Əbədiyyət yolçuları
22
FƏZAİL AĞAYEV
(1961-1994)
Ağayev Fəzail Əmir oğlu –
1961-ci ildə Lerik rayonunun
Musavar kəndində anadan olub.
1968-ci ildə Aran kənd dördillik
məktəbinin birinci sinfinə qəbul
olunub, 1978-ci ildə Boykəndil kənd orta məktəbinin onuncu
sinfini bitirib.
Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi ko-
missarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq keç-
miş Sovet ordu sıralarına yola salınır. Hərbi xidmətini Ukray-
na Respublikasının Perm şəhərində başa vurur.
Hərbi xitmətdən qayıtdıqdan sonra Bakı Energetika
Texnikumunda təhsil alır. Texnikumu bitirdikdən sonra bir
müddət Lerik elektrik şəbəkəsində işləyir.
Qarabağ savaşı başlananda könüllü Milli ordu sıralarına
yazılaraq döyüşə yollanır. Döyüş yolu Geranboy rayonundan
başlayır. Daha sonra Fizuli rayonuna göndərilərək burdakı
batalyonun tərkibində döyüşür.
Fəzail Fizuli rayonundakı strateji yüksəklikləri ələ keçir-
mək uğrunda gedən qanlı döyüşlərdə iştirak edərək igidliklər
göstərir, döyüş yoldaşları ilə bərabər son mərmisinə qədər
döyüşür.
Vətəni anası kimi sevən Fəzail Ağayev 14 aprel 1994-cü
ildə Fizuli rayonu uğrunda gedən döyüşlərdə düşmən gülləsinə
tuş gələrək qəhrəmancasına şəhid olur.