Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

getdiyini  sormuram.  Xalid,  baxsana,  Ulduz  nərədədir?  (Xalid  gedir.)  Nə  etməli?  Hər  şey  bir 



qorxu yaradır. Diriliyimizə böylə, hər dəqiqəsi bir əzab, hər əzabı bir sevinc, hər sevinci bir göz 

yaşı. Əcəba, Ulduz nərəyə getmiş olsun? Görüm nə oldu. (Çıxarkən Xalid girir.) Nə oldu? Xalid, 

gördünmü? 

X a l i d. Xayır, əfəndim. Əbdürrəhman ilə getdiyini deyirlər. 

R  a  m  i  z.  Ehtimal  ki,  mənim  gec  gəlməmdən  narahat  olub,  məni  axtarmağa  getmiş.  Yazıq 

Ulduz!  Doğrudan  da  mənim  ona  çox  yazığım  gəlir.  Hələ  dünən  ana  qoynundan  ayrılan  bu 

qızcığaz,  bu  dağlar,  qayalar  arasında  yaşayır,  daimi  bir  əzab,  qorxu,  təhlükə  içində  çarpışır, 

inciyir.  Onun  bu  halını  görəndə,  mənim  ciyərim  parçalanır.  Fəqət  nə  etməli?  Ox,  İzzət  paşa, 

İzzət  paşa!  Məni  də  bədbəxt  edib,  dağlara,  daşlara  saldm,  öz  qızını  da!  Ah,  hələ  də  Ulduz 

gəlmədi. Ürəyim darıxır. Başma bir şey gələcəyindən qorxuram. Xalid, yorğun olsan da bir gör 

yoldaşlardan kim varsa, birini onları axtarmağa göndər. Zəhmət də olursa, amma... 

X a l i d. Xoşdur, əfəndim! (Gedir.) 

R a m i z. Yazıq Ulduzun mənim üçün bu qədər inciməsi məni sıxır. Saraylarda prinslər həsrət 

ikən o, bu quldur adi daşıyan xarabaya gəlmiş, quldur adlanan bir kütlə ilə yaşayır. Ox, quldur! 

Bu çirkin ad mənim vicdanımı didir, parçalayır. Mən dünən kim idim? Açıq alınlı bir əsgər! Bu 

gün  kiməm?  Qaraüzlü  bir  quldur!  Nə  qədər  də  çirkin  bir  ad!  Nə  qədər  məzlumlara  kömək 

edirəm, zalımları sıxıram, zənginlərdən alib, yoxsullara verirəm, yalnız Ulduzumun xatiri üçün 

bu  mağarada  qalıramsa  da  bu  mənfur  adın  üzərimdə  olduğunu  düşünəndə  varlığım  inləyir, 

müəzzəb olur. (Xalid girir.) 

X a l i d. Göndərdim, əfəndim! Doğrumudur deyirdilər, harayasa getmək istəyirmişsiniz? 

R a m i z. Xalid, bu mənfur quldur adını üzərimdə gəzdirə bilmirəm! 

X a l i d. Biz ki, həmişə məzlumlara kömək edirik. Qoyun nə deyəcəklərsə desinlər. 

R  a  m  i  z.  Əməlimizə  baxan  varmı?  İnsanlara  mələklər  qədər  məhəbbət,  peyğəmbər  qədər 

yaxşılıq  edirsən,  yenə  bizə  quldur  deyirlər.  Namuslu  bir  adama  bir  dəfə  quldur  dedilərmi  - 

həmişəlik  vicdan  əzabına  düşməsi  üçün  yetər.  Nə  etməli,  hara  getməli?  Ah,  İzzət  paşa,  İzzət 

paşa! Əcəba, bu Ulduz niyə gəlib çıxmadı? Yoxsa yazığı tutdular? Aman Allah, bağrım çatladı! 

Ardınca gedəcəyəm! 

H a r i s (girir). Ya əmir! Bir neçə kəlmə sizinlə xəlvəti danışmaq istəyirəm. 

R a m i z. Söyləyiniz! Nə işdir? Mənim ki, Xaliddən, bəlkə yoldaşlarımızın heç birindən gizli bir 

işim yoxdur. 

H a r i s. Ya əmir, sözlərim son dərəcə gizlidir. 

X a l i d. Əfəndim, mən onsuz da yoruldum. Müsaidə vərərsiniz, gedərəm. 

R a m i z. Çoxgözəl, hələlik! (Xalid gedir.) Söyləyiniz, yoxsa Ulduzdan bir xəbər gətirdiniz? 

H a r i s. Doğru zənn etdiniz, Ulduzdan! 

R a m i z. O yazıq Ulduz tutulmuşmu? Yox, yox, bu saat bütün İstanbulu alt-üst edib ya Ulduzu 

xilas edərəm, ya özümü öldürərəm. Söyləyiniz! Ulduz nərədə? 

H a r i s. Ya əmir, söyləyəcəyəm. Ulduzun tutulması, ya bədbəxt olmasi haqqında deyil... Sizin... 

Sizin... (Susur.) 

R a m i z. Söyləyiniz? Söyləyiniz, nə olmuş? Bağrım çatladı! 

H  a  r  i  s.  Ya  əmir,  siz  bilirsiniz  ki,  mən  ərəbəm.  Bilirsiniz  ki,  ərəblər  öz  əmirlərini  nə  qədər 

sevirlər.  Xüsusən,  sizin  kimi  mərhəmətli  bir  əmiri!  Əlavə,  bir  neçə  aydır  mən  sizinlə  çörək 



www.cafarcabbarli.org 

 

 



 

 

 



 

yedim.  Yoldaş  oldum.  Deyəcəyim  söz  sizin  üçün  arzu  olunmayan  və  mənə  qəzəbinizi  tutdura 



biləcək bir söz isə də, sizə olan məhəbbətim və yoldaşlıq vəzifəm məni açıq söyləməyə məcbur 

edir. 


R a m i z. Nəhayət, söyləyəcəkmisiniz? Və ya məni əzab və intizar altında öldürmək istəyirsiniz? 

H a r i s. Ya əmir! Ulduz... (İblisanə bir səslə geri çəkilir və cəsarət etmirmiş kimi susur.) 

R a m i z. Nə olmuş? Ulduz vurulmuşmu? 

H a r i s. Xayır! 

R a m i z. Tutulmuşmu? Təhlükədəmi? 

H a r i s. Ya əmir, xayır! 

R a m i z. Büsbütün sərbəstmi? 

H a r i s. Əvət, ya əmir! 

R a m i z. Şükür, yarəbbi! Nəhayət, söyləyiniz nə olmuş? 

H  a  r  i  s.  Ya  əmir,  Ulduz...  Ox,  cəsarət  etmirəm,  daha  doğrusu,  sizə  əzab  vermək  istəmirəm. 

Bağışlayınız... 

R a m i z. Bu nə tərəddüd?! Vallah bir qədər də söyləməsəniz, dəli olacağam. 

H a r i s. Söyləməyə cəsarət etmirəm. Qoyun bu söz mənim ürəyimdə qalsın. 

R  a  m  i  z.  Aman  Allah,  bağrım  çatladı.  Məni  əzab  içində  öldürməkmi  istəyirsən?  Nəhayət 

söyləsənə, hökm edirəm! 

H a r i s. Ya, əmir, Ulduzdan... Ulduzdan əminmisiniz? 

R a m i z. Anlamayıram, açıq söyləyiniz. Nə demək istəyirsiniz? 

H a r i s. Ya əmir, Ulduz başqasını sevir! 

R a m i z. Necə? Ulduz başqasını sevir dedin?! 

H a r i s. Əvət, ya əmir! (Ramiz acıqlı.) 

R a m i z. Sus, məlun! Yoxsa, bu saat vücudunu dünya üzündən yox edərəm. 

H a r i s. Əvət, ya əmir! Həqiqət acı olar! Mən əvvəldən bunu bilir və demək istəmirdim. 

R a m i z. Yarəbb! Ulduz da mənə xəyanət edərmi? Of... Ulduz... Ulduz... 

H a r i s. Bu acı həqiqət sizi acıqlandıracağını və məni dinləməyəcəyinizi bilirdim. Fəqət mənim 

sizə olan məhəbbətimi, bu qara həqiqəti dinləməsəniz də... 

R a m i z. Həqiqətmi? Söylə! Söylə! (Üzülür.) 

H a r i s (kənara). Özünü itirdi. Sillə bərk tutmuş! Ya əmir! Acıqlanacaqsınız deməyim. 

R a m i z (üzgün). Söylə!.. Söylə dinləyirəm! 

H a r i s. Ya əmir, Ulduz sizin hərəminiz... Sizin hərəminiz başqasıyla müaşiqə və müailə... 

R  a  m  i  z  (sözünü  kəsir).  Bəsdir!  Allah  eşqinə  sus,  zalım!  Mənim  həyatımı  qırdın,  yetər!  Ah, 

Ulduz!  Yolunda  çirkin  quldur  adınnnı  üzərimə  götürüb,  bu  vicdan  əzabı  ilə  dağlara-daşlara 

düşən, bədbəxt Ramizi... Söylə! Kiminlə? 

H a r i s. Əbdürrəhman ilə. 

R  a  m  i  z.  Yarəbb!  İkinci  zərbə!  Göz  bəbəyim  kimi  sevdiyim  bir  adam!  Əbdürrəhman  özünü 

mənə mələklər kimi məsum, peyğəmbərlər qədər də doğru göstərən bir adam! Əbdürrəhman... 

Böylə bir adamın da xəyanətini görəndən sonra, insanlara etibar qalarmı? 

H  a  r  i  s.  Ya  əmir,  Əbdürrəhman  ərəbdir.  Mən  də  ərəbəm.  Bilirsiniz  ki,  ərəblər  nə  qədər 

mütəəssib olar, bir-birini saxlarlar. Görünüz nə qədər sizə məhəbbətim var ki, öz həmcinsimin, 

bir  ərəbin  xəyanətini  gizləməyib  sizə  deyirəm.  Mən  bu  işin  qabağını  almaq  üçün  hər  ikisi  ilə 



Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə