Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   2   3   4   5   6   7   8   9   ...   30

despotizminə qarşı qoyulmuşdur. 
"Hamlet" faciəsi həyatı  dərk etmə, anlama faciəsidir. 
Hamleti Elsinorda baş vermiş hadisə - atasının 
öldürülməsi, anasının tezliklə əmisinə ərə getməsi o qədər 
də düşündürmür. Onun fikrinin mayası dünyada baş alıb 
gedən  ədalətsizlik, haqsızlıqdır. O, Layertdən fərqli olaraq 
humanistdir. Hamlet atasının intiqamını almaqda ləngiyirsə, 
bu onun acizliyinə  dəlalət etmir. Faciənin başqa 
personajları Ofelya, Layert, Fortinbransın da taleyi 
Hamletinkini xatırladır, onların da ataları öldürülüb. Bu da 
cəmiyyətin özünü səciyyələndirir. 
"Otello" faciəsi Cerald Çintionun "Venesiya mavrı" 
novellasının motivləri  əsasında yazılmışdır.  Əsərdə 
Otellonun məhəbbəti, Dezdemonanın və Otellonun faciəvi 
ölümü ictimai zəmində verilmişdir. Otello böyük 
şəxsiyyətdir, öz qəhrəmanlığı  nəticəsində  cəmiyyətdə  ən 
yüksək rütbəyə  gəlib çatmış, general olmuşdur. Həyatın 
ən ağır  əzab və  işgəncələrinə dözmüş Otello öz insanlıq 
ləyaqətini, nəcibliyini qoruyub saxlaya bilmişdir. 
Xeyirxah mavr ağıllıdır, vicdanlıdır, fəaldır. Renessans 
dövrünün adamının bütün gözəl xüsusiyyətləri Otellonun 
şəxsiyyətində  cəmlənmişdir. Venesiya senatorunun qızı 
Dezdemona Otellonu məhz bu xüsusiyyətlərinə görə sevir, 
onun ləyaqətini qiymətləndirə bilir. Dezdemona ilə 
Otellonun izdivacı gözəl hisslər, təmiz məhəbbət üzərində 
qurulmuşdur. Dezdemona Otelloya ərə getməklə  təkcə öz 
ailəsinə qarşı  çıxmır, o bütün cəmiyyət qanunlarina qarşı 
üsyan edir. 
Dezdemona Şekspirin qadın obrazları içərisində ən parlaq 
surətdir. O, cəsarətli olduğu kimi incə, zərif, sadiq, 
itaətkar qadındır. Otello təbiətcə  qısqanc deyil. Onda 
yaranan bu hissin səbəbi Dezdemonaya -insana olan 
inamın qırılmasıdır, aldandığını  zənn etməsidir. Otello 
Dezdemonanı  dərin məhəbbətlə, kövrək bir hisslə sevir
hətta onu öldürmək istədiyi anda belə düşünür ki, ədalət 
naminə bunu etməlidir. Otello Yaqonun hiyləsinin qurbanı 
olur. Yaqo yüksək rütbəyə çatmaq istəyir, Otelloya həsəd 
aparır, onun əli  ilə Dezdemonanı öldürtdürür. O, hər nəyin 
bahasına olursa-olsun, başqalarından üstün olmağa çalışır. 


Yaqo ağıllı, çevik, qabiliyyətlidir, lakin onun bütün bu 
xüsusiyyətləri çirkin əməllərini həyata keçirmək işinə 
yönəldilmişdir. 
"Kral Lir" faciəsinin mövzusunu Şekspir Hellinşedin 
xronikalarından götürmüşdür. Bu rəvayətdə Lir və Kordeliya 
uzun kəşməkeşlərdən sonra qalib gəlir və mükafatlandırılır, 
sərbəst həyat keçirir, varlı yaşayan cəmiyyətə qovuşurlar. 
Şekspirin  əsərinin qəhrəmanları isə onları  əhatə edən 
cəmiyyətdən daha yüksəkdə durur, onun mənəvi-əxlaqi 
dəyərini, ideallarını  rədd edirlər.  Şekspir bu süjetə  təlxək 
obrazını da əlavə etmişdir. Bu əsərdə biz iki Lir görürük. Nə 
qədər ki, Lir taxt-tac sahibidir, o zülmkardır, sərtdir, 
qəzəblidir, feodal əxlaq normalarından çıxış edir. O, qızlarını 
məcbur edir ki, yalan desinlər, onu tərifləsinlər. Qızlar da 
ataları kimi zalımdırlar. Lakin bu sərtliyə xəsislik do, hiylə 
də əlavə olunmuşdur. Atalarında isə bu keyfiyyət yoxdur. 
Kordeliya bir humanist kimi yeni dövrün adamıdır. 
Kordeliya atasının qəzəbinə düçar olub, varislik 
hüququndan məhrum olacağını gözünün qabağına gətirsə 
də, yalan danışa bilmir, atasını yalnız bir övlad məhəbbəti 
ilə sevdiyini boyan edir. Lakin əsl hiss elə məsum qadının 
qəlbində imiş. Atası ondan üz döndərsə  də, onu hər 
şeydən məhrum etsə  də, o yenə atasını  dərin, incə bir 
məhəbbətlə sevməkdə davam edir. Kordeliya özünün 
saxtakar, ikiüzlü bacılarından fərqli olaraq səmimidir, 
doğru söz deməkdən çəkinmir. O, öz atasını  həqiqətən 
sevir, hətta atasının ona qəzəblənməsindən  əsla incimir və 
Lirin ən ağır günündə qolundan tutur. 
İkinci Lir əsl insandır!  Əsərin axırında çətinliyə 
düşdükdə, təhqir olunduqda, xalqın acınacaqlı  vəziyyətini 
gördükdə, onda bu vaxta kimi gizli qalmış yüksək insani 
keyfiyyətlər baş qaldırır. O, öz həyat yolunu gözü önündən 
keçirir, həyatı, cəmiyyəti dərk edir. Bu əsərdə  Şekspir 
müxtəlif ictimai qrupların bir-birindən fərqləndiyini 
göstərir.  Əsərdə köhnə  cəngavərlik  şərəfini qoruyanlar - 
Lir, Qloster, Kent, Olbeni və burjua mənəviyyatını  təmsil 
edənlər - Qoneril, Reqan, Edmund, Kornuol təsvir 
edilmişdir. Bu iki dünyanın nümayəndələri arasında qızğın 


mübarizə gedir. Şekspir göstərir ki, Lirin gücü, qüdrəti 
onun kral titulunda deyil, dövlət, torpaq sahibi 
olmasındadır. O, təkcə kral titulu ilə kifayətlənib öz 
torpaqlarını  qızları arasında bölüşdürdükdən sonra 
qüvvədən düşür. Malikanələri, torpaqları  əlindən çıxmış 
kral dilənçi halına düşür. Ancaq Kent, qızı Kordeliya və 
təlxək axıra kimi Lirə sadiq qalırlar. 
Faciədə  təlxəyin xüsusi rolu var. O, öz acı sözləri və 
atmacaları ilə insanlar arasında olan münasibətin 
mahiyyətini açıb göstərir. Qlosterin taleyi Lirin taleyindən 
daha dəhşətlidir. Qeyri-qanuni doğulmuş  oğlu Edmund 
atasına qarşı çıxır, qardaşı Edqarı və atasını sürgün edir. 
Əsərin sonunda xeyir qüvvələr şər qüvvələrə qalib gəlir. 
"Maqbet" faciəsi R.Hollinşedin "İngiltərə, Şotlandiya və 
İrlandiya xronikaları"  əsəri  əsasında yazılmışdır. Maqbeti 
qatil və zalım edən cəmiyyətdə insanlar arasında mövcud 
olan ziddiyyətlərdir. Maqbet özünün gücünə, qabiliyyətinə 
və bacanağına inanır. Lakin o, eyni zamanda əmindir ki, 
bütün bu üstünlüklərinə baxmayaraq, özünə layiq 
mənsəbə-titula çatmamışdır, odur ki, məqsədinə yetmək 
üçün cinayətə əl atır, qan axıdır. Əsərin əvvəlində Maqbet 
tamaşaçılara  Şotlandiyanm düşmənlərinə qalib gəlmiş, 
cəsur və xoştəbiətli sərkərdə kimi təqdim edilir. O, 
qəhrəmanlığına görə  şöhrət qazanmışdır. Maqbetin 
hərəkətlərində daima xeyirlə  şər bir-birini əvəz edir. 
Cadugər bacıların söylədikləri onun qara fikirlərinə təkan 
verir. Elə bil ki, cadugərlər Maqbetin özünün arzularıdır - 
dil açıb danışırlar. Maqbetin cinayətləri öz iradəsinin 
bəhrəsidir, fövqəladə bir qüvvənin təsiri deyil. Maqbet heç 
bir çətinlikdən qorxmur, onu lərzəyə  gətirən yeganə  şey öz 
vicdanıdır. Dunkanı öldürdükdən sonra daima əzab çəkir. 
Ledi Maqbet öz ərini dahi hesab edir. O istəyir ki, əri 
Şotlandiyanın kralı olsun. Maqbet mənəvi sarsıntılar 
keçirərkən arvadı daima ona arxa olur. Ledi Maqbetin 
fikrincə, insan əllərinin qanını yuyan kimi cinayət yaddan 
çıxacaq. Lakin bu mümkün olmur. Maqbetin ölümündən 
sonra o da özünü öldürür. 
Şekspir yaradıcılığının üçüncü dövründə yazılmış 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə