Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə10/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

kitabxana 

xidmətinin   

kompleks  planlarının 

tutulması, bu işə ictimai təşkilatların cəlb edilməsi, 

bu 

sahədə 


şəbəkələrarası  qabaqcıl  təcrübə 

mübadiləsinin  təşkili,  uşaq  mütaliəsinə  rəhbərlik 

edən  kitabxana  işçilərinin  ixtisasının    artırılması 

nəzərdə  tutulur  və  onların  icrasına  nəzarət  edilirdi. 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ilk 

metodik 


fəaliyyətində 

yerlərə 


gedişkərə  və 

kitabxanaçıların 

bilavasitə 

iş 


yerində 

təlimatlandırılmasına  xüsusi  diqqət  verilirdi.  Bunu 

kitabxanın  1996-2004-cü  illərdə  ezamiyyətlərlə 

əhatə  olunmuş  rayonların  sayına  dair  göstəricilər 

sübut  edir.  Bu  dövrdə  respublikanın  şəhər  və 

rayonlarına gedişlərin ümumi sayı və kitabxanaların 

əhatəliliyi illər üzrə aşağıdakı kimidir; 

2000-ci  ildə-(96  kitabxanadan)  24-ü;  2001-ci 

ildə-(116  kitabxanadan)  35-i;  2002-ci  ildə-(122 

kitabxanadan) 

33-ü; 

2004-ci 


ildə-(108 

kitabxanadan) 

30-u; 

2005-ci 


ildə-(125 

kitabxanadan) 

33-ü; 

2006-cı 


ildə-(114 

kitabxanadan)  34-ü; 

2007-ci  ildə  isə 

(106 


kitabxanadan)  25-i  əhatə  olunmuşdur.  RUK-sı  öz 

fəaliyyətinin yalnız ilk beş ilində, yəni 1996-2000-ci 

illərdə  respublikanın  şəhər,  rayon  və  kənd 

kitabxanalarına, o cümlədən, uşaq,kütləvi və məktəb 




kitabxanalarına 159 gediş təşkil edərək 604 təlimati-

metodik  köməklik  göstərmişdir.  1968-ci  ildə  təşkil 

edilmiş  ezamiyələr  zamanı  43  rayon  mərkəzi  uşaq 

kitabxanasına,  15  rayon  məktəb  kitabxanasına,  5 

kənd kitabxanasına və 7 kənd məktəb kitabxanasına 

metodik köməklik göstərilmişdir. 2001-ci ildə şəhər 

və  rayonlara  33  ezamiyyə  təşkil  edilmiş  və  il 

ərzində  42  rayon,  43  kənd    və  19  məktəb 

kitabxanasına  metodik  köməklik  göstərilmişdir. 

Müstəqllik  illərində  hər  bir  mərkəzi  uşaq 

kitabxanasına ildə orta hesabla 15-20 nüsxə metodik 

ədəbiyyat  göndərilmişdir.  Yalnız  2006-cı  ildə  belə 

şöbələr  8  şəhərdə  Gəncə,  Naxçıvan,  Sumqayıt, 

Tovuz,  Mingəçevir,  Xaçmaz,  Lənkəran,  Şəki  şəhər 

Mərkəzi  Uşaq  Kitabxanalarında  metodik  şöbələr 

yaradılmışdır.  Bu  dövrdə  Respublika  Uşaq 

Kitabxanası  tərəfindən  tərtib  edilmiş  metodik 

vəasitləri aşağıdakı qruplara ayırmaq olar: 

1.Müəyyən  bilik  sahəsinə  dair  ədəbiyyatın 

təbliğinə yönəlmiş vəsaitlər; 

2.Siyasi  kampaniya,tarixi,əlamətdar  hadisələr 

və  günlərlə  bağlı  kitabxanaların  fəaliyyətinə  dair 

vəsaitlər; 



3.Yeniyetmələrin 

və 


uşaqların  ayrı-ayrı 

qruplar  içərisində  kitabxana  işinə  həsr  edilmiş 

vəsaitlər; 

4.Uşaq  kitabxanalarında  oxucularla  işin 

müxtəlif metodlarına həsr edilmiş vəsaitlər. 

Bu vəsaitlərdən “Yayda nə oxumalı?” seriyası 

altında  2-8-ci  sinif  şagirdləri  üçün  kitab  siyahıları,  

“İlk  əlamətdar  və  tarixi  günlər  təqvimi”, 

”Kosmonavt  günü”(1998),  “Diyarşünaslıq  üzrə 

müsabiqənin  təşkili”(2005)”,  “A.S.Puşkin”(1999)”, 

“Azərbaycan  yazıçıları”(2001),  “Kitabxanalarda 

uşaq kitabı həftəsinin keçirilməsi metodikası”(2002) 

və s.göstərmək olar. 

Respublika  Uşaq  Kitabxanası  fondunun 

işçiləri  “Uşaqların  mütaliə  tərbiyəsində  kitab  və 

kitabxananın  rolu”  mövzusunda  metodik  məktubu, 

komplekləşdirmə şöbəsinin əməkdaşları isə  “Rayon 

uşaq 


kitabxanalarının 

fondunun 

komplekləşdirilməsi  haqqında  əsasnamə”  ni  rus 

dilindən  Azərbaycan  dilinə  tərcümə  edib  yerlərə 

göndərmişlər. 1990-1995-ci illərdə isə respublikada  

uşaq  kitabxanalarının  sayı  120,  ümumi  kitabxana 

fondu 210 min nüsxə, oxucuların sayı 28 400 nəfər, 

kitab verilişi 723 min nüsxə, kitabxanaya gəliş 760 

min nəfərədək artmışdır. 1995-ci il yanvar ayının 1-



nə  olan  məlumata  görə  F.Köçərli  adına  Respublika 

Uşaq  Kitabxanasının  fondunda  208.619  nüsxədən 

artıq  ədəbiyyat  toplanmışdır.  Bu  da  məktəbli 

oxucuların  və  mütaliəyə  rəhbərlik  edənlərin  sorğu 

və  tələblərini  vaxtında  ödəməyə  imkan  verir.  Kitab 

fondunun  ildən-ilə  zənginləşdirilməsi,  məktəbli 

oxucuların  sayının  durmadan  artması  Respublika 

Uşaq  Kitabxanasının  fəaliyyətinin  genişlənməsi  ilə 

əlaqədardır.  Elmi  metodika  şöbəsi  fəaliyyətə 

başladığı  dövrdən,yəni  1965-ci  ildən  rayon  uşaq 

kitabxanalarından  daxil  olan  illik  mətn,statistik 

hesabatları  və  illik  iş  planları  əsasında  “Uşaq 

kitabxanalarının  fəaliyyəti  icmalı”  adlı  vəsait  nəşr 

edib rayonlara göndərmişdir. F.Köçərli adına RUK-

sının  elmi-metodika  şöbəsi  kitabxana  yarandığı 

gündən  fəailiyyət  göstərir.  EMŞ-si  respublikada 

uşaqlara  xidmət  edən  kitabxanalar  üçün  elmi-

metodik  mərkəzdir.  Elmi-metodik  mərkəz  kimi 

kitabxana öz metopdik funksiyalarını elmi-metodika 

şöbəsi  vasitəsilə  həyata  keçirilir.  Elmi-metodika 

şöbəsi respublika uşaq kitabxanalrının işini toplayıb 

analiz  və  sintez  edir,onların  hesabatını  hazırlayıb 

rəhbər orqanlara çatdırır, elmi-tədqiqat işləri aparır, 

qabaqcıl  təcrübəni  bütün  ölkəyə  yayır,  rayonlara 

ezamiyələr  edir,  yeni  layihələrin  işlənməsində  və 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə