215
Birinci addımın uğuru...
(son söz)
Qələm dostum Avşar Eyvaz “Həyatın rəngi” adlı kitabının siqnal
variantını mənə verib rəy
—“son söz” yazmağımı xahiş edəndə bir az
tərəddüd etdim. Bu kitaba ürəklə çox gözəl bir ön söz yazmış ustad
sənətkar, eloğlumuz Ənvər Əhməddən sonra əlavə sözə ehtiyac qalmırdı.
Lakin A.
Eyvaz çox təkidlə, ərklə söylədi ki, son səhifələri sənin üçün,
sənin dəyərli fikir və ideyaların üçün ağ saxlamışam... Razılaşdım...
Avşar Eyvazı
xeyli müddətdir ki, tanıyıram. Onun şeirə, sənətə
məftunluğundan doğan bir könül yanğısını hiss etmişəm və ədəbi uğurlarına
görə hər görüşümüzdə mülahizələrimizi bölüşmüşük. Söhbətlərimiz zamanı
özündən əvvəlki söz adamlarına, tanınmış ədəbi simalara qarşı
tutduğu
aqressiv mövqeyi ilə razılaşmadığım vaxtlar da olub
Ədəbiyyata gələn yaradıcı şəxsin özünə inamı çox vacib şərtlərdən biri
və
bəlkə də, mən deyərdim, ən birincisidir. Əlinə qələm alanın özündən
əvvəlki nəslə yanaşmasında bir ədalət prinsipi və bir məsuliyyət
hissi
olmalıdır. Lakin özünə olan inam özünə vurğunluqla əvəzlənəndə hər hansı
bir istedad sahibi yarı yolda qalır, öz poeziya rübabını sonacan dilləndirə
bilmir. Bu isə həyatın təbii bir qanunauyğunluğu ilə bağlıdır.
Avşar Eyvazın yaradıcılığında olan vətənpərvərlik ruhu ilə bərabər incə
bir lirizm də yer tutur. Müəllifin üz tutduğu hər hansı
bir mövzunun poetik
həllini ustalıqla verə bilməsi çox təqdirəlayiqdir. Müəllifin oxucuya aşılamaq
istədiyi məramı aydın, rəvan bir dillə çatdırmağı sözün imkanlarından
yaradıcılıqla yararlanması və ondan bəhrələnməsi sənətin tələblərindən doğan
ilkin şərtlərdən biridir.
Redaktoru olduğum
“Tərəkəmə” qəzetinin səhifələrində A.
Eyvaza yer
ayıranda, onun istedadına və gələcəkdə yaxşı bir şair olacağına inanmışam.
Elə bu anlarda ürək