Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

tərəfi də var axı, teatrdan yazanlara yaxşı

qonorar veririk. Nə deyirsən?

Ürəyinə dammışdı ki, dilinin ucunda

düyünlənmiş «yox» onun başlanmamış karye ‐

rasının, boy göstərməmiş arzularının birinci

və axırıncı «yox»una çevriləcəkdi. Teatrdan

yazmaq – heç vaxt bunu arzulamamışdı. Onsuz

da hamı bundan yazırdı: bütün qəzetlərin

səhifələri artistlərin iri planda şəkilləri ilə dolu

olardı, radioda onların səsi gəlir, televiziyalar

onları göstərir, saytlar da onlara işləyirdi. Onun

içində baş qaldıran yazmaq ehtirası tamam

başqa hədəfləri ‐ heç kimin girişməyə cəhd

gös tərmədiyi mövzulara işıq salmağı gözaltı

eləmişdi. 

‐ Nə çox fikirləşdin, – baş redaktor dilləndi

– mən sənə olduqca vacib, günümüzlə səsləşən,

aktual mövzu təklif edirəm. Başa düşürəm,

birbaşa teatr kimi canlı sənətdən yazmağın

çətin olacaq. Heç özünü qorxutma, biz sənə

yol göstərərik, redaktə edərik, məsləhət verərik. 

‐ Sizə elə gəlir ki, siyasət teatrdan ma raq ‐

sızdır? – qız, nəhayət, dilləndi. Bu sualı necə

formalaşdırdı, necə dilə gətirdi, özü də məəttəl

qaldı. Bu, əslində «yox»un mədəni və şəraitə

uyğun daha yumşaq forması idi.

‐ Mən elə düşünmürəm, – redaktor sözləri

hiss olunacaq dərəcədə ehtiyatla seçə‐seçə

danışmağa başladı, – bizə lazım olanını dedim.

Qəzet əslində çox şeydən, daha doğrusu, hər

şeydən yazmalıdır.

Çox gözəl, elə mən də onu istəyirəm. Hər

şey dən yazmaq yaxşıdı. Mən sizin bütün say ‐

larınızı oxuyuram, amma siyasət yazılarına

heç vaxt rast gəlməmişəm. Ona görə istərdim

ki, özümü bunda sınayım. Әgər siyasətdən ya ‐

zan müxbiriniz dekretə çıxıbsa…

‐ Nə danışırsan? Bizdə adını çəkdiyiniz işlə

kişilər məşğul olur. Yaxşı, görürəm, birdən‐

birə teatra girişməyə ürək eləmirsən, onda

sirkdən yaz. Bəlkə də, ilk baxışda sənə nəsə

yüngül mövzu kimi görünə bilər, amma

məsuliyyətlidir, maraqlıdır. Bax, şəhərimizə

Moskva sirki qonaq gəlib, çox qeyri‐adi hadisədi.

Moskva sirkinin akrobatları, klounları, atları,

itləri, hələ pələnglərini demirəm. Ruslar

dünyanın ən qorxulu heyvanlarını, ən

ramedilməz vəhşilərini əhliləşdirib əl quzusuna

döndərməyi bacarırlar. Bəs buna nə deyirsən?

‐ Məgər Moskva sirki birinci dəfədir bizə

qonaq gəlir? Həm də onlar heç qonaq da

deyillər, hamı yaxşı bilir ki, bizim şəhərin sirki

yalnız moskvalılar gələndə işləyir... 

‐ Әşi, bu gənclərə söz çatdırmaq olmur də.

A qızım, sən bizim qəzetdə işləmək, çörəkpulu

qazanmaq istəyirsən? 

‐ Әlbəttə, mən bunu arzulamışam. 

‐ Ay sağ ol, mən də sənin arzularına yaşıl

işıq yandırıram. Qız uşağısan, ağıllı ol, bığlı‐

saqqallı kişilərin girişmədiyi işlərlə niyə başını

ağrıdırsan? Әziz balam, bizə sağlam gənclik

lazımdı, məni düzgün başa düş, sağlam!

‐ Mən qəzeti başqa cür təsəvvür edirdim.

‐ Eh təsəvvürlər, arzular… Elə bilirsən, sən

təksən? Biz sənin arzuladığın yolu çoxdan,

düz otuz il bundan qabaq keçmişik. Həm də

mövzuları biz özümüz müəyyənləşdirmirik ki.

Oxucular belə istəyir. Bizim oxuculara iki şey

lazımdır: teatr və sirk. İndi özün seç!

‐ Bəlkə, bir cəhd eləyim…

‐ Teatramı?

‐ Yox, siyasətə. Alınmasa, keçərəm sirkə.

‐ Yaman prinsipial qızsan, bu, yaxşı

keyfiyyətdi. Bizim zamanlarda, lap elə bizim

özümüzdə də çatışmayan əsas cəhətdi. Təəssüf

ki, bunu hər yaşda qoruyub saxlamaq olmur.

Sonralar sən özün də bunu başa düşəcəksən,

mənsə çox yaxşı bilirəm, bizim adamların

prinsipiallığı bir atımlıq barıtdı. Ruhdan salmaq

istəmirəm, amma sənin də barıtının qurtaran

vaxtı olacaq. Әgər belə israr edirsənsə, onda

dediyin mövzuda müsahibə götür. Әn xatasızı

budu – başqasının fikirlərini yazırsan. Açığı,

bilmirəm müsahibə götürməyə münasib adam

tapacaqsan, ya yox… Kimdən başlamaq is ‐

tərdin?


‐ Partiya sədrindən, – qız sevincək dilləndi. 

Özünü o yerə qoymasa da, redaktorun

içində birdən‐birə baş qaldıran iki sual məngənə

kimi onu hər tərəfdən sıxmağa başladı. Bəlkə,

bu dikbaş qızcığazı bura öyrədib göndəriblər,

bəlkə, o, heç də göründüyü kimi, sadəlövh

deyil. Әgər yenə də «yox» desə, bunu əsas lan ‐

dır maq üçün uzun‐uzadı, özü də yerli‐yataqlı

izahat vermək lazım gələcəkdi. Aman, Allah,

bəlkə... sirindən‐sifətindən tərslik tökülən bu

uşağın cibində bayaqdan bəri onun bütün

danışdıqlarını yazan diktofon işləyir və indi



Aylıq ədəbiyyat dərgisi

34

ULDUZ /

Yanvar 2016



verəcəyi cavab da otuz illik karyerasının

üstündən yekə, həm də birdəfəlik xətt çəkə

bilərdi! Baş redaktor həyəcanını və əsəbini

gizlətmək üçün baxışlarını kabinetində bütün

əşyaların üzərində gəzdirir, bircə qarşısındakı

qızcığazın üzünə baxmağa ürək eləmirdi.

Bayaqdan bəri dediyi sözləri yadına salıb,

tələsik saf‐çürük etməyə başladı: əvvəlcə

qəzetçilikdən, sonra teatrdan, sonra sirkdən

danışmışdı, lap axırda prinsipiallıq haqda nəsə

demişdi. «Bizim adamlarda prinsipiallıq bir

atımlıq barıtdı», lənət şeytana, gərək belə de ‐

məyəydim. Soruşmazlarmı «niyə bizim adamlar

haqda belə düşünürsən?», «prinsipial olub nə

qələt eləmək istəyirsən, məqsədin nədi?» ‐

lənət şeytana, axı niyə belə dedim, adicə uşağın

qabağında sayıqlığımı əldən ver dim. Әgər

soruşan olsa, deyərəm ki, hissə qapılmışdım,

elə‐belə ağzımdan çıxıb. Yəni məni, otuz ilin

qələm fəhləsini bir uşağın ayağına verərlər?

O, bayaqdan bəri danış dıq larını sərf‐nəzər

eləyəndə bir şeyə sevindi ki, yaxşı ki, bircə

dəfə də olsun ağzından «siyasət» kəlməsi

çıxarmayıb. İndi qalırdı bu tərs qızın sualına

zərərsiz cavab tapıb, yola vermək. Bəli, məhz

yola vermək, otuz il boyunca olduğu kimi. 

‐ Lap yaxşı, hansı partiya sədrindən istəsən,

müsahibə götürə bilərsən, gözəl seçimdi. Təbrik

edirəm, lap ürəkdən təbrik edirəm. Әlbəttə,

bunu elə mən özüm də deyəcəkdim, çoxdandı

bizim qəzetdə müsahibə getmir. Xahiş edirəm,

dərhal işə başlayın – o, bu sözləri bayaqkı

danışığından fərqli tərzdə, hamının, hətta

qapının o tayındakı qoca katibəsinin də eşidəcəyi

dərəcədə ucadan söylədi.

Qızın sifətinə baş vurduğu döyüşdə özünün

qəti qələbəsinə şəksiz‐şübhəsiz əmin olan

sərkərdələrsayaq təbəssüm qondu. O, etimada

görə təşəkkürünü bildirib kabinetdən çıxmaq

istəyərkən redaktor yenidən dilləndi:

‐ A qızım, ‐ masanın üstündəki dəvətnaməni

ona uzadıb dedi, ‐ hər ehtimala qarşı bunu

götür. Axşamkı tamaşayadır. Vallah, yaxşı

tamaşadı. Bekketin əsəridi. Meylin çəksə, gedib

baxarsan, həvəsin olsa, yazarsan da. Sənə

uğurlar, mənim balam, «Gənclər qəzeti»nə xoş

gəldin.

Sevincək pillələri aşağı enəndə yadına düşdü



ki, qoca katibəylə xudahafizləşmədi. Axı,

deyəsən, qarı da yerində yox idi. Giriş qapısının

ağzındakı arakəsmədə oturan kişi isə əməllicə

mürgü vururdu. Quruca «hələlik» kəlməsinə

görə onu oyatmağa dəyməzdi. Onsuz da indən

sonra hər gün qarşılaşacaq, salamlaşıb,

sağollaşacaqdılar. Redaksiya yerləşən binanın

birinci mərtəbəsini başdan‐başa tutmuş qadın

geyimləri mağazasının parlaq vitrinlərinə baxa‐

baxa tini sola buruldu. Hara getdiyini gözəl

bilirdi, küçənin axırında bir vaxtlar ölkənin

taleyində mühüm rol oynamış partiyanın

qərargahı yerləşirdi. Nədənsə ona elə gəlirdi

ki, debütünü məhz buradan başlamalı, gecələr

dönə‐dönə özünə verib cavabını tapa bilmədiyi

sualları sədrin başı üzərindən yağış kimi

yağdırmalı idi. 

Partiya qərargahının əsas girişində futbol

və at yarışlarına mərc qoyanlar üçün məntəqə

açıldığından binaya həyət tərəfdəki balaca

alaqapıdan girmək istəyirdi ki, arxadan kiminsə

qalın, xırıltılı səslə onu hayladığını duydu.

Alaqapının yan tərəfində qabağında iri tum

kisəsi yerdə bardaş qurub oturan girdəsifət

yaşlı qadın onun nə axtardığını eşidincə partiya

üzvlərinin bir nəfər kimi Moskva sirkinə

baxmağa getdiyini söylədi. Qız əvvəlcə

tumsatana əhəmiyyət vermək istəməsə də,

əlahəzrət fakt göz önündəydi: partiyanın həyətə

açılan qapısının ağzındakı yekə qıfıl hər hansı

şübhəyə əl yeri qoymurdu.

Yadına saldı ki, burdan iki tin aralıda bir

yox, iki sədri olan başqa bir partiyanın qərargahı

yerləşir. Həmsədrli partiyanın adı yazılmış iri

lövhənin aşağısında zirzəmiyə düşmək üçün

ox işarəsi qoyulmuşdu. Oxun göstərdiyi səmtlə

aşağıya enəndə buranın alaqaranlıq, adamın

burnunu göynədən rütubətli, bir qədər də

dəhşət filmlərini xatırladan yer olduğunu gördü.

Zirzəminin ortasını tamamilə boşaltmış, stulları

adambaşı hesablanıbmış kimi kənardan bir

cərgədə düzmüşdülər. Boş, alaqaranlıq salonun

ortasına kimi irəlilədi.

‐ Nə lazımdı? – qaranlıqdan səs gəldi. 

‐ Mən… mən jurnalistəm…

‐ Jurnalist? Burda nə axtarırsan? –

qaranlıqdakı səs yaxına gəlib qızla göz‐gözə

dayandı. Bu, yaşı altmış beş‐yetmiş arasını

döyəcləyən balacaboy, keçəl kişi idi. O, sualı

bir də təkrar etdi. 



Aylıq ədəbiyyat dərgisi

35

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə