Uşaq Kitabxanası



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix28.06.2018
ölçüsü0,78 Mb.
#52018
1   2   3   4   5   6

15 

 

   Həmid  Qasımzadə  1963-cü  ildə  ədibin  “Büq  Jarqal”  əsərini, 



Şamil  Zaman  isə  1976-cı ildə  “Klod  Ge”  əsərlərini  Azərbaycan 

dilinə  tərcümə  etmişdilər. 

   Fransız  ədibin  əsərləri  dəfələrlə  səhnələşdirilmiş,  bu əsərlərin 

süjetləri  əsasında  opera  və  baletlər  yaradılmışdır.  Onun  bir  çox 

pyesi  Azərbaycan  səhnəsində  də tamaşaya  qoyulmuşdur. 

   Şübhə  yoxdur  ki,  Azərbaycanda  dahi  sənətkarın  yaradıcılığı 

bundan  sonra  da  ədəbi  ictimaiyyətin  diqqət  mərkəzində 

olacaqdır.                       

Kitabxanada  keçirilən  tədbirlərdən  biri  də  icmaldır.  İcmal 

zamanı  kitabxanaçı  yazıçının  əsərlərindən  birinin  məzmunu 

haqqında  oxuculara  ətraflı  məlumat  verir.  Tədbir  keçirilən  zalda 

yazıçının  kitablarından  ibarət  kitab  sərgisinin  təşkili  vacibdir. 



Kitabxanaçı:  –  Hörmətli  tədbir  iştirakçıları!  Bu  gün  sizlərə 

görkəmli  fransız  yazıçısı  Viktor  Hüqonun  “Paris  Notr-Dam 

kilsəsi”  əsəri  haqqında  məlumat  verəcəyəm. 

  1820-ci  illərin  sonunda  Hüqo  tarixi  roman  yazmaq  barədə 

düşünmüş  və  hətta  1828-ci  ildə  naşir  Qosslenlə  müqavilə  də 

bağlamışdır.  Lakin  şəraitin  mürəkkəbliyi  onun  işini  xeyli 

çətinləşdirmiş,  müasir  həyat  onun  diqqətini  daha  çox  cəlb 

etmişdir.  Romanı  yazmağa  Hüqo  yalnız  1830-cu  ildə,  İyul 

inqilabına  demək  olar  ki, bir  neçə gün  qalmış  başlaya  bilmiş  və 

hadisələrin 

ən  qızğın 

çağında  o,  müqavilənin  yerinə 

yetirilməsini  tələb  edən  naşiri  məmnun  etmək  üçün  evdə,  yazı 

masasının  arxasında  oturmalı  olmuşdu.  Uzaq Orta Əsrlər  barədə 

yazmağa  məcbur  olsa  da,  o, öz  yaşadığı  dövr,  yenicə  başlamış 

inqilab  haqqında  düşünmüşdü.  Buna  görə  də  “1830-cu  il 

inqilabçısının  gündəliyi”  əsərini  yazmağa  başlamış,  inqilab ın 

ildönümünə  isə  “İyul  qurbanlarının  xatirəsinə”  adlı  himn 

yazmışdır.  Onun  yaşadığı  dövr  haqqında  düşüncələri  bəşər 

tarixinin  ümumi  konsepsiyası  və  yazdığı  romanda  hadisələrin 

cərəyan  etdiyi  on  beşinci  əsr  haqda  təsəvvürləri  ilə  yaxından 



16 

 

səsləşirdi.  Roman  “Paris  Notr-Dam  kilsəsi”  adlandırılmış  və 



1831-ci ildə  işıq  üzü  görmüşdür. 

(Ekranda “Paris Notr-Dam kilsəsi” filmindən görüntülər 



altında kitabxanaçı məruzə edir.) 

Kitabxanaçı:  Dünya  ədəbiyyatının  ən məşhur  əsərlərindən  olan 

“Paris  Notr-Dam  kilsəsi”  romanında  çoxdan  unudulmuş  dövrün 

tarixi  təsviri  ilə  yanaşı  sadə insanın  günlük  yaşamı  və  dəyərləri 

də canlandırılaraq  kütləvi  tarixi  şüur,  dünya  və insan  haqqındakı 

təsəvvürlərin  spesifikası,  insanların  inam  və  ümidləri  əks 

olunmuşdur.  Əsərdə insanın  azadfikirliyi  və mənəvi  müstəqilliyi 

konsepsiyası  Fransadakı  cari  hadisələrlə  əlaqələndirilmişd ir. 

Orta  əsrlərin  sonlarından  bəhs  edən  romanda  Viktor  Hüqo 

gələcəyin  keçmiş  varisi  olduğunu  göstərməyə  çalışmışd ır. 

Əsərdə  dini  inamın  zəifləməsi,  yüzillər  boyu  toxunulmaz  olan 

ehkamlara  qarşı  şübhə,  yeni  təlimlərin  bolluğu  cəmiyyətin  öz 

inkişafının  son hədəfinə  – demokratiyaya  yaxınlaşmasına  sübut 

kimi  göstərilmişdir.  Yazıçı  təsvir  etdiyi  dövrün  əlamətlə rini 

romanın  əsas  qəhrəmanlarının  – Esmeraldanın,  Kvazimodonun 

və  Klod  Frollonun  xarakterlərində  və  talelərində  təcəssüm 

etdirmişdir. 

   Romantiklər  təxəyyülü  yüksək yaradıcı  istedad,  uydurmağı  isə 

ədəbi  əsərin  vacib  atributu  hesab  edirdilər.  Onların  estetik 

görüşlərinə  görə  dövrün  real  tarixi  mənzərəsini  əks  etdirən 

uydurma  bəzən  faktın  özündən  də  doğru  ola  bilərdi.  Bədii 

həqiqət  faktdan  daha  üstündür.  Bu  prinsiplərdən  çıxış  edən 

Hüqo  real  hadisələri  uydurma  hadisələrlə  birləşdirmək lə 

kifayətlənməyib,  tarixi  şəxsiyyətləri  naməlum  personajlarla 

görüşdürərək  ikincilərə  üstünlük  vermişdir.  Romanın  bütün  əsas 

surətləri  – Klod Frollo,  Kvazimodo,  Esmeralda,  Feb – uydurma 

obrazlardır.  Yalnız  Pyer Qrenquar  istisna  təşkil  etmiş,  onun  real 

tarixi  prototipi  vardır  – bu, XV  əsrdə və XVI  əsrin  əvvəllərində 

Parisdə  yaşamış  şair  və  dramaturqdur.  Romanda  kral  XI 




17 

 

Lüdovikin  və  Burbon  kardinalının  da obrazları  canlandırılmış, 



romanın  süjeti  hər  hansı  böyük  tarixi  hadisəyə  əsaslanma mış, 

real  faktlara  gəldikdə  isə  yalnız  Paris  Notr-Dam  kilsəsinin  və 

orta əsrlər  Parisinin  ətraflı  təsviri  verilmişdir. 

   Romanı  oxuyarkən  topoqrafik  təfsilatların  bolluğu  nəzərə 

çarpmış,  bir  tərəfdən  Sena  çayı  ilə  digər  tərəflərdən  isə 

içərilərində  V  Karlın  vəliəhdinin  evi,  şəhər  bələdiyyəsi,  kilsə, 

məhkəmə  sarayı,  edam  və  işgəncələr  verilən  yerlər  olan 

binalarla  əhatə  olunmuş  Qrev  meydanı  geniş  və  detallı  təsvir 

olunmuşdur.  Hüqonun  romanında  bütün  əsas qəhrəmanlar  Qrev 

meydanında  görüşmüşlər:  burada  kütlənin  alqışladığı,  Klod 

Frollonun  isə  lənətlər  yağdırdığı  Esmeralda  oynayıb-oxumuş, 

meydanın  qaranlıq  küncündəki  miskin  hücrədə  dustaq  qadın 

əzab  çəkmiş,  kütlənin  arasında  insanların  etinasızlığında n 

əziyyət  çəkən şair Pyer Qrenquar dolaşmış,  onun  yeməyə  çörəyi, 

qalmağa  yeri  olmamış,  nəhayət,  “təlxəklər  kralı”  Kvazimodonun 

gülünc  tacqoyma  mərasimi  keçirilmişdir.  Sonra  isə  bu 

qəhrəmanın  taleyinin  kuliminasiya  nöqtəsini  təşkil  edən  epizod 

–  Esmeraldanın  öz  kuzəsindən  ona  su  verməsi  səhnəsi  baş 

vermişdir.  Bütün  bunları  meydanda  baş  verənlərin  dinamik 

fonunda  təsvir  edən  Hüqo  orta  əsrlər  Parisinin  canlı  “yerli 

koloritini”,  tarixi  mənzərəsini  yaratmışdır. 

    Tarixi  müasirliklə  sıx  təmasda  dərk  edən  Hüqo  hadisələr in 

uzaq  keçmişdə  cərəyan  etdiyi,  lakin  1830-cu illər  üçün  olduqca 

aktual  olan  “Paris  Notr-Dam  kilsəsi”  fransız  ədəbiyyatında 

böyük  hadisə,  tarixi  roman  janrının  zirvəsi  olmuşdur. 

   Kitabxanada  keçiriləcək  kütləvi  tədbirlərin  ən  canlı  və 

maraqlısı  sual-cavab  gecəsi  və  viktorinalardır.  Sual-cavab 

gecələri  və  viktorinalar  canlı  söhbət  və  müsahibə  şəklində 

keçirilir.  Bu da öz növbəsində  oxucuları  maraqlandıran  sualların 

aydınlaşmasına  xidmət  edir.  Tədbir  zamanı  suallar  uşaqlara 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə