8
fərqinin qəfil genişlənməsinə, qiymət diskontunun dərinləşməsinə,
iflasa, muflisləşməyə və defolta qarşı muhafizəni təmin edə bilir.
Yerli sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə
ə
sas fəaliyyət yeri Azərbaycan Respublikasında olan bank, filial və
ya nümayəndəlik başa düşülür.
Xarici sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə
ə
sas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarda olan
bank, filial və ya nümayəndəlik başa düşülür.
Prudensial - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsi-
nə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlə-
rə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq
məqsədləri üçün istifadə olunan kapital olmaqla, Milli Bankın
normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II
dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin)
cəmi və onlardan tutulmaların fərqidir.
Fidusiar vəzifələr – bankın maliyyə göstərijilərinə nəzarət
və onların qiymətləndirilməsi, qanunlara, digər normativ hüquqi
aktlara riayət etməsinin təmin edilməsi, habelə Müşahidə Şurası və
İ
darə Heyəti tərəfindən bankın cari və gələcək maraqlarının
toqquşması hallarının qarşısını ala bilən vəzifələrdir.
Risklərin idarə edilməsi - bankın fəaliyyətinə xas olan
risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, onlar barədə
hesabatların hazırlanması, məqbul risk limitlərinin müəyyən
edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin
azaldılmasıdır.
Bank olmayan kredit təşkilatları- xüsusi razılıq (lisenziya)
ə
sasında kreditlərin verilməsi və BOKT haqqında Qanunda
nəzərdə tutulmuş digər fəaliyyətnövlərini həyata keçirən
ixtisaslaşmış kredit təşkilatı.
Poçt rabitəsinin milli operatoru — müvafiq icra hakimiy-
yəti orqanı tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xid-
mətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru;
9
Prosessinq fəaliyyəti – ödəniş kartları vasitəsilə aparılmış
ə
məliyyatlar haqqında məlumatların toplanması, emalı və
ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki
xidmət göstərilməsi üzrə fəaliyyətdir;
Ödəniş kartı – malların, iş və xidmətlərin ödənilməsi, öz
hesabından digər şəxsin hesabına pul köçürülməsi, habelə nağd
vəsaitin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir.
Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri,
kapitalı, gəlirləri və xərcləri haqqında məlumatların mühasibat
hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və
ümumiləşdirilməsi sistemidir.
Bank əməliyyatları – kredit təşkilatlarının əmlakını,
öhdəliklərini, kapitalını, onların hərəkətini və ümumiyyətlə
maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlardır.
Mühasibatlıq - əməliyyatların aparılması barədə məlumat-
ların MHBS-yə uyğun olaraq mühasibat uçotunda əks olunmasına
nəzarəti həyata keçirən bank bölməsidir.
Bankomatlar - plastik kartlarla əməliyyatlar zamanı nağd
pulların verilməsi, mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin
həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank
avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun
hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız
üzərində çıxarış) almağa imkan verir.
Debet kartları - kart sahibinə bank hesabında olan məbləğ
həddində vəsaitin birbaşa silinməsi yolu ilə mal, iş və xidmətlərə
görə hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində
vəsaitlərin alınmasını təmin edən plastik kartlardır. Debet
kartlarının sahibləri qabaqcadan emitent bankdakı hesabına
müəyyən məbləğdə vəsait daxil etməlidir. Kartdan istifadə etməklə
hesablaşmaların həyata keçirilməsi zamanı hesabda olan vəsait
aparılan əməliyyata müvafiq olaraq azalır.
Kredit kartları - kart sahibinə bank krediti hesabına mal, iş
və xidmətlərə görə hesablaşmaların həyata keçirilməsi və nağd pul
şə
klində vəsaitlərin alınmasını təmin edən plastik kartlardır. Kredit
10
kartları üçün müəyyən limitlər müəyyənləşdirilir. Açılmış hesab
üzrə vəsaitin limiti kart sahibinin vəsait xərcləməsi üçün ona
açılmış kredit xəttinin həcmi ilə əlaqədar olur. Kredit birdəfəlik,
həmçinin bərpa olunan ola bilər. Bank və kart sahibi arasındakı
müqavilədən asılı olaraq kredit xəttinin bütün məbləği və ya bir
hissəsi ödənildikdən sonra bərpa edilir.
Valyuta siyasəti (curency policy) – dövlət tərəfindən
valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən
hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi. Valyuta siyasətinin
həyata keçirilmə formaları:
1.
diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin
dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi;
2.
valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və
təklifin tarazlaşdırılması məqsədilə mərkəzi bankın valyutaların
alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı;
3.
devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən
məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya (milli
valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması).
4.
valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının
inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya
limitləşdirilməsi nəzərdə tutulur.
Maliyyə vasitəciliyi
- Biznes və dov lət təşkilatları kimi
kapital isti fa dəcilərini və pensiya fondları və şəxsi investorlar
kimi kapital tə da rukculərini əlaqələndirən vasitəcilik fəaliyyəti.
Bu ter min, adətən, kommersiya və inves ti siya banklarının
fəaliyyətlərini təs vir etmək ucun istifadə olunur.
Maliyyə ohdəliyi - Maliyyə ohdəciliyinə əsasən (i)
debitorun kreditor ilə bağlanılan muqavilədə muəyyən olunan
şə
rtlər əsasında ona odəniş və ya odənişlər etməsini tələb edir və
ya (ii) iki tərəf arasında maliyyə xarakterinə malik muəyyən
huquqları və ya ohdəlikləri muəyyən edir.
Dostları ilə paylaş: |