43
Maqnit seli hansı sürətlə dəyişdi?
• Məsələ 1. Konturdan keçən maqnit seli 0,02 san
müddətində bərabər sürətlə 54MVb-dən
12 MVb-yə qədər azaldı
. Maqnit seli
hansı sürətlə dəyişdi?
Nəticənin müzakirəsi:
Kəmiyyətin dəyişmə sürəti nə
deməkdir?
Maqnit
selinin dəyişmə sürəti
hansı fiziki kəmiyyəti təyin
edir? Fərziyyənizi söyləyin.
Burulğanlı elektrik sahəsi. İnduksiya elektrik hərəkət qüvvəsi. Elektromaqnit
induksiyası hadisəsi nəticəsində keçirici qapalı konturda induksiya cərəyanının
yaranmasına səbəb dəyişən maqnit sahəsinin öz ətrafında burulğanlı elektrik sahəsi
yaratmasıdır. Bu sahə konturdakı sərbəst elektronlara təsir edərək onları nizamlı hə-
rəkətə gətirir – induksiya elektrik cərəyanı yaradır. Cərəyanın yaranması üçün müs-
bət vahid yükün keçirici kontur boyunca yerdəyişməsi zamanı burulğanlı elektrik
sahəsinin gördüyü iş sıfırdan fərqlidir. Həmin iş keçirici qapalı konturda
yaranan
induksiya elektrik hərəkət qüvvəsi (EHQ) adlanan fiziki kəmiyyəti xarakterizə edir.
İnduksiya elektrik hərəkət qüvvəsi – müsbət vahid elektrik yükünü qapalı kontur
boyunca hərəkəti zamanı burulğanlı elektrik sahəsinin gördüyü işin həmin yükün
miqdarına olan nisbətinə bərabər olan kəmiyyətdir:
ℰ = . (1)
Elektromaqnit induksiyası hadisəsinə aid apardığınız araşdırmalardan müəyyən-
ləşdirdiniz ki, keçirici qapalı konturda yaranan induksiya cərəyanının qiyməti bu
konturla hüdudlanan səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə mütənasibdir.
Deməli, keçirici konturda induksiya cərəyanı yaradan induksiya EHQ də xarici maq-
nit selinin dəyişmə sürətindən asılıdır.
Çox kiçik zaman müddətində maqnit seli ∆Ф
qədər dəyişirsə,
∆Ф
∆
nisbəti maqnit
selinin dəyişmə sürətidir.
Elektromaqnit induksiyası qanunu. Yuxarıda deyilənlər əsasında elektromaq-
nit induksiyası qanunu belə ifadə olunur:
Keçirici qapalı konturda yaranan induksiya EHQ bu konturla hüdüdlanan
səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə düz mütənasibdir:
ℰ = −
∆Ф
∆
. (2)
(2) ifadəsindəki mənfi işarəsi onu göstərir ki, induksiya cərəyanının yaratdığı maqnit
sahəsi bu cərəyanı yaradan xarici maqnit selinin dəyişməsinə mane olur.
Əgər kontur N sayda sarğıdan ibarət olarsa, (2) ifadəsini belə də yazmaq olar:
ℰ = −
∆Ф
∆
. (3)
Burada
ℰ − induksiya EHQ
olub BS-də vahidi voltdur (1V):
ℰ =
∆Ф
∆
= 1
= 1 .
ARAŞDIRMA
1
LAYİHƏ
44
Keçirici qapalı konturda yaranan induksiya cərəyanının şiddəti dövrə hissəsi üçün
Om qanununa əsasən müəyyən olunur:
=
ℰ
=
1 ∆Ф
∆
ə
ℰ
= −
1 ∆Ф
∆
(4)
Burada R – konturun müqavimətidir.
Maqnit sahəsində hərəkət edən naqildə induksiya EHQ. Naqil maqnit sahə-
sində hərəkət etdikdə onun sərbəst yükləri də naqillə birlikdə hərəkət edir. Bu sə-
bəbdən maqnit sahəsi hər bir yükə Lorens qüvvəsi ilə təsir edir. Nəticədə yüklər naqil
daxilində yerlərini dəyişərək nizamlı hərəkət edir – naqildə induksiya EHQ yaranır.
Yaranan induksiya EHQ naqilin
maqnit sahəsinə düşən hissəsinin
uzunluğundan, sürəti və maqnit in-
duksiya vektorlarının modulundan
asılıdır. Bunu elektromaqnit induk-
siyası qanununa əsasən asanlıqla is-
bat etmək olar.
Fərz edək ki, uzunluğu olan na-
qil induksiyası olan bircins maqnit
sahəsində induksiya vektoruna per-
pendikulyar istiqamətdə
∆ = ∆
qədər yerini dəyişdi
(b)
. Bu zaman
naqildə yaranan induksiya EHQ:
ℰ =
∆Ф
∆
=
∆
∆
=
∆
∆
=
∆
∆
=
.
Burada
∆Ф = ∆ və ∆ = ∆ olduğu nəzərə alınmışdır (bax:
b
). Naqilin
hərəkət sürəti maqnit induksiya vektoru ilə bucağı təşkil edərsə, naqildə yaranan
induksiya EHQ:
ℰ =
. (5)
Maqnit sahəsində hərəkət edən naqildə yaranan induksiya cərəyanının isti-
qamətini
sağ əl qaydası ilə təyin etmək əlverişlidir:
Sağ əl maqnit sahəsində elə tutulur ki, vektoru ovuca daxil olsun və 90°
açılan
baş barmaq naqilin hərəkəti istiqamətində yönəlsin, bu zaman açılmış dörd barmaq
induksiya cərəyanının istiqamətini göstərəcəkdir.
İnduksiya EHQ və induksiya cərəyan şiddətini təyin edin.
• Məsələ 2. Konturdan keçən maqnit seli 0,03 san müddətində
bərabər sürətlə 48 MVb-dən sıfıra qədər azaldı.
Konturun müqaviməti 6 Om olarsa, orada yaranan
induksiya EHQ və induksiya cərəyan şiddətini
təyin edin.
Nəticənin müzakirəsi:
Maqnit selinin
dəyişməsi nəyə
bərabərdir?
İnduksiya EHQ ilə
induksiya
cərəyan
şiddətini necə təyin
etdiniz?
ARAŞDIRMA
2
TƏTBİQETMƏ
∆ = ∆
(b)
∆
LAYİHƏ
45
Məişətimizdə istifadə olunan elektron
sərfiyyat ölçən sayğacların iş prinsipi elek-
tromaqnit induksiyası qanununun
tətbiqlərinə əsaslanmışdır. Məsələn,
elektron su sayğacında elektrik cərəyanını
keçirən maye
selində onun sürəti ilə mütə-
nasib olan induksiya EHQ yaranır.
İnduksiya cərəyanı cihazın elektron
hissəsində elektrik analoquna – rəqəmsal
siqnala çevrilir.
Elektromaqnit induksiyası qanu-
nunun tətbiqlərinə aid daha hansı
misallar göstərmək olar (elektron
resurslardan istifadə edə bilərsiniz)?
№
Suallar
Bilirəm
zəif orta yaxşı
1
Uzunluğu 1,8 m olan naqil 6 m/san sürətlə bircins maqnit
sahəsində induksiya vektoruna perpendikulyar olmaqla
yerini dəyişir. İnduksiya EHQ 5,4V-dur. Maqnit sahəsinin
induksiyasını təyin edin.
2
400 dolağı olan sarğacda 5 san müddətində maqnit seli
bərabər sürətlə 8 MVb-dən 3 MVb-yə qədər azaldı.
Sarğacda induksiya EHQ-ni təyin edin.
3
3000 dolaqdan ibarət olan sarğacda 120 V induksiya EHQ
yaranırsa, sarğacda maqnit
selinin dəyişmə sürəti nə
qədərdir?
• NƏ ÖYRƏNDİNİZ?
“Elektromaqnit induksiyası qanunu” xəritəsini qurun.
HƏYATLA ƏLAQƏLƏNDİRİN
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN
LAYİHƏ