36
№ 2 (14) Yay 2015
***
içində kədəri olmayan
bir ev istəyirəm.
bir pəncərə istəyirəm,
adı gözləmək olmayan...
bir dost...
bir dosta ehtiyacım var,
gözləri kədərsiz...
bezdim bu eynilikdən,
ayrılıqdan,
kədərdən.
bir şeir yazmaq istəyirəm
mənsiz.
***
gör nə vaxtdı...dumanlanan vaxtların,
çisəktökən çən olduğu yerdəyəm.
məktubların çatmadığı ünvanda,
ünvanların nəm olduğu yerdəyəm.
payız adlı qatarlarda yaz köçüb,
ürək köçüb, könül köçüb, göz köçüb,
ay deyirlər, bir balaca qız köçüb-
köçhaköçün mən olduğu yerdəyəm.
ağaclıqdı, qamışlıqdı ölçülər,
boyumuza ülgülənər, biçilər,
ay dənliyər, gün dənliyər sərçələr,
bir ömürün dən olduğu yerdəyəm.
gör nə vaxtdı.. oralarda, ordayam,
bir baxıram... buralarda, burdayam,
heç bilirsən, mən hardayam, hardayam-
xəyalların sən olduğu yerdəyəm.
***
üstəlik də bu boydana soyuqluq,
bu boydana soyuqlarda üşümək.
hələ belə üşüməyə darıxmaq,
hələ belə darıxmağa üşənmək.
hələ bir də soyuqluğun içində,
sevmədiyin baxışlara dözürsən.
ən şiddətli küləkləri ötürüb,
ən şıdırğı yağışlara dözürsən.
gözlərinin yol çəkdiyi yerlərə,
axşam-sabah gözyaşların döşənir.
adam belə tıncıxmaqdan bezir də,
adam belə yaşamaqdan üşənir.
üstəlik də, anlayan yox halından,
düşüncəni-fikirini yorursan.
gedib-gedib ilğımlarda batırsan,
gəlib-gəlib ayrılıqda durursan.
üşənirsən bu axının buzunda,
ömür keçir, sırsıralar keçmir heç.
baxırsan ki, hamı köçür dünyadan,
baxırsan ki, xatirələr köçmür heç.
üstəlik də, qəfil gələn ağrılar,
bu duz adlı, şəkər adlı xəstəlik.
üşənirsən, üşüyürsən o ki, var,
daha nələr...daha nələr üstəlik.
***
çoxdan idi...
mən də belə çilli-milli uşaq idim
deyəsən.
utananda saçlarımı dağıdırdım üzümə,
saçlarımın arasından gün düşürdi
gözümə.
qəfildən də hörüyümü kürəyimə
atardım,
qaçardım e, uçardım.
heç yellər də küləyimə çatmazdı,
heç dərdlər də ürəyimə yatmazdı.
onda... dərdlər pişik kimi yalmanırdı, ah
necə,
onda... dərdlər qapımızda qonşumuzun
iti kimi ulayırdı gizlicə.
Üç aylıq ədəbiyyat dərgisi
37
amma hələ ürəyimiz ağrıların uzağıydı,
mən də, sən də, o da...biz hamımız bir
əyyamın uşağıydıq.
heç nəyimiz olmasa da, ən çox, lap çox
saflığımız varıydı,
hekayəmiz, şeirimiz nağılımız varıydı.
çoxdan idi...
bizim kəndin yollarında təpik döyüb
böyüdük.
o daşlara, divarlara qəpik döyüb
böyüdük,
oralarda, buralarda çəpik döyüb
böyüdük.
biz böyüdük,
kəndimizin adamları qocaldı.
ağacları, kəhrizləri, çəpərləri, o damları
qocaldı...
hələ, hələ buludlar da qocaldı, hələ,
hələ bizi kənddən şəhərlərə
maşın-maşın, qatar-qatar daşıyan
umudlar da qocaldı.
biz böyüdük...
elə bil ki, dünya tamam dəyişdi,
bu dünyadan atam köçdü, köçdü doğma
adamlar, sonra anam dəyişdi.
mənim anam bir hörüklü, kəlağayılı
gəliniydi...
bəlkə, bəlkə gəlinlərin arasında ən
utancaq, ən həyalı gəliniydi.
heç səsini duymamışdı qonşular.
indi anam gecə-gündüz var səsiylə
ağlıyır,
o oğlunun, bu oğlunun nəfəsiylə,
şəkiliylə ağlıyır.
çoxdan idi...
çoxdan idi mənim gözəl vaxtlarım,
daşlıqlarda keçi kimi beşdaş gəzən
vaxtlarım.
gözəlliyin içindəydim, gözəllik də
içimdə,
mən ən gözəl uşaqlığı yaşıyırdım
fəsillərin köçündə.
bir zamanlar...çoxdan idi, çoxdan idi
deyəsən...
o çoxdanlar yoxdan idi , yoxdan idi
deyəsən.
***
heç bilirsən necədi...
canım-gözüm, heç bilirsən necədi,
yaz da gəlir, o yaz yoxdu içində.
qızlar yenə saçlarını dağıdır...
ha baxıram, o qız yoxdu içində.
görürsən də, gecələri görürsən,
uzun-uzun uzanıb da gedirlər.
gələn günlər gözlərimin ağında,
yarpaq-yarpaq islanıb da gedirlər.
canım-gözüm bu küləklər, küləklər,
olanları süpürməyə bir candı.
bu tərəflər o tərəfdən başlayır,
hər tərəfdə o yan elə bu yandı.
umudları deyirəm e, umudlar,
ha neynirəm, göyərmir ki, göyərmir.
o qız da ki, ürəyimdə gizlənib,
bir sirri var, deyəmmir ki, deyəmmir.
canım-gözüm, məktublardan danışım,
məktubların payızına düşmüşəm.
sətirlərin sevgisini don vurub,
sevgilərin ayazına düşmüşəm.
o utancaq baxışlar e, baxışlar,
uzaqların soyuğunda qaldı heyyy.
bir sevirəm ünvanlıydı kağızda,
o da tutun oyuğunda qaldı heyyy.
canım-gözüm, daha sevgi doğulmur,
heç bilirsən sevgisizlik necədi.
sən sevəsən o bilməyə, sonra da...
görəsən ki, dünya elə gecədi.
canım-gözüm, canım gözüm bilirsən,
ha gün gələ, bir də elə gün olmur.
sən bilmirsən sənsizlikdə mən olur,
mən bilirəm sənsizlikdə sən olmur.
***
dəlilər bir özgə ağlıyır,
ağıllılar bir özgə...
38
№ 2 (14) Yay 2015
mən yaxşı bilirəm
dəlilərin necə ağlamasını...
Tərişdən bilirəm...dəli Tərişdən.
Təranəni deyirəm də...binamızın
uşaqları bilir.
dəli Tərişi hərdən kiritmək olurdu,
hərdən də kiriitmək olmurdu.
elə ağlıyırdı ki, hamı qulaqlarını
tuturdu.
bir Məndi də varıydı binamızda...
hələ də öz adını bilmirəm.
biz elə Məndi deyirdik.
onu maşın vuranda, yaddaşını tamam
itirmişdi.
heç kimi tanımırdı deyə anasının üzü
həmişə cırıq olurdu,
hər dəfə Məndi anasına -sən kimsən,
deyəndə,
yazıq arvad əlini üzünə aparıb, üzünün
ətini qoparırdı...
bir dəfə də həyətimizin bir-neçə
uşağını
yaddaşı yerinə qayıtsın deyə,
aparmışdılar xəstəxanaya- Məndinin
yanına.
mən də o uşaqların içindəydim.
Məndi heç birimizi tanımayanda,
anası yenə əl atdı üzünə...
və onda Məndi ağladı ki, mən kiməm.
elə ağladı ki, həkim də ağladı.
həyatın hər üzünü gördüyümnəndi ki,
mən yaxşı bilirəm, yaxşı bilirəm ki...
hər şeyi unutsa da adam, bircə ağlamağı
unutmur.
və onda mən maraq dünyasında
gözləri dörd olan bir uşağıydım.
onda da...ondanı deyirəm, Məndi bizi
tanımayıb ağlıyanda...
mən içimi çəkib dedim ki,
-ay can, Məndi ağlamağı unutmayıb.
gülməyi də unudur adam,sevinməyi
də...
hətta xatirələri belə...
amma ağlamağı unutmur.
-niyə...hələ də bilmirəm.
***
bir üz qarasını kəfən ağından,
hər gün malalayıb, üz ağardıram.
mən belə dünyanın xoşbəxtliyinə,
hələ bədbəxtlikdən göz ağardıram.
işin tərsinə bax, gör harasıdı...
dağılan gorgahın gor harasıdı,
havalar deyəsən qar havasıdı,
qara yaz içində yaz ağardıram.
nə pozum yazıdı, nə yazım pozu,
uçur əllərimdən bir ömrün tozu,
mən ola yozuram, ol ölə yozur,
iki aralıqda söz ağardıram.
***
unamaq da olmur,
həyat dediyin...
adamı gətirib nə günə salır.
axırda bir qotur itə oxşadır,
sonra da...
o itin gününə salır.
min olar vaxt gəlir bir olmaz olur,
ən qanan hardasa
ən qanmaz olur,
it də yiyəsini tanımaz olur,
adamı itlərin cənginə salır.
günlər də bir ömrün sayından gedir,
qış gəlib, yazından, yayından gedir,
axı... bu gedənlər hayandan gedir,
səni ayrılığın ənginə salır.
özün də bilmirsən hara haradı,
ya ora buradı, bura oradı,
bir də görürsən ki, ağ da qaradı,
ağı da qaranın rənginə salır.
unamaq da olmur,
həyat dediyin...
ya niyə belədi, niyə belədi,
hər kəsdən bir cavab umursan elə,
bəlkə biri çıxıb, deyə...belədi.
deyə belədi də...
belədi həyat,
Dostları ilə paylaş: |