ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Vəhhabilərin siyasi və hərbi tədbirlərinin araşdIrIlmasI



Yüklə 5,57 Mb.
səhifə39/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   34   35   36   37   38   39   40   41   42

Vəhhabilərin siyasi və hərbi tədbirlərinin araşdIrIlmasI


Keçən fəsillərdə qeyd olundu ki, vəhhabilər təəssübkeş bir firqə kimi hənbəli firqəsindən ayrılmışdılar. XII hicri əsrinin əvvəllərindən etibarən tədricən Ərəbistanda özünün əsl inkişafına Nəcd ərəblərinin arasında başladı və Nəcddən başqa Hicaza da hakim kəsilə bildi.

Həmçinin deyildi ki, vəhhabi ayini özünün fikir və əqidələrini Əhməd ibn Hənbəlin (IV hicri əsrində yaşamışdır) təlimlərindən almışdır. O, öz əqidə və fikirlərini yaymaq üçün İbn Teymiyyənin, İbn Qəyyimin və İbn Əbdül-Hadinin səylərindən lazımi qədər istifadə etdi. Xüsusilə, Əhməd ibn Hənbəlin təlimlərindən qaynaqlanan təəssübkeş nəzərləri nəzərə almamaq olmaz.

Məhəmməd ibn Əbdül-Vəhhabın Ərəbistanın siyasi səhnəsinə gəlişi ilə bütün islami firqələrə, xüsusilə şiələrə qarşı olan kəskin mövqeləri artmağa başladı və Məhəmməd ibn Əbdül-Vəhhab vəhhabiliyin banisi sayıldı.

Həmçinin deyildi ki, vəhhabilər İngilis kimi istismarçı dövlətlərin əlində bir vasitə olmaqdan əlavə, onlar geniş Osmanlı imperiyasını məhz bunun vasitəsi ilə parçalamağa başlamışdılar. Bu da müsəlmanlar arasındakı vəhdəti zəiflətmək və onların arasına təfriqə salmaqdan başqa bir məqsəd güdmürdü və istismarçıların mənafeyi istiqamətində idi.

Azğın vəhhabi firqəsinin ilkin yaranış yeri olan Ərəbistanın Nəcd nahiyəsi siyasi və sitarateji cəhətdən, eləcə də bədəvi ərəblərin ictimai və siyasi görüşlərinin inkişaf etmədiyinə görə o firqənin Nəcd diyarında yaranıb inkişaf etməsinə şərait yaratdı və tədricən Ərəbistanın bütün məntəqələrinə doğru genişləndi.

Vəhhabilər öz bünövrələrini Nəcddə möhkəmlətdikdən sonra İraqa, Kərbəlaya, Nəcəfə hücum etdilər ki, onların törətdikləri cinayət və qətl-qarət hadisələri tarix mənbələrində gözəl şəkildə nəzərə çarpır. Bu fəsildə vəhhabilərin Nəcddən xaricdə hərəkat və faliyyətlərini açıqlamaqdan əlavə, XIII hicri əsrinin əvvəllərində Məkkə əmirinin apardığı mübarizələrə, onun müqəddəs Məkkə-Mədinə kimi yerlərə necə hakim kəsilməsi və orada törətdiyi cinayətlərə də işarə edəcəyik. Həmçinin onların İraqda, xüsusilə İmam Hüseynin (ə) mübarək hərəmində – Kərbəlayi-Müəllada törətdikləri cinayətləri və bu işlərin şiələrə göstərdiyi təsirləri açıqlayacağıq.

Buna əsasən, bu fəsildə əsl bəhsdən heç bir şey azaltmadan mövzuları iki hissədə araşdıracağıq. Birinci hissədə Şərif Qalibin vəhhabilərlə apardığı mübarizələr, onların Hacaza neçə hakim olmaları və Məkkəni, Mədinəni, Taifi işğal etdikdən sonra törətdikləri cinayətləri araşdıracağıq. Həmin tədbirlər və fəaliyyətlər sayəsində Məkkənin əmiri Şərif Qalibin vəhhabilərlə qarşılaşmaqda nə kimi işlər gördüyünü bəyan edəcəyik.

İkinci hissədə isə vəhhabilərin İraqda hərbi-siyasi nüfuzunun genişlənməsi, onların şiələrin müqəddəs şəhərlərinə – Kərbəla və Nəcəfə necə hakim olmaları, onların həmin yerlərdə törətdikləri cinayətləri, o yerlərə hücumlarının nəticələri və xarici aləmdə inikasını araşdıracağıq.

VƏHHABİLƏRin hüCumlarI və Səudilərin buna qarşı göstərdikləri reaksiyalar


Osmanlı xilafəti malik olduğu geniş ərazilərə görə onun davam gətirməsi şübhəli, süquta uğaraması isə çox da uzaq nəzərə gəlmirdi. X h.q əsrinin axırlarında və bütövlükdə XI əsrdə daxildə baş verən müxtəlif qiyam və hərəkatlar Osmanlı imperatorluğunu təhdid edirdi. Belə ki, bu təhdid XII h.q əsrinin əvvəllərində (XVII miladi əsri) Ərəbistan yarımadasını da əhatə etmişdir. Çünki bu nahiyə böyük imperatorluğun sərhədlərində dini-siyasi birliyin və müstəqil dövlətin olmamasına görə daha çox ixtilafa düçar olmuşdu. Məkkənin şərifləri Osmanlı Sultanı tərəfindən təyin olunurdu və onların qüdrət dairələri yalnız Hicaz idi. Sair nahiyələrdəki müxtəlif qəbilələr özlərini müstəqil şəkildə idarə edirdilər. Belə ki, Nəcran dərəsində və Yəmənin şimal sərhədlərində hökumət İsmaili məzhəblilərin və Mükrəmi xanədanın əlində idi, Zeydi məzhəblilər Yəmənin yüksəkliklərində, xəvaric Əmmanda, Bəni Xalid qəbiləsi Qətərin qərb nahiyələrində və Fars körfəzinin haşiyələrində hər biri müstəqil şəkildə hökmranlıq edirdi. Nəcddə Məsalex qəbiləsindən Səud xənədanı və Diriyyədə Ənzə ərəbləri mərkəzi hökumətin haşiyələrində özləri üçün bir hökumət yaratmışdılar.

Bir tərəfdən vahid hakimiyyət və müstəqil məzhəbin, başqa sözlə, siyasi-dini ittihadın olmaması, digər tərəfdən isə bağlılıq və eyni zamanda kəskin təəssüb əsasında qurulmuş qəbilə həyatı, mövcud şəraiti elə vəziyyətə salmışdı ki, sui-istifadəçilər ictimai və siyasi boşluqdan öz xeyirlərinə istifadə edərək özlərinin xüsusi hədəflərinə çatmaq üçün hər növ tədbir görməkdən çəkinmirdilər.

Əsas və diqqət yetirilməli məsələ İngilis istismarçılarının Fars körfəzi məntəqəsində yerləşməsi idi. Bu zaman ərzində onlar mühüm xarici bir amil kimi yalançı məzhəb ididaçılarını təşviq etməkdə daha təsirli idi.

Həqiqətdə elmi, ədəbi və iqtisadi dəyişikliklər renesans adı altında Avropada baş verdi. Sonralar texniki inqilab qalibində Avropada, xüsusilə İngiltərədə baş verən hadisələr istismarçı Britaniya dövlətini məcbur etdi ki, bir tərəfdən özünün istehsal etdiyi əmtəələrin satışı üçün münasib bazar yaratmaq, digər tərəfdən də yeni qurulmuş texniki zavodların xammalını əldə etmək üçün şərqə diqqət yetirsin. Buna görə də istismarçı hədəflər çərçivəsində Misir və Hindistanı diqqət mərkəzində saxlayaraq bu iki ölkəni sair şərq ölkələri ilə yanaşı istismar edirdilər.

Qoca istismarçı dövlət olan Britaniya Hindistan yarımadasında özü üçün böyük bir mənafe yaratmışdı və onun qorunması üçün özünün siyasi və ticarət rəqiblərinə, o cümlədən, Fransa, Rusiya və Osmanlı dövlətlərinə zərbə vurmaq, Fars körfəzində nüfuzunu genişləndirmək, qacarlar dövründə İranı zəiflətmək, digər tərəfdən də böyük Osmanlı imperatorluğunun daxilində iğtişaşlar törətməklə Osmanlı Sultanın əleyhinə müəyyən hərəkatlar yaratmaq kimi işlər onun daxildəki qüdrətini tənəzzülə uğradırdı.


MəKKə Əmirinin VƏHHABİLƏRlə aPardIğI mübarizə (1205-1220-Ci h.q)


Məhəmməd ibn Əbdül-Vəhhab XII hicri əsrinin əvvəllərində özünün vəhhabi məsləkini Ərəbistanın Nəcd diyarında təsis etdikdən sonra Diriyyənin hakimi və oranın qəbilə rəisi Məhəmməd İbn Səud ilə bir əhd-peyman bağladı. Bu müqavilə əsasında Məhəmməd ibn Əbdül-Vəhhab razılaşdı ki, vəhhabiliyi Ali-Səudun dini əsası qərar versin və bu yolda onların bütün təcavüzlərinə dini don geyindirsin. Bunun əvəzində də Məhəmməd İbn Səud vəhhabiyyəti himayə etməsini bildirsin.

İki Məhəmməd arasında yaranan siyasi-dini ittihadın ardınca Ali-Səudun hücumları dini pərdə altında başlandı. “Məhəmməd İbn Səud işin əvvəllərində öz hakimiyyəti dairəsində olan ərazilərin sərhədlərindəki nahiyələrə hücum etdi. Vəhhabi məzhəbinin yayılmasını əldə əsas tutaraq çöl ərəblərini hədəf qərar tutdu.”1 Sonra strateji əhəmiyyətə malik olan Riyaz şəhərinə hücum etdi, Ali-Səudla Riyazın əmiri arasında uzun müddətli çarpışmalar nəticə vermədiyi zaman tərəflər arasında sülh müqaviləsi bağlandı vəhhabiyyətin təbliğ olunması üçün mübəlliğlərin Riyaza göndərilməsinə şərait yarandı (1735-ci il). Sonrakı il Riyazın əmiri Ehsa Nəcranın əmirləri ilə təşkil etdiyi ittifaqda vəhhabiliyin təbliği ilə müxalifətə başladı. Digər tərəfdən Süleyman ibn Əbdül-Vəhhab da Nəcdin şəhərləri olan Hərimələdə vəhhabiyyətin əleyhinə müəyyən tədbirlər gördü.

Məhəmməd İbn Səudun oğlu Əbdül-Əziz Hərimələdəki qiyamı yatırtmaqla Riyaz əmirlərinin üçlük təşkil edən ittihadiyyəsini sarsıdaraq Nəcranın əmiri ilə əsirlər mübadiləsi etdi və Riyaz və Ehsanın ordularını məğlub etdi.

Vəhhabi qoşunları artmağa başlayan zaman bütün Nəcd diyarını işğal etmək fikri onların beynində dolaşırdı. Qeyd olunmalıdır ki, Hicaz və Məkkə şəriflərinin vəhhabiyyətin Nəcddə genişləndirilməsi və yayılması ilə əlaqədar vəziyyətini nəzərdən qaçırmaq olmaz. Möhsin Əl-Əminin “Kəşfül-irtiyab” kitabında yazdığına görə vəhhabi alimləri 1165-ci h.q ilində şərif Məsudun hökmranlığı dövründə, eləcə də 1195-ci h.q ilində şərif Əhmədin hökmranlığı dövründə Məkkə alimlərinin israrı ilə vəhhabilərlə elmi mübahisələr aparmağa məcbur oldular. Onların əqidələrinin batil olması sübuta yetdi və onlar həcc ziyarətinə getmə haqqından məhrum olundular.

Vəhhabilərin Nəcd diyarındakı əraziləri işğal etməsi Məkkə şəriflərini də qorxutmuş və onları vadar etmişdi ki, həmin nahiyələrdə baş verən xoşagəlməz hadisələri türk sultanına çatdırsınlar. Mühəqqiqlərin inancına görə, birinci dəfə vəhhabiyyətin və İbn Səudun xəbəri rəsmi şəkildə Osmanlı sarayına 1747-ci ildə çatmışdı. Bu xəbərin Ali-Baba çatması osmanlılarda vəhhabiyyətin inkişafının qarşısını alma fikirlərini canlandırdı. Amma 65 il çəkdi ki, osmanlılar vəhhabilərin əleyhinə hərbi tədbirlər keçirmiş olsun.

1765-ci ildə Məhəmməd İbn Səudun Diriyyədə ölümündən sonra oğlu Əbdül-Əziz onun canişini oldu. O, atasının həyatı dövründə ətraf məntəqələrə yeridilən orduya sərkərdəlik edirdi. O, öz qüdrətini möhkəmləndirmək üçün atasının dövründəki hücumları genişləndirdi, Nəcdin bir çox yerlərini işğal etmək, Ehsa və Qətifi ələ keçirməklə vəhhabiliyi Fars körfəzi sərhədlərinə qədər genişləndirə bildi.

Cənab Fəqihi vəhhabilərin Hicaz və Məkkə şərifləri ilə rabitələri barəsində belə yazır: “Vəhhabilər şərif Məsudun vəfatına qədər həcc əməllərindən mərhum idilər. Şərif Məsuddan sonra onun qardaşı şərif Müsaid ibn Səid Məkkənin əmiri oldu və vəhhabilər həccə getmək icazəsi almaq məqsədi ilə bir nəfəri onun yanına göndərdilər. Lakin o icazə verməkdən imtina etdi. (1186-cı h.q ilinə qədər bu minvalla davam etdi. Şərif Sərur əmisi Şərif Əhmədin yerində Məkkənin hakimliyini öhdəsinə alan vaxta qədər vəhhabilər həcc əməllərini yerinə yetirməkdən mərhum idilər.) Şərif Sərur vəhhabilərə Allah evini ziyarət etmək icazəsini bu şərtlə verdi ki, cizyə versinlər. Lakin onlar cizyə verməkdən imtina etdilər. Bu haqq 1202-ci h.q. ilinə qədər onlar üçün qalırdı. Lakin bu ildə Şərif Sərurun canişini Şərif Qalib həmin haqqı onlardan aldı və vəhhabilərin rəhbərləri Əbdül-Əziz ilə müharibəyə hazırlaşdı.

Vəhhabilərin Ərəbistan yarımadasına hücum etməsi və onların nüfuzları müqabilində bəzi qəbilələr tərəfindən müəyyən müqavimət və müxalifətlərin olmasına şahidik. Amma müxalif əmirlər arasında ittihadın və həmrəyliyin olmaması, vəhhabilərin hərbi cəhətdən üstün olmaları bütün ittihadiyyələri sarsıtmışdı. Belə ki, vəhhabilərlə müxalifət edən çoxlu qəbilələrin itaət etməyə başlamaları Əbdül-Əziz Səudinin hakimiyyət dairəsini Cəbəli-Şəmmərdən Fars körfəzi sahillərinə qədər genişləndirmişdi, Nəcd və onun ətraf məntəqələrindən malik olduğu iqtidarla yanaşı şərif Qaliblə Hicazda müharibə etməyə tam hazırlaşmışdı.

Bəzi mühəqqiqlər ingilislərin ifa etdiyi rol onların vəhhabiləri Şərif Qalibin əleyhinə müharibiyə təşviq etməsi ilə əlaqədar məkrli planlarını bəyan etmişdilər. Cənab Xalisi bu barədə belə yazır: “Onların (ingilislərin) müqabilində ciddi müqavimət göstərən onlarla sazişə yol verməyən əmirlərdən biriəmir Məsud ibn Səid ibn Zeyd, onun oğlu Əhməd nəvəsi Qalib idi. Onların hamısıMəkkənin şərifiadı ilə tanınırdı. Sonuncusu ingilislərin istəkləri müqabilində təslim olmadı. Bu nəticəsində vəhhabilər ingilislərin təhriki ilə şərif Qaliblə təqribən əlli dəfə müharibə aparmışdılar.”1

Buna əsasən, bir tərəfdən vəhhabilərin təcavüzkarlıq və işğalçılıq siyasətləri, digər tərəfdən də istismarçı İngilis dövlətinin məkrli planları onların zahirdə yeni ayinlərini təbliğ etmək və Hicaz əhalisinin vəhhabiyyətə yönəlməsi üçün bir amil olmuşdu. Lakin onlar batində özlərinin siyasi və iqtisadi hədəflərinə çatmaq üçün Hicaza qoşun yeridirdilər.

Vəhhabilərin Hicaza hücumlarının ardınca Məkkənin əmiri şərif Qalib onlarla müharibəyə hazırlaşdı ki, onları geri qova bilsin. Şafeilərin müftisi Əhməd Zeyni Dehlan vəhhabilərin Məkkənin əmirləri ilə apardığı müharibə barəsində belə yazır: “Şərif Qalib 1205-1220-ci h.q. illərində vəhhabilərlə əllidən artıq müharibə aparmışdı. Tərəflər arasındakı çarpışmaların ilk mərhələsi də doqquz il davam etdi və onların arasında on beş mühüm müharibə baş verdi, lakin işə birdəfəlik xitam verilmədi.”

“Tarixçeyi nəqd və bərrəsiye əmal və əqaidi vəhhabiha” kitabının müəllifi 1205-1206-cı h.q illərində baş verən müharibələr barəsində belə yazır: “Şərif 1205-ci h.q ilində altı yüz cəngavər və qardaşı Əbdül-Əzizlə, eləcə də bir neçə tayfa ilə birlikdə vəhhabilərlə mübarizəyə getdi. O, Əriqud-dəsəm adlı yerə qədər irəlilədi və Nəcd kəndlərindən bir neçəsini öz ixtiyarına keçirtdi. Həmçinin Ənizə, Bəsam qəsəbələrini mühasirə etdi və sonra qayıdaraq 1206-cı ildə qardaşı Əbdül-Əzizin sərkərdəliyi ilə yenidən bir qoşun təşkil etdi. Məqsədi də Əbdül-Əziz Məhəmməd ibn Səudun dininə yönələn qəbilələrlə mübarizə aparmaq idi. Bu müharibədə Türbət, Rinə və Bişəyə qədər irəlilərdi və bütün qəbilələri özünə itaətə vadar etdikdən sonra Məkkəyə qayıtdı.”

Müharibələrin ilk iki ilində şərif Qalib müəyyən qədər müvəffəqiyyətlər əldə edə bildi. Lakin (hərbi qüvvələrə kəskin ehtiyac duyulduğundan) həmin məntəqələrdə daimi qüvvələr yerləşdirmədiyinə görə qayıtmağa məcbur oldu və həmin məsələ, yəni hicazlıların sürətlə qayıtması da vəhhabilərin yenidən həmin məntəqələrə hakim kəsilməsinə səbəb olurdu.

Doktor Əmini şərif Qalibin həmin vaxt apardığı mübarizələr barəsində belə yazır: “1208-ci hicri qəməri ilində Osman Müzayiqinin sərkərdəliyi ilə bir ordu vəhhabilərlə müharibəyə göndərildi. İbn QeyhanƏqilanadlı bir yerdə qarşıya çıxdı Osman Müzayiqi ilə şiddətli müharibə apardı. Bu müharibə Osmanın qələbəsi ilə sona çatdı o, İbn Qeyhanın bütün dəvələrini müsadirə etdi. Lakin İbn Qeyhan yenidən hücuma keçib Osmanı məğlubiyyətə uğratdı. Amma öz dəvələrini geri ala bilmədi. 1209-cu ildə şərif Qalib digər bir qoşunla Əbdül-Müinin rəhbərliyi ilə vəhhabilərin təəssübkeş adamlarından olan Hadi ibn Qirmələ ilə müharibəyə hazırlaşdı. Əbdül-Müin onu təhdid etdiyinə görə Hadi qaçdı. Bundan sonra İbn Səudun tabeçilərindən olan İbn Qətnanın ardınca gedib onu öz sarayında mühasirə etdi sonra tutub şərif Qalibin yanına göndərdi. İbn Qətnan şərifdən onu əfv etməsini istədi. Şərif onu bağışlayıb azad etdi. Lakin öz şəhərinə çatan kimi düşmənə çevrilərək tüğyançılığa başladı. Əbdül-Müin bir nəfəri onu qətlə yetirməyə məmur etdi. O, İbn Səudun tabelərinin yığıldığı yerə getdi. Onlardan bir neçəsini öldürdü sonra Məkkəyə qayıtdı. 1210-cu hicri qəməri ilində şərif Qalib Seyyid Nasirin rəhbərliyi ilə bir qoşun hazırlayıb döyüşə göndərdi. Seyyid Nasir vəhhabilərlə apardığı müharibədə onlardan bir neçəsini öldürdü sağ-salamat qayıtdı. Yenidən Seyyid Fəhid ibn Əbdüllahın rəhbərliyi ilə bir qoşun hazırlayaraq vəhhabilərlə müharibəyə göndərdi, daha sonra Fəraşəyə tərəf hərəkət etdi İbn Qeyhanın rəhbərliyi ilə qəhtanilərdən bir qrupu ilə qarşılaşdı onlarla müharibə aparıb bir neçəsini öldürdü, mal-dövlətlərini müsadirə etdi. Sonra Qəhtan şeyxlərindən olan İbn Şəzirlə qarşılaşdı. Daha sonra bir neçə nəfəri Türbətdə saxladı özü qayıtdı. Bundan sonra Seyyid Nasirin sərkərdəliyi ilə böyük bir qoşun hazırladı. Onlar Şəmasa qədər irəliləyib gözlənilmədən vəhhabilərlə qarşılaşdılar. Tərəflər arasında qanlı müharibə baş verdi, çoxları öldürüldü Seyyid Nasir Məkkəyə qayıtdı. 1211-ci ildə Seyyid Fəhidin sərkərdəliyi ilə böyük bir qoşun təşkil etdi qoşunun bir bölməsini Firməyə göndərdi. Onların da bir neçəsi öldürüldü. Sonra vəhhabi ayinini qəbul etmiş olan Bəni-Hərb qəbiləsinə qəfil hücum etdilər, Rovğun-niama tərəf hərəkət etdilər. Burada Həcilaninin sərkərdəliyi ilə böyük bir iğtişaşçı qrupla qarşılaşdılar. Onların arasında şiddətli müharibə baş verdi tərəflərdən çoxu öldürüldü. Sonra Bəqərə adlı bir məntəqədə Hadi ibn Qərmələ ilə müharibə apardı. Onlardan bir neçəsini öldürüb əsir tutdu. Qərmələnin dəvəsini atını qənimət alıb Məkkəyə qayıtdı. Sonra şərif Qalibin onun üçün hazırladığı ordunun köməyi ilə Rinəni öz ixtiyarına keçirtdi. 1212-ci hicri qəməri ilində yenidən Seyyid Fəhidin sərkərdəliyi ilə bir ordunu Hərbdəki vəhhabiləri məğlub etmək üçün Əriqüd-dəsəmə göndərdi. Bu dəfə çoxlu qənimətlərlə qayıtdılar. Daha sonra Seyyid Mübarəkin sərkərdəliyi ilə bir qoşun hazırlandı. Hərb vəhhabilərinin bir qrupu Əl-elm adlı məntəqədə hücuma məruz qaldılar, Seyyid Mübarək onların mal-heyvanlarını qənimət aldı. Yol əsnasında qırx beş nəfər vəhhabi ilə rastlaşıb onları qətlə yetirdilər. Geri qayıtmaq istədikdə Şərif Qalib onların qayıtmaması əmrini verib onlara kömək etmək üçün Seyyid Sədin başçılığı ilə bir qoşun göndərdi. (Şərif Qalib Fəran məntəqəsində onlara qoşuldu Qəhtan”, “İbn Qərmələ”, eləcə Rinəqəbilələrinə hücum etdilər.) Şərifin qoşunu Rinəyə qayıdıb orada da döyüşdülər xurma ağaclarını kəsib məhv etdilər.”1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə