Unec biznes məKTƏBİ



Yüklə 1,15 Mb.
səhifə54/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   48   49   50   51   52   53   54   55   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Biometriklərin gələcəyi

Biometriklərin gələcəyində bu sistemlərin dahada inkşaf ilə birlikdə hal-hazırda daha aşağı sayda istifadə olunan digər biometrik texnologiyalarında geniş istifadəyə başlanması gözlənilir. Beləki mikroçip implantasiyası günümüzdə bəzi ölkələrdə və qurumlarda istifadə edilsədə digər biometrik texnologiyalarla müqayisədə istifadə göstəriciləri aşağıdır. Halbuki bu texnologiya 1990-cı illərin sonlarından etibarən müxtəlif formalarda istifadə edilir. RFID – Radio Tezlik Tanıması (Radio Frequency Identification) teexnologiyası ilə hazırlanan bu mikroçip implantlar günümüzdə açar, ödəniş və səyahət kartları kimi istifadə edilə bilir. Texnologiyanın müasir dövrdə inkşafında əsass rolu isə İsveçə qurulmuş olan BioHax şirkəti oynayır. Həyatımıza implantların geniş təsirini isə Covid-19 pandemiyasının başlaması ilə gördük. “Beləki 2019-cu ildə Bill & Melinda Gates fondu MIT (Massachusetts Instute of Technology) ilə, peyvənd zamanı sağlamlıq məlumatlarının saxlanması üçün mikroçip hazırlanmasına başladı” [11]( https://en.wikipedia.org/wiki/Microchip_implant_(human)). 2020-ci ildə Elon Musk tərəfindən qurulan Neuralink şirkəti tərəfindən insanların beyinlərinə yerləşdiriləcək çiplər vasitəsi ilə nələr edilə biləcəyi haqda məlumatlar verildi. “2021-ci ildə isə covid əleyhinə peyvənd pasportnun dəri altına bioşüşə mateiallı NFC mikroçip ilə yerləşdirilməsi Dsruptive Subdermals qurumu tərəfindən həyata keçirildi və bunun ilk istifadəçilərindən biri qurumun rəhbərlərindən Hannes Sjöblad oldu” [12] (https://en.wikipedia.org/wiki/Microchip_implant_(human)). Bu hadisələrdən öncə Amerika Birləşmiş Ştatlarının bəzə sağlamlıq mərkəzlərində pasientlərin tibbi vəziyyətlərinin yoxlanması üçün mikroçiplərəndən istifadə edildiyini qeyd etməliyik. Bu texnologiyadan təhlükəsizliyin təmini üçün ilkdəfə istifadə CityWatcher şırkətində baş tutmuşdur. Burda quruma daxil olarkən girişə nəzarət sistemləri üçün istifadə edilən texnologiya bu biometriklərdən təhlükəsizlik sahəsində istifadənin mümkünlüyünü sübut etdi.

Günümüzdə bu sahədə İsveç və ABŞ vətəndaşları artıq mikroçip implantlar vasitəsi ilə ödəmələr edir, tibbi vəziyyətləri haqda məlumatlar əldə edir, smartfonları ilə birkildə bəzi tətbiqlərdən istifadədə asanlıq yarada billirlər. Lakin bunu qeyd etməliyikki bu vətəndaşları sayı olduqca azdır. ABŞ-da aparılan sorğular nəticəsində on insandan səkkizinin mikroçip istifadəsini istəmədiyi nəticəsi ortaya çıxmışdır. Günümüzdə mikroçip implanlarının həm texnoloji həmdə insani cəhətdən mənfi tərəfləri mövcuddur. Texnoloji tərəflərinə nəzər yetirdiyimiz zaman burada şifrələnmiş məlumatın kiçik həcmdə olması və şifrələmənin zəif aparılması əsasında məlumatların oğurlanma riskinin yüksək səviyyədə olması əsas problemlərdəndir. İnsanı tərəfədən problemlərə isə, şəxsi həyat məlumatlarının gizliliyi hüququnun pozulması, mikroçip implantının yarada biləcəyi sağlamlıq problemi və dini icmalar tərəfindən implantlar ilə gen redaktəsinin əxlaqi olaraq doğru olmaması kimi problemlər aid edilə bilər. Baş verə biləcək sağlamlıq problemlərinə infeksiya, cihazının bədən daxilində karroziyaya uğruaması və.s kimi hadisələr aid edilə bilər. Bu kimi problemlərin öhdəsindən gəlinə bilinərsə gələcəkdə təhlükəsizlik proseslərində, əsasəndə multi-modal biometrik texnologiyaların istifadəsində əhəmiyyətli rol oynaya və bununla birlikdə gündəlik həyatda yerinə yetirdiyimiz bəzi virtual əməliyyatları daha asan formada həyata keçirə bilərik.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə