№3 Humanitar elmlər seriyası



Yüklə 244,09 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü244,09 Kb.
#58451


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 727/479.243/”94-99” 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ TARİX  

VƏ ƏDƏBİYYAT ELMİNİN ÖYRƏNİLMƏ SƏVİYYƏSİ 

 

B.E.NƏBİYEV 

Bakı Dövlət Universiteti 

bextiyar030@hotmail.com 

 

1918-

ci  ilin  mayında  Azərbaycan  Demokratik  Respublikasının  yaranması  tarixə  də 

marağı artırdı. Bu dövrdə Azərbaycanın keçmişinə dair ümumiləşdirilmiş əsərlər yazılmasına 

diqqət artdı. 1920-ci illərdə bu sahədə işlər genişləndi. Y.Paxomov, R.İsmayılov, C.Zeynaloğlu, 

V.Sısoyev,  V.Bartold,  Q.Passek  və  B.Latininin  əsərləri  bu  qəbildəndir.  Bu  əsərlərin  əksə-

riyyətində, xüsusilə Y.Paxomov, V.Sısoyev, Q.Passek və B.Latıninin əsərlərində bilavasitə Şi-

mali Azərbaycan tarixi nəzərdən keçirilirdi. Lakin bütövlükdə 1920-ci illərdə Azərbaycan tarixi 

anlayışı və onun məzmunu tam müəyyənləşdirilə bilinmədi.

 

 

Açar  sözlər:  çağdaş  Azərbaycan,  V.Bartold,  tarixi  konsepsiya,  tarix  cəmiyyəti, 

ədəbiyyat nəzəriyyəsi 

 

M.Ə.Rəsulzadə  “Çağdaş  Azərbaycan  tarixi  “adlı  çıxışında  demişdir: 



”Milli Azərbaycan Respublikasının qurulduğu 1918-ci ilin 28 mayı qədər çağ-

daş  Azərbaycan  tarixinin  ünlü  bir  günü  yoxdur,  çağdaş  Azərbaycan  tarixinin 

ib

tidasını  on  doqquzuncu  əsrin  başlanğıcından  saya  bilərik.  Bu  tarixdən  bəri 



Azərbaycan cəmiyyəti düşdüyü çətin şəraitə baxmayaraq orta çağların əsasla-

rını  zehniyyətlərindən  sıyıraraq  çağdaş  mədəniyyətə  doğru  getmişdir.  Həmin 

ta

rixdə, bir necə feodal xanlıqlar halında istilaya uğrayan Azərbaycan 1918-ci 



ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və res-

pub


lika  şəklində  qurduğu  dövlətin  istiqlalını  bütün  cahana  elan  etdi.  Çağdaş 

Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə 

bilər”  Azərbaycan  milli  istiqlalının  elan  edilməsi  və  işdə  həyata  keçirilməsi 

Azərbaycan  tarixinə  tamamilə  yeni  baxış  yaratdı,  tarixə  maraq  genişləndi”. 

Azərbaycan tarixinin ADR dövrü öz rolunu bununla başa vurmadı. Əlamətdar 

haldır ki, 1980-ci illərin sonunda Azərbaycan Tarixinə artan tələbatın başlıca 

istiqaməti də məhz 1918-1920-ci illər dövrünə yönəlmişdir. 

ADR dövrünün ədəbiyyatı həmin dövr tarixinin salnaməsi olmaqla qal-

59 



mamış və bununla birgə hadisələrə tarixi qiymət verilməsi sahəsində də böyük 

nailiyyət qazanmışdır [8, 20-22]. 

ADR  dövrünə  uyğun  gəlir.  Çox  maraqlıdır  ki,  burada  hər  hansı  funda-

mental tarixi tədqiqatdan bəhs etmək mümkün deyil. Lakin bir neçə səhifədə, 

hətta ümumdövlət əhəmiyyətli sənədlərin bir neçə sətrində Azərbaycan tarixi 

kifayət qədər aydın və obyektiv şəkildə təqdim olnmuşdur. 

Sovet hakimiyyətinin qurulması Azərbaycan tarixinə dair baxışlara da 

ciddi təsir göstərir. Marksist baxışlar təbii axarı ilə deyil, adminstrativ şəkildə 

qəbul etdirilir. 

Müstəqil Azərbaycan Respublikasının qurulması tarixi baxışlarda yeni 

dəyişikliklərlə müşahidə olunur. 

Beləliklə,  Azərbaycan  tarixinin  elminin  mürəkkəb  bir  yol  keçdiyi  or-

taya çıxır. Burada müəyyən ənənədən  çox tarixi dövrlərin təsiri ön plana çə-

kilir. Tarixi fikir müx

təlif vəziyyətə düşə bilən vahid xətt boyunca deyil, bəzən 

bir-


biri ilə əlaqəsi olmayan və ya onu inkar edən tsikillər şəklində ortaya çıxır. 

Dünya üzrə tarix cəmiyyətlərinin yaranmasının genişləndiyi dövrdə Şi-

mali Azərbaycan Rusiya imperiyasının əsarəti altında idi. İmperiyanın mərkə-

zində tarix cəmiyyətləri yarandığı zamanda, milli ucqarlarda, xüsusilə müsəl-

manlara münasibətdə vəziyyət daha acınacaqlı idi. Çar hökuməti Qafqazın xris-

tian xalqlarına tarixi keçmişinin öyrənilməsi üçün təşkilatlanma imkanı verdiyi 

halda, 

digər xalqlara qarşı ayrı-seçkilik siyasəti həyata keçirirdi. Qafqazda ya-



radılmış tarix cəmiyyətləri, Bilavasitə gürcülər və ermənilərlə bağlı idi. 1873-

cü il


də  Qafqaz  arxeologiya  həvəskarları  cəmiyyəti  (Tiflis),  1881-ci  ildə  isə 

Qafqaz 


tarix  və  arxeologiya  cəmiyyəti  (Tiflis)  yaradılmışdı.  Çar  hakimiyyəti 

döv


ründə üç erməni (Erməni etnoqrafiya cəmiyyəti (1906, Tiflis), Erməni tarix 

və arxeologiya cəmiyyəti (1913, Tiflis), Erməni qədim dövrünün qayğıkeşləri 

cəmiyyəti (1915, Moskva və bir gürcü (Gürcü tarix və etnoqrafiya cəmiyyəti 

(1907, 


Tiflis)) fəaliyyət göstərmişdi.” [3, 71-74] 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu il dekabr ayının 29-

da “

Müsəlman Şərqini öyrənən cəmiyyət” yaradılmışdı. Azərbaycanda ali ta-

rix  təhsili  burada  Bakı  Dövlət  universitetinin  açılması  ilə  əlaqədar  olmuşdur. 

Uni

versitetdə  ilk  mühazirə  də  tarixdən  olmuşdur.  Universitetin ilk rektoru 



V.İ.Razumovski (1857-1935) yazırdı ki, ilk dəfə L.A.Dubrovski ümumi tarix-

dən maraqlı mühazirə oxudu. Yeni böyük auiditoriya tələbələrdən başqa xeyli 

ziyalı,  parlamentin  üzvləri,  hökumət  şurasından  olan  şəxslər  və  başqa  adam-

larla dolu idi. Bu mühazirə, həmçinin çoxsaylı adam toplayan sonrakı müha-

zirələr həmişə gərgin diqqətlə dinlənilirdi. 

Azərbaycan Demokratik Respublikası (1918-1920) fəaliyyət göstərdiyi 

qısa, lakin çətin və mürəkkəb şərait üzündən arxiv işində dəyişiklik yaratmağa 

imkan  tapa  bilmədi.  Bununla  birgə  arxiv  sənəd  və  materiallarının  həm  elmi, 

həm  də  praktik  əhəmiyyəti  nəzərə  alınaraq,  bu  işin  təşkili  və  həyata  keçiril-

məsinə  nail  olmuşdu.  ADR-in  xarici  işlər  naziri  Məmməd  Yusif  Cəfərovun 

1919-

cu il 13 oktyabr sərəncamı ilə müsəlmanlara münasibətdə Zaqafqaziyada-



60 


kı rus siyasəti üzrə materialların toplanması və nəşri üçün Arslan Kriçinskinin 

sədrliyi ilə xüsusi komissiya (üzvləri: Məmməd Ağa oğlu Ağayev, Konstantin 

Sulkeviç, 

Əli  Yusif  o,  çıxdıqdan  sonra,  Hüseyn  bəy  Mirzə  Camalov)  yara-

dılmışdı. Xüsusi komissiya Bakı şəhəri və onun hüdudlarından kənarda bir sıra 

arxivləri tədqiq etmişdi [6, 43-44]. 

A

zərbaycanın  yenidən  istiqlaliyyətinə  qovuşması  ilə  cəmiyyətin  icti-



mai-

siyasi həyatında olduğu kimi mədəniyyət və elm sferasında da köklü də-

yişikliklərin  əsası  qoyuldu.  Ədəbiyyatın  təkmetodluqdan,  ideoloji  təzyiq  və 

diktələrdən xilas olması onun inkişafı üçün şərait yaratdı. Belə ki, əvvəllər ad-

ları, əsərləri yasaq olunmuş bir çox sənətkarların yaradıcılıq irsinin öyrənilməsi 

üçün imkanlar açıldı. Son illərdə həyatının mühüm bir mərhələsini mühacirətdə 

yaşamış olan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rə-

sulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara, Üm-

mülbanu  (Banin), 

Almas  İldırım, Abay dağlı, Kərim Odər və digər sənətkar-

ların  yaradıcılıq  irsinin  öyrənilməsi  sahəsində  atılmış  ciddi  addımlar  bunun 

canlı örnəyidir. 

Həmçinin əvvəllər yaradıcılıq irsi yanlış ideoloji müstəvidə araşdırılmış 

olan Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Əhməd Cavad, 

Üm

gülsüm Sadıqzadə, digər yazıçı və şairlərin milli dəyərlər konteksində öy-



rənilməsi məhz istiqlal məfkurəsinin işığında gerçəkləşmişdir. Onu qeyd etmək 

lazımdır ki, son illərdə ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin öyrənil-

məsi ilə yanaşı, əvvəllər araşdırılmasına ciddi yasaqlar qoyulmuş tarixi dövr-

lərin,  mərhələlərin,  problemlərin  tədqiq  olunması  istiqamətində  də  müəyyən 

ad

dımlar  atılmışdır.  Xüsusilə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920) 



döv

rünün elm və mədəniyyətinin öyrənilməsinə artan maraq bu baxımdan diq-

qəti çəkməkdədir [11, 33-34]. 

Bəşər sivilizasiyasının istənilən mərhələsində hər hansı bir xalqın tarixi 

taleyi  ilə  mədəni  yaddaşı  üst-üstə  düşəndə  qeyri-adi  bir  fenomen  baş  verir. 

İnsanların tarixi keçmişlərinə sahib çıxması, milli talelərini dərindən dərk edə-

rək  onu  təsvirə  çalışması  və  ən  əsası,  vahid  ideya  ətrafında  birləşməsi, bir 

sözlə, tarixi vacibliyin  yüksək elmi-mədəni və milli şüur səviyyəsində qavra-

nılışı “böyük ədəbiyyat”ın yaranması ilə şərtlənir. 

Belə  bir  fenomen  elmi  yaddaşının  tarixi  islamdan  da  çox  öncələrə 

gedən Azərbaycan xalqının klassik elmi-mədəni düşüncəsində də baş verdi. 

Milli mədəni-elmi düşüncəmizin 1918-1920-ci illəri əhatə edən və tari-

xə intibah dövrü kimi daxil olan mərhələsi özünə qədərki bütün dövrləri özün-

də birləşdirərək yeni bir mərhələyə – son dərəcə milli, xəlqi, məxsusi və bir o 

qədər də qlobal,  yetkin, kamil ədəbiyyat səviyyəsinə yüksəlir və “Ümumşərq 

ədəbiyyatı” ünvanını qazanır. 

Milli-

azadlıq duyğusu, istiqlal ideyası bu ədəbiyyatın əsasını təşkil edir-



di. 

Bu məkanda azadlıq ideyası təkcə cografi mənada deyil, tarixi-mədəni kon-

teksdə də dərk edilirdi və bu proses – etnik yaddaşa, milli tarixə qayıdış şəklin-

də təzahür edir [4, 16-18]. 

61 



Milli istiqlal ideyalarının intişarı ilə, Azərbaycan Xalq Cümhuriyyətinin 

quruluşu  və  çöküşünə  qədərki  mərhələ  tarixi  baxımdan  da  uzun  bir  zaman 

müddətini əhatə etmirdi. Ancaq həmin dövrün tarix, ədəbiyyat, mədəniyyət və 

döv


lətçilik anlayışımıza gətirdiyi töhfələr bir, ya da iki yüz ilə sığmayacaq bö-

yüklükdə  idi.  Bu  böyüklüyün  fərqinə  varıldığındandır  ki,  həmin  tarix  bizlərə 

yetmiş il yasaqlanır və Azərbaycan xalqının neçə minillik taleyində onun etnik 

yad


daşı, elmi-fəlsəfi təfəkkürü, milli-mənlik şüuru, etik dəyərlərinin bu qədər 

vahid və sistemli şəkildə ortaya çıxdığı bir dövr tarix səhifələrindən silinir. Be-

ləliklə də, Azərbaycan Xalq Cümhuriyyətinin bitdiyi, sovet imperiyasının qu-

rulduğu tarix ötən əsrin 20-ci illərinin başlandığı tarix hesab olunur. Arada qa-

lan iyirmi üç ayın tarixini yaradan və çiyinlərində daşıyanlar vətən xaini dam-

ğası ilə damğalanır, o dövrü əks etdirən sənədlər saxtalaşdırılır və bu tarix düz 

yetmiş il ərzində təhrif olunmuş şəkildə təbliğ edilir. 

Buna  görə də Azərbaycan Xalq Cümhuriyyəti həyatının bədii ədəbiy-

yatda təsvirinin  yenidən qovuşduğumuz müstəqillik dövründə tədqiqinə  ciddi 

eh

tiyac  duyulmaqdadır.  Bütün  dövrlərin ictimai-siyasi  hadisələrinin  mövcud 



döv

rün bədii ədəbiyyatında əks olunması prizmasından çıxış etsək, milli istiqlal 

mücadiləsi  tarixinin  qaranlıq  səhifələrinin  aşkarlanması  və  uzun  illər  sovet 

ideologiyasının “vətən tarixi” deyə təbliğ etdiklərini təkzib etmək üçün bunun 

gərəkli olduğunu demək olar. 

Ümumiyyətlə, ayrı- ayrı ədəbi şəxsiyyətlərin ədəbiyyatın inkişafındakı 

rolu, 

onların bu irəliləyişdəki təkanları danılmazdır. Milli istiqlal ədəbiyyatında 



özünəməxsus  yer  tutan  və  talelərinə  mühacirlik  ömrü  yazılan  elə  şəxsiyyət-

lərimiz var ki, Cümhuriyyət tarixinin öyrənilməsi baxımından onların əsərləri 

mühım əhəmiyyət kəsb edir. Cümhuriyyət ədəbiyyatını yaradan və tənzim edən 

Məhəmməd  Əmin  Rəsulzədə,  Əli  Bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu, 

Üzeyir  bəy  Hacıbəyov,  Cəfər  Cabbarlı,Yusif  Vəzir  Çəmənzəminli  məhz belə 

münəvvər şəxsiyyətlərdəndir. Onların Cümhuriyyət ədəbiyyatı konteksində ta-

nıtmağa və müdafiə etməyə çalışdıqları bir türk obrazı var – özünü bilən, özünə 

güvənən,  bəşəri  dəyərlərə  bağlı,  islami  düşüncənin  ən  gözəl  döyüşçüsü  olan 

hürriyyəti üçün hər şeydən keçən, vətəninə və ulusuna son dərəcə bağlı bir türk 

obrazı. Bunun üçün yorulmadan proqramlar hazırlayıb həyata keçirən bu ədəbi 

şəxsiyyətlərin  ən  böyük  arzusu  –  dünya  coğrafiyasına  yayılan  türkləri vahid 

Tu

ran dövləti adı altında birləşdirmək idi. Eləcə də, türkçülük, turançılıq və is-



lamçılıq  ideyalarının  həmin  dövrün  bədii  nəsrində  inikası  xüsusilə  araşdırıl-

mağa  dəyər  hesab  olunur.  Ümumi  müddəalar  şəklində  göstərilən  bütün  bu 

məsələləri yaradıcılıq süzgəcindən keçirərək tədqiq etmək mümkündür. 

Bu  ümumi  xülasə  “Azərbaycan  Cümhuriyyətinin  bədii  nəsrdə  təcəs-

sümü” 

mövzusunun nə dərəcədə aktual olduğunu göstərməkdədir. 



Məqalənin elmi yeniliyi hər şeydən əvvəl, bu mövzuda ilk dəfə olaraq 

ciddi,  sist

emli  tədqiqat  əsərinin  yazılması  ilə  bağlıdır.  İndiyədək  Azərbaycan 

Xalq Cümhuriyyəti dövrü bu və ya digər şəkildə tədqiqat obyektinə çevrilsə də, 

bu dövrün bədii ədəbiyyatda təcəssümünə diqqət yetirilməmiş, bu sahədə hər 

62 



hansı bir tədqiqat əsəri yazılmamışdir. Xüsusilə, ədəbiyyatşünaslıq konteksində 

bu səpgidə tədqiqat aparılmamışdır. 

Məqalənin elmi yeniliyini səciyyələndirən cəhətlərdən biri bəhs olunan 

problemin ayrı-ayrı mərhələlər fonunda təhlilə cəlb olunmasıdır. Bu cür yanaş-

ma mövzunun tədqiqinin bütünlüklə əhatə olunmasına imkan vermişdir. 

Məqalədə sovet dövrü Azərbaycan nəsrində Cümhuriyyət həyatının bə-

dii  əksi  ciddi  şəkildə  incələnmiş,  həmin  illərdə  sovet  ideoloji  stereotiplərinin 

qəlibləri  çərçivəsində  yaranmış  əsərlərdə  mövzu  ilə  bağlı  məqamların  üzə 

çıxarılmasına çalışmışdır. 

Məqalədə  ilk  dəfə  olaraq  Azərbaycanın  istiqlaliyyət  əldə  etməsindən 

sonra  yazılmış  roman,  povest  və  hekayələrdə  Cümhuriyyət  dövrünün  bədii 

təcəssümü problemi araşdırılmışdır. 

Məqalədə Azərbaycan mühacirət ədəbiyyatında yaranan bədii nəşr nü-

mu

nələrində  Cümhuriyyət  həyatının  təcəssümü  ciddi  şəkildə  araşdırılmışdır. 



Məqalənin yazılmasının əsas məqsədi Azərbaycan bədii nəsrində Cümhuriyyət 

dövrünün təcəssümünün tədqiq edilib üzə çıxarılmasıdır. 1918-1920-ci illərdə, 

sovet məkanında və nəhayət, çağdaş dövrümüzdə Azərbaycan Cümhuriyyətinin 

elmi  və  bədii  həllini  tapmaq  üçün  o  dövrə  qədərki  konsepsiyaları,  eləcə  də 

həmin  dövrdə  mövcud  olan  fikirləri  müqayisəli  tədqiqata  cəlb  etmək  əsas 

məqsədimizə xidmət edir [8, 98-99]. 

Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bədii ədəbiyyatda 

təcəssümünü  araşdırmaq  məqsədilə  bir  sıra  vəzifələrin  həyata  keçirilməsinə 

çalışılmışdır. Belə ki, məqalədə Azərbaycan Xalq cümhuriyyəti mövzusu bədii 

nəsr konteksində geniş və sistemli şəkildə araşdırılmış, türkçülük, turançılıq və 

islamçılıq  ideyalarının  inikası  izlənilmiş,  bədii  düşüncədə  istiqlal  mücadiləsi 

tarixinə baxış və münasibət nəzərdən keçirilmişdir. Bununla yanaşı, Azərbay-

can mühacirət ədəbiyyatında yaranmış bədii nəsr nümunələrində Cümhuriyyət 

həyatının  təcəssümünə  diqqət  yetirilmişdir.  Eyni zamanda,  Azərbaycan  nəsri 

kon

teksində  Cümhuriyyət  dövrü  tarixi  şəxsiyyətlərinin  bədii  obrazı  məsələsi 



səciyyələndirilmişdir. 

Tədqiqatın əsas obyekti Azərbaycan bədii nəsrində Cümhuriyyət möv-

zusu

nun  təcəssümü  məsələsidir.  Azərbaycan  ədəbiyyatı  üçün  qlobal  və  özü-



nəməxsus  hadisə  olan  Azərbaycan  Cümhuriyyətinin  həmin  dövr  üçün  aktual 

olan bir sıra müəlliflərin  yaradıcılığında nə dərəcədə əks olunması tədqiqatın 

başlıca obyektidir. 

Əsas  tədqiqat  predmeti  müxtəlif  müəlliflərin  mədəni  və  elmi  yara-

dıcılıqları  olmaqla  lazım  gəldikcə  onların  daxil  olduqları  və  formalaşdıqları 

kontekstə də müraciət edilmişdir. 

Cümhuriyyət dövrü milli istiqlal məfkurəsi və onun bədii ədəbiyyatda 

təcəssümünü tədqiq edən bir sıra araşdırmalar yaranmışdır. Xüsusən, ötən əsrin 

doxsanıncı  illərindən  başlayaraq,  yeni  Azərbaycanın  müstəqillik  qazanmasın-

dan sonra bu səpgidə yazılan araşdırmalar Cümhuriyyət ədəbiyyatının özünə-

məxsusluğunun üzə çıxarılması və ədəbi aləmə məlum olmayan bu dövrün bə-

63 



dii irsinin 

və sənədli materiallarının aşkar edilməsi baxımından təqdirəlayiqdir 

[1, 54-56].  

Onu  da  qeyd  edək  ki,  keçmiş  sovet  məkanında  bu  mövzu  ya  ümu-

miyyətlə araşlırma obyekti olmamış, ya da ki, qeyri-obyektiv yanaşmalarla sə-

ciy


yələnmişdir. Yalnız tarixi yaddaşa qayıdış dövründə Azərbaycan Cümhuriy-

yətinin qaranlıq səhifələri vərəqlənərək o zamanki mühacirlərin yazdığı tarixi 

əsərlər aşkarlanmış və yeni mərhələdə həmin dövrün həqiqətlərini əks etdirən 

monoqrafik tədqiqatlar meydana gəlmişdir. Bu baxımdan “Azərbaycan istiqlal 

mübarizəsi tarixi” (Hüseyn Baykara, 1992), ”Milli Azərbaycan hərəkatı” (Mir-

zə Bala Məmmədzadə, 1992),” Azərbaycan Milli hərəkatı” (Xaqani Məmmə-

dov,  1996), 

”Azərbaycan Demokratik Respublikası” (Nəsib Nəsibzadə, 1990) 

və s. kimi əsərlər xüsusilə diqqəti cəlb edir. 

Milli istiqlal dövrünün ədəbi yöndə araşdırılması baxımından Azərbay-

can  ədəbiyyatşünaslığında  mühüm  rolu  olan  görkəmli  alim  Yaşar  Qarayevin 

xid


mətləri əvəzsizdir. O, ”Tarix: yaxından və uzaqdan” əsərində yaxından və 

uzaq


dan  görünən  tarixlərin  işıgında  Cümhuriyyət  yaddaşımıza  da  nəzər  salır  və 

müxtəlif başlıqlar altında mümtaz şəxsiyyətlərinin ədəbi portretlərinin yaradır (86). 

Kollektiv nəşr olan “Azərbaycan Xalq Cümhuriyyəti” (19) monoqrafi-

y

asında  da  həmçinin,  onun  işlədiyi  “Cümhuriyyətə  qədərki  ədəbiyyatda  milli 



in

tibah və istiqlal ideyaları”, ”İstiqlal düşüncəsi Xalq Cümhuriyyəti dövründə

ədəbiyyat,  dil,  mədəniyyət  quruculuğu”  (ədəbiyyat  hissəsi)  hissələri  xüsusi 

tədqiq manerası ilə seçilir. 

Cümhuriyyət  dövrü  ədəbiyyatının  araşdırıcılarından  olan  filologiya 

elm


ləri doktoru Aybəniz Əliyeva (Kəngərli) “Azərbaycan (1918-1920) qəzetin-

də ədəbiyyat məsələləri” adlı tədqiqatında “Azərbaycan” qəzeti fonunda həmin 

mərhələnin ictimai-siyasi və mədəni həyatını, eləcə də mövcud dövrün poeziya 

və ədəbi tənqid məsələlərini öyrənməyə çalışır. 

Bundan  başqa,  Alxan  Bayramoğlunun  “Azərbaycan  Demokratik  Res-

publikası dövründə ədəbiyyat”  adlı monoqrafiyasında Cümhuriyyət dövrünün 

bizə məlum olmayan bədii nümunələrini arayıb aşkar edir. Eyni zamanda, hə-

min dövrün tarixi-

ictimai  və  siyasi  xülasəsini  verir.  Tapılan  nümunələr  içəri-

sində Seyid Hüseynin “Yaşıl qələm” mükafatına layiq görülmüş “Həzin bir xa-

ti

rə. İsmailliyə” hekayəsi dərin lirizmi və psixoloji təsvir mahiyyəti ilə seçilir 



[8, 38-40]. 

Cümhuriyyət məfkurəsinin ədəbi-nəzəri fikirdə populyarlaşmasında fi-

lo

logiya  elmləri  doktoru,  professor  Vaqif  Sultanlının  “Azərbaycan  mühacirət 



ədəbiyyatı” monoqrafiyası, ”Azadlığın üfüqləri” adlı məqalələr toplusu və di-

gər səpgili araşdırmalarını da qeyd etmək lazımdır. Bu araşdırmalarda Cümhu-

riyyət ədəbiyyatının diqqətdən kənarda qalmış bir qolu – mühacirətdə yaranmış 

ədəbi-nəzəri  irsi  tədqiqata  cəlb  edilmişdir.  Tədqiqatçının  milli  istiqlal  müca-

diləsi  tarixində  istər  irəli  sürdükləri  ideologiya,  istərsə  də  yaratdıqları  bədii 

nümu


nələrlə  əvəzsiz  rol oynayan  Əhməd  bəy  Ağaoğlu,  Əli  bəy  Hüseynzadə, 

Mir


zəbala Məmmədzadə, Məhəmməd Əmin Rəsulzadə, Abay Dağlı, Ümmül-

64 



banu  (Banin)  və  başqa  müəlliflər  haqqındakı  araşdırmaları  yeniliyi  və  oriji-

nallığı ilə diqqəti cəlb etməkdədir. 

Uzun  illər  ətrafında  gedən  mübahisələrin  səngimək  bilmədiyi  və  icti-

maiyyətə Qurban Səid imzası ilə təqdim olunan “Əli və Nino“ tarixi romanı ilə 

bağlı araşdırmalarda da Cümhuriyyət həyatının bədii nəsrdə təcəssümünə diq-

qət yetirilmişdir. 

İlk dəfə 1973-cü ildə Vyanada alman dilində nəşr olunan bu romanın 

müəllifinin kimliyi məsələsi təkcə Azərbaycanda deyil, bütün dünyada, o cüm-

lədən qonşu ölkələrdə də böyük polomika mənbəyidir. Bir qisim tədqiqatçı bu 

əsərin tarixi romanlar ustası Yusif  Vəzir Çəmənzəminliyə, digər qismi isə Mə-

həmməd Əsəd bəy və qurban Səid imzası ilə əsərlər yazan, 1920-ci ildə Bakını 

tərk etmiş, milliyyətcə yəhudi olan Leo Nessinbauma məxsus olduğunu iddia 

etməkdədir. 

Bu 


istiqamətdə  gedən  araşdırmalarda  gərgin və  davamlı axtarışları ilə 

seçilən ədəbiyyatşünas-alim Pənah Xəlilovun “Əli və Nino problemləri” kitabı 

xüsusi maraq doğurur. Bu kitab müəllifin “Əli və Nino” romanı haqqında müx-

təlif illərdə mətbuat səhifələrində dərc olunmuş məqalələrin məcmusudur. 

Burada,  Pənah  Xəlilov  əsərin  Yusif  Vəzir  Çəmənzəminli  qələminin 

məhsulu olması fikrini maraqlı faktlarla təsdiq etməyə calışır. Nizami Cəfərov, 

Tofiq Hacıyev, Şamil Cəmşidov, Vasif Məmmədəliyev və Anar kimi nüfuzlu 

ali


m  və  yaziçılarımız  da  Pənah  Xəlilovun  elmi  araşdırmalarını  dəstəkləyərək 

“Əli və Nino” romanının məhz Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu 

təsdiləyirlər. 

Əsərin  atribusiyasının  məqalənin  tədqiqat  obyektinə  bir  o  qədər  dəxli 

olmasa da, 

roman  məzmun  cəhətdən  araşdırmamızla  birbaşa  əlaqələnir.  Xü-

susən, romanda bariz şəkildə meydana çıxan Cümhuriyyət həyatının təsviri, iki 

bir-


birinə  zidd  milli  xarakterin  qarşıdurması,  Asiya  və  Avropa  mədəniyyət-

lərinin müqayisəsi və əsərin ümumi ruhuna hakim olan milli azadlıq çağırışları 

kimi aktual problemlər nəzər nöqtəsinə çevrilmişdir [5, 94-96]. 

Məzmunundan  daha  çox  müəlliflik  məsələsi  böyük  rezonans  doğuran 

“Əli  və  Nino”  professor  Pənah  Xəlilovun  araşdırmalarının  nəticəsi  olaraq 

Azərbaycan ədəbi ictimaiyyətinin əksər nüfuzlu nümayəndələri tərəfindən artıq 

öz həllini tapmış məsələ hesab olunsa da bu istiqamətdəki düşüncələrin daha da 

aydınlaşması və müəyyənlik qazanması üçün Məhəmməd Əsəd bəy və Qurban 

Səid imzalı digər 14 əsərin geniş tədqiqinə böyük ehtiyac vardır. 

Eləcə də Cümhuriyyət dövrü ədəbi-tarixi şəxsiyyətlərinin və onların ya-

radıcılıqlarının xarakterik cizgilərini özündə əks etdirən “Ağaoğlular” (Vilayət 

Quliyev),” Məmməd Əmin Rəsulzadə” (Şamil Qurbanov), ”Məhəmməd Əmin 

Rəsulzadənin ədəbi dünyası”, ”Ağır yolun yolçusu” (Vaqif Sultanlı), “Məhəm-

məd  Əmin  Rəsulzadə”  (Nəsiman  Yaqublu),  ”Nəriman  Nərimanov  dünyası” 

(Şamil  Qurbanov),”  Nəriman  Nərimanovun  yaradıcılıq  yolu”  (Teymur  Əmin 

Rəsulzadə” (Nəsiman Yaqublu), ”Nəriman Nərimanov dünyası” (Şamil Qurba-

n

ov),” Nəriman Nərimanovun yaradıcılıq yolu” (Teymur Əhmədov),” Ədəbiy-



65 


yatla yaşayıram” (Tofiq Hüseynoğlu) kimi monoqrafik tədqiqatlara yeri gəldik-

cə istinad edilmişdir. 

Məqalə  nəzəri  istinad  baxımından  Azərbaycan  ədəbiyyatının  analoji 

materiallarına,  müxtəlif  sayda  nümunələrinə  əsaslanır.  Bu  baxımdan  xüsusən 

1918-1920-

ci illərdən bu yana Azərbaycan, eləcə də mühacirət ədəbiyyatşünas-

lığında problemlə bağlı ən səciyəvi fikir və mülahizələrə müraciət olunmuşdur. 

Məqalənin əsas təhlil metodu tarixi və tipoloji müqayisə üsuludur. Bun-

dan başqa, yeri gəldikcə sistem-struktur, analitik təhlil metodundan da istifadə 

edil


mişdir. Məqalə nəzəri yanaşma üsulları və əldə olunan qənaətlərlə Cümhu-

riy


yət  dövrünün  ictimai-siyasi  və  elmi-kulturoloji  həyatı  ilə  bağlı  araşdırma 

apa


ran müəlliflər üçün mənbə ola bilər. Tədqiqatın nəticələrindən ali məktəb-

lərin humanitar fakültələrində yardımçı vəsait kimi istifadə oluna bilər. Onun 

nəticələrindən həmçinin, Cümhuriyyət tarixi, ədəbiyyatı, mədəniyyəti ilə məş-

ğul olan mütəxəssislər də faydalana bilər. Eyni zamanda, tədqiqat işi gənc nəs-

lin milli özünüdərk prosesində əhəmiyyətli rol oynaya bilər. 

 

 

ƏDƏBİYYAT  

1. Azərbaycan Respublikası Dövlət Arxivinin 51 saylı –AXC Xalq Maarif Nazirliyinin Fondu 

2. Azərbaycan Respublikası Dövlət Arxivinin 100 saylı – AXC Ədliyyə Nazirliyinin Fondu 

3. Azərbaycan Respublikası Dövlət Arxivinin 970 saylı – AXC Xarici İşlər Nazirliyinin Fondu 

4. Azərbaycan Respublikası Dövlət Arxivinin 894 saylı – AXC Daxili İşlər Nazirliyinin Fondu 

5. AXC (1918-1920) Parlament. Stenoqrafik hesabatlar. I kitab, 

Bakı: Azərnəşr,1998,...səh., II 

kitab, 


Bakı: Azərnəşr, 1998, 992 s. 

6.  Azərbaycan  Demokratik  Respublikası.  Azərbaycan  hökuməti  (1918-1920). Tərtib  edənlər: 

V.Allahverdiyev, 

Ş.Mehdiyev. Bakı: Gənclik, 1990, 96 s. 

7. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. I c. Bakı: Lider, 2004, 440 s.; II c, Bakı: 

Lider, 2005, 472 s. 

8. Bammat H.Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu. Bakı, 1994 

9. Baykara H. Az

ərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992, 276 s 

10. Çəmənzəminli Y.V. Xarici siyasətimiz. Bakı: Gənclik, 1993, 45 s. 

11.  Çəmənzəminli  Y.V.  Tarixi,  coğrafi  və  iqtisadi  Azərbaycan.  Bakı:  Bakı  Universiteti 

Nəşriyyatı,1993, 56 s. 



 

 

УРОВЕНЬ ИЗУЧЕНИЯ ИСТОРИИ И ЛИТЕРАТУРЫ В ПЕРИОД  

АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ 

 

Б.Э.НАБИЕВ 

 

РЕЗЮМЕ 

 

Образование  Азербайджанской  Демакратической  Республики  в  мае  1918  года 

увеличил  интерес  и  к  истории.  В  эту  эпоху  увеличело  внимание  написания  всеобщих 

трудов, относящиеся к прошому  Азербайджана. В 1920-х годах расширились работы в 

этой сфере. Работы Й.Пахомова, Р.Исмаилова, Дж.Зейналоглу, В.Сисоева, В.Бартольда, 

Г.Пассека  и  Б.Латинина  в  этих  рядах.  Большенство  этих  работ,  в  частности,  в  трудах 

Й.Пахомова, В.Сисоева, Г.Пассека и Б.Латинена напрямую рассматривает историю Се-

66 



верного Азербайджана. Но в целом, они не смогли уточнить понятие и содержание исто-

рии Азербайджана в 1920-х годах. 



 

Ключевые слова: Модерн Азербайджана, В.Бартольд, историческая концепция, 

историческое общество, литературное ведомство 



 

 

THE STUDY OF THE SCIENCES OF LITERATURE AND HISTORY DURING  

THE AZERBAIJAN DEMOCRATIK REPUBLIC  

 

B.E.NABIYEV 

 

SUMMARY 

 

The foundation of the Democratic Republic of Azerbaijan in May 1918, increased in-

terest to the history. During that pereod  much attention was paid to the generalized works of 

history. In 1920 the works were expanded in this field. The works of Y.Pakhomov, 

R.Ismayilov, J.Zeynaloglu, V.Sisoyev, V.Bartold, G.Passek and B.Latinin review the history of 

the Northern Azerbaijan. Yet, in the 1920s, the concept of history and its contents couldn't be 

determined on the whole. 

 

Key words: Modern Azerbaijan, V.Bartold, the conception of history, historian socie-

ty, theory of literature 



  

 

 



67 

Yüklə 244,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə