U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi


Azqiymətli və tezköhnələn əşyaların auditi



Yüklə 119,99 Kb.
səhifə15/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
Audit- mühazirələr konspekti

3. Azqiymətli və tezköhnələn əşyaların auditi

Mühasibat uçotu haqqında əsasnamələrə və təlimatlara müvafiq olaraq Azərbaycan Respublikasında azqiymətli və tezköhnələn əşyalara aşağıdakılar aiddir:



    1. qiymətindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;

    2. qiymətindən asılı olmayaraq əsas vəsaitlərə aid edilməyən, xidmət müddətindən asılı olmayan bəzi əşyalar;

    3. qiymətindən asılı olmayaraq xüsusi inventarlar, xüsusi paltarlar, ayaqqabılar, yataq ləvazimatı;

    4. müvəqqəti tikililər, qurğular, tikinti-quraşdırma işlərinin maya dəyərinə daxil edilən üstəlik xərclər;

    5. icarəyə verilmək üçün qiymətindən asılı olmayaraq alınan əşyalar və s.

Azqiymətli və tezköhnələn əşyaların audinin əsas vəzifə və məqsədləri aşağıdakıları müəyyən etməkdən ibarətdir:

a) istismara verilmiş azqiymətli və tezköhnələn əşyaların, inventarların, alətlərin saxlanmasının təmin edilməsini yoxlamaq;

b) istismara verilmiş azqiymətli və tezköhnələn əşyalara, alətlərə və inventarlara aid olanları yoxlamaq;

c) xüsusi paltarların, alətlərin və inventarlarların istismara verildiyi vaxt normalarına riayət edilməsini yoxlamaq;

ç) azqiymətli və tezköhnələn əşyaların uçotunun düzgün aparılmasını yoxlamaq;

d) analitik uçotla sintetik uçotun bir-biri ilə uzlaşdırılmasını araşdırmaq.

Azqiymətli və tezköhnələn əşyaların analitik uçotunun və onun faktiki qalığının auditi mühüm əhəmiyyət kəsb edir.

Auditor analitik uçotun auditi zamanı azqiymətli və tezköhnələn əşyaların inventar nömrələrinə fikir verməli, onu faktla üzləşdirməlidir.

Azqiymətli və tezköhnələn əşyalar içərisində çox işlənən və istismar müddəti olan alətlərdir. Alətlərin auditi digər azqiymətli və tezköhnələn əşyalar kimi həyata keçirilir və analitik uçotla sintetik uçotun üzləşdirilməsi ilə bitir.

Auditor nəzərə almalıdır ki, xüsusi paltarlar, ayyaqqabılar işçilərə fəaliyyətdə olan normalara görə, xidmət müddəti nəzərə alınmaqla verilir. Azqiymətli və tezköhnələn əşyalar anbardan daxili qaimə ilə buraxılır və cədvəldə verilən adamın soyadı, adı, alınma tarixi və s. öz əksini tapmalıdır. Azqiymətli və tezköhnələn əşyalar müəssisə və təşkilatların mülkiyyətidir, xidmət müddəti başa çatdıqdan sonra geri qaytarılır. Xidmət dövründə kimyəvi təmizlənə və təmir müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir.

Audit zamanı müvəqqəti tikili və qurğuların uçotunun müəssisə tərəfindən düzgün aparılıb-aparılmadığına fikir verilməlidir. Bundan başqa auditor müvəqqəti tikili və qurğuların dəyərinin silinməsini yoxlamalıdır. Belə ki, müvəqqəti tikili və qurğuların dəyərinə köhnəlmə hesablanması xüsusi hesablamalarla həyata keçirilir. Bu zaman müvəqqəti tikili və qurğuların tikilmə xərci və müddəti nəzərə alınır.

Auditor yoxlama zamanı azqiymətli və tezköhnələn əşyaların köhnəlməsinin aşağıdakı formalarına ciddi fikir verməlidir:

a) anbardan istismara buraxılan zaman onların vahidinin dəyərinə 50% məbləğində köhnəlmə hesablanır, qalan 50% isə istismar müddəti başa çatdıqdan sonra xərcə iad edilir;

b) vahidin dəyəri əsas vəsaitlərin dəyərinin minimum vahidinin 1/20 hissəsi qədər olan azqiymətli və tezköhnələn əşyalar istismara verildikcə onların dəyərini birbaşa məsrəflərə aid etmək olar;

c) anbardan istismara verilən zaman 100% köhnəlmə hesablama yolu ilə aid edilir;

ç) geriyə qaytarılan azqiymətli və tezköhnələn əşyalara köhnəlmə onların istismarda olma müddətindən asılı olaraq hesablanır.

Auditor audit zamanı azqiymətli və tezköhnələn əşyaların analitik və sintetik uçotunun Baş kitabda və balansda öz əksini necə tapdığını yoxlamalıdır.


Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə