www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
53
53
53
edilmiş kino əsərləri xatırlayaq. Yeri gəlmişkən, bu, tipik
azərbaycanlı gəncinin düşüncəsi idi: əslində isə o epizodda
Vətən, torpaq üçün, yaxud Qarabağdan, Ağdamdan ötrü
"canım qurban" deyə bilərdi.
Düzdür, film yaradıcıları erməni əsir qadını epizodunda, -
özlərini sığortalayaraq, - ―Drakon‖un dilindən bu sözləri də
söyləməyi unutmurlar: "Mən arvadlarla döyüşmürəm..."
Amma müharibə müharibədir və onun öz həqiqətləri,
reallıqları, dəhşətləri, ağrıları, acıları var. Məlumdur ki, bəzi
hallarda hər iki tərəfdən əsir alınmış nəinki qadınlar və qızlar,
həmçinin əsgərlərin də seksual işgəncələrə, zorrakılığa məruz
qalmışlar: bu barədə yaxın keçmişimizdə çoxlu tarixi faktlar
var. Yanılmıramsa, başqa bir filmimizdə bizim qadınların
erməni vəhşiləri tərəfindən zorlanması faktı da göstərilib. Mən
hələ publisitik kitablarda, mətbuat yazılarında, sənədli və
televiziya filmlərindəki çoxsaylı faktları yada salmaq
istəmirəm.
Filmdə
―qarabağizm‖,
problemin
Ağdam
ilə
məhdudlaşdırılması anlaşılan deyil: məgər müharibədə
Qarabağdan olmayan, yaxud qeyri-ağdamlı şəhidlərimizin
sayı azdır?! Senarist olaraq A.Abbas da filmin əvvəlində
göstərir ki, Lənkərandan 25 nəfər könüllü Vətən uğrunda
canından keçmək üçün Ağdama gəlir. ―Drakon‖ ləqəbli obrazı
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
54
54
oynayan Rza Rzayevi, - yeri gəlmişkən, bu gənc aktyor, eləcə
də ―Pələng‖ rolunu oynayan Elvin Əhmədov kinomuz üçün
kifayət qədər yeni tapıntı sayıla bilər, - tutalım, elə öz ləhcəsi
ilə danışdırıb naxçıvanlı, ya da qubalı kimi göstərmək
olmazdı? Axı Qarabağ, Ağdam, işğal altında olan başqa
doğma torpaqlarımız yalnız orada doğulan, şəhid olan, yaxud
yaşayanların deyil, bütöv Azərbaycanın yaralı ürəyidir...
Ekran əsrindəki jurnalist obrazı natamamdır: halbuki o rolda
çox yaraşıqlı bir aktyor çəkilib. Bu obrazı daha da inkişaf
etdirmək mümkün idi, axı Qarabağ müharibəsi zamanı şəhid
olan jurnalist, qələm əhlinin sayı heç də az deyil?
―Drakon‖ obrazı bizim ―Rembo‖muz olmasa da, onunla bağlı
epizodlar tələsik çəkilmiş və sanki tamamlanmamış təsiri
bağışlayır: məsələn, İnterpolun axtardığı, Ağdam kəndlərində
soyqırım dəhşətlərinə başçılıq edən erməni terroristini
öldürmə səhnəsi çox zəif və aztəsirlidir. Halbuki onun başının
kəsilməsi səhnəsini verməmək şərtilə, daha maraqlı, ən azı,
hələ də müharibə şəraitində yaşadığımıza görə, ideoloji
obrazlılıqla göstərmək mümkün idi.
Heç şübhəsiz, ―Dolu‖ bizim yaxın keçmişimiz haqqında bir
ideoloji filmdir və orada heç olmasa, pafosa, milləti iki yerə
parçalayan ideoloji-siyasi yanlışlığa yer vermək lazım deyildi.
Xalq artisti Fuad Poladovun ustalıqla yaratdığı raykom
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
55
55
55
katibinin respublikanın ozamankı rəhbərliyinə qarşı ―qiyamı‖
inadırıcı görsənmir. Nəzərə almaq lazımdır ki, o vaxtlar
respublikamızda indiki imkanlar yox idi, üstəlik bir sistemdən
ayrılıb, digərinə ―oturuşmamışdıq‖ hələ: Azərbaycan bir neçə
istiqamətdə savaşa girişmişdi, ən azından hakimiyyət uğrunda
çoxsaylı siyasi oyunlar gedirdi. Belə bir şəraitdə 20-25 il
bundan əvvəlki hadisələrə bugünkü baxışla qiymət vermək nə
qədər düzgündür? Filmə baxan zaman belə bir fikir yaranır:
güya rəsmi qurumlar heç bir iş görmür, müdafiə nazirliyi və
Milli Ordu bilərəkdən Ağdamı ermənilərə təslim edir, xalq
hərəkatı lazımsızdır, Qarabağ - Ağdam uğrunda yalnız lotular,
həbsxanada oturanlar vuruşur.
Erməniləri unudub, düşməni öz aramızda axtarmaq nə qədər
düzgündür?! Ermənilərə o illərdə, yazıçının da vurğuladığı
kimi, sovet-rus ordusu və dünya terroristlərinin ən
tanınmışları yardım edirdi, yazıq azərbaycanlılar isə obrazlı
ifadə etsəm, sıravi insanların umidinə qalmışdı. Film rejissoru
nədənsə bu incəlikləri unudur sanki.
Təkrar etməyə məcburam: "Dolu", söz yox, "Hərb və sülh"
filmi deyil, fəqət, Qarabağ müharibəsi, erməni işğalı yalnız
Ağdamla məhdudlaşmırdı, kinoda isə şərti olaraq ―ağdamizm‖
saydığım baxış çox güclüdür. Belə çıxır ki, o zamanlar
Azərbaycan dövləti, o cümlədən xalqımız Ağdamı sadəcə
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
56
56
hadisələrin ixtiyarına buraxmışdı. Axı elə deyildi axı: ən azı
bunu o rayonun bir çox kəndlərinin işğaldan qorunduğu faktı
sübut edir. O vaxtlar Azərbaycanın hər yerindən Qarabağ
müharibəsinə insanlar axışır, ərzaq, silah, texnika alınıb
göndərilirdi...
Təəccüblüdür, filmdə gender balansı pozulub: amma bir
balaca yaddaşımızı silkələsək, Qarabağ və Ağdam uğrunda
savaşa çıxan nə qədər igid qız-gəlinlərimiz, tibb bacılarımız,
xanım həkimlərimiz vardı, onların ―haqqını kəsmək‖ nə qədər
düzgündür? Bir obrazı çıxmaq şərtilə, qadınlarımız yalnız
öldürülür, ya da acıları görüb fəryad qoparanlar kimi
göstərilir...
Film Ağdam şəhərinin ermənilərin işğalı ilə bitir və axırda
müəlliflər ruhları zəbt olunmuş torpaqlara yollamaqla ideoloji
vəzifəsini bitmiş hesab edir. Üstəlik də əsas qəhrəmanların
hamısı həlak olur. Ağdamın yarısı bizdədir, zənnimizcə,
filmin sonluğu Ağdamın hansısa kəndinə real hücumuyla
bitsəydi, daha effektli, təsirli, necə deyərlər, "hərbi-
vətənpərvərlik ruhunda‖ alınardı. Axı bu sənədli film deyil,
bədii ekran əsəridir: arzuları obrazlı formada verməkdə
çəkinmək lazım deyildi.
Bütün sadalanan cəhətlərinə baxmayaraq, "Dolu" maraqlı bir
ekran əsəri, savaş filmi və yaxın tariximizi özündə əks etdirən
Dostları ilə paylaş: |