26
Ələt-Ləngəbiz qırıĢıqlıq zonasında, əsasən, Məhsuldar Qat çökün-
tüləri, onun ayrı-ayrı horizontları və Ağcagil çöküntüləri ilə kontakt
zonalarda, həmçinin Maykop (Umbakı sahəsi) çöküntülərindən sə-
naye əhəmiyyətli neft və qaz alınmıĢdır. Burada Çokrak çöküntü-
lərində neft-qaz təzahürləri qeyd edilmiĢdir. ġamaxı-Qobustanda
Mezozoy horizontunun qalxdığı sahələrdə (Səngəçal-Yavandağ,
DaĢmərdan-ġeytanud) üst TəbaĢir, həmçinin MQ çöküntülərinin
pazlaĢan lay dəstələrinin perspektivli olması söylənilir [1]. Çökmə
süxur kompleksinin 15 km-dən artıq yığıldığı AĢağı Kür çökək-
liyində Mezozoy-Paleogen kompleksinin çox dərində yatmasına
baxmayaraq, palçıq vulkanları materiallarına əsasən bu çökün-
tülərin də neftli-qazlı olması güman edilir. Bu çökəkliyin cənub-
qərb bortunda Məhsuldar Qat çöküntülərinin qumlu-alevritli Ģöbə-
lərinin pazlaĢdığı zonalarda neft-qaz yığımlarının olması da müm-
kündür. Belə ki, MQ-nin alt Ģöbələri Qərbi Xəzər dərinlik qırıl-
masına qədər tamamılə pazlaĢır və pazlaĢma xətti karbohidro-
genlərin generasiya oblastının sərhədi ilə üst-üstə düĢür [1].
Orta Kür çökəkliyində (Yevlax-Ağcabədi çökəkliyi, Kiçik
Qafqazönü monoklinal, Kür-Qabırrı çaylararası sahə) üst TəbaĢir,
orta Eosen, Maykop çöküntülərinin neftlı-qazlılığı müəyyənləĢdiril-
miĢdir. Çökəkliyin cənub-Ģərqində Muradxanlı, Zərdab sahələrində
üst TəbaĢir, orta Eosen, Maykop, Cəfərli sahəsində orta Eosen, Ģi-
mal-qərb hissələrdə, Qazanbulaq, Acıdərə, Naftalan, Tərtər və b.
sahələrdə, əsasən, Maykop çöküntüləri məhsuldar olmuĢdur. Dəli-
məmmədli, Qazanbulaq, Borsunlu, Acıdərə, Saryaldağ, Gödəkboz,
Naftalan, Tərtər sahələrində qazılmıĢ kəĢfiyyat quyuları orta Eosen
və üst TəbaĢir çöküntülərinin də yüksək perspektivliyə malik olma-
sını göstərmiĢdir. Tərtər sahəsində 152 saylı quyuda 2005-2315 m
dərinlik intervalında orta Eosen qatının terrigen-karbonatlı süxur-
larından 100-150 t/sut debitlə neft və külli miqdarda qaz alınmıĢdır.
Qazanbulaq sahəsində I mergel horizontunun (alt Eosen) yüksək
debitli neftliliyi (20-80 t/sut) qırıĢığın cənub periklinalında qazılmıĢ
quyularla təsdiqlənmiĢdir. 6 və 24 saylı quyuların debiti isə ilk
günlər 100-150 t/sut olmuĢdur [48, 53 ].
Qazanbulaq sahəsində 9 saylı quyuda Paleosen və üst TəbaĢir
27
çöküntülərinin kontaktından 500 t/sut baĢlanğıc debiti ilə neft fon-
tanı baĢ vermiĢdir. Sovetlər sahəsində 1 saylı quyuda 3900-3920 m
intervalında göstərilən kontakt zonasından 150 m
3
/sut flyuid alın-
mıĢdır ki, bunun 20 t-u neft olmuĢdur. 2 saylı quyudan isə 3919 m
dərinlikdə üst TəbaĢir çöküntülərindən 4000 m
3
/sut debitlə maye
fontanı baĢ vermıĢdir ki, (10 gündən sonra debit 500 t/sut düĢmüĢ-
dür) bunun 18 t-u neft, 20000 m
3
isə qaz olmuĢdur [52, 53 ].
Tərsdəllər sahəsində 4 saylı quyuda 3054-3111 m intervalda
üst TəbaĢir çöküntülərindən 160 t/sut debitlə neft alınmıĢdır. 1, 8, 9
saylı quyular isə orta Eosen çöküntülərinin məhsuldar olduğunu
göstərdi. Orta Kür çökəkliyinin bəzi sahələrində Miosen çöküntü-
lərində də neft-qaz yığımı müəyyənləĢdirilmiĢdir. Muradxanlı sahə-
sində Çokrak çöküntülərindən sənaye əhəmiyyətli neft, Kür-Qabırrı
çaylararası sahədə isə Sarmat horizontundan neft-qaz təzahürləri
alınmıĢdır.
Beləliklə, Kür çökəkliyinin neftli-qazlılığının üst Pliosen-üst
TəbaĢir (və daha dərin) mərtəbələrini əhatə etməklə, aĢkar edilən
lokal qalxımlarla və böyük ərazidə mövcud olan pazlaĢma zona-
larındakı tələlərlə əlaqədar olması gözlənilir.
Bütün bunlara baxmayaraq, Kür çökəkliyinin ayrı-ayrı sahə-
lərində yeni neft-qaz yataqlarının kəĢfi son dərəcə aĢağıdır. Belə ki,
1975-ci ildə Muradxanlı, 1983-cü ildə Tərsdəllər, 1984-cü ildə Cə-
fərli yataqları açılmıĢdır. Onlarla struktur üzərində qazılmıĢ quyular
isə məhsuldar olmamıĢ və həmin sahələri yeni yataqlara çevirə
bilməmiĢdir. Məsələn, Qərbi Qarasu, Qaralı, Ağaməmmədli, Hə-
sənli, Gödəkboz, Duzdağ, ġirinqum, Əmirarx, Babazənən, Padar,
Ağcabədi, Sovetlər, Beyləqan, Ağgöl və digər strukturlar buna
misal ola bilər. Bu faktlar, ümumiyyətlə geofiziki kəĢfiyyat iĢlərinə
diqqətin artırılmasını, emal, interpretasiya üsullarının təkmilləĢdi-
rilməsini, yeni texnologiyaların tətbiqini, çöl iĢlərinin aparılma
metodikasının dəqiqləĢdirilməsini, gefiziki, o cümlədən qravimet-
rik və maqnitometrik kəĢfiyyat üsullarının geoloji səmərəliliyinin
artırılması yollarının araĢdırılmasını ön plana çəkir.
28
FƏSĠL II
KÜR ÇÖKƏKLĠYĠNDƏ KƏSĠLĠġĠ TƏġKĠL EDƏN
SÜXURLARIN LĠTOLOJĠ-PETROFĠZĠKĠ
XÜSUSĠYYƏTLƏRĠ
Dağlararası Kür çökəkliyi sahələrində süxurların fiziki xüsu-
siyyətlərinin (əsasən sıxlıq, maqnit qavrayıcılığı, məsaməliyi) öyrə-
nilməsi qazılmıĢ quyulardan çıxarılmıĢ kernlər əsasında həyata ke-
çirilmiĢ və bir çox mənbələrdə göstərilmiĢdir (T.M.Salehli və b.,
1973, 1978, 1986) [6, 50].
Bu çökəklik müxtəlif geotektonik Ģəraitlərdə inkiĢaf etdiyin-
dən burada geniĢ çeĢiddə çökmə, vulkanik-çökmə, vulkanik və in-
truziv süxurlar kompleksinə rast gəlinir. Buna görə də, eyni forma-
siya daxilində müxtəlif petrofiziki xüsusiyyətlər müĢahidə olunur
və ya müxtəlif formasiyaların petrofiziki xüsusiyyətləri eyni olur.
Ümumiyyətlə, regionun geoloji kəsiliĢində Dördüncü dövr-
Yura yaĢlı süxurlar kompleksi açılmıĢ və öyrənilmiĢdir. Yura yaĢlı
süxurlar (vulkanogen) Saatlı və
Carlı sahələrində, TəbaĢir komp-
leksi (vulkanogen və çökmə) Orta və AĢağı Kür çökəkliklərinin
ayrı-ayrı sahələrində (Muradxanlı, Zərdab, Sovetlər, Beyləqan, Qa-
zanbulaq, Duzdağ, Qıraxkəsəmən, ġorsulu, Orta Muğan), Paleogen
çöküntüləri Orta Kür çökəkliyi
sahələrində, Neogen və Dördüncü
dövr çöküntüləri isə regionun bütün sahələrində rast gəlinir.
Yevlax-Ağcabədi, AĢağı Kür, ġamaxı-Qobustan çökəkliklə-
rində, Kür-Qabırrı çaylararası vadidə, Kürdəmir-Sabirabad, Biləsu-
var-Qaradonlu qalxım zonasında çoxsaylı quyuların qazılması ilə
bu sahələrin geoloji kəsiliĢini təĢkil edən süxurların litologiyası və
fiziki xüsusiyyətləri kifayət qədər geniĢ öyrənilmiĢdir.
2.1. Yevlax-Ağcabədi çökəkliyi
Bu çökəklik daxilində geofiziki üsullarla çoxsaylı strukturlar
müəyyənləĢdirilmiĢ, dərin axtarıĢ-kəĢfiyyat quyuları qazılmıĢ və bir
Dostları ilə paylaş: |