U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi



Yüklə 119,99 Kb.
səhifə5/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
Audit- mühazirələr konspekti

Şərti müsbət rəy təkmilləşdirilmiş və ya tamamlanmış da ola bilər.

Şərtsiz müsbət rəy, auditorun fikrincə, aşağıdakıları birləşdirə bilər:

1. Auditor audit məqsədi üçün lazım olan bütün məlumatları və izahatları almışdır;

2. Təqdim olunan məlumat yoxlanılan təsərrüfat subyektinin həqiqi maliyyə vəziyyətini kifayət qədər əks etdirir;

3. Məlumatın yetərliliyi və düzgünlüyü üçün əhəmiyyətli olan bütün suallar üzrə tam informasiya mövcuddur;

4. Maliyyə sənədləri müəssisə tərəfindən qəbul olunmuş mühasibat uçotu sisteminə əsasən tərtib edilir və bu sistem özü mövcud qanunvericiliyin tələblərini ödəyir;

5. Hesabatlar həqiqi uçot məlumatları əsasında qurulur və heç bir ziddiyət təşkil etmir;

6. Hesabatlar təsdiq edilmiş formalar üzrə tərtib edilmişdir.

Şərtsiz müsbət rəy yoxlanılan təsərrüfat subyektinin uçot və hesabat işinin vəziyyəti üzrə auditorun aydın və birmənalı müsbət fikrini əks etdirir.

Şərtsiz müsbət rəy aşağıdakı ifadələrdən istifadə etməklə tərtib edilir: “tələbləri təmin edir”, “lazımi qaydada təqdim edilir”, “doğru və həqiqi təsəvvür yaradır”, “düzgün əks etdirir”, “uyğundur”.

Əgəgr yoxlama zamanı auditorda yoxlanılan təsərrüfat subyektinin qəbul etdiyi qərarın düzgünlüyünə etiraz və ya şübhə yaranarsa, lakin auditora arqumentləşdirilmiş və inandırıcı əsaslar təqdim olunmazsa, onda auditor öz rəyində həmin qərarı göstərməyə borclu deyil və belə hal müsbət rəyin şərtsiz olmasına təsir etmir.

Auditor rəyi ona əlavə edilmiş izahatları özündə birləşdirsə, təkmilləşdirilmiş hesab olunur.

Təkmilləşdirilmiş auditor rəyi özündə aşağıdakıları birləşdirə bilər:

1. Müəssisənin fasiləsiz fəaliyyətində inamsızlıq və qeyri-müəyyənlik problemlərini;

2. Yoxlama dövrü ərzində uçot prinsiplərini dəyişməsini;

3. Auditin nəticələrinə görə müəssisənin uçotunda lazımi düzəlişlərin aparılmasına, əgər bu düzəlişlər auditor rəyi tərtib olunanadək aparılmayıbsa;

4. AR-da qüvvədə olan uçot prinsiplərindən fərqlənən prinsiplərin təsvirini;

5. Başqa auditorların rəyindən istifadəyə dair izahatlar;

6. Əvvəlki auditor rəylərinə aid olan araşdırmaları.

Standart bölmələrdə məlumatlara şərhlər, xüsusilə aşağıda göstərilənlər əlavə edildikdə, auditor rəyi tamamlanmış hesab olunur.

1. Əhəmiyyətli məlumatlara diqqət göstərilən əlavə bölmə;

2. Rüblük məlumatların və ya analitik uçotun olmaması üzrə lazımi göstəriş;

3. Yoxlanılan hesabatlar toplusuna daxil olan başqa məlumatların uyğunsuzluğu üzrə lazımi göstəriş;

4. Maliyyə (mühasibat) hesabatları və auditor rəyi üzrə məsuliyyətə dair əlavə göstəriş.

İmzalanmış müqavilələrə, vergi üzrə borcların qiymətləndirilməsinə, məhkəmə proseslərinin nəticələrinə, malgöndərənlərin (podratçıların) xərcinin ödənilməsinin mümkünlüyünə aidiyyatı olan kifayət qədər qeyri-müəyyənlik mövcud olarsa, bunlar aydın və dolğun şəkildə hesabata əlavə edilmiş izahatda açıqlanmalıdır. Auditorlar auditor rəyindən istifadə edənlərin diqqətini mövcud qeyri-müəyyənliyə cəlb etmək məqsədi ilə bu izahatı auditor rəyinin sonunda ayrılmış əlavə bölmədə verməlidir. Rəy bu izahatlarla müsbət hesab edilir.

Auditor aşağıdakı göstərilən şərtlərin hər hansı birinin meydana çıxdığı halda şərtsiz müsbət rəy verə bilməz.




Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə