Ümumdünya Poçt Konvensiyası


Ödənilmiş kompensasiyanın göndəricidən və ya ünvançıdan geri alınma imkanı



Yüklə 303,3 Kb.
səhifə3/4
tarix21.04.2018
ölçüsü303,3 Kb.
#39690
növüQaydalar
1   2   3   4

Ödənilmiş kompensasiyanın göndəricidən və ya ünvançıdan geri alınma imkanı

 

 1. Əgər kompensasiya ödənildikdən sonra əvvəllər itirilmiş hesab olunan sifarişli və ya qiymətli elan edilmiş göndəriş və ya içindəkinin bir hissəsi tapılmışdırsa, bu halda ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması şərti ilə, üç ay ərzində göndərişin göndəriciyə və ya ünvançıya verilə biləcəyi barədə ona məlumat verilir. Eyni zamanda ondan göndərişin kimə təqdim edilməli olduğu barədə sorğu edilir. İmtina halında və ya müəyyən edilmiş müddət ərzində cavab alınmadığı halda göstərilən qayda ünvançı barədə və ya şəraitdən asılı olaraq, göndərici barədə tətbiq edilir.



 2. Əgər göndərici və ya ünvançı göndəriş almaqdan imtina edirsə, bu halda həmin göndəriş Müdiriyyətin və ya lazımi halda, ziyanı ödəmiş Müdiriyyətin ixtiyarına keçir.

 3. İtmiş hesab olunan qiyməti elan edilmiş göndəriş sonradan tapıldıqda, içindəkinin dəyəri ödənilmiş kompensasiya məbləğindən aşağı olduğu aşkar edilərsə, qəsdən artıq qiymətin elan edilməsindən irəli gələn nəticələrdən asılı olmayaraq, göndərici göndərişin ona çatdırılması zamanı kompensasiya məbləğini geri qaytarmalıdır.

 

Fəsil 6


ELEKTRON POÇTU

Maddə 39


Ümumi müddəalar

 

 1. Poçt Müdiriyyətləri öz aralarında elektron poçtu xidmətində iştirak etmək barədə razılıq əldə edə bilərlər.



 2. Elektron poçtu — poçt xidmətinin elə bir növüdür ki, burada göndəricidən fiziki və ya elektron şəkildə qəbul edilmiş məlumatların orijinala uyğun olaraq və bir neçə saniyə ərzində ötürülməsi üçün elektrik kanallarından istifadə olunur və ya məlumatlar ünvançıya fiziki və ya elektron şəkildə çatdırılır. Məlumat fiziki formada qəbul edildiyi halda o, elektron yolu ilə, bir qayda olaraq, mümkün qədər ən uzaq məsafələrə ötürülür və ünvançı üçün mümkün qədər ən münasib fiziki formada bərpa edilir. Fiziki formada olan məlumat ünvançıya bağlı şəkildə, məktub korrespondensiyası göndərişi kimi təqdim edilir.

 3. Elektron poçtu üzrə tariflər Müdiriyyətlər tərəfindən dəyərə və bazar tələblərinə uyğun olaraq təyin edilir.

 

Maddə 40


Faks rabitəsi xidməti

 

 1. Bürofaks tipli xidmətlər qamması mətn və illüstrasiyaları orijinala uyğun olaraq, faks xidməti vasitəsilə ötürməyə imkan verir.



 

Maddə 41


Teleçap xidməti

 

 1. Xidmətlər qamması EHM-də (fərdi Kompüter, mərkəzi EHM elektron maşına) tərtib olunmuş mətn və illüstrasiyaların ötürülməsini həyata keçirməyə imkan verir.



 

ÜÇÜNCÜ HİSSƏ



MƏKTUB KORRESPONDENSİYASI BARƏDƏ MÜDDƏALAR: POÇT MÜDİRİYYƏTLƏRİ

ARASINDA MÜNASİBƏTLƏR

Fəsil 1


MƏKTUB KORRESPONDENSİYASI GÖNDƏRİŞLƏRİNİN İŞLƏNİLMƏSİ

Maddə 42


Xidmətin keyfiyyəti sahəsində məqsədlər

 

 1. Müdiriyyətlər daxil olan və ya çıxan prioriter və aviagöndərişlərin, eləcə də yerüstü və qeyri-prioritet göndərişlərin işlənilməsi müddətini təyin etməlidir. Bu müddət onların daxili xidmətlərinin müvafiq göndərişlərinə tətbiq edilən müddətlərdən az münasib olmamalıdır.



 2. Qəbul və təyinat Müdiriyyətləri tərəfindən təyin edilmiş müddətləri oriyentir kimi qəbul edərək və daşınma vaxtını nəzərə alaraq qəbul Müdiriyyətləri xaricə göndərilən prioritet və aviagöndərişlər üzrə xidmətin keyfiyyəti sahəsində məqsədləri dərc etməlidir.

 3. Poçt Müdiriyyətləri təyin edilmiş müddətlərə əməl edilməsini Beynəlxalq Büro və ya Regional İttifaqlar tərəfindən təşkil olunmuş sorğular vasitəsi ilə, yaxud ikitərəfli razılaşmalar əsasında vaxtaşırı olaraq yoxlayır.

 4. Təyin edilmiş müddətlərə əməl edilməsini həmçinin Poçt Müdiriyyətləri tərəfindən digər nəzarət sistemləri vasitəsi ilə də xüsusi halda xarici nəzarət yoxlayışları zamanı müntəzəm olaraq yoxlamaq lazımdır.

 5. İmkan daxilində Müdiriyyətlər xidmətin keyfiyyətinə nəzarət sistemini beynəlxalq poçt depeşləri istər daxil olan, istərsə də çıxan üzrə tətbiq edirlər; burada söhbət, imkan daxilində, qəbul anından çatdırma anına qədər keçirilən tam nəzarətdən gedir.

 6. Bütün üzv ölkələr öz beynəlxalq poçt xidmətlərinin istismarında onlar üçün sorğu əhəmiyyəti olan qəbulun son müddətləri barədə aktuallaşdırılmış məlumatı Beynəlxalq Büroya təqdim edirlər.

 7. İmkan daxilində məlumatlar prioritet və qeyri-prioritet poçt axınları üçün ayrı-ayrılıqda təqdim edilməlidir.

 

Maddə 43


Göndərişlərin mübadiləsi

 

 1. Müdiriyyətlər, onlardan birinin və ya bir neçəsinin vasitəçiliyi ilə göndərişləri bir-birinə istər bağlı depeşlərdə, istərsə də açıq tranzitlə xidmətin tələbatına və rahatlığına uyğun olaraq göndərir.



 2. Əgər poçtun daşınması hər hansı bir ölkədən tranzitlə keçməklə, bu ölkənin Poçt Müdiriyyətinin iştirakı olmadan həyata keçirilirsə, həmin Müdiriyyət bu barədə qabaqcadan məlumatlandırılmalıdır. Tranzitin bu cür forması tranzit ölkənin Poçt Müdiriyyətinin üzərinə məsuliyyət qoymur.

 3. Müdiriyyətlər öz aralarında müvafiq razılaşma əldə etdikləri şəraitdə, yerüstü poçt depeşlərini hava yolu ilə məhdud prioritetlə göndərmək hüququna malikdir və bu Müdiriyyətlər həmin depeşləri öz ölkələrinin aeroportlarında alırlar.

 4. Mübadilə Reqlamentin müddəaları əsasında həyata keçirilir.

 

Maddə 44



Hərbi hissələrlə aparılan bağlı depeş mübadiləsi

 

 1. Bağlı depeşlərlə mübadilə digər ölkələrin quruyol, dəniz və ya hava yolları xidmətlərinin vasitəsi ilə aşağıdakılar arasında həyata keçirilə bilər:



 1.1. üzv ölkələrdən birinin poçt müəssisələri ilə Birləşmiş Millətlər Təşkilatının sərəncamında olan hərbi bölmələrin komandanlıqları arasında;

 1.2. bu hərbi bölmələrin komandanlıqları arasında;

 1.3. üzv ölkələrdən birinin Poçt müəssisələri və həmin ölkənin ölkə xaricində yerləşən dəniz və ya hava bölmələrinin, hərbi gəmi və ya təyyarələrinin komandanlıqları arasında;

 1.4. eyni bir ölkənin dəniz, hava bölmələrinin hərbi gəmi və ya təyyarələrinin komandanlıqları arasında.

 2. 1-ci paraqrafda göstərilən depeşlərə yığılmış məktub korrespondensiyası göndərişləri yalnız bu depeşləri alan və ya göndərən hərbi bölmələrin və ya qərargahların, eləcə də gəmi və ya təyyarə ekipajlarının üzvləri tərəfindən göndərilə və ya alına bilər. Bu göndərişlərə tətbiq edilən tariflər və göndərilmə şərtləri sərəncamında hərbi bölmənin olduğu yaxud gəmi və ya təyyarələrin məxsus olduğu ölkənin Poçt Müdiriyyətlərinin qaydalarına uyğun müəyyən edilir.

 3. Xüsusi razılaşma istisna edilməklə, hərbi bölməni öz sərəncamına götürmüş yaxud hərbi gəmi və ya təyyarənin məxsus olduğu ölkənin Müdiriyyəti depeşlərin tranzit üzrə xərclərini, son xərcləri və hava daşınması xərclərini müvafiq Müdiriyyətlərə ödəməyə borcludur.

 

Maddə 45


Xidmətlərin öz işini müvəqqəti dayandırması

 

 1. Əgər fövqəladə şərait nəticəsində hər hansı Poçt müdiriyyəti müvəqqəti olaraq xidmət işini tam və ya qismən dayandırmağa məcburdursa, o, bu barədə marağı olan Müdiriyyətlərə dərhal xəbər verməlidir.



 

Fəsil 2


MƏSULİYYƏTİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Maddə 46


Poçt rəhbərlikləri arasında məsuliyyətin müəyyənləşdirilməsi

 

 1. Əks hal sübut olunmayınca, məsuliyyət, göndərişi qeyd-şərtsiz qəbul edərək və təhqiqatın aparılması üçün bütün lazımi vasitələr əlində olmaqla, bu göndərişin nə ünvançıya çatdırılmasını, nə də digər Müdiriyyətə düzgün qaydada ötürülməsini (bu həqiqətən də olmuşdursa) müəyyənləşdirə bilməyən Müdiriyyətin üzərinə düşür.



 2. Əgər itki, oğurluq və ya zədələnmə halları göndərilmə zamanı baş vermişdirsə və bu hadisələrin hansı ölkənin ərazisində və ya xidmətində baş verdiyini müəyyən etmək mümkün deyildirsə, bu halda müvafiq Müdiriyyətlər ziyanı bərabər hissələrlə (yarıbayarı) ödəyir.

 3. Bir Müdiriyyətin digər Müdiriyyətlərə görə məsuliyyəti heç bir halda, bu Müdiriyyət tərəfindən qəbul olunmuş qiymət elan edilməsinin ən yüksək həddindən artıq ola bilməz.

 4. Qiyməti elan edilmiş göndərişlər xidmətini təmin etməyən Poçt Müdiriyyətləri qiyməti elan edilmiş göndərişlərin bağlı depeşlərdə daşınması zamanı bu göndərişlərə görə sifarişli göndərişlər üçün nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Poçt Müdiriyyətləri istifadə etdikləri gəmilərdə və təyyarələrdə qiymətli əşyaların daşınmasına görə məsuliyyət daşımadığı hallarda da, həmin qayda tətbiq edilir.

 5. Əgər itki, oğurluq və ya zədələnmə halları qiyməti elan edilmiş göndərişlər xidmətini təmin etməyən aralıq Müdiriyyətin ərazisində və ya xidmətində baş vermişdirsə, bu halda qəbul Müdiriyyəti aralıq Müdiriyyətin bağlamadığı ziyanı ödəyir. Ziyanın ölçüsünün aralıq Müdiriyyət tərəfindən qəbul olunmuş qiymət elan edilməsinin ən yüksək həddindən artıq olduğu hallarda da, eyni qayda tətbiq edilir.

 6. Ləğv edilməsi mümkün olmayan gömrük rüsumları və digər vergilər göndərişin itkisi, oğurlanması və ya zədələnməsi üçün məsuliyyət daşıyan Müdiriyyətin hesabına aid edilir.

 7. Kompensasiyanı ödəmiş Müdiriyyət bu ödənişi almış şəxsin hüquqlarını ödənişin məbləği hüdudlarında təmsil etməklə, lazımi halda ziyanı ünvançıdan və ya göndəricidən yaxud üçüncü şəxslərdən ala bilər.

 

Fəsil 3


TRANZİT XƏRCLƏRİ VƏ SON XƏRCLƏR

 1. 50-ci maddənin şərtlərinə əməl edilməklə iki Müdiriyyət arasında və ya eyni bir ölkənin iki müəssisəsi arasında, bir və ya bir neçə digər Müdiriyyətin xidmətlərinin (üçüncü xidmətlər) vasitəçiliyi ilə mübadilə olunan bağlı depeşlərin daşınmasına görə tranzit xərclərin ödənişi tutulur. Bu ödəniş quruyol və dəniz tranziti xidmətlərinin göstərilməsinə görə olan kompensasiyadır.

 2. Açıq tranzitlə göndərilən göndərişlər üçün həmçinin tranzit xərcləri alına bilər. Tətbiq üsulları Reqlamentdə müəyyənləşdirilmişdir.

 

Maddə 48



Tranzit xərcləri şkalaları:

 

 1. Tranzit xərcləri aşağıdakı cədvəldə göstərilən şkalalara uyğun olaraq hesablanır:



 

Məsafələr__1_kq_brutto_üçün_xərclər__1__2'>Məsafələr

1 kq brutto üçün xərclər

1

2

1.1. quruyol məsafələri km-lə

XAH ilə

100 km-dək 

0,14

100 km-dən  200 km-dək

0,17

200 km-dən  300 km-dək

0,20

300 km-dən  400 km-dək

0,22

400 km-dən  500 km-dək

0,24

500 km-dən  600 km-dək

0,26

600 km-dən  700 km-dək

0,27

700 km-dən  800 km-dək

0,29

800 km-dən  900 km-dək

0,31

900 km-dən  1000 km-dək

0,32

1000 km-dən  1100 km-dək

0,34

1100 km-dən  1200 km-dək

0,35

1200 km-dən  1300 km-dək

0,37

1300 km-dən  1500 km-dək

0,39

1500 km-dən  2000 km-dək

0,43

2000 km-dən  2500 km-dək

0,49

2750 km-dən  3000 km-dək

0,53

3000 km-dən  4000 km-dək

0,62

4000 km-dən  5000 km-dək

0,72

5000 km-dən  6000 km-dək

0,81

6000 km-dən  7000 km-dək

0,89

7000 km-dən  8000 km-dək

0,97

8000 km-dən  9000 km-dək

1,05

9000 km-dən  10000 km-dək

1,12

10000 km-dən  11000 km-dək

1,19

11000 km-dən  12000 km-dək

1,26

12000 km-dən  13000 km-dək

1,32

13000 km-dən 14000 km-dək

1,39

14000 km-dən yuxarı

1,45

 

Məsafələr

1.2. Dəniz yolları, dəniz mili (d.m.) ilə

Bir dəniz mili 1852 km-ə

bərabər olmaqla, kilometrlərlə (km)

XAH

ilə

1

2

3

 

100 d.m.-dək

 

185 km-dək

0,17

100 d.m.-dən

200 d.m.-dək

185 km-dən

370 km-dək

0,19

200 d.m.-dən

300 d.m.-dək

370 km-dən

556 km-dək

0,21

300 d.m.-dən

400 d.m.-dək

556 km-dən

741 km-dək

0,22

400 d.m.-dən

500 d.m.-dək

741 km-dən

926 km-dək

0,23

500 d.m.-dən

600 d.m.-dək

926 km-dən

1111 km-dək

0,24

600 d.m.-dən

700 d.m.-dək

1111 km-dən

1296 km-dək

0,24

700 d.m.-dən

800 d.m.-dək

1296 km-dən

1482 km-dək

0,25

800 d.m.-dən

900 d.m.-dək

1482 km-dən

1662 km-dək

0,25

900 d.m.-dən

1000 d.m.-dək

1667 km-dən

1852 km-dək

0,26

1000 d.m.-dən

1100 d.m.-dək

1852km-dən

2037 km-dək

0,26

1100 d.m.-dən

1200 d.m.-dək

2037 km-dən

2222 km-dək

0,27

1200 d.m.-dən

1300 d.m.-dək

2222 km-dən

2408 km-dək

0,27

1300 d.m.-dən

1500 d.m.-dək

2408 km-dən

2778 km-dək

0,28

1500 d.m.-dən

2000 d.m.-dək

2778 km-dən

3704 km-dək

0,29

2000 d.m.-dən

2500 d.m.-dək

3704 km-dən

4630 km-dək

0,31

2500 d.m.-dən

2750 d.m.-dək

4630 km-dən

5093 km-dək

0,32

2750 d.m.-dən

3000 d.m.-dək

5093 km-dən

5556 km-dək

0,32

3000 d.m.-dən

4000 d.m.-dək

5556 km-dən

7408 km-dək

0,34

4000 d.m.-dən

5000 d.m.-dək

7408 km-dən

9260 km-dək

0,36

5000 d.m.-dən

6000 d.m.-dək

9260 km-dən

11112 km-dək

0,38

6000 d.m.-dən

7000 d.m.-dək

1112 km-dən

12964 km-dək

0,40

7000 d.m.-dən

8000 d.m.-dək

12964 km-dən

14816 km-dək

0,41

8000 d.m.-dən

10000 d.m.-dək

14816 km-dən

16668 km-dək

0,42

10000 d.m.-dənl

1000 d.m.-dək

16668 km-dən

18520 km-dək

0,43

11000 d.m.-dən

12000 d.m.-dək

18520 km-dən

20372 km-dək

0,45

12000 d.m.-dən

13000 d.m.-dək

20372 km-dən

22224 km-dək

0,46

13000 d.m.-dən

14000 d.m.-dək

22224 km-dən

24076 km-dək

0,47

14000 d.m.-dən

 

24076 km-dən

25928 km-dək

0,48

 

 

25928 km-dən

 

0,49

 

 2. Poçt İstismarı Şurası birinci paraqrafda xatırladılan şkalaları iki Konqres arasındakı müddətdə yenidən nəzərdən keçirmək və dəyişdirmək hüququna malikdir. Tranzit əməliyyatlarını həyata keçirən Müdiriyyətlərə ədalətli qaydada bölünmüş kompensasiyaları təmin edən metodologiya sayəsində keçirilən yenidənbaxılma etibarlı və xarakterik iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt İstismarı Şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.

 

Maddə 49


Yüklə 303,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə