33
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
göstərir, bu fond kiçik və orta biznesə
güzəştli şərtlərlə kreditlər verir. Bu gün
bütün bölgələrdə kiçik və orta biznes
nümayəndələrinin SYMF-dən aldıqları
ehtiyatların payı artmaqdadır.
Ölkə iqtisadiyyatının
əsas
göstəricilərinin təhlili göstərdi ki, 2004-
2009-cu illər üçün nəzərdə tutul-
muş Regionların inkişafı üzrə Dövlət
Proqramı uğurla yerinə yetirilib. Əlavə
maliyyə mənbələri hesabına o, əvvəldə
nəzərdə tutulduğundan daha geniş miq-
yasda reallaşdırılıb. Bölgələrin siması
dəyişib. Azərbaycanın şəhər və yaşayış
məntəqələri öz qədim simasını saxla-
maqla bərabər daha müasir, daha gözəl
və abad olub. İnsanlar üçün gözəl şərait
yaradılır, infrastruktur layihələr həyata
keçirilir, sosial obyektlərin tikintisinə
böyük diqqət yetirilir.
2009-2013-cü illər üçün nəzərdə
tutulan növbəti proqramın icrasına
başlanılıb. İkinci Dövlət Proqramının
icrasının ilk illərinin nəticələri çox
ürəkaçıcıdır. Məşğulluq probleminin
həllinə geniş səylər edilir. Sahibkarığın
müdafiəsi istiqamətində praktiki
addımlar, kredit və subsidiyaların ayrıl-
ması, fermerlər üçün güzəştli şəraitin
yaradılması, dövlət tərəfindən infrast-
ruktur layihələrin maliyyələşdirilməsi
- bütün bunlar bir məqsədə xidmət
edir: ölkə iqtisadiyyatının keyfiyyətli
inkişafı, onun sosialyönümlü olmasının
gücləndirilməsi, uğurlu perspektivlərin
müəyyənləşməsi, Azərbaycan iqtisa-
diyyatının neft-qaz sektorundan asılı-
lığının azaldılmasına və onun diversi-
fikasiyasına.
Dünya standartlarına cavab verən
infrastruktur yaratmaqla, biznes-iqlimin
yaxşılaşması istiqamətində addımlar
atmaqla, sərmayələr cəlb etməklə biz
Azərbaycan barəsində real və müsbət
rəy formalaşdırırıq. Dövlət yol, körpü,
tunel tikintisi, suvarma sistemlərinin yax-
şılaşdırılması, enerji təchizatı ilə bağlı
böyük xərcləri öz üzərinə götürür. Bu
nəhəng layihələrə yalnız şəxsi sekto-
run gücü yetərli olmadığından və dövlət
burada tərəfdaş kimi çıxış edir.
Respublikada özəl sektorun effek-
tiv fəaliyyət göstərməsi və ümumi
məhsulun 80%-dən çoxunun onun
payına düşməsi də uğurdur. Müqayisə
üçün deyim ki, SSRİ-nin süqutu-
na qədər özəl sektorun payı 1%-i
ötmürdü. Özəl sektorun bu günkü
böyük payı cəmiyyətimizdə iqtisadi
dəyişikliklərin miqyasından, yeni tip
iqtisadi düşüncənin formalaşmasından,
bazar münasibətləri prinsipləri üzərində
inkişaf edən yeni iqtisadi sistemdən,
həmçinin bacarıqlı dövlət tənzimindən
xəbər verir. Biz dünya inteqrasiya pro-
sesinin bir hissəsi olsaq da, Azərbaycan
bu gün müstəqil iqtisadi siyasət yeridir.
CE: Dünyanın müasir geosiyasi
xəritəsində Azərbaycan bu gün hansı
yeri tutur? Azərbaycan üçün bu gün
hansı inkişaf vektorları əsasdır?
Ziyad Səmədzadə:
Bu gün bölgədə
heç bir strateji proqram Azərbaycanın
iştirakı olmadan həll olunmur. Beynəlxalq
təşkilatlar və yüksək inkişaf etmiş ölkələr
qlobal iqtisadi proseslərdə Azərbaycana
əlahiddə rol verirlər.
Azərbaycan böyük ölkə deyil, ancaq
dünya neft siyasətində onun çox böyük
rolu var. Bilirsiniz ki, enerji ehtiyatları-
mızın daşınmasının bir neçə marşrutu
Avropa ilə bağlıdır. Bu yolla Azərbaycan
Avropanın enerji təhlükəsizliyi problemi-
nin həllində iştirak edir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri üç
dənizi birləşdirir. Türkiyə, Gürcüstan,
Bolqarıstan, Rumıniya, İtaliya, Fransa,
Almaniya, Polşa, Çexiya, Baltikyanı
dövlətlər və digər başqa ölkələr
Azərbaycanla effektiv əməkdaşlıqda
maraqlıdırlar.
İxrac-idxal əməliyyatlarında müsbət
saldo müşahidə olunur. Düzdür, obyektiv
səbəblərdən burada neft faktoru domi-
nantlıq edir, ancaq bizim real şans-
0
20
40
60
80
100
EKSKLÜZİV
•
34
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
larımız var ki, tendensiyanı qeyri-neft
sektorunun xeyrinə dəyişək.
Yekun olaraq qeyd etmək istəyirəm
ki, bizim ölkəmiz qlobal inteqrasiya
proseslərində daim artan rol oynayır.
Xüsusilə də, nəqliyyat dəhlizləri, neft və
qaz marşrutları istiqamətində. Bu gün
Azərbaycan qaz və digər enerji ehtiyat-
larını ixrac edən ölkədir.
CE: Azərbaycanın inkişafı üçün
hansı sahələr prioritetdir?
Ziyad Səmədzadə:
İnkişafın hər bir
tarixi mərhələsinin öz prioritetləri var.
Şərtsiz olaraq, inkişafın indiki mərhələsi
üçün prioritet yanacaq-energetika
kompleksidir. Burada biz yeni texnoloji
nailiyyətləri nəzərə almaqla neft emalı
sənayesini modernləşdirməliyik.
Neft fondunun vəsaitlərindən effektiv
istifadə də prioritet istiqamətdir. Qeyd
etmək istəyirəm ki, ölkədə neft fondunun
idarə olunmasının güclü sistemi yaradı-
lıb. Bu vəsaitlərdən istifadənin şəffaflığı
təmin olunub, strateji məsələlər üçün
neft pullarından istifadənin, həmçinin
erməni işğalından zərər çəkən qaçqınla-
ra sosial kömək proqramlarının strukturu
dəqiq müəyyənləşib.
Həmçinin, qeyri-istehsal sahələrinin,
xüsusilə də əhaliyə xidmətlə bağlı
olan sahələrin inkişafı planlaşdırı-
lır. Yaxın zamanlarda Azərbaycan
bölgənin yüksək inkişaf etmiş turist
mərkəzlərindən birinə çevriləcək. Bu
məqsədin reallaşdırılması üçün müva-
fiq proqramlar qəbul olunur.
İnformasiya texnologiyalarının inten-
siv inkişafı da prioritet istiqamətlərdəndir.
Bizim apardığımız hesablamalar göstərir
ki, ümumi daxili məhsulda informasiya
texnologiyalarının payı ildən ilə arta-
caq. Azərbaycanın özünün xüsusi peyki
olacaq. İnformasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində daim
yeni texnoloji proseslərlə təchizat gedir,
kompyuterləşmənin səviyyəsi artır, bir
neçə mobil rabitə operatoru fəaliyyət
göstərir.
Gəncə Maşınqayırma Zavodunun
misalında əmin ola bilərsiniz ki,
başqa ölkələrlə əlaqələr necə effektiv
səviyyədə təşkil olunub. Zavod uzun
illər dayanmışdı. İndi isə burada trak-
torlar, maşınlar, mexanizmlər və kənd
təsərrüfatı üçün digər texnikalar buraxı-
lır. Bu, bizim imkanlarımız nəzərə alın-
maqla sənayenin inkişafının düşünül-
müş siyasətinə konkret nümunədir.
Mən demirəm ki, problemlərimiz yox-
dur. Buraya məhsulun effektivliyinin və
keyfiyyətinin, balanslaşmanın artırılması,
material tutumunun azaldılması, bizim
məhsullarımızın dünya bazarında rəqabət
qabiliyyətinin təminatı problemləri daxildir.
Hazırda biz milli sərgilər təşkil edirik və
ilk bu cür sərgi Özbəkistanda təşkil olun-
maqla iqtisadi dəyişikliklərin miqyasını və
imkanlarını nümayiş etdirib.
Bir sözlə, 20 il ərzində Azərbaycan
nəhəng uğurlara nail olub. Maliyyə
sistemlərində böyük çətinliklər hiss
edilən bir çox ölkələrdən fərqli olaraq,
Azərbaycan bu illəri strateji proqram-
ların uğurlu reallaşdırılması ilə başa
vurur. Bu, büdcə sisteminə, xüsusilə də
büdcə siyasətinin sosial aspektlərinin
xüsusiyyətlərinə də aiddir. Siz bilirsi-
niz Avropa ölkələrində - Yunanıstan,
İtaliya, İspaniya, Portuqaliyada dövlət
0
10
20
30
40
50
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
EKSKLÜZİV
•