www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
45
45
45
yazıçıları tərəfindən artıq inhisara alınmış bir estetik-bədii
sahədə özünün məhsuldar yaradıcılıq yolunu sala bildi, dünya
oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv
əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat
meydanında, eyni zamanda qlobal çap-nəşriyyat biznes
sahələrinə çıxış əldə etdi. Yazıçının dünyanın 40-dan çox
ölkəsində nəşr olunan əsərləri, əksər ölkələrdə milyon
nüsxələrlə satılan kitabları və oxucular tərəfindən diqqətlə
qarşılanan imzası dünyada Azərbaycanı, milli-mənəvi
varlığımızı piar – təbliğ edən əsl qlobal kbrendimizə çevrilib.
Azərbaycan – müsəlman yazıçısı olaraq bütün sadalanan ağrılı
problemlərə sinə gərən bir yazar kimi Çingiz Abdullayev
titanik kreativ əməyi nəticəsində millətimiz, dövlətimiz üçün
bu qədər iş görürsə, onun kimi milli sərvətimizə - insan
kapitalımıza dəyər verməmək, gənc nəslə nümunə
göstərməmək mümkündürmü!?
Siyasi, eləcə də xəfiyyə detektiv kitablarındakı silsilə
romanlarında yazıçı çağdaş həyatımızın kriminal nəbzini
tutmağı bacarır: baş verən siyasi-sosial olaylara müəllifin
özünəməxsus baxış bucağından nəzər salır və geniş mənada
bu mürəkkəb hadisələrin arxasındakı böyüklü-kiçikli, milli,
yaxud qlobal səbəbləri, motivləri, problemləri, hətta nəticələri
görür. Çox hallarda isə ustad detektivin romanları bu
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
46
46
proseslərin əsl mahiyyətini, əsas səbəblərini öyrənmək
baxımından
oxucuları
üçün
əsl
kriminal-ədəbi
ensiklopediyaya çevrilir. Yaradıcı insanın dəqiq-intiutiv
proqnozlarının hətta reallıqda da – kriminal proseslərin
əsərdən başqa, həm də yaşadığımız günlərdə də inkişafi
baxımından (Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik
və Daxili İşlər nazirlikləri tərəfindən ifşa olunan müxtəlif
silahlı dəstələr, ölkəmizdə və xaricdə baş verən hadisələr
barədə ölkə mətbuatında gedən məlumatları xatırlayaq) Çingiz
Abdullayevin qələmindən çıxan bu detektiv romanları əsl
ədəbi-dövrü hadisə də saymaq olar. Ən azı ona görə ki, bu
olaylar yaşadığımız mürəkkəb, qarmaqarışıq, ictimai-sosial
proseslərin sürətlə dəyişdiyi bir dövrün ―məhsul‖udur, istər-
istəməz biz də onun ya aktiv, ya da kənardan müşahidə edərək
heyrətlənən müşahidəçiləri, bəzi hallarda isə iştirakçılarına
çevrilirik.
Baş qəhrəmanı Dronqo olan, eləcə də başqa silsilə detektiv
romanları klassik siyasi-kriminal detektiv janrın tələblərinə
uyğun yazan Çingiz Abdullayev, bu əsərlərdə dramatik süjet
xətti, kriminal faktların çoxluğu, şər və xeyir qüvvələrin
qarşılıqlı mübarizəsi, cəmiyyət ilə ayrı-ayrı fərdlərin, dəstə və
qrupların, klan və beynəlxalq terrorçu şəbəkələrin münaqişəsi,
intriqalar, real həyatdan götürülmüş hadisələr, bir sözlə,
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
47
47
47
oxucunu əvvəldən axıra qədər gərginlikdə saxlayır. Müəllifin
öz dəst-xəttilə əsərlərində yaratmış olduğu müxtəlif dolğun
surətlər, eləcə də çoxsaylı köməkçi obrazlar, cani dünyasının
incəlikləri, mütəşəkkil cinayətkar dəstələrin iş prinsipləri,
hüquq-mühafizə qurumlarının, digər dövlət təşkilatlarının
apardığı mübarizə metodları, cinayətkarların psixoloji
xarakterik xüsusiyyətləri kimi ənənəvi cəhətlərlə bol olan bu
detektiv zəmanənamələrə maraq heç vaxt zəifləmir. Yazıçı
tərəfindən işıqlandırılan hadisələrdəki real sübutlar, dəlillər,
faktlar, həmçinin, məhkəmə-istintaq materialları ilə zəngin,
üstəlik də ictimai təhlükəli qüvvələrə, mənfi ünsürlərə qarşı
amansız
mübarizəyə başlamış rəsmi hüquq-mühafizə
strukturlarında çalışan peşəkarların iş üslubu Çingiz
Abdullayevin yaradıcılığına ədəbiyyatsevərlərin marağını hər
zaman təmin edir...
Çingiz müəllim bir neçə vaxt bundan əvvəl bildirmişdi ki,
yaradıcılığının yeni mərhələsində tarixi və intellektual, bir
qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularını təəccübləndirəck.
İnanırıq ki, bu mərhələ tezliklə başlayacaq və sevimli
yazıçımız çağdaş ədəbiyyatımızı zənginləşdirən əsərlərlə
oxucularımızın zövqünü oxşayacaq...
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
48
48
Kulturoloji kinoresenziya
"Dolu" bədii filmi: fərqli kino, yoxsa...
Tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbasın son illər
ədəbiyyatımızın uğurlu nümunələrindən hesab olunan "Dolu"
romanı, həqiqətən, məmləkətimizin maştabında əsl ―dolu‖
sənət əsəri sayılar bilər. Onun ekran həllini səbirsizliklə
gözləmiş sənətsevərlər isə indi müqayisə aparmaq, polemik
fikirlərini bölüşmək imkanı qazanıblar.
Axı Qarabağ münaqişəsi həll olunmayıb, doğma torpaqlarımız
hələ geri qaytarılmayıb, heç Aqil Abbas da bu ağrılı mövzuda
yazıb-yaratmağa son qoymayıb: Nizami Kino Mərkəzindəki
media və ziyalılar üçün keçirilən filmin təqdimatı zamanı
yazıçının yeni kitabını da buna sübut kimi göstərmək
mümkündür...
Ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan
Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu olan, əsas
rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad
Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı və başqa
Dostları ilə paylaş: |