AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:
Kafedra müdiri_____________
“21” yanvar 2015-ci il
Fənn proqramı (sillabusu)
Kafedra: İnşaat materialları
Fənnin adı : İnşaat materiallarının fiziki-kimyəvi əsasları
1. Fənn haqqında məlumat:
Kodu ____________
Tədris ili: 2014/2015 semestr : yaz
Fakültə : İnşaat Texnologiya
Qrup : 692a
Tədris yükü: mühazirə 60 saat, seminar (məşğələ) 30 saat.
Cəmi 90 saat.
Kredit: 6
Auditoriya: № 910
Saat: mühazirə -( bazar ertəsi - 1045. çərşənbə axşamı 1045) məşgələ - (bazar ertəsi- 900)
2. Müəllim haqqında məlumat:
Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Şirinzadə İradə Nüsrət qızı, t.e.d., ptof.
Kafedranın ünvanı: AzMİU, I korpus, IX mərtəbə
Məsləhət saatları:
E-mail ünvanı: i.shirinzade@azmiu.edu.az
İş telefonu: 539 10 34
3. Tələb olunan dərslik və dərs vəsaitləri:
10. Şirinzadə İ.N., Şirinzadə N.Ə. İnşaat materiallarının fiziki-kimyəvi əsasları. Bakı. 2006. 278 s.
2). В.Ф.Павлов. Физико-химические основы изделий строительной керамики.М., Стройиздат. 1977. 225 с.
3). Кузнецова Т.В., Кудрящев И.В., Тимашев В.В. Физическая химия вяжущих материалов. М.; Высшая школа, 1989. 384 с.
4). Kaşif Onaran. Malzeme bilimi. İstanbul , 1991, 119 s.
4. Fənnin təsviri və məqsədi:
(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)
Tikinti materialları sənayesinin qarşısında duran əsas məqsəd yüksək texniki göstəricilərə malik material istehsalına nail olmaqdır. Bu məsələlərin həyata keçirilməsi üçün inşaat materiallarının alınma texnologiyasının tətbiqinin nəzəri əsasları haqqında dərin elmi biliklərə malik olan mühəndis-texnoloq kadrları lazımdır. Texnoloji proseslərin idarə edilməsi və lazımi xassəli inşaat materialları istehsal edilməsi üçün istehsal proseslərinin fiziki-kimyəvi əsasları haqqında fundamental biliklər tələb olunur.
5. Fənnin təqvim planı:
5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
I
|
Mövzu №1. İnşaat materiallarında kimyəvi əlaqə: ion, kovalent, metal və hidrogen əlaqələri. Kimyəvi əlaqə enerjisi. Inşaat materiallarının quruluşu: makroquruluş və mikroquruluş. İnşaat materiallarının xassələrinin quruluşdan asılılığı.
|
2
|
26.01.15
|
I
|
Mövzu №2. Silikatların fiziki-kimyası. Silikatların təbiətdə yayılması. Silisiumun alınması və xassələri. Silisiumun oksugenli birləşmələri: kvars, tridimit, kristobalit, opal, kvars şüşəsi. Silikatlarda kimyəvi əlaqə - siloksan əlaqəsi.
|
2
|
27.01.15
|
II
|
Mövzu №3. Silikatların quruluşlarının təsnifatı. Kristaliik, maye və amorf quruluşlu silikatlar. Silikatların kristallik quruluşlarının təsnifatı. Kristallik silikatların quruluşlarının təsviri.
|
2
|
02.02.15
|
II
|
Mövzu №4. Silikatlar yüksək dispers formada. Kobud, aralıq və yüksək dispers sistemlər. Dispers sistemlərin alinma üsulları.Dispers sistemlərin struktur-mexaniki xassələri.Kaoqulyasiya quruluşlu və kondensləşmə-kristallaşma quruluşlu dispers sistemlər.
|
2
|
03.02.15
|
III
|
Mövzu №5. Yapışdırıcı materiallar istehsalının fiziki-kimyəvi əsasları. Yapışdırıcı materiallar istehsalında quruma prosesi. Qurutma üsulları. Materiallarda suyun mövcud formaları: nəmlik suyu; adsorbsiya suyu və kimyəvi birləşmiş su.
|
2
|
09.02.15
|
III
|
Mövzu №6. Gips yapışdırıcıları istehsalında iki sulu gipsin susuzlaşma mexanizmi. Gips daşının xassələri və quruluşu. Gipsin termiki çevrilmələri. Gipsin α- və β-modifikasiyaları, onların xassələrinin emal üsulundan asılılığı. Gips yapışdırıcılarının bərkiməsi.
|
2
|
10.02.15
|
IV
|
Mövzu №7. α- və β-yarımsulu gipslərin xassələri: narınlığı, tutma müddəti, möhkəmliyi və üzunömürlülüyü. Anhidrit sementi, alınması, xassələri. Estrix gips, alınması, xassələri.
|
2
|
16.02.15
|
IV
|
Mövzu №8. Dekarbonizasiya prosesi. Təbiətdə yayılmış kabonat süxurları: əhəngdaşı, mergellər, dolomit, maqnezit, mərmər. Kalsium karbonatın şəkildəyişmələri: kalsit və aroqonit. CaCO3-ün dissosiasiyası.
|
2
|
17.02.15
|
V
|
Mövzu №9. Bərk maddələr arasında reaksiyalar: rekristallizasiya və laxtalaşma prosesləri. Bərk məhlulda diffuziyanın ehtimal olunan mexanizmləri. Buxarlanma-kondensləşmə mexanizmi üzrə baş verən laxtalaşma prosesi və diffuziya mexanizmi üzrə baş verən laxtalaşma prosesi.
|
2
|
23.02.15
|
V
|
Mövzu №10. Portlandsement klinkerinin yandırılması zamanı baş verən proseslər. Buxarlanma, dehidratasiya, karbonsuzlaşma, ekzotermiki reaksiyalar və laxtalaşma zonalarında baş verən proseslər. Soyuma zonası və soyuma rejimi.
|
2
|
24.02.15
|
VI
|
Mövzu № 11. Klinkerəmələgəlmə prosesinə təsir edən amillər: xammalların reaksiyaya girmə qabliyyəti; xammalların mineroloji tərkibi; qarışığın narınlığı; xammalların tərkibində olan digər qarışıqlar.
|
2
|
02.03.15
|
VI
|
Mövzu №12. Portlandsement klinkerinin kimyəvi və mineroloji tərkibi. Portlandsementin xassələrinin klinkerin kimyəvi tərkibindən asılılığı. Klinker mineralları: alit, belit, kalsium alüminat və kalsium alümoferrit fazaları.
|
2
|
03.03.15
|
VII
|
Mövzu №13. Klinker minerallarının kristallik quruluşları. Rombik, triqonal, heksoqonal və triklin quruluşlu kalsium silikatlar. Calsium silikatların xassələrinin kristallik quruluşdan asılılığı
|
2
|
09.03.15
|
VII
|
Mövzu №14. Klinkerin quruluşu və xarakteristikaları. Monodoblastik, qlomeroblastik və zonalı quruluşlu klinkerlər. Klinkerin hidravlik, silikat və alüminat modulları. Klinkerin doyma əmsalı.
|
2
|
10.03.15
|
VIII
|
Mövzu №15. Portlandsement klinkeri minerallarının hidratasiyası zamanı baş verən kimyəvi reaksiyalar. Klinker minerallarının hidrolizi və hidratasiyası. Kalsium silikatların, kalsium alüminatların və kalsium alümoferritlərin hidratasiyası. Yapışdırıcıların bərkiməsi zamanı baş verən kolloid-kimyəvi proseslər.
|
2
|
16.03.15
|
VIII
|
Mövzu №16. Sement daşının quruluşu və sement daşının möhkəmliyinin quruluşdan asılılığı. Sement daşının deformasiyası. Sement daşının genişlənməsi və quruyub-yığışması.
|
2
|
17.03.15
|
IX
|
Mövzu №17. Sement daşının və betonun korroziyası. Qələvi korroziyası. Sulfat korroziyası. Maqnezial korroziya. Turşu korroziyası. Korroziyaya qarşı mübarizə tədbirləri: klinkerin mineroloji tərkibinin seçilməsi; narınlığın tənzimlənməsi; bərkimə şəraitinin seçilməsi; əlavələrin təsiri, izolyasiya tədbirləri.
|
2
|
23.03.15
|
IX
|
Mövzu №18. Portlandsementin xassələrinin onun tərkibindən və quruluşundan asılılığı: sıxlığın, normal qatılığın, narınlığın, tutmasının, həcmini dəyişməsinin və möhkəmliyinin tərkibindən asılılığı.
|
2
|
24.03.15
|
X
|
Mövzu №19. AZS 411-2010 standartında portlandsementə qoyulan normalar. Portlandsementin möhkəmlik sinifləri. Portlandsementin maddi tərkibi.
|
2
|
30.03.15
|
X
|
Mövzu №20. Portlandsementin bərkiməsi. Bərkimə nəzəriyyələri. X.S.Məmmədovun portlandsementin bərkiməsinə dair quruluş oxşarlığı nəzəriyyəsi. Bərkimənin müxtəlif vaxtlarında sement daşının xarakteristikaları.
|
2
|
31.03.15
|
XI
|
Mövzu №21. Keramik materiallar texnologiyasında istifadə olunan xammal və materiallar. Gillərin kimyəvi və mineroloji tərkibi. Kaolinli, hidroslyudalı və montmorillanitli gillər. Gillərin dənəvər tərkibi. Gillərin xassələri. trepellər və diotomitlər. Keramik materiallar istehsalında istifadə olunan əlavələr.
|
2
|
06.04.15
|
XI
|
Mövzu №22. Keramik materialların yandırılması zamanı baş verən fiziki-kimyəvi proseslər. Quruma zamanı baş verən fiziki proseslər. Quruma rejimi və sürəti.Yanma prosesi və yanma rejimi. Yanma zamanı gil minerallarında baş verən dəyişikliklər. Mullitin əmələgəlmə xüsusiyyətləri. Hematitin əmələgəlmə xüsusiyyətləri.
|
2
|
07.04.15
|
XII
|
Mövzu №23. Keramik materialların yandırılması zamanı baş verən faza dəyişikliklərinin məmulatın xassələrinə təsiri: faza dəyişikliklərinin məmulatın teksturasına, süıxlığına, möhkəmliyinə və kimyəvi xassələrinə təsiri. Əlavələrin kristal fazanın əmələ gəlməsinə təsiri.
|
2
|
13.04.15
|
XII
|
Mövzu №24. Keramik materialların quruluşu. Keramik materialların xassələri: möhkəmliyi, suhopması, sıxlığı, məsaməliyi, istilik-fiziki xassələri, estetik xassələri.
|
2
|
14.04.15
|
XIII
|
Mövzu №25. Uzvi yapışdırıcı materiallar: Bitumların tərkibi, quruluşu və xassələri. Təbii bitumlar. Neft bitumları: alınması, xassələri - özlülüyü, plastikliyi, yumşalma temperaturu. Bitumların markaları: yol bitumları, örtük bitumları və inşaat bitumları.
|
2
|
20.04.15
|
XIII
|
Mövzu №26.Qatranların tərkibi, quruluşu, xassələri. Daş kömür qatranları. Şist qatranları. Oduncaq qatranları. Özlülüyünə görə qatranların markaları. Bitumların və qatranların bərkiməsi. Bitumun mineral materiallarla qarşılıqlı təsiri.
|
2
|
21.04.15
|
XIV
|
Mövzu №27. Təbii və sintetik polimerlər. Sellüloza, liqnin. Makromolekul zəncirinin növünə görə polimerlərin növləri: karbonzəncirli, heterozəncirli və orqoelement zəncirli polimerlər. Makromolekulun quruluşuna görə polimerlərin növləri: xətti, şaxələnmiş və torşəkilli quruluşlu polimerlər.
|
2
|
27.04.15
|
XIV
|
Mövzu №28.Polimerləşmə yolu ilə alınan polimerlərin tərkibi, quruluşu və xassələri. Sənayedə polimerlərin alınma üsulları: blok polimerləşməsi, məhlulda polimerləşmə və emulsiyadad polimerləşmə. Polietilen. Polistirol. Polipropilen. Polivinilxlorid. Poliizobutilen. Polivinilasetat. Polimetilmetakrilat. İzopren və Butadien kauçukları.
|
2
|
28.04.15
|
XV
|
Mövzu №29. Polikondensləşmə yolu ilə alınan polimerlərin tərkibi, quruluşu və xassələri. Fenolformaldehid. Karbomid. Melaminformaldehid. Poliuretan. Poliefir. Epoksid. Poliamid.
|
2
|
04.05.15
|
XV
|
Mövzu №30. Polimerlərin bərkiməsi. Termoreaktiv polimerlərin bərkiməsi. Termoplastik polimerlərin bərkiməsi. Bərkimiş polimerlərin quruluşu. Polimerlərin köhnəlməsi və dağılması.
|
2
|
05.05.15
|
5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları
Həftələr
|
Mövzunun adı və qısa icmalı
|
Saat
|
Tarix
|
1
|
2
|
3
|
4
|
I
|
Mövzu№1. İnşaat materiallarının tərkibinin və quruluşunun öyrənilməsi üsulları. Mikroskopik analiz. Rentgenoqrafik analiz üsulu. Diferensial-termiki analiz üsulları.
|
2
|
26.01.15
|
II
|
Mövzu №2. Silikatların quruluşlarının öyrənilməsi. Silikatların lentli, laylı, karkas quruluşları, izolə olunmuş qurülüşlu və radikal ucluqlu silikatlar
|
2
|
02.02.15
|
III
|
Mövzu№3. Gips yapışdırıcılarının tərkib və quruluşunun öyrənilməsi. Gips daşının və yarımsulu gipsin rentgenoqrafik analizi.
|
2
|
09.02.15
|
IV
|
Mövzu№4. Karbonatların tərkib və quruluşunun öyrənilməsi. Kalsit, maqnezit və dolomitin quruluş xüsusiyyətlərinin analizi.
|
2
|
16.02.15
|
V
|
Mövzu№5. Portlandsement minerallarının mikroskopik, rentgenoqrafik və diferensial-termiki analiz üsulları vasitəsilə öyrənilməsi.
|
|
23.02.15
|
VI
|
Mövzu№6. Portlandsement üçün xammal qarışığının və klinker tərkibinin hesablanması. Doyma əmsalının qiymətinə görə
iki komponentlixammal qarışığının hesablanması. Xammalların kimyəvi tərkibi. Üç komponentlixammal qarışığının hesablanması. Doyma əmsalının və silikat modulunun hesablanması. Xammal və materialların 100%-ə gətirilmiş kimyəvi tərkibi.
|
|
02.03.15
|
VII
|
Mövzu№7. Dörd komponentlixammal qarışığının hesablanması. Doyma əmsalının və silikat modulunun hesablanması. Xammal və materialların 100%-ə gətirilmiş kimyəvi tərkibi. Verilmiş mineral tərkibli klinker almaq üçün xammal qarışının hesablanması.
|
|
09.03.15
|
VIII
|
Mövzu№8 Portlandsementin fiziki-mexaniki xassələrinə dair məsələlərin həlli. Sementin və sement daşının məsaməliyinə dair məsələlər. Sementin hidratasiyasına dair məsələlər.
|
|
16.03.15
|
IX
|
Mövzu №9. Portlandsementin tərkibindəki sərbəst CaO-in miqdarının təyini. Etil-qliserat üsulu vasitəsilə təyini. İşdə istifadə olunan reaktivlər: etil spirti, qliserin.
Sementin həcminin qeyri-müntəzəm dəyişməsinin öyrənilməsi
|
|
23.03.15
|
X
|
Mövzu №10. Keramik minerallarının mikroskopik, rentgenoqrafik və diferensial-termiki analiz üsulları vasitəsilə öyrənilməsi.
|
|
30.05.15
|
XI
|
Mövzu №11. Gil minerallarıinin tərkibinin öyrənilməsi. Kaolinit. Hidraslyudalar. montmorillonit
|
|
06.04.15
|
XII
|
Mövzu №12. Mullit mineralının əmələ gəlmə xüsusiyyətləri vəmikroskopik, rentgenoqrafik və diferensial-termiki analiz üsulları vasitəsilə öyrənilməsi.
|
|
13.04.15
|
XIII
|
Mövzu №13.Polimerlər. Təbii və süni polimerlərin öyrənilməsi. Polimerlərin quruluşunun öyrənilməsi üsulları
|
|
20.04.15
|
XIV
|
Mövzu №14. Polimerlərin köhnəlməsinin öyrənilməsi üsulları.
|
|
27.04.15
|
XV
|
Mövzu №15. Üzvi yapışdırıcı materiallar. Bitum və qatranlar. Onların minerallar materiallarla yapışması. Adgeziya prosesi
|
|
04.05.15
|
5.3. Fənn üzrə sərəst işlərin mövzuları
s|s
|
Mövzunun adı
|
1.
|
Materialşunaslıq elminin inkişaf mərhələləri
|
2.
|
Azərbaycan ərazisində istifadə olunan ən qədim inşaat materialları
|
3.
|
Azərbaycanın materialşunas alimləri
|
4.
|
Bentonit gilləri haqqında
|
5.
|
Süxurəmələgətirən minerallar
|
6.
|
Azərbaycan ərazisində yayılmış karbonat süxurları yataqlarının xüsusiyyətləri
|
7.
|
Fayans istehsalının texnoloji parametrləri
|
8.
|
Gips daşının quruluş xüsusiyyətləri
|
9.
|
Avtiklavda bərkiyən yapışdırıcı materiallar
|
10.
|
Gips və maqnezial yapışdırıcılar əsasında hazırlanan məmulatlar – gips karton tavaları
|
11.
|
Xüsusi təyinatlı sementlər, onların hazırlanma texnologiyası və tətbiq sahələri
|
12.
|
Portlandsement istehsalında istifadə olunan mineral aktiv əlavələr
|
13.
|
Ağ və əlvan sementlərin tikintidə istifadə sahələri
|
14.
|
İnşaat materialları sənayesində istifadə olunan kimyəvi əlavələr
|
15.
|
Klinker istehsalında istifadə olunan karbonat süxurlarının xarakteristikaları
|
16.
|
Klinker istehsalında istifadə olunan gillərin xarakteristikaları
|
17.
|
Klinker üçün şixta tərkibinin hüsablanması
|
18.
|
Sement daşının deformasiyası
|
19.
|
MgO-in klinkerəmələgəlmə prosesinə təsiri
|
20.
|
Portlandsementin tətbiq sahələri
|
21
|
Portlandsementin həcmini müntəzəm dəyişməsi
|
22
|
Materialların mineroloji tərkibinin öyrənilməsinin müasir üsulları
|
23
|
Klinkerin petroqrafik analizi
|
24
|
Sement daşının korroziyası və korroziyadan müasir mühafizə tədbirləri
|
6. Davamiyyətə verilən tələblər.
Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.
7. Qiymətləndirmə.
Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.
Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı – “qeyri-kafi” – F
51 - 60 bal – “qənaətbəxş – E
61 - 70 bal – “kafi” – D
71 - 80 bal – “yaxşı – C
81 - 90 – “çox yaxşı – B
91 - 100 – “əla” – A
8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.
9. Fənn üzrə tələblər, tapşırıqlar.
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Müəllim: ____________ (Şirinzadə İ.N.)
“21” yanvar 2015-ci il.
Dostları ilə paylaş: |