|
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar
|
səhifə | 7/143 | tarix | 20.10.2023 | ölçüsü | 217,73 Kb. | | #128536 |
| 1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar3d n+l = 3+2=5
4p n+l = 4+1=5
Kleçkovski qaydasında kənara çıxma halları da müşahidə olunur. Cu, Ag, Au, Cr, Mo, Pd, La, Ac orbitalların elektronla dolması zamanı həmin qayda pozulur. Ümumiyyətlə, orbitalların elektronlarla dolma ardıcıllığı aşağıdakı kimi olur:
1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s 4f 5d 6p 7s 5f 6d 7p...
5.SİNK TƏBİİ BİRLƏŞMƏLƏRİ, ALINMASI XASSƏLƏRİ,TƏTBİQİ
Dövri sistemin II əlavə yarımqrupuna sink, kadmium və civə d- elementləri daxildir. Bu elementlərin atomlarının axırıncı elektron təbəqəsində 2, ondan əvvəlki təbəqəsində isə 18 elektron yerləşir: (n-1)s2p6d10ns2
+30Zn 1s2 2s22p6 3s23p63d10 4s2
I B qrup elementlərindən fərqli olaraq, nəzərdən keçirilən elementlərin atomlarının
xaricdən ikinci elektron təbəqəsi davamlıdır. Bu elementlər normal halda sıfır, həyəcanlanmış halda isə +2 oksidləşmə dərəcəsi göstərir.
ns2 → ns1np1
Təbiətdə tapılması. Sinkə təbiətdə yalnız birləşmələr şəklində təsadüf olunur.
ZnS sfalerit
ZnCO3 sink karbonatı, qalmey
Zn[Al2O4] qanit
ZnO sinkit
Alınması. Sinki sink-sulfidi yandırmaqla əmələ gələn sink-oksidi reduksiya etməklə alınır.
2ZnS + 3O2 → 2ZnO + 2SO2
ZnCO3---ZnO+CO2
ZnO + C→ Zn + CO
ZnO + H2 → Zn + H2O
Sink, həmçinin ZnSO4 məhlulda elektrolizindən alınır.
ZnSO4 + 2H2O → Zn + O2 + H2 + H2SO4
Fiziki xassəsi: Sink maviyəçalan gümüşü rəngli metaldır. O, adi şəraitdə kövrəkdir, 100-150oC-də yumşalıb təbəqə şəklində yaxşı yayılır, 200oC-dən yuxarı temperaturda yenə də kövrəkləşir. Sink ağır metallara aiddir
Dostları ilə paylaş: |
|
|