polemika köşəsi
7
USTAD
dərgisi \ Fevral 2016
6
USTAD
dərgisi \ Fevral 2016
7
USTAD
dərgisi \ Fevral 2016
6
USTAD
dərgisi \ Fevral 2016
DÖVLƏT HİMNİMİZİN
SÖZ VƏ MƏTNİNİN MÜƏLLİFİ
KİMDİR?
Alxan Bayramoğlu
professor
D
övlət müstəqilliyimizin
bərpasından sonra
Azərbaycanın yeni dövlət
rəmzlərinin qəbul edilməsi istiqamətində
də intensiv və məqsədyönlü işlər görüldü.
Bayraq, gerb, himn, milli valyuta, pul
vahidi müəyyənləşdirilib qəbul edildi.
Bu atributlardan 27 may 1992-ci ildə
qəbul edilən Dövlət Himnimizin musiqi
müəllifı dahi Üzeyir bəy Hacıbəylidir.
Himnin sözlərinin müəllifi kimi isə
səhvən tanınmış şair Əhməd Cavad
göstərilmişdir. Duyğularımızın milli
müstəqillikdən doğan fərəh, qürur və
coşqunluq dolu ab-havasında görülən
bu taleyüklü işlər alqışlanmaqla yanaşı,
onda
bəzən hissin məntiqi, ağıl, düşüncə
ilə hərəkəti üstələdiyi, populizmə uyma
halları da müşahidə edilirdi. Təsadüfı
deyil ki, həmin işlərin bəzisi, məsələn,
pul nişanları üzərində sonralar uğurlu
təkmilləşmə aparıldı, milli qızıl, gümüş
sikkələr zərb edildi və s.
Dövlət himnimizin sözlərinin elə
ilk baxışdaca Ə.Cavad poeziyasının
ümumi ruhuna uyğun olmadığı duyulsa
da, qeyd etdiyimiz milli coşqunluq, o
cümlədən Milli Məclisin qəbul etdiyi
qərarın artıq qüvvəyə minməsi hər kəsi,
hətta elmi ictimaiyyəti
də hələlik mövcud
reallıqla hesablaşmağa, bu haqda heç
düşünməməyə yönəltdi. Lakin 1999-cu
ilin fevralında “Respublika” qəzetində
həmin şeir mətninin 1919-cu ildə
Bakıda nəşr edilən “Milli nəğmələr”
adlı şeirlər məcmuəsində
“Vətən
marşı” başlığı və
“Camo bəy” imzası
ilə çap edilməsi haqda yazı çıxandan
sonra Dövlət Himnimizin sözlərinin
müəllifliyi ətrafında müzakirələr başlandı,
fikirlər haçalandı. Bir çoxu bu fikrə
düşdü ki, imzaya əsasən şeiri Camo
Cəbrayılbəyliyə aid etmək olar. Məsələni
belə görən C.Cəbrayılbəylinin övladları
Səyyarə xanımla Dilbər xanım müvafıq
quruma müraciət edərək atalarının
müəlliflik hüququnun bərpasını xahiş
etdilər. Həmin ərizəyə əsasən Nazirlər
Kabineti Elmlər Akademiyasının Nizami
adına Ədəbiyyat İnstitutuna məktubla
müraciət edərək, bu məsələyə aydınlıq
gətirilməsini xahiş etmişdi.
Bütün bunları mənə 31 yanvar 2000-
ci ildə institutun o zamankı
direktoru,
mərhum professor, AMEA-nın müxbir
üzvü Yaşar Qarayev söylədi. Bildirdi ki,
institutun bugünkü (31 yanvar 2000-ci
il) Elmi Şurasında həmin məsələyə də
baxılacaq. Ona görə C.Cəbrayılbəylinin
qızlarını da Elmi Şuraya dəvət etmişik.
Yaxşı olar ki, həmin müzakirədə sən də
iştirak və çıxış edəsən.
Dedim, axı, o şeir C.Cəbrayılbəylinin
deyil. Dedi, bəs, kimindir? Cavab verdim
ki, bunu müzakirədə deyərəm. Məsələni
belə görən Yaşar müəllim məsləhət gördü
ki, onda mən axırda çıxış edim.
Razılaşdıq.
Müzakirədə çıxış edənlərin əksəriyyəti
bir qədər məsələnin mahiyyətinə
bələd olmamaqdan,
bir qədər də
C.Cəbaryılbəylinin qızlarının üzünə iddia
etdilər ki, Dövlət Himnimizin sözlərinin
müəllifı Cəmo Cəbrayılbəylidir. Ona görə
ədalət bərpa edilməli, mətnin müəllifı
kimi Əhməd Cavad yox, C.Cəbrayılbəyli
göstərilməlidir. Müzakirələrdə bir qədər
fərqli fikirlər söyləyənlər də oldu.
polemika köşəsi
9
USTAD
dərgisi \ Fevral 2016
8
USTAD
dərgisi \ Fevral 2016
Elmi Şuranın sədri professor Yaşar
Qarayev hər dəfə “daha kim çıxış etmək
istəyir?” müraciətindən sonra ani sükut
görən kimi mənə baxırdı. Mən söz alıb
ayağa qalxanda kimsə növbəti çıxış üçün
əl qaldıran kimi növbəmi ona verirdim.
Nəhayət, üçüncü cəhddə məsələyə
münasibətimi bildirərkən dəlillərlə
əsaslandırdım ki,
müzakirə edilən şeir
mətni C.Cəbrayılbəyliyə də aid deyil.
Onun müəllifı Cəmo bəy Hacınskidir.
Fikirlərimi əsaslandırmaq üçün
Azərbaycan Sovet Ensiklopediyasının
10-cu cildinin 156-cı səhifəsində Cəmo
bəy Hacınski haqqında gedən məqalədəki
faktlara da istinad etdim. Bu zaman
direktorun kabinetindəki kitab şkafından
ASE-nin həmin cildini götürüb açdım
və söylədiklərimin əyaniliyini nümayiş
etdirdim.
Yaranan ani çaşqınlıqdan sonra Elmi
Şura məsələni daha dərindən araşdırıb
yekdil rəyə gəlmək məqsədilə akademık
Bəkir Nəbiyev (sədr), AMEA-nın müxbir
üzvü Yaşar Qarayev, bu sətirlərin müəllifı
və digər mütəxəssislərdən ibarət mötəbər
bir tərkibdə komissiya yaradılması haqda
qərar qəbul etdi. C.Cəbrayılbəylinin
qızlarına da təklif olundu ki, əgər
atalarının arxivində həmin şeirin
ona
məxsusluğunu təsdiqləyən hər
hansı əlyazma və ya digər sənəd,
material tapsalar, komissiyaya, institut
rəhbərliyinə təqdim etsinlər.
Səyyarə xanımla Dilbər xanım
bu məqsədlə xeyli axtarış aparsalar
da, bizə məlum olduğuna görə, heç
nə əldə edə bilmədilər. Mənə isə öz
mövqeyindən müəyyən maraqlar
müqabilində geri çəkilmək və ya həmin
şeirin C.Cəbrayılbəylinin olması barədə
mətbuatda çıxış etmək təklif edildi.
Təbii ki, razılaşa bilməzdim və
razılaşmadım da...
Bu
Elmi Şuradan sonra Dövlət
Himnimizin sözlərinin müəllifinin kimliyi
ətrafında mətbuatda və geniş ictimai
dairələrdə, hətta Milli Məclisdə qızğın
müzakirələr getməyə başladı. Ədəbiyyat
İnstitutunun yaratdığı komissiya isə bir-
iki dəfə o vaxt AMEA-nın ədəbiyyat, dil,
incəsənət bölməsinin akademik katibi
işləyən Bəkir Nəbiyevin kabinetində
yığışıb müzakirə apardı, fikir mübadiləsi
etdi...
Mətbuat və ictimai dairələrdə,
həmçinin Milli Məclisdə gedən
müzakirələr zamanı himnin şeir mətninin,
guya, ideya-bədii
cəhətdən zəifliyi və
onun dəyişdirilməsi barədə də fıkirlər
səsləndi. Bu zaman dahi Üzeyir bəyin öz
musiqisi üçün məhz həmin mətni seçməsi
faktı nəzərə belə alınmadı. Halbuki
musıqi əsəri yazılarkən (bəstələnərkən)
şeir mətnindən iki cür istifadə edilir;
ya hazır mətnə musiqi bəstələnir və bu
zaman həmin mətndə musiqiyə uyğun
müəyyən dəyişiklik də edilir, ya da
not hazır olandan sonra o, hər hansı
müəllifə verilir ki, musiqi notuna uyğun
mətn yazsın. Qeyd edək ki,
ikinci üsul
söz mətninin müəllifini bir çox çətinlik
qarşısında qoyaraq, onu məzmundan çox
hazır qəliblərə, “balvankalara” uyğun
sözlər axtarışına məcbur edir.
ƏHMƏD
CAVAD