Əbədiyyət yolçuları
14
ANAR KƏRİMOV
(1987 - 2015)
Kərimov Anar İntiqam oğlu –
1987-ci ildə Lerik rayonunun
Kirəvud kəndində anadan olub.
1994-cü ildə Səlim Cabbarov
adına Kirəvud kənd əsas məktə-
binin birinci sinfinə qəbul olu-
nub. Anar Kərimov Kirəvud kənd əsas məktəbinin sək-
kizinci sinfini bitirdikdən sonra 2002-ci ildə Cəmşid Naxçı-
vanski adına hərbi litseyə qəbul olunur. Litseyi bitirdikdən
sonra 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktə-
binə daxil olur. Heydər Əliyev adına Ali Hərbi məktəbi bitir-
dikdən sonra leytenant rütbəsində Milli ordu sıralarında
xidmətə başlyır.
2010-cu ildən Naxçıvan MR-da xidmətə başlayır,
bölük komandiri vəzifəsinədək yüksəlir.
Baş leytenant Kərimov Anar İntiqam oğlu 05 aprel
2015-ci ildə Culfa rayonunun "Ləkətdağ" istiqamətində
düşmənlə həmsərhəd olan yüksəkliklərdə döyüş tapşırı-
ğını yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək qəhrə-
mancasına şəhid olur.
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa
tapşırılır.
Əbədiyyət yolçuları
15
ETİQAD HACIYEV
(1974-1993)
Hacıyev Etiqat Balaxan oğlu –
25 fevral 1974-cü ildə Lerik rayo-
nununRvarud kəndində anadan
olub.1981-ci ildəRvarud kənd orta
məktəbinin birinci sinfinə daxil
olub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
Səxavət orta məktəbi bitirdikdən sonraLənkəran şəhə-
rində sürücülük üzrə təlim alır.
1992-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən
həqiqi hərbi xidmətə çağrılan Etiqad Hacıyev cəbhə bölgəsinə
yola salınır.
Etiqadın döyüş yolu Ağdam
şəhərində yerləşən arti-
leriya batalyonundan başlayır. Tankçı kimi xidmətə başlayan
vətənin bu igid oğlu AğdamınQuzanlı,Mərizli
və digər kənd-
lərin müdafiəsində igidliklər göstərərək düşmən qüvvələrinə
sarsıdıcı zərbələr endirir.
Ağdamda gedən qızğın döyuşlərin birində tank əleyhinə
minaya düşərək ağır yaralanır. Bakı şəhərinə gətirilərək Hərbi
Hospitalda yerləşdirilir. Həkimlərin ciddi səyinə baxmayaraq
onun həyatını xilas etmək mümkün olmur.
Etiqad Hacıyev 5 iyul 1993-cü ildə Hərbi Hospitalda
olduğu zaman gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə
ucalır.
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa tap-
şırılır
Əbədiyyət yolçuları
16
FUAD QAFAROV
(1975-1993)
Qafarov Fuad Xansuvar oğlu-
12 aprel 1975-ci ildə Lerik rayo-
nunun Cəngəmiran kəndində ana-
dan olub. Cəngəmiran kənd orta
məktəbini bitirdikdən sonra Lerik
rayonundakı 63 nömrəli texniki-peşə məktəbində oxuyub.
1993-cü ildə Azərbaycan Milli ordu sıralarına həqiqi
hərbi xidmətə çağrılır. Qısa təlim məşqləri keçəndən sonra
Göytəpə batalyonunun tərkibində ermənilərə qarşı döyüşlərdə
iştirak edir.
Komandirlərinin verdiyi əmrləri can-başla yerinə yeti-
rən Fuad çox keçmədən manqa komandiri vəzifəsinə təyin
edilir.
1993-cü il dekabrın 30-da Fuadgilin taboru “N” təpə-
sinin yaxınlığındakı Fermanı erməni quldurlarından təmiz-
ləmək üçün hücuma keçir,düşmənin çoxlu zirehli texnikası və
canlı qüvvəsini məhv edilir.
Beyləqan istiqamətində gedən döyüşlərdə düşmənin iki
tankını sıradan çıxarmış, Qaraqumtəpənin azad edilməsində
şücaət göstərir.
Fuad Qafarov 1993-cü il dekabrın 30-da qəhrəmancası-
na şəhid olmuşdur. Şəhidin cənazəsi Lerik rayonunun Cəngə-
miran kəndinə gətirilərək Xəlifə Zəkəriyyə qəbiristanlığının
Şəhidlər kompleksində dəfn edilir.
Əbədiyyət yolçuları
17
İSFƏNDİYAR MƏDƏTOV
(1973-1994)
Mədətov İsfəndiyar Mühacir oğlu-
1973-cü il iyun ayının 10-da Lerik
rayonun Cəngəmiran kəndində
anadan olub. 1990-cı ildə Cəngə-
miran kənd orta məktəbini bitirib.
1992-ci ilin 13 may tarixində Azərbaycan Milli ordu sıralarına
çağrılır. Ağdərə, Ağdam, Fizuli uğrunda gedən qanlı döyüşlərin
iştirakçısı olur.
Ağdərə rayonunun Vaqauz kəndi uğrunda gedən
döyüşlərdə əsl qəhrəmanlıq nümünəsi göstərir. 12 sentyabr
1992-ci ildə həmən döyüşdə 6 nəfər yoldaşı ilə birlikdə
düşmən mühasirəsinə düşür, qeyri-bərabər döyüşdə döyüş
yoldaşlarının hamısını itirsə də, son gülləsinə qədər silahı yerə
qoymur. Şəhid olmuş yoldaşlarının meyidlərini götürmək
məqsədi ilə həmən yerə gələn əsgərlərimiz orada 32 nəfər
erməni cəsədini də aşkar edirlər. Bu döyüşlə bağlı “SƏS”
qəzetinin 8 sentyabr 1993-ci il tarixli sayında məqalə dərc
olunur.
İsfəndiyarın son döyüş yeri Ağdərə rayonunun Talış
kəndi olur. 11 aprel 1994-cü ildə döyüşdə ağır yaralanan
İsfəndiyarın həyatını xilas etmək mümkün olmur. O gözlərini
əbədi yumaraq şəhidlik zirvəsinə ucalır.
13 aprel 1994-cü ildə cənazəsi Cəngəmiran kəndinə
gətirilərək Xəlifə Zəkəriyyə qəbiristanlığının Şəhidlər
kompleksində torpağa tapşırılır.
Dostları ilə paylaş: |