195
ELEKTRON DEMOKRATİYA VƏ CƏMİYYƏTİN İDARƏ OLUNMASI MEXANİZMLƏRİ
Yusifov F.F.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
farhadyusifov@gmail.com
Elektron demokratiya (e-demokratiya) dedikdə vətəndaşların ictimai-siyasi fəaliyyətinin elə
təşkili forması başa düşülür ki, İKT-nin imkanlarından geniş istifadə olunması ilə istər
vətəndaşların öz aralarında istərsə də, vətəndaşlarla dövlət strukturları, vətəndaş cəmiyyəti və
biznes sektoru arasında yeni səviyyədə daha effekli münasibətlərin formalaşmasını təmin edir.
Başqa sözlə, demokratik institutların gücləndirilməsi, ictimai və siyasi fəaliyyətdə vətəndaşların
iştirakının genişləndirilməsi üçün İKT-nin istifadəsi e-demokratiyanın mahiyyətini təşkil edir. E-
demokratiya anlayışı vətəndaşların fikirlərinin nəzərə alınması və vətəndaşlar ilə təşkilatların
siyasi münasibətlərə və proseslərə cəlb olunması deməkdir. Bu mərhələdə isə vətəndaşların
ictimai-siyası proseslərdə nə dərəcədə yaxından iştirakı e-vətəndaş problemləri ilə xarakterizə
olunur.
E-demokratiyanın təşəkkül tapmasının ilkin mərhələlərindən başlayaraq, vətəndaşların
dövlət qurumlarının ictimai baxımdan əhəmiyyətli informasiyasına çıxış imkanının təmin
olunması, eləcə də, hökümətin bu və ya digər qərarları ilə bağlı səs vermək imkanını yaratmaqla
məhdudlaşırdı. Sonrakı təkamül hər iki tərəfin, vətəndaşla hökumətin imkanlarını genişləndirmiş
oldu və vətəndaşlarında ictimai-siyasi proseslərdə yaxından iştirakı təmin edildi. Bu isə istənilən
səviyyədə qərar qəbulunda vətəndaşların sərbəst şəkildə münasibət bildirmək imkanının
yaranması və şəffaflığın nəzərə çarpacaq dərəcədə artması demək idi.
E-demokratiyanın mexanizmlərinə aşağıdakılar aiddir:
Elektron səsvermə (mobil telefonla səsvermə, İnternet-seçki və s.);
Onlayın rejimdə ictimai-siyasi mövzuda məsələlərin və sosial əhəmiyyət
kəsb edən
problemlərin kollektiv müzakirəsi mexanizmləri;
Onlayın icmaların, qrupların, sosial şəbəkələrin formalaşdırılması mexanizmləri;
Vətəndaşların təşəbbüslərinin həyata keçirilməsi mexanizmləri;
Hakimiyyət orqanlarının fəaliyətinə vətəndaşların nəzarəti mexanizmləri və s.
E-dövlətin texnokratın cəmiyyəti kimi xarakerizə etmək mümkün olduğu halda, yəni
texnologiyaların hakim olduğu cəmiyyət adlandırsaq e-dövlətin, e-demokratiyanın, e-vətəndaşın
formalaşması prosesində IT üzrə alimlər və mütəxəssislər yaxından iştirak etməlidirlər.
İnformasiya cəmiyyəti inkişaf etdikcə kəmiyyətə (oxlokratiya) əsaslanan demokratiyadan
keyfiyyətə (meritokratiya) əsaslanan demokratiyaya keçid baş verəcəkdir.
Təmsilçi demokratiyası konkret məkan və zamanın demokratiyasıdır (seçimlər müəyyən
dövrlərdə keçirilir). Birbaşa demokratiya məkandan və zamandan asılı deyil, hər yerdə və hər
zaman fəaliyyətdədir (məs.: Wikidemokratiya, sosial şəbəkələr və s.). Bu isə vətəndaşların
dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq e-dövlətin formalaşmasında və idarə
olunmasında iştirak etməsi deməkdir.
E-dövlətdə seçilənin keyfiyyəti (intellektual səviyyəsi) seçicilərin keyfiyyətindən
(intellektual səviyyəsindən) asılıdır. Aqrar, sənaye cəmiyyətlərində seçki prosesinin təşkili çox
böyük təşkilatı, maliyyə və digər problemlərlə qarşılaşdığından, informasiyanın yayılması,
seçicilərlə seçilənlər arasında operativ interaktiv münasibətlərin çətinliyi və s. kimi səbəblərdən
kəmiyyətə əsaslanan demokratiyanın alternativi yox idi. Kəmiyyətə əsaslanan demokratiyada
196
seçicinin yaşı və yaşadığı ünvan əsas götürülürdü, yəni onun intellektini, təfəkkürünü xarakterizə
edən parametrlər nəzərə alınmırdı. Bir sözlə seçicilərin səslərinə heç bir fərq qoyulmurdu.
Biliklər cəmiyyətində seçicilərin və seçilənlərin ümumi intellektini nəzərə almaqla seçkinin
nəticəsi hesablana bilər. Yəni intellekt əmsalı yüksək olan seçicinin intellekt əmsalı az olan
seçiciyə nəzərən daha çox səsə malik olması tətbiqi mümkün bir alternativdir.
Qeyd etmək lazımdır ki, dövlət cəmiyyətdə insanlar arasında aşağıdan yuxarı, hüquqi
münasibətlər sistemindən ibarət çoxpilləli bir üstqurumudur (vertikal münasibətlər sistemi).
Vətəndaş cəmiyyəti isə insanlar arasında qeyri-məhdud olaraq qurulan münasibətlər sistemidir
(horizontal münasibətlər sistemi). Bu prinsipdən çıxış edərək cəmiyyətin daxili münasibətlər
sistemi şək. 1-də göstərilmişdir.
Şəkil 1. Cəmiyyətin daxili münasibətlər sistemi
Obrazlı desək demokratiyanın əsas valyutası informasiya və kommunikasiyadır. Bunlar
olduğu halda vətəndaşlar təşkilatlanır, özünü idarə etməyə başlayır və e-vətəndaş formalaşır.
Vətəndaş cəmiyyətinin formalaşmasında sosial şəbəkələr, bloqlar və s. mühüm rol oynayır.
Vətəndaş cəmiyyəti yəni, horizontal münasibətlər sistemi formalaşdıqca, özünü idarəetmə
imkanları (bələdiyyələr, QHT-lər və s.) yaranır, yəni dövlətin bəzi funksiyalarını öz üzərinə
götürür. Digər funksiyaları (istehsal, satış və s.) isə biznes sektoru həyata keçirməyə başlayır.
Qeyd olunanlarla yanaşı, İnformasiya cəmiyyətinin keçidin sadəcə olaraq dövlət idarəetməsinə
dair mövcud proseslərin avtomatlaşdırılmasını deyil, həmçinin də onların konkret vətəndaşların
maraqlarının və cəmiyyətin bir qrup maraqlarının əsasında yenidən qurulmasını da tələb edir. Bu
prinsipdən çıxış edərək hazırda, birbaşa e-demokratiya layihələri biznes sektoru tərəfindən ciddi
dəstək ala bilmirlər. E-demokratiya konsepsiyası ziddiyyətlərdən ibarət olub, əsaslı tənqidə
məruz qalır. Bu səbəbdən son zamanlar ictimai-siyasi və elmi ədəbiyyatda İKT əsasında dövlət
idarəetmə sahəsində islahatların keçirilməsi üçün əsas olan e-dövlət konsepsiyası dominantlıq
edir.
197
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun mailyyə yardımı ilə yerinə
yetirilmişdir –
Qrant № EİF/GAM-2-2013-2(8)-25/03/1
Electronic democracy and control mechanisms of the society
Abstract. Considering the international experience, investigated the conceptual basis for the
formation of electronic democracy.
Problems of e-democracy and e-citizen are investigated and
proposed conceptual approaches. Given the basic principles of the theory of e-government,
identifies important fields of research.
Key words:
electronic government, electronic democracy, information security, digital citizen,
web-analytics, social networks, data mining
Ədəbiyyat
1.
Чеботарева А.А. Механизмы электронной демократии: возможности и проблемы их
реализации в Российской Федерации,
www.scli.ru
2.
Anttiroiko A.-V. Building Strong E-Democracy - The Role of Technology in Developing
Democracy for the Information Age, Communications of the ACM September, vol. 46, No.
9, 2003, pp. 121-128
3.
Meier A. eDemocracy & eGovernment. Springer-Verlag. Berlin, Heidelberg, 2012
4.
Hilbert M. The Maturing Concept of E-Democracy: From E-Voting and Online
Consultations to Democratic Value Out of Jumbled Online Chatter. In: Journal of
Information Technology & Politics, vol. 6, 2009, pp. 87–110