Tədqiqatın aparılması:
Şagirdlər sıra ilə birdən üçə qədər sayır və öz rəqəmlərini yadda saxlayırlar. 1-i sayan uşaqlar birlikdə, 2-i sayan uşaqlar birlikdə, 3 sayan uşaqlar isə birlikdə qruplaşıb qrup yaradırlar .Qruplar özlərinə Çalışqanlar , Çoxbilmişlər və Yaradıcılar adlarını seçirlər.
Qrup işləri paylanır qiymətləndirmə meyarlarını elan edib ,10 dəqiqə vaxt verirəm.
Çalışqanlar
Vuruqlardan birini iki ədədin cəmi, yaxud fərqi kimi göstərməklə hasili tapın.
71 · 4 29 · 6 68 · 7
Bölünəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində göstərməklə qisməti tapın.
217 : 7 816 : 8 432 : 2
Lalə güllərdən aplikasiya düzəltdi. O, bir gül üçün 6 ləçək kəsdi. Lalə hər birində 5 gül olan 3 dəstə düzəltdi. O cəmi neçə ləçək kəsdi?
Çoxbilmişlər
Vuruqlardan birini iki ədədin cəmi, yaxud fərqi kimi göstərməklə hasili tapın.
· 3 13 · 5 72 · 8
Bölünəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində göstərməklə qisməti tapın.
792 : 8 228 : 6 95 : 5
Bir topda 48 m parça var. Atelyedə hər gün 2 top parça istifadə edilir. Bir həftə ərzində atelyedə təxminən neçə metr parça istifadə edilər?
Yaradıcılar
Vuruqlardan birini iki ədədin cəmi, yaxud fərqi kimi göstərməklə hasili tapın.
72· 3 19 · 5 62 · 8
Bölünəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində göstərməklə qisməti tapın.
236 : 4 945 : 9 328 : 4
Alov-1” qülləsinin hündürlüyü 182 m, yanındakı binanın hündürlüyü isə 9 m-dir. “Alov-1" qülləsi binadan təxminən neçə dəfə hündürdür?
Məlumat mübadiləsi:
Hər qrupu növbə ilə löhvəyə dəvət edirəm. İş vərəqlərini təqdim edir və misalları izah edirlər.
Dostları ilə paylaş: |