Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

44 
 
döyüşdə  əzab  çəkir,  qana  qəltan  olur,  bəzən  yıxılır,  bəzən  sürünür, 
amma  türkcəsinə  əl  çəkmir  döyüşdən.  Əhrimənlə  neçə  min  ildir 
döyüşür və bu döyüş mütləq Hürmüzdün qələbəsi ilə nəticələnəcək. 
Burada türk mifologiyası ilə Zərdüşt arasında çox böyük bir vəhdət 
var.  Türkün  Allahı,  Tanrısı  Göydür  və  Göy  də  insana  xidmət  edir. 
Əgər  başqa  dinlərdə  İnsan  allaha  xidmət  edirsə,  Zərdüştdə  allah 
insana xidmət edir.  
Zərdüştün  ikinci  ideyası  –  Od  İşığı  ideyasıdır.  Bu  ideya  tipik 
türk  şüurunun  məhsuludur,  türk  mifologiyasının,  əsatirlərinin  əsas 
ideyasıdır.  Bu od insanları həm də isitsə belə, istilik üçün deyil, işıq 
üçündür. Zərdüşt Odu Ruhani oddur. 
Zərdüştün üçüncü  ideyası əsil  türk  ideyası  olan  –  İnsançılıqdır
Zərdüşt Xeyirin qələbəsi üçün insandan üç şey tələb edir: təmiz fikir, 
təmiz söz, təmiz əməl. 
Ruhani  Türkçülüyün  ikinci  ifadəsi  özünü  Babəklikdə  tapır. 
Xürrəmdinlik  –  fərəhçilik  deməkdir.  İnsanın  azadlığının  fərəhi  ona 
inam  verir.  Bu  inam  da  ona  özünəməxsusluq,  özünəsahiblik,  yenil-
məzlik verir. Bu inamı daxilində Şirvin gəzdirən, yəni Allah gəzdirən 
Babək yaradır. 
Ruhani  Türkçülüyün  başqa  bir  cəhəti  türk  mənəvi  birliyinin 
təcəssümü  olan  Dədə  Qorqudla  bağlıdır.  Dədə  Qorqud  ağsaqqallıq 
qayəsinin,  mənasının,  əməlinin  izharıdır.  Dədə  Qorqudda  türkçülük 
Azərbaycançılığın  ruhani ucalığından görünür.  
Ruhani  türkçülüyün  ən  bariz  hadisəsi  Hürufilikdir,  insanı  Allah 
saymaqdır.  Hürufilikdə  Azərbaycan  əzəmətli  türkçülük  dağı  kimi 
görünür. 
Füzulilik  –  aşiqlik  Ruhani  Türkçülüyün  daha  bir  ifadəsidir. 
Türkçülüyün  aşiqlik  xisləti  özünün  dahiyanə  ifadəsini  Füzulilikdə 
tapıb. Füzulidə eşq – din, Allah səviyyəsindədir.  
Ruhani Türkçülüyün təməl hadisələrindən biri Muğamatdır. Türk 
həmişə öz Tanrısını Göydə axtarırdı. Muğamat Göy yoludur. Bu Göy 
Yolu  –  İnsançılıq  Yoludur.  Muğamatda  insan  pillə-pillə,  şöbə-şöbə 
göyə – öz Tanrısına – Kamilliyə ucalır. 


45 
 
Və  sonuncu  olaraq,  Ruhani  Türkçülük  həm  də  Sazçılıqdır.  Saz 
türkün  əsas  fərqləndirici  xüsusiyyətini  –  möhtəşəmlik  və  zərifliyini 
özündə birləşdirir.  
Ruhani  Türkçülük  Azərbaycanla  nə  dərəcədə  bağlıdırsa,  Tarixi 
Türkçülük bir o qədər Türkiyə ilə bağlıdır.  
Tarixi Türkçülük Hun imperiyasindan başlayır. Hunçuluq türkün 
dünyaya meydan oxuması qüdrətinin nümayişi idi.  
Sonralar  hunların  fəlakətli  parçalanması  baş  versə  də,  Səlcuq 
türkçülüyü adlanan möhtəşəm bir hadisə meydana gəldi. 11-ci yüzil-
də  Osmanlı  imperiyasının  əsasını  qoyan  Səlcuqlar  bütün  dünyada 
türk zəhmi yaratdılar. İslam dinindən siyasi vasitə kimi istifadə edən 
Osmanlı  türkləri  özləri  də  bilmədən  İslama  güclü  şəkildə  yaradılar. 
Əvəzində  isə  islam  türkə  yad  olan  halları  –  itaətçiliyi,  bəndəçiliyi, 
özgəçiliyi, təqlidçiliyi ona bəxş etdi. Sultan Əbdülhəmidin dövründə 
xilafət  türkə  xüsusilə  çox  ziyan  verdi:  tarixən  feminist  olan  türk 
hərəmxana  murdarlığına  uydu,  ərəbçilik,  farsçılıq  tüğyanı  başladı  – 
qan  qarışdı.  Türklüyün  az  qala  danılması,  türklükdən  utanma  halı 
yarandı. Bütün bunlardan “Gənc türklər” inqilabı yarandı və hadisə-
nin davamı kimi fransızlar İstanbula gəlib çıxdılar. Yüzillərlə Avropa 
ölkələrinin  yığdıqları  kin  20-ci  yüzilin  əvvəllərində  tam  açıqlığı  ilə 
müxtəlif  təcavüzlərdə  aşkara  çıxdı.  Həmin  dəhşətli  döyüşlərdə 
Kamal Atatürk xilasçılığı tarixi türkçülüyün qüdrətli keçmişini bərpa 
etdi.  
İdeoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məmməd 
Əmin  Rəsulzadə  kimi  təmsilçiləri  var.  İdeoloji  türkçülük  türkün 
xilasını Türk Dünyasının bərqərar olmasında görürdü və türkləri bu 
birliyə  çağırırdı.  İdeoloji  türkçülüyün  fəlakəti  pantürkizmin  dinçilik 
və Batıçılıqla birləşməsində idi. Türkçülük öz mahiyyəti baxımından 
həm islamçılığa, həm də Batıçılığa ziddir. İslam xalq tanınır, millət 
tanımır – icma tanıyır, ümmət tanıyır. Ümmətçi millətçi ola bilməz, 
bu  səbəbdən  də,  islam  milliyyətçilyə  qarşıdır.  Batının  da  tanrısı 
varidat  və  siyasətdir.  Bunların  hər  ikisi  türk  mahiyyətinə  qarşıdır. 
Buna görə də Türkçülük-Batıçılıq birliyi məntiqsiz ideyadır. 


46 
 
Böyük  əraziyə,  çoxsaylı  əhaliyə,  dünyadan  müqayisedilməz 
səviyyədə  artıq  ruhaniyyata,  möhtəşəm  hərbi  gücə  malik  Türk 
Dünyası öz birliyini yarada bilmədi. Dünyadan asılı vəziyyətə düşdü, 
paralandı, parçalandı, türklüyündən – əzəli mahiyyətindən çox uzaq-
laşdı.  Asif  Ata  bunun  tarixi,  psixoloji  səbəblərini  türkün  öz 
xətalarında görür: 
Türkün birinci xətası onda oldu ki, türk öz peyğəmbərini vermədi
verəndə  də  onun  arxasınca  getmədi,  başqa  peyğəmbərlərə  yapışıb 
onlara  yaradı.  Din  adı  altında  başqa  millətlərin  şovinist  siyasətinin 
qurbanı oldu.  
Türkün ikinci xətası onda oldu ki, türk türkü sevmədi, türk türklə 
döyüşdü, sonucda öz-özünə qənim kəsildi. İldırım Bəyazid və Əmir 
Teymur, Şah İsmayıl Xətai və Sultan Səlim və b.  
Türkün  üçüncü  xətası  bu  oldu  ki,  türk  idrakının  gücündən  çox 
qılncının gücünə güvəndi. Bu qılıncdan da ən çox özgələr bəhrələndi. 
İranın ən böyük şahları, fars siyasətinə xidmət edənlər türklər olub: 
Sultan Mahmud Qəznəvi, Şah Abbas, Nadir şah Əfşar, Ağa Məhəm-
məd şah Qacar və b. 
Qüdrətli türk cahangirləri ölkələr fəth etdilər, lakin onlardan heç 
nə qalmadı. Hər döyüşü bir əsər olan Teymur mahiyyətcə heç nə qa-
zanmadı.  Teymur  da  türk  idi,  Nəimi  də,  lakin  Teymur  Nəimi  yolu 
getmədi. Tarixə düşmək asandı, tarix yaratmaq çətin. Teymur dahili-
yi  qılınca  sərf  olundu,  o,  tarixə  düşdü,  Nəimi  dühası  ruhani  tarix 
yaratdı.  
Türkün  bu  xətaları    türkə  müxtəlif  məzmunlu  fəlakətlər  gətirdi. 
Bu gün də türkün çağdaş düşmənləri vardır. Asif Ata türkün başına 
gələ  biləcək  yeni  fəlakətlərin  qarşısını  almaq  üçün  bu  düşmənləri 
dərindən öyrənmək və rədd etmək zərurətini qarşıya qoyur.  
Tarixən  olduğu  kimi,  türkçülüyün  indi  də  əsas  düşməni  dindir. 
Çağdaş türk islamçıları belə bir təhlukəli fikir orataya atırlar ki, guya 
Osmanlı imperiyasını o qüdrətə çatdıran İslam olub. Bu fikrin sahib-
ləri əslində türkün daha möhtəşəm, daha qəhrəman keçmişinin üstün-
dən  xətt  çəkməklə  onun  əksilməsi  bahasına  süni  şəkildə  İslamı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə