Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları


) Yanıq xəstəliyində ən çox rast gələn fəsad nədir?



Yüklə 1,38 Mb.
səhifə15/17
tarix29.05.2018
ölçüsü1,38 Mb.
#46526
növüСправочник
1   ...   9   10   11   12   13   14   15   16   17

808) Yanıq xəstəliyində ən çox rast gələn fəsad nədir?
A) Meningit

B) Pnevmoniya

C) Miozit

D) Tendovaginit

E) Sepsis
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 324
809) Yanıq xəstəliynin klnikası nə vaxt daha ağır keçir
A) Osteomielitdə

B) Plevritdə

C) Miozitdə

D) Hepatitdə

E) Tenosinovitdə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 324
810) Yanıqlarda dəri defektinin sərbəst transplantatla erkən plastikasının əhəmiyyəti nədir?
A) Estetik görünüşün yaxşılaşması

B) Yanıq xəstəliyinin müalicəsi və fəsadların profilaktikası

C) Yalnız yanıq xəstəliyinin müalicəsi

D) Yalnız fəsadların profilaktikası

E) Hissiyatın bərpası
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 337
811) Yanıqlarda sərbəst dəri transplantatlarının götürülməsinin donor zonalarının ən əlverişlisi hansıdır?
A) Bazu və said

B) Bədənin hər yeri

C) Bud və qarın

D) Baldır

E) Döş qəfəsi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 339
812) Sərbəst dəri transplantatı ilə plastikadan sonra sarğı tam təmiz olarsa yaradakı salfetlərin götürülməsi nə vaxt olmalıdır?
A) Əməliyyatdan 10 gün sonra

B) Əməliyyat olan gün

C) Əməliyyatın səhəri gün

D) Əməliyatdan 2 gün sonra

E) 4-5-ci günlər
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 339
813) Elektrik yanığında xəstənin şikayətlərinin olmaması xüsusi ilə nəyi göstərə bilər?
A) Heç bir problemin olmamasını

B) Yanığın yalnız səthdə olmasını

C) Travmanın çox yüngül olmasını

D) Həyat üçün təhlukəli olmasını

E) Həyat üçün təhlükənin olmamasını
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 339
814) Nevropatik artritlərə hansı aiddir?
A) Tabetik artritlər

B) Oynaqların sirinqomielik zədələnmələri

C) Qızılca artritləri

D) Daqınıq skleroz zamanı distrofik dəyişikliklər

E) Bütün göstərilənlər
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3, s.421-423
815) Tabetik artropatiyalar hansı ilə xarakterizə olunur?
A) Qəfləti başlayan guclu tərləmə və subfebril temperatur ilə

B) Oynağın qeyri-sabitliyi ilə

C) Bütün sadalalanlarla

D) Paraartikulyar kalsinasiya ilə

E) Hissiyatın pozulması ilə
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3, s 421-423
816) Sirinqmielitik artropatiya üçün nə xarakterikdir?
A) Yuxarı ətrafın əzələ atrofiyası

B) Analgeziyalar

C) Əl barmaqlarının “caynaqvari” deformasiyası

D) Bütün sadalalanlar

E) Sümüklərin oynaq uclarının destruksiyası
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3, s 421-423
817) Diabetik artropatiyalar üçün nə xarakteriktir?
A) Rentqenoloji müşahidə edilən osteoporoz

B) Bütün göstərilənlər

C) Ətrafın dərisində trofiki xoralar, sümüklərdə patoloji sınıqlar

D) Prosesə əsasən ayagların xırda oynaglarının cəlb edilməsi

E) Ətrafda müşahidə edilən anqio- və neyropatiyalar
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3, s 421-423
818) Bel osteoxondrozu zamanı radikulyar nevroloji simtomatikanın (ağrılar və sair) əsas səbəbkarı nədir?
A) Ön köndələn bağın ossifikasiyası

B) Fəqərəarası diskin protruziyası və prolapsı

C) fəqərə cismlərinin qapayıcı lövhələrinin sklerozlaşması

D) Bütün göstərilənlər

E) Şmorl yırtığı
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3, s. 170-177.
819) Fəqərəarası diskin prolapsının (yırtığının) ölçülərini hansı müayinə üsulu dəqiq təyin etməyə imkan verir?
A) Kontrastsız funksional rentqenoqrafiya

B) Radioizotop müayinə

C) 2-proeksiyada aparılmış kontrastsız renqenoqrafia

D) Kontrast maddə vurulmaqla maqnit rezonans tomoqrafia

E) Anqioqrafia
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3
820) Fəqərənin qapayıcı lövhəsindəki defektdən onun cisminə “pərcim” olan fəqərəarası disk necə adlanır?
A) Sadalananlardan heç biri

B) Spondiloliz

C) Disk nüvəsinin qabarması (prolapsı)

D) Osteofitli deqenerativ disk

E) Şmorl düyünü
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3, s 170-179.
821) Tibbi reabilitasiya vasitələrinə hansı aiddir?
A) Bütün gösnərilənlər

B) Əmək terapiyası

C) Müalicəvi idman

D) Əllə və mexaniki massaj (sualtı, vibrasion)

E) Mexanoterapiya
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
822) Əllə və aparatla massaja hansı əks-göstərişdir?
A) Periferik qan dövranının (şişlər, durğunluq halları) pozulması

B) Əzələlərin funksional qabiliyyətinin azalması və ya onların ağrılı reflektor gərginliyi

C) Səthi və dərin damarların tromboflebitləri

D) Bütün sadalalanlar

E) Oynaqların kapsulalarında və bağlarında əmələ gəlmiş ikincili dəyişikliklər
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
823) Xəstənin gips sarğısı və ya skelet dartması ilə immobilizasiya dövründə izometrik əzələ gərilməsi tövsiyyə olunur (əzələnin uzunluğunu dəyişmədən və oynaqları hərəkət etdirmədən). Bu nəyə kömək edir?
A) Əzələ tonusunun saxlanılmasına

B) Əzələ hissiyatının məşqinə

C) Fraqmentlərin konsolidasiyasına

D) Bütün sadalalanlara

E) Seqmentin qan dövranının yaxşılaşmasına
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
824) Əzələlərin daha çox boşalması üçün ətraflara və xəstənin gövdəsinə hansı vəziyyət verilməlidir?
A) Gərginləşmiş əzələlərin bitişmə nöqtələri uzaqlaşdırılmalıdır

B) Yumşaq rejimdə ehtiyatlı hərəkətlər edilməlidir

C) Gərginləşmiş əzələlərin bitişmə nöqtələri yaxınlaşdırılmalıdır

D) Böyük amplitudda aktiv hərəkətlər edilməlidir

E) Əzələlərin “iradəvi” boşalması təmin edilməlidir
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
825) Onurğanın osteoxondrozu zamanı reabilitasion tədbirlər hansıdır?
A) Bütün sadalalanlar

B) Müalicə gimnastikası

C) Balneofizioterapiya

D) Onurğa üçün boşalma vəziyyəti və dartma

E) Kürəyin və belin yüngül massajı
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax/pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.245-277.
826) Onurğa osteoxondrozu olan xəstələrdə yüklə dartılmaya əks göstərişlər hansıdır?
A) Deformasiyaedici spondilez, fəqərələrin osteoporozu

B) Bütün sadalalanlar

C) Ürəyin və damarların xəstəlikləri

D) Parezlər və ifliclər

E) Onurğanın kobud anadangəlmə anomaliyaları
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax/pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.245-277.
827) Bel osteoxondrozu olan xəstələrdə müalicə gimnastikası zamanı ilkin boşaldıcı vəziyyətlərə hansı aid deyil?
A) Diz-dirsək vəziyyəti

B) Qarnı üstündə uzanılı

C) Arxası üstündə uzanılı

D) Diz-bilək vəziyyəti

E) Oturaq vəziyyət
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax/pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.245-277.
828) Bazu-kürək periartritli boyun osteoxondrozu olan xəstələr üçün müalicəvi hərəkətlərdən hansı istisnadır?
A) Avarçəkən trenajorda hərəkətlər

B) Tarazlıq üçün hərəkətlər

C) Bazu oynağının passiv hərəkətləri

D) 1 kq-dək hantellərlə hərəkətlər

E) Bazu-kürək nahiyyəsi və yuxarı ətraf əzələlərinin boşalması üçün hərəkətlər
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.245-277.
829) Skolioz zamanı müalicə gimnastikasının tətbiqinin kliniki-fizioloji əsaslarına aid hansı deyil?
A) Döş qəfəsinin deformasiyası

B) Onurğa sütununun deformasiyası

C) Xarici tənəffüs, ürək-damar sistemi funksiyasının pozulması

D) Əzələ-bağ apparatının zəifliyi

E) Həzm funksiyasının pozulması
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.293-367.
830) Skolioz zamanı müalicə gimnastikasının məqsəd və məsələlərinin nəzərdə tutduğu hansıdır?
A) Onurğa sütununa stabilləşdirici təsir

B) Bütün sadalalanlar

C) Döş qəfəsinə korriqəedici təsir

D) Düzgün qamət tərbiyəsi

E) Onurğa sütununun deformasiyasına korriqəedici təsir
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.293-367.
831) Onurğa sütununun yüksüzləşməsi üçün ilkin vəziyyətlər hansıdır?
A) Sağ böyrü üstündə uzanılı

B) Ayaq üstə

C) Arxası və qarın üstündə uzanılı və ya dizlər və dirsəklər üzərində durmaq

D) Sol böyrü üstə uzanılı

E) Stulda oturulu
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.293-367.
832) Skolioz zamanı funksional korsetin məqsədi hansıdır?
A) Onurğa sütununun mobilliyinin artması

B) Onurğa sütununun dartılması

C) Onurğa sütununun stabilliyinin artması, onun düzgün vəziyyətdə saxlanması və onurğa sütununun yüksüzləşməsi

D) Onurğa sütununun qeyri-stabilliyinin artması və onun belə vəziyyətdə saxlanması

E) Onurğa sütununun yüklənməsini artırmaq
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.293-367.
833) Deformik spondilyozu olan xəstələr üçün xüsusi idman hərəkətlərinə aid deyil?
A) Gövdənin bel, qarın əzələlərini möhkəmləndirən

B) Əzələlərin boşalmasına yönələn

C) Korreksiyaedici

D) Gövdənin arxa açığı əzələlərinin dartılmasına yönələn

E) Tənəffüsü yaxşılaşdıran
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.293-367.
834) Onurğa sütununun kompression sınıqları zamanı müalicə gimnastikasi hansını istisna etməlidir?
A) Daxili orqanların funksiyasının yaxşılaşmasını

B) Onurğa sütununun yüklənməsini

C) Fəqərənin reklinasiyasını

D) Trofik pozuntuların profilaktikasını

E) Onurğa sütununun dartılmasını
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.150-221.
835) Skoliotik deformasiyanin patoqenezində ilkin dəyişkliklər baş verir:
A) Onurğa beynində

B) Bütün göstərilən strukturlarda

C) Bel əzələlərində

D) Fəqərələrarası disklərdə

E) Fəqərə cismlərində
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.155-170.
836) Skoliotik deformasiyanın dərəcəsi V.D.Çaklinin 2-ci təsnifatına əsasən hansı göstəricilərlə təyin edilir?
A) I 0-5°, II 6-25°, III 26- 80°, IV 80° və çox

B) I 0-5°, II 6-20°, III 21-100°, IV 100° və çox

C) I 0-10°, II 11-25°, III 26-50°, IV 50° və çox

D) I 0-15°, II 16-35°, III 36-75°, IV 75° və çox

E) I 0-5°, II 6-25°, III 26-40°, IV 40° və çox
Ədəbiyyat: Travmatoloqiə i ortopediə: Rukovodstvo dlə vraçey v 4-x tomax /pod red.N.V.Kornilova/. SPb, 2004-2006, s.375
837) Kliniki təcrübədə daha çox rast gəlinir:
A) Paralitik skolioz

B) Anadangəlmə skolioz

C) İdiopatik skolioz

D) Raxitik skolioz

E) Nevroqen skolioz
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.155-170.
838) Əsas əyriliyin lokalizasiyasına görə hansı tip skolioz mövcud deyil?
A) Döş tipli

B) Bel tipli

C) Boyun tipli

D) S-vari, və ya kombinə tipli

E) Yuxarı döş tipli (Boyun-döş tipli)
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.155-170.
839) Skolioz zamanı əsas əyriliyin küncünün ölçülməsinin ən yayılmış üsulu hansıdır?
A) Ferqüsson usulu

B) Kobb üsulu

C) Maslovski üsulu

D) Abalmasova üsulu

E) Çaklin üsulu
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.155-170.
840) Ayağın I-ci barmağının «Hallüks valqus» tipli deformasiyası nədir?
A) I-ci barmağın lateral istiqamətdə əyilməsi

B) I-ci barmağın medial istiqamətdə əyilməsi

C) II-ci barmağın lateral əyilməsi

D) I-ci barmağın «çəkicvari» deformasiyası

E) II-ci barmağın medial əyilməsi
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-356.
841) Skolioz zamanı üzgüçülüyün əsas əhəmiyyəti hansıdır?
A) Skelet əzələlərinin möhkəmləndirilməsi

B) Onurğa sütununun yüksüzləşməsi

C) Döş qəfəsi hərəkətinin yüksəldilməsi, ürək-damar və tənəffüs sistemlərinin funksiyasının yaxşılaşdırılması

D) Bütün sadalalanlar

E) Termonəzarətin təkmilləşdirilməsi, orqanizmin möhkəmləndirilməsi
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.155-170.
842) Müalicə edilməyən Şeyerman-Mau xəstəliyi nə ilə nəticələnir?
A) Onurğanın bel-oma skoliozu ilə

B) Onurğanın ağır skoliozu ilə

C) Onurğanın döş hissəsinin hiperkifozu ilə

D) Onurğanın döş hissəsinin hiperlordozu ilə

E) Onurğanın bel-oma hiperkifozu ilə
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.473-480.
843) Diz oynağının poliomielitdən sonra əmələ gəlmiş paralitik deformasiyasına hansı aiddir?
A) Baldırın bayıra torsiyası və diz oynağının bükücü-valqus kontrakturası

B) Baldırın arxaya çıxığı və diz oynağının qeyri-sabitliyi

C) Bükücü, bükücü- valqus kontrakturası

D) Diz oynağının rekurvasiyası və valqus tipli deformasiyası

E) Bütün göstərilənlər
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s. 444-460.
844) Ayağın poliomielitdən sonra əmələ gəlmiş paralitik deformasiyasına hansı aiddir?
A) Paralitik əyripəncəlik

B) Ayağın «atayağı» tipli deformasiyası

C) Bütün göstərilənlər

D) Paralitik ayaq

E) Ayağın yastı-valqus tipli deformasiyası
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.444-460.
845) Oynaq qığırdaqlarının kəsici osteoxondrozu (Keniq xəstəliyi) hansı kliniki xassəsi ilə seçilir?
A) İrinli iltihabın əmələ gəlməsi ilə

B) Oynağın bağ apparatının zədələnməsi ilə

C) Oynaqda əmələ gəlmiş azad qığırdaq cismlərlə

D) Oynaqların agır kontrakturası ilə

E) Oynaqların ağır destruksiyası ilə
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.496-497.
846) Sistem osteoporozuna hansı aiddir?
A) Steroid osteoporoz

B) İdiopatik osteoporoz

C) Senil osteoporoz

D) Postmenopauzal osteoporoz

E) Bütün göstərilənlər
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.515-525.
847) Ayaqların yastıpəncəliyinə hansı aiddir?
A) Köndələn yastıpəncəlik

B) Barmaqların deformasiyası ilə ağırlaşan boylama-köndələn yastıpəncəlik

C) Bütün göstərilənlər

D) Boylama yastı-valqus pəncə

E) Boylama yastıpəncəlik
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-342.
848) Fəqərələrin anadangəlmə yarığına (spina bifida) hansı aiddir?
A) Spina bifida medialis

B) Spina bifida kaudalis

C) Spina bifida anterior və posterior

D) Spina bifida lateralis

E) Spina bifida kranialis
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.148-150.
849) Rentgenoloji müayinədə təyin edilən «sakralizasiya» termini nəyi nəzərdə tutur?
A) V-ci bel fəqərəsinin spondilolistezini

B) Onurğanın bel-oma hissəsinin qeyri-sabitliyini

C) Oma-qalça birləşməsinin ankilozunu

D) V-ci (L5)bel fəqərəsinin oma sümüyünə birləşməsi

E) I-ci Oma (S1) fəqərəsinin spondilolistezini
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.150-153.
850) Rentgenoloji müayinədə təyin edilən «lyumbalizasiya» termini nəyi nəzərdə tutur?
A) Oma-qalça birləşməsinin ankilozunu

B) I-ci Oma (S1) fəqərəsinin spondilolistezini

C) I-ci oma (S1) fəqərəsinin onurğanın bel hissəsinə keçməsini

D) Onurğanın bel-oma hissəsinin qeyri-sabitliyini

E) V-ci bel fəqərəsinin spondilolistezini
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.150-153.
851) Yastıpəncəliyin müalicəsi əksər hallarda hansı üsulla aparılır?
A) Şopar və Lisfrank oynaqlarının cərrahi artrodezi

B) Konservativ –ortopedik müalicə

C) İlizarov apparatı ilə cərrahi korreksiya

D) Mio- artroplastik cərrahi əməliyyatlarla

E) Şopar oynağının cərrahi artrodezi
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-350.
852) Böyüklərdə qalıq və ya residiv əyripəncəliyin müalicəsi əksərən hansı üsulla aparılır?
A) İlizarov apparatı ilə korreksiya

B) Şopar və Lisfrank oynaqlarının cərrahi artrodezi

C) Mio- artroplastik cərrahi əməliyyatlarla

D) Ayağın 3-oynaqlı artrodezi və İlizarov üsulu ilə korreksiya-fiksasiya

E) Konservativ –ortopedik müalicə
Ədəbiyyat: İ.A.Movşoviç, Operativnaə ortopediə, Moskva, 1994.
853) «Yorğunluq» sınıqları, gərginlikdən sınmalar, stess sınıqları, yuklənmə osteoxondropatiyaları, sümük toxumasının funksional patoloji yenidən qurulması – hansılardır?
A) Eyni patoloji halın müxtəlif adları

B) Sümük toxumasının travmatik etioloqiyalı zədələnmələri

C) Ətrafların və bədənin müxtəlif seqmentlərində sümük toxumasının müxtəlif sahələrinin patoloji halları

D) Müxtəlif nazoloji formalar

E) Sümük toxumasının mübadilə xarakterli xəstəliyi
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-350
854) Sümük toxumasının funksional patoloji yenidən qurulması zamanı əsas kliniki əlamətlər hansıdır?
A) Sümük qırıqlarının xırçıltısı (krepitasiyası)

B) Ətrafın müvafiq seqmentində məhdud və ya yayılmış şişkinlik

C) Patoloji hərəkətlilik

D) Ətrafın qısalması

E) Ətrafın deformasiyası
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-350
855) Sümük toxumasının funksional patoloji yenidən qurulması zamanı ilkin dövrdə rentgenoloji mənzərə hansı ilə xarakterizə olunur?
A) Sümüyün yüklənmə zonasında ləkəli osteoporozun olması

B) Dəyişikliyin olmaması ilə (rentgenoneqativ dövr)

C) Fraqmentlərin yerdəyişməsi olmadan sümüyün sınma xəttinin olması

D) Heç bir cavab düzgün deyil

E) Sümük toxumasının sınıq, xəncərvari sınmalar şəklində kobud dəyişiklikləri
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-350
856) Sümük toxumasının patoloji yenidən qurulması zamanı xəstə hansı ağrılardan şikayət edır?
A) Gecə ağrıları

B) İltihabi xəstəliklərindən və soyuqdəymədən sonrakı ağrılar

C) Ətrafın müəyyən seqmentində səbəbi məlum olmayan yayılmış ağrılar

D) Konkret travmadan sonra bu və ya digər ətrafın seqmentindəki ağrılar

E) İntensiv və davamlı fiziki yüklənmədən sonra meydana çıxan və dincəlmə dövründə aradan qalxan ağrılar
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-350
857) Sümük toxumasının patoloji yenidən qurulması zamanı əsas müalicə prinsipi hansıdır
A) Müalicə yerdəyişməsiz sınıqların müalicəsindən fərqlənmir

B) Sümüyün reparativ reqenerasiyasını qüvvətləndirən şəraitin ləğv edilməsi

C) Xəstəliyi törədən fiziki yuklənmənin ləgvi və sümüyün reparativ reqenerasiyasını qüvvətləndirən şəraitin təmin edilməsi

D) Xəstəliyi törədən fiziki yuklənmənin artırılması

E) Sümük transplantatlarından istifadə etməklə cərrahi mualicə
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.329-350
858) Skoliozun əsas əyriliyində onurğa beyni yerini dəyişir:-
A) Onurğa beyni mərkəz vəziyyətdə qalır

B) Dorsal tərəfə

C) Deformasiyanın qabarıq tərəfinə

D) Deformasiyanın batıq tərəfinə

E) Ventral tərəfə
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.155-170.
859) Ağır döş skoliozu olan xəstələrdə ağ ciyərlərin həyat tutumu:
A) Ciyərlərin azalmır

B) 50% hallarda tutum artır, 50% -də isə azalır

C) Döş qəfəsinin forması dəyişdiyinə görə tutum artır

D) Xeyli azalır

E) Ciyərlərin həyati tutumu deformasiyadan asılı deyil
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.155-170.
860) Fəqərə sütunun döş hissəsində disk yırtığı:-
A) Döş osteoxondrozu xəstələrinin əksəriyyətində olur

B) Tez–tez rast gəlir

C) Ümumiyyətlə olmur

D) Bel hissəsindəki kimi tez-tez rast gəlir

E) Nadir hallarda olur
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, tom 3, s. 170-177.
861) Bexterev xəstəliyin ilkin mərhələsində rentenoloji müayinə nə göstərir?
A) Bud-çanaq oynaqlarının oynaq səthlərinin sklerozunu

B) Onurğanın bağ apparatının ossifikasiyasını

C) Sakroileal birləşmələrin ankilozunu

D) Sakroileal birləşmələrin kənar səthlərində sklerotik və osteoporotik ocaqları, oynaq konturlarının qeyri-aydınlığını

E) Fəqərələrarası disklərin bərkiməsini
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.392-397.
862) Bexterev xəstəliyinin ilkin stadiyalarında əsas müalicə üsulu hansıdır?
A) Pirazolon qrupundan olan dərman preparatlarının təyini, kinezo- və balneoterapiya

B) Qeyri-narkotik analqetiklərin təyini, fizioterapiya

C) Hərəkətlərin kəskin məhdudlaşdırılması

D) Bioqen stimulyatorlar tipli dərmanlarla müalicə

E) Cərrahi müalicə
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997,s.392-397.
863) Hansı etiologiyalı sindaktiliya daha çox rast gəlinir?
A) İltihabi prosesdən sonra

B) Əməliyyatdan sonra

C) Anadangəlmə

D) Yanıqdaq sonra

E) Travmadan sonra
Ədəbiyyat: E.P.Kuzneçixin, G.V.Ulğrix. Xirurqiçeskoe leçenie detey s zabolevaniəmi i deformaüiəmi oporno-dviqatelğnoy sistemı. (Rukovodstvo dlə vraçey). M.Mediüina, 2004, str. 7.
864) Dölün inkişafının hansı vaxtında sindaktiliya formalaşır?
A) 7-8 həftəsində

B) 9-10 həftəsində

C) 1-2 həftəsində

D) 5-6 həftəsində

E) 3-4 həftəsində
Ədəbiyyat: E.P.Kuzneçixin, G.V.Ulğrix. Xirurqiçeskoe leçenie detey s zabolevaniəmi i deformaüiəmi oporno-dviqatelğnoy sistemı. (Rukovodstvo dlə vraçey). M.Mediüina, 2004, str. 7.
865) Sindaktiliyanın hansı formasında barmaqların funksiyası az pozulur?
A) Dermato-desmogen sindaktiliya

B) Sümük sindaktiliya

C) Pərdəli sindaktiliya

D) Müştərək sindaktiliya

E) Dəri sindaktiliya
Ədəbiyyat: E.P.Kuzneçixin, G.V.Ulğrix. Xirurqiçeskoe leçenie detey s zabolevaniəmi i deformaüiəmi oporno-dviqatelğnoy sistemı. (Rukovodstvo dlə vraçey). M.Mediüina, 2004, str. 7.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə