə,
hətta ümumdövlət əhəmiyyətli sənədlərin bir neçə sətrində Azərbaycan tarixi
kifayət qədər aydın və obyektiv şəkildə təqdim olnmuşdur.
Sovet hakimiyyətinin qurulması Azərbaycan tarixinə dair baxışlara da
ciddi təsir göstərir. Marksist baxışlar təbii axarı ilə deyil, adminstrativ şəkildə
qəbul etdirilir.
Müstəqil Azərbaycan Respublikasının qurulması tarixi baxışlarda yeni
dəyişikliklərlə müşahidə olunur.
Beləliklə, Azərbaycan tarixinin elminin mürəkkəb bir yol keçdiyi or-
taya çıxır. Burada müəyyən ənənədən çox tarixi dövrlərin təsiri ön plana çə-
kilir. Tarixi fikir müx
təlif vəziyyətə düşə bilən vahid xətt boyunca deyil, bəzən
bir-
biri ilə əlaqəsi olmayan və ya onu inkar edən tsikillər şəklində ortaya çıxır.
Dünya üzrə tarix cəmiyyətlərinin yaranmasının genişləndiyi dövrdə Şi-
mali Azərbaycan Rusiya imperiyasının əsarəti altında idi. İmperiyanın mərkə-
zində tarix cəmiyyətləri yarandığı zamanda, milli ucqarlarda, xüsusilə müsəl-
manlara münasibətdə vəziyyət daha acınacaqlı idi. Çar hökuməti Qafqazın xris-
tian xalqlarına tarixi keçmişinin öyrənilməsi üçün təşkilatlanma imkanı verdiyi
halda,
digər xalqlara qarşı ayrı-seçkilik siyasəti həyata keçirirdi. Qafqazda ya-
radılmış tarix cəmiyyətləri, Bilavasitə gürcülər və ermənilərlə bağlı idi. 1873-
cü il
də Qafqaz arxeologiya həvəskarları cəmiyyəti (Tiflis), 1881-ci ildə isə
Qafqaz
tarix və arxeologiya cəmiyyəti (Tiflis) yaradılmışdı. Çar hakimiyyəti
döv
ründə üç erməni (Erməni etnoqrafiya cəmiyyəti (1906, Tiflis), Erməni tarix
və arxeologiya cəmiyyəti (1913, Tiflis), Erməni qədim dövrünün qayğıkeşləri
cəmiyyəti (1915, Moskva və bir gürcü (Gürcü tarix və etnoqrafiya cəmiyyəti
(1907,
Tiflis)) fəaliyyət göstərmişdi.” [3, 71-74]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu il dekabr ayının 29-
da “
Müsəlman Şərqini öyrənən cəmiyyət” yaradılmışdı. Azərbaycanda ali ta-
rix təhsili burada Bakı Dövlət universitetinin açılması ilə əlaqədar olmuşdur.
Uni
versitetdə ilk mühazirə də tarixdən olmuşdur. Universitetin ilk rektoru
V.İ.Razumovski (1857-1935) yazırdı ki, ilk dəfə L.A.Dubrovski ümumi tarix-
dən maraqlı mühazirə oxudu. Yeni böyük auiditoriya tələbələrdən başqa xeyli
ziyalı, parlamentin üzvləri, hökumət şurasından olan şəxslər və başqa adam-
larla dolu idi. Bu mühazirə, həmçinin çoxsaylı adam toplayan sonrakı müha-
zirələr həmişə gərgin diqqətlə dinlənilirdi.
Azərbaycan Demokratik Respublikası (1918-1920) fəaliyyət göstərdiyi
qısa, lakin çətin və mürəkkəb şərait üzündən arxiv işində dəyişiklik yaratmağa
imkan tapa bilmədi. Bununla birgə arxiv sənəd və materiallarının həm elmi,
həm də praktik əhəmiyyəti nəzərə alınaraq, bu işin təşkili və həyata keçiril-
məsinə nail olmuşdu. ADR-in xarici işlər naziri Məmməd Yusif Cəfərovun
1919-
cu il 13 oktyabr sərəncamı ilə müsəlmanlara münasibətdə Zaqafqaziyada-
60
kı rus siyasəti üzrə materialların toplanması və nəşri üçün Arslan Kriçinskinin
sədrliyi ilə xüsusi komissiya (üzvləri: Məmməd Ağa oğlu Ağayev, Konstantin
Sulkeviç,
Əli Yusif o, çıxdıqdan sonra, Hüseyn bəy Mirzə Camalov) yara-
dılmışdı. Xüsusi komissiya Bakı şəhəri və onun hüdudlarından kənarda bir sıra
arxivləri tədqiq etmişdi [6, 43-44].
A
zərbaycanın yenidən istiqlaliyyətinə qovuşması ilə cəmiyyətin icti-
mai-
siyasi həyatında olduğu kimi mədəniyyət və elm sferasında da köklü də-
yişikliklərin əsası qoyuldu. Ədəbiyyatın təkmetodluqdan, ideoloji təzyiq və
diktələrdən xilas olması onun inkişafı üçün şərait yaratdı. Belə ki, əvvəllər ad-
ları, əsərləri yasaq olunmuş bir çox sənətkarların yaradıcılıq irsinin öyrənilməsi
üçün imkanlar açıldı. Son illərdə həyatının mühüm bir mərhələsini mühacirətdə
yaşamış olan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rə-
sulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara, Üm-
mülbanu (Banin),
Almas İldırım, Abay dağlı, Kərim Odər və digər sənətkar-
ların yaradıcılıq irsinin öyrənilməsi sahəsində atılmış ciddi addımlar bunun
canlı örnəyidir.
Həmçinin əvvəllər yaradıcılıq irsi yanlış ideoloji müstəvidə araşdırılmış
olan Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Əhməd Cavad,
Üm
gülsüm Sadıqzadə, digər yazıçı və şairlərin milli dəyərlər konteksində öy-
rənilməsi məhz istiqlal məfkurəsinin işığında gerçəkləşmişdir. Onu qeyd etmək
lazımdır ki, son illərdə ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin öyrənil-
məsi ilə yanaşı, əvvəllər araşdırılmasına ciddi yasaqlar qoyulmuş tarixi dövr-
lərin, mərhələlərin, problemlərin tədqiq olunması istiqamətində də müəyyən
ad
dımlar atılmışdır. Xüsusilə, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
döv
rünün elm və mədəniyyətinin öyrənilməsinə artan maraq bu baxımdan diq-
qəti çəkməkdədir [11, 33-34].
Bəşər sivilizasiyasının istənilən mərhələsində hər hansı bir xalqın tarixi
taleyi ilə mədəni yaddaşı üst-üstə düşəndə qeyri-adi bir fenomen baş verir.
İnsanların tarixi keçmişlərinə sahib çıxması, milli talelərini dərindən dərk edə-
rək onu təsvirə çalışması və ən əsası, vahid ideya ətrafında birləşməsi, bir
sözlə, tarixi vacibliyin yüksək elmi-mədəni və milli şüur səviyyəsində qavra-
nılışı “böyük ədəbiyyat”ın yaranması ilə şərtlənir.
Belə bir fenomen elmi yaddaşının tarixi islamdan da çox öncələrə
gedən Azərbaycan xalqının klassik elmi-mədəni düşüncəsində də baş verdi.
Milli mədəni-elmi düşüncəmizin 1918-1920-ci illəri əhatə edən və tari-
xə intibah dövrü kimi daxil olan mərhələsi özünə qədərki bütün dövrləri özün-
də birləşdirərək yeni bir mərhələyə – son dərəcə milli, xəlqi, məxsusi və bir o
qədər də qlobal, yetkin, kamil ədəbiyyat səviyyəsinə yüksəlir və “Ümumşərq
ədəbiyyatı” ünvanını qazanır.
Milli-
azadlıq duyğusu, istiqlal ideyası bu ədəbiyyatın əsasını təşkil edir-
di.
Bu məkanda azadlıq ideyası təkcə cografi mənada deyil, tarixi-mədəni kon-
teksdə də dərk edilirdi və bu proses – etnik yaddaşa, milli tarixə qayıdış şəklin-
də təzahür edir [4, 16-18].
61
Milli istiqlal ideyalarının intişarı ilə, Azərbaycan Xalq Cümhuriyyətinin
quruluşu və çöküşünə qədərki mərhələ tarixi baxımdan da uzun bir zaman
müddətini əhatə etmirdi. Ancaq həmin dövrün tarix, ədəbiyyat, mədəniyyət və
döv
lətçilik anlayışımıza gətirdiyi töhfələr bir, ya da iki yüz ilə sığmayacaq bö-
yüklükdə idi. Bu böyüklüyün fərqinə varıldığındandır ki, həmin tarix bizlərə
yetmiş il yasaqlanır və Azərbaycan xalqının neçə minillik taleyində onun etnik
yad
daşı, elmi-fəlsəfi təfəkkürü, milli-mənlik şüuru, etik dəyərlərinin bu qədər
vahid və sistemli şəkildə ortaya çıxdığı bir dövr tarix səhifələrindən silinir. Be-
ləliklə də, Azərbaycan Xalq Cümhuriyyətinin bitdiyi, sovet imperiyasının qu-
rulduğu tarix ötən əsrin 20-ci illərinin başlandığı tarix hesab olunur. Arada qa-
lan iyirmi üç ayın tarixini yaradan və çiyinlərində daşıyanlar vətən xaini dam-
ğası ilə damğalanır, o dövrü əks etdirən sənədlər saxtalaşdırılır və bu tarix düz
yetmiş il ərzində təhrif olunmuş şəkildə təbliğ edilir.
Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti həyatının bədii ədəbiy-
yatda təsvirinin yenidən qovuşduğumuz müstəqillik dövründə tədqiqinə ciddi
eh
tiyac duyulmaqdadır. Bütün dövrlərin ictimai-siyasi hadisələrinin mövcud
döv
rün bədii ədəbiyyatında əks olunması prizmasından çıxış etsək, milli istiqlal
mücadiləsi tarixinin qaranlıq səhifələrinin aşkarlanması və uzun illər sovet
ideologiyasının “vətən tarixi” deyə təbliğ etdiklərini təkzib etmək üçün bunun
gərəkli olduğunu demək olar.
Ümumiyyətlə, ayrı- ayrı ədəbi şəxsiyyətlərin ədəbiyyatın inkişafındakı
rolu,
onların bu irəliləyişdəki təkanları danılmazdır. Milli istiqlal ədəbiyyatında
özünəməxsus yer tutan və talelərinə mühacirlik ömrü yazılan elə şəxsiyyət-
lərimiz var ki, Cümhuriyyət tarixinin öyrənilməsi baxımından onların əsərləri
mühım əhəmiyyət kəsb edir. Cümhuriyyət ədəbiyyatını yaradan və tənzim edən
Məhəmməd Əmin Rəsulzədə, Əli Bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,
Üzeyir bəy Hacıbəyov, Cəfər Cabbarlı,Yusif Vəzir Çəmənzəminli məhz belə
münəvvər şəxsiyyətlərdəndir. Onların Cümhuriyyət ədəbiyyatı konteksində ta-
nıtmağa və müdafiə etməyə çalışdıqları bir türk obrazı var – özünü bilən, özünə
güvənən, bəşəri dəyərlərə bağlı, islami düşüncənin ən gözəl döyüşçüsü olan
hürriyyəti üçün hər şeydən keçən, vətəninə və ulusuna son dərəcə bağlı bir türk
obrazı. Bunun üçün yorulmadan proqramlar hazırlayıb həyata keçirən bu ədəbi
şəxsiyyətlərin ən böyük arzusu – dünya coğrafiyasına yayılan türkləri vahid
Tu
ran dövləti adı altında birləşdirmək idi. Eləcə də, türkçülük, turançılıq və is-
lamçılıq ideyalarının həmin dövrün bədii nəsrində inikası xüsusilə araşdırıl-
mağa dəyər hesab olunur. Ümumi müddəalar şəklində göstərilən bütün bu
məsələləri yaradıcılıq süzgəcindən keçirərək tədqiq etmək mümkündür.
Bu ümumi xülasə “Azərbaycan Cümhuriyyətinin bədii nəsrdə təcəs-
sümü”
mövzusunun nə dərəcədə aktual olduğunu göstərməkdədir.
Məqalənin elmi yeniliyi hər şeydən əvvəl, bu mövzuda ilk dəfə olaraq
ciddi, sist
emli tədqiqat əsərinin yazılması ilə bağlıdır. İndiyədək Azərbaycan
Xalq Cümhuriyyəti dövrü bu və ya digər şəkildə tədqiqat obyektinə çevrilsə də,
bu dövrün bədii ədəbiyyatda təcəssümünə diqqət yetirilməmiş, bu sahədə hər
62
hansı bir tədqiqat əsəri yazılmamışdir. Xüsusilə, ədəbiyyatşünaslıq konteksində
bu səpgidə tədqiqat aparılmamışdır.
Məqalənin elmi yeniliyini səciyyələndirən cəhətlərdən biri bəhs olunan
problemin ayrı-ayrı mərhələlər fonunda təhlilə cəlb olunmasıdır. Bu cür yanaş-
ma mövzunun tədqiqinin bütünlüklə əhatə olunmasına imkan vermişdir.
Məqalədə sovet dövrü Azərbaycan nəsrində Cümhuriyyət həyatının bə-
dii əksi ciddi şəkildə incələnmiş, həmin illərdə sovet ideoloji stereotiplərinin
qəlibləri çərçivəsində yaranmış əsərlərdə mövzu ilə bağlı məqamların üzə
çıxarılmasına çalışmışdır.
Məqalədə ilk dəfə olaraq Azərbaycanın istiqlaliyyət əldə etməsindən
sonra yazılmış roman, povest və hekayələrdə Cümhuriyyət dövrünün bədii
təcəssümü problemi araşdırılmışdır.
Məqalədə Azərbaycan mühacirət ədəbiyyatında yaranan bədii nəşr nü-
mu
nələrində Cümhuriyyət həyatının təcəssümü ciddi şəkildə araşdırılmışdır.
Məqalənin yazılmasının əsas məqsədi Azərbaycan bədii nəsrində Cümhuriyyət
dövrünün təcəssümünün tədqiq edilib üzə çıxarılmasıdır. 1918-1920-ci illərdə,
sovet məkanında və nəhayət, çağdaş dövrümüzdə Azərbaycan Cümhuriyyətinin
elmi və bədii həllini tapmaq üçün o dövrə qədərki konsepsiyaları, eləcə də
həmin dövrdə mövcud olan fikirləri müqayisəli tədqiqata cəlb etmək əsas
məqsədimizə xidmət edir [8, 98-99].
Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bədii ədəbiyyatda
təcəssümünü araşdırmaq məqsədilə bir sıra vəzifələrin həyata keçirilməsinə
çalışılmışdır. Belə ki, məqalədə Azərbaycan Xalq cümhuriyyəti mövzusu bədii
nəsr konteksində geniş və sistemli şəkildə araşdırılmış, türkçülük, turançılıq və
islamçılıq ideyalarının inikası izlənilmiş, bədii düşüncədə istiqlal mücadiləsi
tarixinə baxış və münasibət nəzərdən keçirilmişdir. Bununla yanaşı, Azərbay-
can mühacirət ədəbiyyatında yaranmış bədii nəsr nümunələrində Cümhuriyyət
həyatının təcəssümünə diqqət yetirilmişdir. Eyni zamanda, Azərbaycan nəsri
kon
teksində Cümhuriyyət dövrü tarixi şəxsiyyətlərinin bədii obrazı məsələsi
səciyyələndirilmişdir.
Tədqiqatın əsas obyekti Azərbaycan bədii nəsrində Cümhuriyyət möv-
zusu
nun təcəssümü məsələsidir. Azərbaycan ədəbiyyatı üçün qlobal və özü-
nəməxsus hadisə olan Azərbaycan Cümhuriyyətinin həmin dövr üçün aktual
olan bir sıra müəlliflərin yaradıcılığında nə dərəcədə əks olunması tədqiqatın
başlıca obyektidir.
Əsas tədqiqat predmeti müxtəlif müəlliflərin mədəni və elmi yara-
dıcılıqları olmaqla lazım gəldikcə onların daxil olduqları və formalaşdıqları
kontekstə də müraciət edilmişdir.
Cümhuriyyət dövrü milli istiqlal məfkurəsi və onun bədii ədəbiyyatda
təcəssümünü tədqiq edən bir sıra araşdırmalar yaranmışdır. Xüsusən, ötən əsrin
doxsanıncı illərindən başlayaraq, yeni Azərbaycanın müstəqillik qazanmasın-
dan sonra bu səpgidə yazılan araşdırmalar Cümhuriyyət ədəbiyyatının özünə-
məxsusluğunun üzə çıxarılması və ədəbi aləmə məlum olmayan bu dövrün bə-
63
dii irsinin
və sənədli materiallarının aşkar edilməsi baxımından təqdirəlayiqdir
[1, 54-56].
Onu da qeyd edək ki, keçmiş sovet məkanında bu mövzu ya ümu-
miyyətlə araşlırma obyekti olmamış, ya da ki, qeyri-obyektiv yanaşmalarla sə-
ciy
yələnmişdir. Yalnız tarixi yaddaşa qayıdış dövründə Azərbaycan Cümhuriy-
yətinin qaranlıq səhifələri vərəqlənərək o zamanki mühacirlərin yazdığı tarixi
əsərlər aşkarlanmış və yeni mərhələdə həmin dövrün həqiqətlərini əks etdirən
monoqrafik tədqiqatlar meydana gəlmişdir. Bu baxımdan “Azərbaycan istiqlal
mübarizəsi tarixi” (Hüseyn Baykara, 1992), ”Milli Azərbaycan hərəkatı” (Mir-
zə Bala Məmmədzadə, 1992),” Azərbaycan Milli hərəkatı” (Xaqani Məmmə-
dov, 1996),
”Azərbaycan Demokratik Respublikası” (Nəsib Nəsibzadə, 1990)
və s. kimi əsərlər xüsusilə diqqəti cəlb edir.
Milli istiqlal dövrünün ədəbi yöndə araşdırılması baxımından Azərbay-
can ədəbiyyatşünaslığında mühüm rolu olan görkəmli alim Yaşar Qarayevin
xid
mətləri əvəzsizdir. O, ”Tarix: yaxından və uzaqdan” əsərində yaxından və
uzaq
dan görünən tarixlərin işıgında Cümhuriyyət yaddaşımıza da nəzər salır və
müxtəlif başlıqlar altında mümtaz şəxsiyyətlərinin ədəbi portretlərinin yaradır (86).
Kollektiv nəşr olan “Azərbaycan Xalq Cümhuriyyəti” (19) monoqrafi-
y
asında da həmçinin, onun işlədiyi “Cümhuriyyətə qədərki ədəbiyyatda milli
in
tibah və istiqlal ideyaları”, ”İstiqlal düşüncəsi Xalq Cümhuriyyəti dövründə;
ədəbiyyat, dil, mədəniyyət quruculuğu” (ədəbiyyat hissəsi) hissələri xüsusi
tədqiq manerası ilə seçilir.
Cümhuriyyət dövrü ədəbiyyatının araşdırıcılarından olan filologiya
elm
ləri doktoru Aybəniz Əliyeva (Kəngərli) “Azərbaycan (1918-1920) qəzetin-
də ədəbiyyat məsələləri” adlı tədqiqatında “Azərbaycan” qəzeti fonunda həmin
mərhələnin ictimai-siyasi və mədəni həyatını, eləcə də mövcud dövrün poeziya
və ədəbi tənqid məsələlərini öyrənməyə çalışır.
Bundan başqa, Alxan Bayramoğlunun “Azərbaycan Demokratik Res-
publikası dövründə ədəbiyyat” adlı monoqrafiyasında Cümhuriyyət dövrünün
bizə məlum olmayan bədii nümunələrini arayıb aşkar edir. Eyni zamanda, hə-
min dövrün tarixi-
ictimai və siyasi xülasəsini verir. Tapılan nümunələr içəri-
sində Seyid Hüseynin “Yaşıl qələm” mükafatına layiq görülmüş “Həzin bir xa-
ti
rə. İsmailliyə” hekayəsi dərin lirizmi və psixoloji təsvir mahiyyəti ilə seçilir
[8, 38-40].
Cümhuriyyət məfkurəsinin ədəbi-nəzəri fikirdə populyarlaşmasında fi-
lo
logiya elmləri doktoru, professor Vaqif Sultanlının “Azərbaycan mühacirət
ədəbiyyatı” monoqrafiyası, ”Azadlığın üfüqləri” adlı məqalələr toplusu və di-
gər səpgili araşdırmalarını da qeyd etmək lazımdır. Bu araşdırmalarda Cümhu-
riyyət ədəbiyyatının diqqətdən kənarda qalmış bir qolu – mühacirətdə yaranmış
ədəbi-nəzəri irsi tədqiqata cəlb edilmişdir. Tədqiqatçının milli istiqlal müca-
diləsi tarixində istər irəli sürdükləri ideologiya, istərsə də yaratdıqları bədii
nümu
nələrlə əvəzsiz rol oynayan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə,
Mir
zəbala Məmmədzadə, Məhəmməd Əmin Rəsulzadə, Abay Dağlı, Ümmül-
64
banu (Banin) və başqa müəlliflər haqqındakı araşdırmaları yeniliyi və oriji-
nallığı ilə diqqəti cəlb etməkdədir.
Uzun illər ətrafında gedən mübahisələrin səngimək bilmədiyi və icti-
maiyyətə Qurban Səid imzası ilə təqdim olunan “Əli və Nino“ tarixi romanı ilə
bağlı araşdırmalarda da Cümhuriyyət həyatının bədii nəsrdə təcəssümünə diq-
qət yetirilmişdir.
İlk dəfə 1973-cü ildə Vyanada alman dilində nəşr olunan bu romanın
müəllifinin kimliyi məsələsi təkcə Azərbaycanda deyil, bütün dünyada, o cüm-
lədən qonşu ölkələrdə də böyük polomika mənbəyidir. Bir qisim tədqiqatçı bu
əsərin tarixi romanlar ustası Yusif Vəzir Çəmənzəminliyə, digər qismi isə Mə-
həmməd Əsəd bəy və qurban Səid imzası ilə əsərlər yazan, 1920-ci ildə Bakını
tərk etmiş, milliyyətcə yəhudi olan Leo Nessinbauma məxsus olduğunu iddia
etməkdədir.
Bu
istiqamətdə gedən araşdırmalarda gərgin və davamlı axtarışları ilə
seçilən ədəbiyyatşünas-alim Pənah Xəlilovun “Əli və Nino problemləri” kitabı
xüsusi maraq doğurur. Bu kitab müəllifin “Əli və Nino” romanı haqqında müx-
təlif illərdə mətbuat səhifələrində dərc olunmuş məqalələrin məcmusudur.
Burada, Pənah Xəlilov əsərin Yusif Vəzir Çəmənzəminli qələminin
məhsulu olması fikrini maraqlı faktlarla təsdiq etməyə calışır. Nizami Cəfərov,
Tofiq Hacıyev, Şamil Cəmşidov, Vasif Məmmədəliyev və Anar kimi nüfuzlu
ali
m və yaziçılarımız da Pənah Xəlilovun elmi araşdırmalarını dəstəkləyərək
“Əli və Nino” romanının məhz Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu
təsdiləyirlər.
Əsərin atribusiyasının məqalənin tədqiqat obyektinə bir o qədər dəxli
olmasa da,
roman məzmun cəhətdən araşdırmamızla birbaşa əlaqələnir. Xü-
susən, romanda bariz şəkildə meydana çıxan Cümhuriyyət həyatının təsviri, iki
bir-
birinə zidd milli xarakterin qarşıdurması, Asiya və Avropa mədəniyyət-
lərinin müqayisəsi və əsərin ümumi ruhuna hakim olan milli azadlıq çağırışları
kimi aktual problemlər nəzər nöqtəsinə çevrilmişdir [5, 94-96].
Məzmunundan daha çox müəlliflik məsələsi böyük rezonans doğuran
“Əli və Nino” professor Pənah Xəlilovun araşdırmalarının nəticəsi olaraq
Azərbaycan ədəbi ictimaiyyətinin əksər nüfuzlu nümayəndələri tərəfindən artıq
öz həllini tapmış məsələ hesab olunsa da bu istiqamətdəki düşüncələrin daha da
aydınlaşması və müəyyənlik qazanması üçün Məhəmməd Əsəd bəy və Qurban
Səid imzalı digər 14 əsərin geniş tədqiqinə böyük ehtiyac vardır.
Eləcə də Cümhuriyyət dövrü ədəbi-tarixi şəxsiyyətlərinin və onların ya-
radıcılıqlarının xarakterik cizgilərini özündə əks etdirən “Ağaoğlular” (Vilayət
Quliyev),” Məmməd Əmin Rəsulzadə” (Şamil Qurbanov), ”Məhəmməd Əmin
Rəsulzadənin ədəbi dünyası”, ”Ağır yolun yolçusu” (Vaqif Sultanlı), “Məhəm-
məd Əmin Rəsulzadə” (Nəsiman Yaqublu), ”Nəriman Nərimanov dünyası”
(Şamil Qurbanov),” Nəriman Nərimanovun yaradıcılıq yolu” (Teymur Əmin
Rəsulzadə” (Nəsiman Yaqublu), ”Nəriman Nərimanov dünyası” (Şamil Qurba-
n
ov),” Nəriman Nərimanovun yaradıcılıq yolu” (Teymur Əhmədov),” Ədəbiy-
65
yatla yaşayıram” (Tofiq Hüseynoğlu) kimi monoqrafik tədqiqatlara yeri gəldik-
cə istinad edilmişdir.
Məqalə nəzəri istinad baxımından Azərbaycan ədəbiyyatının analoji
materiallarına, müxtəlif sayda nümunələrinə əsaslanır. Bu baxımdan xüsusən
1918-1920-
ci illərdən bu yana Azərbaycan, eləcə də mühacirət ədəbiyyatşünas-
lığında problemlə bağlı ən səciyəvi fikir və mülahizələrə müraciət olunmuşdur.
Məqalənin əsas təhlil metodu tarixi və tipoloji müqayisə üsuludur. Bun-
dan başqa, yeri gəldikcə sistem-struktur, analitik təhlil metodundan da istifadə
edil
mişdir. Məqalə nəzəri yanaşma üsulları və əldə olunan qənaətlərlə Cümhu-
riy
yət dövrünün ictimai-siyasi və elmi-kulturoloji həyatı ilə bağlı araşdırma
apa
ran müəlliflər üçün mənbə ola bilər. Tədqiqatın nəticələrindən ali məktəb-
lərin humanitar fakültələrində yardımçı vəsait kimi istifadə oluna bilər. Onun
nəticələrindən həmçinin, Cümhuriyyət tarixi, ədəbiyyatı, mədəniyyəti ilə məş-
ğul olan mütəxəssislər də faydalana bilər. Eyni zamanda, tədqiqat işi gənc nəs-
lin milli özünüdərk prosesində əhəmiyyətli rol oynaya bilər.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Dövlət Arxivinin 51 saylı –AXC Xalq Maarif Nazirliyinin Fondu
2. Azərbaycan Respublikası Dövlət Arxivinin 100 saylı – AXC Ədliyyə Nazirliyinin Fondu
3. Azərbaycan Respublikası Dövlət Arxivinin 970 saylı – AXC Xarici İşlər Nazirliyinin Fondu
4. Azərbaycan Respublikası Dövlət Arxivinin 894 saylı – AXC Daxili İşlər Nazirliyinin Fondu
5. AXC (1918-1920) Parlament. Stenoqrafik hesabatlar. I kitab,
Bakı: Azərnəşr,1998,...səh., II
kitab,
Bakı: Azərnəşr, 1998, 992 s.
6. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti (1918-1920). Tərtib edənlər:
V.Allahverdiyev,
Ş.Mehdiyev. Bakı: Gənclik, 1990, 96 s.
7. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. I c. Bakı: Lider, 2004, 440 s.; II c, Bakı:
Lider, 2005, 472 s.
8. Bammat H.Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu. Bakı, 1994
9. Baykara H. Az
ərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992, 276 s
10. Çəmənzəminli Y.V. Xarici siyasətimiz. Bakı: Gənclik, 1993, 45 s.
11. Çəmənzəminli Y.V. Tarixi, coğrafi və iqtisadi Azərbaycan. Bakı: Bakı Universiteti
Nəşriyyatı,1993, 56 s.
УРОВЕНЬ ИЗУЧЕНИЯ ИСТОРИИ И ЛИТЕРАТУРЫ В ПЕРИОД
АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ
Б.Э.НАБИЕВ
РЕЗЮМЕ
Образование Азербайджанской Демакратической Республики в мае 1918 года
увеличил интерес и к истории. В эту эпоху увеличело внимание написания всеобщих
трудов, относящиеся к прошому Азербайджана. В 1920-х годах расширились работы в
этой сфере. Работы Й.Пахомова, Р.Исмаилова, Дж.Зейналоглу, В.Сисоева, В.Бартольда,
Г.Пассека и Б.Латинина в этих рядах. Большенство этих работ, в частности, в трудах
Й.Пахомова, В.Сисоева, Г.Пассека и Б.Латинена напрямую рассматривает историю Се-
66
верного Азербайджана. Но в целом, они не смогли уточнить понятие и содержание исто-
рии Азербайджана в 1920-х годах.
Ключевые слова: Модерн Азербайджана, В.Бартольд, историческая концепция,
историческое общество, литературное ведомство
THE STUDY OF THE SCIENCES OF LITERATURE AND HISTORY DURING
THE AZERBAIJAN DEMOCRATIK REPUBLIC
B.E.NABIYEV
SUMMARY
The foundation of the Democratic Republic of Azerbaijan in May 1918, increased in-
terest to the history. During that pereod much attention was paid to the generalized works of
history. In 1920 the works were expanded in this field. The works of Y.Pakhomov,
R.Ismayilov, J.Zeynaloglu, V.Sisoyev, V.Bartold, G.Passek and B.Latinin review the history of
the Northern Azerbaijan. Yet, in the 1920s, the concept of history and its contents couldn't be
determined on the whole.
Key words: Modern Azerbaijan, V.Bartold, the conception of history, historian socie-
ty, theory of literature
67
Dostları ilə paylaş: |