əlyazmalar oxunur
115
USTAD
dərgisi \ Fevral 2016
114
USTAD
dərgisi \ Fevral 2016
Maturan getdikcə itaətini artırır idi.
Qabaqkı məndili təkrar yüzünə sarıyıb əvvəlki
qəm qüssəli halını göstərməyə başladı!
Yüzü əlləri içində olduğu halda zarıya-
zarıya ocağın başına gəldi. Övrətinin
qoyduğu bir iskəmləyə oturdu. Yüzünü oda
tutmağa başladı.
Jaqlin isə bir tərəfdən odunları bir-birinin
üzərinə yığıb ocağın hərarətini artırmağa
çalışırdı. Həraraətin şiddətindən Maturanın
qulaqları qırmızı alma kibi qızardı.
Zövcəsinin bu tövsiyəsindən cüzi olsun
bir sakitlik görə bilməyib, bilaəks ağrısından
fəryad və fəğanını asimana çıxarmağa
başladı.
Jaqlinin çarəsi hər bir yerdən kəsilib dedi
ki:
– Qocacığım!... Görürsən, heç şey fayda
etməyir!... Artıq bu dişini çıxarmaqdan başqa
çarəsi qalmadı.
Fəqət zövcəsinin bu fikrindən Maturanın
çox da xoşuna gəlmədiyi yüzünü bürüşdürüb
çiyinlərin silkələməsilə məlum olurdu.
Jaqlin sözünü təkrar edərək dedi kİ:
– Gedib qonşumuz müsyo Şiqonu tapıb
dişini çıxartmasını söylərsək olmazmı?...
Zavallı Maturan xərifləmiş adamlar kibi
hər şeyi tərs anlayırdı. Gözlərini bərəldib dedi
ki:
– Dişlərimimi dedin?..
– Xeyr, a canım, yalnız ağrıyan dişini
deyirəm.
Fəqət Matoren zövcəsi Jaqlinin göstərdiyi
hər əlac zərrə qədər faydabəxş olmadığından
əlavə bir sübutun əzabı ziyadə oluyordu.
Artıq bu səfərki əxtardan Matoren dişinin
ağrısını övrətindən çıxarmaq üçün nəzərinə
təsadüf edən yanmış bir odun parçasını
yaxalayıb onu zərb etməyə iqdam etdi. Jaqlin
isə bu nagahan zərbdən qurtarmaq üçün
cəmi qüvvət və iqtidarilə qabağına gələn
iskəmlə, masa, odun kibi maneələri vurub
yıxaraq qaçmağa başladı.
Matoren zövcəsini bu surətlə zərb və
təhdid etdiyi üçün olmalıdır ki, dişinin ağrısını
mümkün mərtəbə unutmuş hiddət və şiddəti
dəxi sakit olmuşdu.
Bununla belə bir azdan sonra yenə ağrısı
getdikcə artmaqdan biçarə adam bəlkə ağrısı
bir az sakit olur zənnilə yatmağa qərar verdi.
Jaqlin qərəzsiz, səbəbsiz vüqu bulan
hiddət və təcavüzün nədən ötrü olduğunu
anlamaq üçün ərini istintaq etmək istədi.
Amma cəsarət etmədi.
Məhasil, bir dərəcəyə qədər özünü
toplayıb yavaş-yavaş zövcünün yanına
yaxınlaşdı. Kömək etmək qəsdilə bir qoluna
girərək zövcünün uzanmasına yardım etdi.
Yorğan, döşək, yastıq və bunlara oxşar
əlinə hər nə keçdisə, zavallı Maturanın
üzərinə yığdı.
Maturan əvvəl sağ tərəfə – yəni dişinin
ağrıdığı tərəfə yatdı. Bir çığırtı qopardı:
– Ay!.. Ay!.. Bu tərəfi üstə yatmaq qabil
deyil! – deyərək sol tərəfə döndü.
– Ay!.. Ay!.. Daha bədtər imiş!...
Hasili, zavallı Maturan hər hansı tərəfi
üstə yatdısa, mümkün deyil, sakit və rahatlıq
bulmadı.
Bu qədər ağırlıq salan əşyanın altında
dəxi hərarətlə zənn olunan ağrı bilaəks
artmağa başlayınca ruhuna verilən ağırlıq
zəhmətindən üstündəki əl və ayaqlrı ilə
itələyib dağıtdıqdan sonra yatağından durdu.
Rəxtxabının baş tərəfində bulunan
pambıq ipindən toxunmuş papağı gözlərinə
qədər endirib özünü küçə qapısından bayıra
atdı. Qonşusu diş həkimi müsyö Şiqonun
sakin olan evinin qapısını bir neçə dəfə
bərkdən döyməyə başladı. İçəridən kəmal
hiddətlə:
– Kimdir o?.. – deyə bir səs eşidildi
– Bənəm, qonşu Şiqo!.. Bən... Maturan...
Ah, qonşunuz... Biçarə Matoren..
– Qapı açıldı. Müsyo Şiqo cənabları
əynində gecəlik libası olduğu halda göründü.
– Buyurunuz, dostum! – deyərək qayət
mültəfitanə qəbul etdi. , – Böylə gec vəqtdə
təşrif gətirmələrin səbəbi nədir?
– Ah müsya Şiqo... Xahiş edirəm
bağışlayınız.
Matoren başına qoyduğu papağı çıxarıb
küdurətli bir hal ilə yüzünü əli ilə göstərərk
dedi ki:
– Ah müsyo Şiqo! Bəni bu vəqt buraya
gıtirməyə məcbvur edən dişimin bərk
ağrısıdır. Ah müsyo Şiqo, biləsiniz nə dərəcə
zəhmət çəkmədəyim... Dünyanın ən bədbəxt
əlyazmalar oxunur
115
USTAD
dərgisi \ Fevral 2016
114
USTAD
dərgisi \ Fevral 2016
insanı imişəm!..
– Vah, biçarə dostum!.. Həqiqətən,
təəssüf etdim. Bir az burada oturunuz da
dişinizə baxayım.
Matoren göstərilən iskəmlədə oturdu.
Müsyo Şiqo layiqlə baxdıqdan sonra dedi
ki:
– Anladım, anladım, dibdəki o
çürümüş diş... Hətta bir tərəfi də balaca
sınıb!... Vah!... Vah!.. Zavallı dostum!
Neyçün çürümüş bir dişi indiyə qədər
çıxartmamışsınız? Sağlam dişlərə də sirayət
edər. Durunuz... Durunuz... Bunu bu saət bir
əl çabukluğuyla çıxarıb atım.
– Bəli, bəli.. Müsyo Şiqo, məlun dişi
çıxarınız da, bəni bu bəladan qurtarınız.
Müsyo Şiqo əməliyyat məhəlinə getdi.
Alətləri içində bulunan bir çəkməcə açıb
qarışdırmağa başladı. Maturan dəmir
alətlərdən çıxan səsləri eşitdikcə, mümkün
deyil, yerində otura biməyirdi. Göz ucuyla
müsyo Şiqonun hərəkətinə baxırdı.
Nəhayət dərəcədə xof buna qalib gəlib
büsbütün mətanət və cəsarətini itirdi.
Qorxusundan bütün əzası ölümə məhkum
olmuş canilər kibi titrəyirdi.
Əlbəttə, bədbəxt Matorenə gülməzsiniz!
Bu zavallının dişi müsyo Şiqonun o dəhşətli
alətlərindən biriylə çıxarılacaqdır. Müsyo Şiqo
axtardığı aləti tapdı. Rəhimanə və nazikanə
bir tövr ilə Matorenin yanına gəldi. Sol
əlində bulunan aləti göstərməmək üçün əlini
arxasına qoydu. Matoren bu işi duymaqla
qorxusundan tir-tir əsməyə başladı. Özünü
zəbt edə bilmədiyindən rəğbət cəlb edən bir
səs ilə böylə fəryad edib istəyirdi.
–
Mərhəmət!.. Mərhəmət!.. Müsyo
Şiqo!..
– Mərhəmətmi?.. Fəqət bən mərhəmət
etdiyimdən sizi ac və yuxusuz qoyan bu
ağrlıdan qurtaracağam... Şükr etsəniz!..
– Müsyo Şiqo! Xahiş edirəm bihudə
zəhmət çəkməyiniz, çünki...
– Təşəkkür edirəm, heç bir şüşəm
qalmadı...
– Buraxınız ge... di..im..
– Ah!.. Haydı baxalım... Qomşucuğum...
Cəsarət!... Sizin bu halınızı beş yaşındakı
uşaq belə etməz. Düşündüyünüz qədər
zəhmət verməz... Sizi xatircəm edirəm ki,
əsla sızıltı, ağrı verməksizin çıxardacağam.
Heç sizə əziyyət etməsini istərəmmi?
– Ah!... Gerçəkmi, müsyo Şiqo... Ux...
Haydı, müsyo, tez olunuz!...
Müsyo Şiqo intixab etdiyi aləti alıb
Maturenin ağzına soxdu. Dişi sıxışdırdı.
Lakin Maturen dişçinin aləti tutduğu sağ əlini
tutmuş olduğundan çıxara bilmədi.
– Rahət durunuz, dostum! ... Böylə
çocuqluq etdikcə sizi o məlun dişdən necə
xilas edə bilərəm?!..
Zavallı adam buyruğa görə yenə yerinə
oturdu. Müsyo Şiqo təkrar çəkdi. Zavallı
Maturen iskəmləsini bir tərəfə itələyib çox
dəhşətli bir surətdə çığırmağa başladı. Çünki
müsyo Şiqo bu dəfə dişi gözəlcə yaxalamış
idi. Daima çəkir, çəkdikcə biçarənin dişi
qıcırdayırdı.
Əməliyyat layiqcə pəzir olmaq üzərə
ikən Maturen birinfərib ilə dişini gəlişindən
qurtarıb canının acısından hörmət və
tərbiyəni unudub qəliz bir surətlə hayqırıb
dedi ki:
– Ah! Vay!.. Vay!.. Vay!.. Sızıltısız, ağrısız,
zəhmətsiz dediyiniz bu idimi? Çox yaxşı, bu
da böylə keçsin.
– O... Haqsızlıq edirsiz, müsyo Matoren!..
Təqsir sizdədir, zira rahət dursaydınız!...
Müsyo Şiqo Matorenin çiyinlərini tutub
təkrar əlindəki aləti üçüncü dəfə olaraq
Maturenin ağzına soxdu.
– Ah... Anlıyorum... Anlıyorum!...
– Başqa cür necə qabil ola bilər, dostum?
– Eyvah!... Qorxumdan, ağrımdan indi
qəşş edəcəyəm...
– Cəsarət... Cəsarət...
Müsyo Şiqo dişi bağladı. Birdən birə
çəkməsilə biçarə Matoren iskəmləsilə
bərabər dalı üstə yuvarlandı.
Müsyo Şiqo çıxartdığı dişi Maturenə
göstərdi.
Matoren ağzı qan ilə dolu olduğu halda
kəkələyərək:
– Bu.. ha?.. Gerçəkmi?.. Əcəba
inanayımmı, müsyo Şiqo? – dedi.
– İştə görürsünüz!...
– Ah, məlun, ah!... Bana nə qədər
zəhmət verirdi. Aman, müsyo Şiqo, bunu
117
USTAD
dərgisi \ Fevral 2016
116
USTAD
dərgisi \ Fevral 2016
əlyazmalar oxunur
117
USTAD
dərgisi \ Fevral 2016
116
USTAD
dərgisi \ Fevral 2016
veriniz aparıb arvadıma göstərim.
– Alınız, dostum!
– Təşəkkür edirəm, müsyo Şiqo! Bəni bu
müsibətdən qurtardınız, diriltdiniz.
– Təşəkkürə məhəl yox, əzizim. Vəzifəmi
icra etdim.
Matoren ağzını, yüzünü yuduqdan sonra
tərəddüd ilə dedi ki:
– Bağışlayınız, müsyo Şiqo! əcəba, ücrə..
ət.. o.. la..
– Anladım... Anladım... Əzizim...
Yorulmayınız... İki abbası verəcəksiniz!..
– İki abbası? Amma pək çox!
– O... Müsyo Matoren çənəboğazlıqmı
edəcəksiniz, eyib deyil?
– Lakin bir kəlbətini ağzıma soxub
çıxarmaq üçün bu qədər ücrət istəmək
insafsızlıqdır!...
– Artıq söz lazım deyil, iki abbası
zənn etdiyiniz qədər çox deyildir. Lakin
sənəddaşlarımın bir çoxu bir diş çəkmək
üçün bir manatdan əksik almazlar. Ancaq
bən qomşuluq haqqını gözləməyə görə
bundan artıq istəməyirəm.
Matoren dəxi dişinin ağrısını büsbütün
unutduğundan dişçinin tələb etdiyi haqqını
verməyi özünə rəva bilməyirdi. Bir az fikir
etdikdən sonra dedi ki:
– Müsyo!.. Altı şahı versəm, necədir,
olmazmı?
Müsyio Şiqo qayət ciddi və amiranə bir
surətdə dedi ki:
– İki abbası dedim, bundan əksik olmaz.
Matoren içəridən bir ah çəkib yüzünü-
gözünü bürüşdürərək güc hal ilə əlini cibinə
saldı. Çıxartdığı iki abbasını müsyo Şiqonun
əlinə bir-bir saymağa məcbur oldu.
Müsyo Şiqo isə yüzünü yan tərəfə
çevirərək kəmal əzəmət və qürur ilə pulları
alırdı.
İki abbası olub-olmadığından xatircəm
olmaq üçün Matoren gedəndən sonra pulları
təkrar saymağa başladı.
***
Matoren dişini çıxartmaq üçün qomşusu
müsyo Şiqonun evinə getdiyi əsnada övrəti
Jaqlin digər bir təam hazırlamış idi.
Biçarə zövcəsi Matorenin halından bir
dərs ibrət götürmüş olduğundan bu dəfə
bişirdiyi təama bütün fikir və diqqətini sərf
etmişdi. Onun üçün bu səfərki şorbası qayət
nəfis bişirilmişdi.
Matoren dişinin ağrısından qarnını
layiqiylə doyuzdurmamış idi. Dişçidən
qayıtdıqdan sonra o, əlindən taqətini alan
dişindəki ağrıdan əsər qalmadığı cəhətlə
əvvəlki iştahası qayıdıb övrətinin bişirdiyi
şorbanı ləzzətlə tənavül etməyə başladı.
Əsnayi təmamda qaşığı ağzına aparanda
qabaqkı vaqeəni işarə etmək üçün zövcəsinə
qayət mənidar bir nəzər etdikcə biçarə Jaqlin
utandığından qızarırdı.
İCMAL
Bu hekayəcikdən üç mühüm keyfiyyət
istinad olunur!
1. İnsan cəmi işlərində ağılla, mətəəssər
ilə hərəkət etməlidir. Çünki ən ufaq, ən
əhəmiyyətsiz bir səhv böyük bir bədbəxtlik
nəticə verər.
2. Çürüyüb də tədavisi, doldurulması
mümkün olmayan dişləri vəqtindən qabaq
çıxartmalı və yeməkdən sonra dişləri
təmizləməli.
3. Hər nə surətdə olursa-olsun, tədavinizə
himmət göstəırən ətibbanın, xidmətinizlə
məkəllüf olanların haqlarını artıqlıq ilə
verməkdə əsla tərəddüd etməməlidir.
ədəbiyyatşünasın otağı
117
USTAD
dərgisi \ Fevral 2016
116
USTAD
dərgisi \ Fevral 2016
117
USTAD
dərgisi \ Fevral 2016
116
USTAD
dərgisi \ Fevral 2016
Sufilikdən
bir az....
“Mən özüm yoxam, məndə olan da
haqdır”
.
Həllac Mənsur
S
ufizm – Təsəvvüf ədəbiyyatında
dərin iz buraxmış elmi-fəlsəfi, dini-
mənəvi dəyərlərdir. Uzun müddət
ədəbiyyatımızın özəyini təşkil edən bu fəlsəfə
həm də Şərq ədəbiyyatının mahiyyəti idi.
Özünüdərkdən başlayıb Allahı dərk etməyə
yol açan bu təriqət bir çox hallarda müasir
oxucu üçün anlaşılmaz qalır. Geniş elmi
araşdırma, tədqiqat işi tələb edən sufizm
haqda çoxlu kitablar, məqalələr yazılıb. Lakin
biz “Sufilikdən bir az...” yazısında mövzunu
daha sadə dillə və əsas terminləri verməklə
izah etməyə çalışacağıq .
Sufi isən alıb-satma,
Halalına haram qatma
(Şah İsmayıl Xətayi)
Sufizm intizamdır – özünü tanıma
intizamı. Bu intizam nəticəsində insan özünü
tanımaqla bərabər, dinini tanıyır. Sufizmin
ən əhəmiyyətli qanunlarından biri, zamana
və məkana bağlı olmayan və hər zərrədə
mövcud olan və həmişə var olan mütləq
varlığın görülməsidir.
Sufizm orta əsrlərdə islam aləmində
gеniş yayılmış dini-fəlsəfi, mənəvi-əxlaqi
düşüncə və davranış sistеmidir. Bu istilahın
mənşəyi və mahiyyəti barədə çеşidli
fikirlər mövcuddur. Daha geniş yayılan
fikir budur ki, “sufi” sözü ərəbcə “qaba
yundan hazırlanmış parça” mənasını vеrən
“suf”, “sof” sözündəndir. “Sufi” isə həmin
parçadan paltar gеyinən adamdır. Onlar sadə
bir həyat yaşadıqlarını bildirmək, ayrıca bir
qrup olduqlarını göstərmək üçün yun xirqə
və ya paltar gеyinərdilər. Digər ehtimal budur
ki, “sufizm” sözü “еyvan” mənasını vеrən
“suffa” kəlməsindən yaranmışdır. Bеlə ki,
Məhəmməd pеyğəmbərin zamanında yoxsul
həyat tərzi keçirən bir qrup insan var idi ki,
mütəmadi olaraq pеyğəmbər məscidində və
onun еyvanında ibadət еdər, yaşayış yеrləri
olmadığından məsciddə qalardılar. Kasıb
həyat tərzi kеçirən və qənaətlə dolanan bu
adamlara “əshabi-süffə” dеyirdilər.“Sufi”
tеrminini qеyri-ərəb mənşəli hеsab еdib onu
yunan və ya ibrani sözü kimi qəbul еdənlər
də var. Bəzi təfsirçilərə, məsələn, Əburеyhan
Biruniyə görə, “sufi”, “sofi” sözü yunanca
“düşüncə”, “hikmət” mənasını vеrən
“sofiya” sözündəndir.
Sufizm dini-fəlsəfi cərəyan olsa da, şərq
bədii təfəkkürünün əsas təzahür formasına
da çevrilə bilib. Müsəlman şərq ədəbiyyatında
Sufizm və onun əsasında formalaşan bir
çox təriqətlər – Azərbaycan ədəbiyyatında
daha geniş yayılanı Hürufilikdir – mövcud
olmuşdur. Şərq ədəbi düşüncə tərzinin tərkib
hissəsi olaraq, bu düşüncə tərzinə böyük
töhfələr vermiş Azərbaycan ədəbiyyatında
təqribən beş əsrdən artıq bir dövr sufizmin
təsiri altında olan bir dövr olub. Zirvəsində
Nəsiminin, Xətayinin, Füzulinin dayandığı bu
mərhələ böyük maraqla öyrənilir və bundan
sonra da ətraflı şəkildə öyrənilməlidir.
Nəzəri və elmi əsasları olan Sufilik
müəyyən anlayışlar çərçivəsində oxucu
üçün aydınlaşa bilər. Bu aydınlaşmada
ədəbiyyatımızın ideya-məzmun və ya təzahür
əsaslarına çevrilmiş müəyyən terminləri
göstərə bilərik:
Elxan
Nəcəfov
ədəbiyyatşünasın otağı
119
USTAD
dərgisi \ Fevral 2016
118
USTAD
dərgisi \ Fevral 2016
Təsəvvüf nədir?
Təsəvvüf – İslam dinindəki mənəvi
həyatın və əxlaqi dəyərlərin adıdır. Bu
fəlsəfi-dini təlimdə insanın nəfsi ilə mübarizə
aparması, onu islah və tərbiyə etməsi, öz
varlığından və dünyadan keçərək Allaha
qovuşması məqsədi izlənilir. Təsəvvüfün
poeziyada təzahürü irfandır. Onun məqsədi
ruhi təkamül və kamillikdir. Mədəni və tarixi
baxımdan, təsəvvüf islamın VIII-X əsrlərində
formalaşmağa başlamışdır. Təşəkkülünü
tamamlayan və sistemləşən təsəvvüf XII
əsrin II yarısından başlayaraq təşkilatlanma
prosesinə girir. Təsəvvüf cərəyanının
nümayəndələrinə Sufilər deyilib. XII əsrdən
başlayaraq sufilərin bədii yaradıcılığı təkkə
ədəbiyyatı kimi tanınır. “Sufizm” və ya
“təsəvvüf” mahiyyət еtibarilə еyni mənanı
ifadə еdən anlayışlardır. Еyni inanc sistеmini
ifadə еtmək üçün hər iki tеrmindən paralеl
şəkildə istifadə olunur.
Sufi kimdir?
Sufi – Təsəvvüf (sufizm) dini-fəlsəfi
cərəyanının nümayəndəsidir. Sufilərin
yaradıcılığının əsas qayəsi kamil insan və
ilahi eşqdir. Təriqət qurucusu olaraq ilk sufi
adnı alan Əbu Haşim əs-Sufidir. Təriqət
qurucusu olan sufilər bunlardır: Əbdülqadir
Geylani – Qadiriyyə, Əhməd Yəsəvi –
Yəsəvilik, Hacı Bəktaş Vəli – Bəktaşilik,
Mövlana Cəlaləddin Rumi – Mövləvilik,
Bəhaəddin Nəqşibənd – Nəqşibəndilik, Şeyx
Nəimi –Hürufilik, Şeyx Səfiəddin Ərdəbili –
Səfəvilik, Ömər Xəlvəti – Xəlvətilik və s.
Sufi hara gedir?
Dörd qapı, qırx məqam –
Sufizmdə
Allaha gedən yol – qovuşma yolu dörd
mərhələdən, qırx məqamdan ibarət ruhla
haqqın qovuşmağına gedən yoldur. Həmin
yolda dörd qapı var: 1.
Şəriət, 2. Təriqət,
3. Mərifət 4. Həqiqət. Bu dörd qapı digər
adları ilə belə də tanınır: Şəriəti-farz, təriqəti-
vacib, mərifəti-sünnət, həqiqəti-nafilə.
Məcazi mənada desək, şəriət baba, təriqət
nənə, mərifət övlad, həqiqət isə nəticədir.
Bu dörd qapının hər birindən 10 yol da
ayrılar ki, bu da qırx məqam edər. Hər sufi
“yolçu”su Tanrıdan kənar heç bir şeyin
həqiqi varlığa malik olmadığını bilir. Bunu
o, yalnız təcrübədən kənar yollarla, zahid
həyatı keçirməklə, çoxsaylı ibadət və zikrlər
edib zənginləşəndən sonra başa düşür. Belə
bir halda o, Tanrı ilə vəhdətini duyaraq
Onda əriyir; dediklərinin, etdiklərinin,
davranışlarının Allah tərəfindən icra
olunduğunu dərk edir. Nəhayət, sufi özünü
Tanrının bir parçası kimi təsəvvür edərək
“Haqq mənəm” deyir.
ədəbiyyatşünasın otağı
119
USTAD
dərgisi \ Fevral 2016
118
USTAD
dərgisi \ Fevral 2016
Vəhdəti-vücud nədir?
Vəhdəti-vücud - (“Varlığın birliyi”):
Sufizmdə vəhdəti-vücud nəzəriyyəsi çox
önəmlidir. Vəhdəti-vücud nəzəriyyəsinin
yaradıcısı XII-XIII əsrlərdə İspaniyada
yaşamış və “Şеyxü-əkbər” ləqəbli Mühyiddin
ibn Ərəbidir (1165-1240). O, öz idеyalarını
“Fütuhati-Məkkiyyə”, “Füsusül-hikəm”
və s. əsərlərində, risalə və şərhlərində
vеrmişdir. “Vəhdəti-vücud” – geniş yayılmış
sufi təlimlərindən biridir. Bu təlimə görə,
yalnız bir varlıq var, o da Tanrıdır. Ondan
başqa heç bir şey yoxdur. Maddi və mənəvi
aləmdə olanlar, əslində, Onun (Allahın)
təzahürləridir və onların varlıqları Allahın
varlığından asılıdır. Deməli, maddi aləmin
Allahla münasibəti, bir şeyin öz kölgəsi ilə
münasibəti kimidir. Varlıq olmasa, onun
kölgəsi də olmaz, dünya varsa, Allah da
vardır. Zamandan, məkandan asılı olan
varlıqlar, sadəcə Allahın varlığını əks
etdirir, varlıq onun zühur yeridir, Haqqın
təcəllisidir. İnsanın yaşamı, onun söz və
əməlləri, hərəkətləri əslində Haqqın zühuru
və sifətlərinin ifadəsidir. Ancaq insan dünya
malına tamah saldığı üçün nəfsinə məğlub
olar və nəticədə Haqq ilə arasındakı pərdəni
qaldıra bilməz, Ondan get-gedə uzaqlaşar.
Dərviş kim idi?
Dərviş – Təsəvvüf cərəyanının
nümayəndəsi: gəzərgi həyat sürən, miskin
(maddi zənginliklərlə dolu olan fiziki
dünyadan əl çəkərək, mənəvi dünyada
yaşayan həqiqət aşiqi) – sufi şairdir. Dərviş
təmiz qəlbə malik maddi nemətlərdən və
həvəslərdən uzaq, nəfsani еhtirasların
zülmətindən xilas olmuş, mənəvi-əxlaqi
cəhətdən pak müriddir. Dərvişlər sufi
şeirlərini müxtəlif məkanlarda oxumaqla
sufizmin əsas təbliğatçıları olmuşlar.
Ədəbiyyat sufilərdən nə əldə etdi?
Təkkə ədəbiyyatı – Sufi şairlərin nəzmlə
yazılmış bədii yaradıcılığıdır. Təkkə şairlərinin
çoxu şeyxlər və dərvişlərdir. Bu ədəbiyyatın
ilk nümayəndəsi XII əsrdə Şərqi Türküstanda
yaşamış Əhməd Yəsəvi olmuşdur. Təkkə
şairləri həm əruz, həm də heca vəznində
dördmisralı şeirlər yazırdılar. Bu şeirlərin
əsas mövzusunu: Allah, insan, düzgünlük,
ibadət və s. təşkil edirdi.
İlahi – təkkə ədəbiyyatında nəzm
növlərindən biridir. İlahi Allahı mədh
etmək, onun ucalığını tərənnüm etmək,
ona sığınmaq və yalvarmaq məqsədilə
yazılan, dini mərasimlərdə oxunan və
söylənilən mənzumələrdir. İlahilər Yaradana
olan səmimi sevgi və bağlılıq duyğularının
ifadəsidir. Bu baxımdan İlahilər Divan
ədəbiyyatındakı tövhid və minacata çox
bənzəyir. İlahilər həm əruz, həm də heca
vəznində yazıla bilir. Heca vəznində 7, 8,
11, 14 və 16 hecalıq ilahilər istifadə olunub.
Yunis Əmrənin ilahiləri olduqca məşhurdur.
Ərkannamə – Bir təriqətin qurucuları
tərəfindən müəyyən edilən və o təriqətin
bəyannaməsi səviyyəsində olan müddəalar
toplusudur. Burada təsbit olunan qaydalar
həmin təriqətin söz sahiblərinin müəyyən
zamanlarda verdikləri hökmlərdir.
Bəzi təriqətlərdə buna “Təlkinnamə”,
“Təriqətnamə” də deyilib. Belə kitablarda
ibadət şəkilləri, dini qaydalar, müəyyən ayələr
və hədislər də verilə bilərdi. Ərkannamələr
həm mövcud müridlər üçün, həm də yeni
qoşulan müridlər üçün əsas yol göstərən
vasitə idi.
Abdal – Dünya işlərindən əl çəkib, özünü
Allah yoluna həsr etmiş el şairidir. Abdallar,
əsasən şiə təriqətini təbliğ edən şairlər
olublar. Sonradan isə Bəktaşilik təriqətini
formalaşdırıblar. Pir Sultan Abdal bu təriqəti
mənimsəyən və təbliğ edən el şairlərindəndir:
“Dərdli kəmtər, anladınmı hesabı,
Seyyid Battal Qazi Əbdülvəhabı
Həm doxsan min xəlifənin sahabı
Hünkar Hacı Bektaş Vəli abdaldır”.
Yaxın və Orta Şərqdə abdalların türbəsi
ziyarətgah olmuşdur. Abdal sufilərin mənəvi-
irfani dərəcələrindən biridir.
Document Outline
Dostları ilə paylaş: |